Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-276/2026 23.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı İddiaçı ASC-nin nümayəndəsi İsgəndərov Hümbət Rafiq oğlunun iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ##.##.2022-ci il tarixli, BPM************ saylı “Kredit Müqaviləsi”ndən görünür ki, X3 İddiaçı ASC tərəfindən 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 300 manat məbləğində kredit verilmişdir.
2. ##.##.2023-cü il tarixli, BPM************ saylı “Kredit Müqaviləsi”ndən görünür ki, X3 İddiaçı ASC tərəfindən 48 ay müddətinə, illik 21% dərəcəsi ilə 5200 manat məbləğində kredit verilmişdir.
3. İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, X3 ##.##.2025-ci il tarixinə, ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə 209.51 manat əsas, 13.72 manat faiz, 0 manat cərimə olmaqla, cəmi 223.23 manat, ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə 4664.69 manat əsas borcu yaranmışdır.
4. * saylı Bakı “Asan Xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən ##.##.2023-cü il tarixdə verilmiş AZ-II № ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ##.##.2023-cü il tarixində ölmüşdür.
5. Ağdam rayon Notariat Ofisi tərəfindən veriliş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Ağdam rayon Notariat Ofisində X3 adına reyestr nömrəsi 2V-82 ilə qeydə alınmış, V-**/**** nömrəli vərəsəlik işi açılmış və vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan və əmlakdan tam hissədə pay alan oğlu Cavabdehdur. Şəhadətnamə verilən miras əmlak, “xxxx” ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi İdarəsinin ##.##.2024-cü il tarixli, **/**-*/* nömrəli məktubuna əsasən Mingəçevir Filialının ##.##.2023cü il tarixli, *** saylı məktubuna əsasən “xxxx” ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi İdarəsində olan 2000 (iki min) manat sığorta ödənişindən ibarətdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı İddiaçı ASC-nin xeyrinə ##.##.2025-ci il tarixinə nəğd kredit müqaviləsi üzrə 4664.69 manat əsas borcun, kart kredit müqaviləsi üzrə isə əsas borc üzrə 209.51 manat, vəfat etdiyi tarixə qədər hesablanmış 13.72 manat faiz borcu olmaqla, cəmi 223.23 manat borcun və 68.88 manat ödənilmiş dövlət rüsumunun, habelə 0.40 manat bank xidməti haqqının əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ASC-nin Sabunçu filialı ilə X3 arasında bağlanmış ##.##.2022-ci il tarixli, BPM************ saylı Tam kart kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 300 manat məbləğində, ##.##.2023-cü il tarixli, BPM************ saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 21% dərəcəsi ilə 5200 manat məbləğində kredit verilmişdir. Borclu X3 ##.##.2023-cü il tarixdə vəfat etmişdir. Mərhum X3 qalmış mirasa Cavabdeh Ağdam rayon notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Beləliklə Cavabdeh X3 vərəsəsi olduğu müəyyən olmuşdur. Nəticədə cavabdehin İddiaçı ASC-yə ##.##.2022-ci il tarixli, BPM************ saylı tam kart kredit müqaviləsi üzrə əsas borc üzrə 209.51 manat, vəfat etdiyi tarixə qədər hesablanmış 13.72 manat faiz borcu olmaqla, cəmi 223.23 manat, ##.##.2023-cü il tarixli, BPM************ saylı kredit müqaviləsi cəmi 4664.69 manat borcu yaranmışdır.
8. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 2000 (iki min) manat pul və ödənilmiş 40 (qırx) manat dövlət rüsumu, habelə 0.40 (qırx qəpik) manat bank xidməti haqqı məbləğində pul vəsaitinin alınaraq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 68.88 manat dövlət rüsumunun qalan 28.88 manat hissəsi iddiaçı İddiaçı ASC aid edilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2000 manat pul və 40 manat ödənilmiş dövlət rüsumu, habelə 0.40 manat bank xidməti haqqı qismində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir, belə ki, mirasdan düşən payına mütənasibdir.
10. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 1151, 1306.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
11. Həmin qətnamədən iddiaçı İddiaçı ASC apellyasiya şikayəti verərək, qətnamənin qismən, borc məbləğinin və dövlət rüsumunun ödənilməsi hissəsində ləğv edilərək, cavabdeh Cavabdeh İddiaçı ASC-nin xeyrinə hər iki müqavilə üzrə (təmin edilməyən borc məbləği) 2887.92 manat borc məbləğinin və (təmin edilməyən ödənilmiş) 28.88 manat dövlət rüsumunun tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən vərəsə Cavabdeh miras əmlakdan tam hissədə pay almışdır. Əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Sözügedən iddia tələbi üzrə öhdəlik borclunun şəxsi iştirakı olmadan icra edilməsi mümkün olan öhdəliklər sırasına daxildir. Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Yuxarıda qeyd edilən hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə aktının (üç ulduzlu qərar) əsaslandırılma hissəsindən də göründüyü kimi, yuxarı məhkəmənin mövqeyi ondan ibarətdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Hazırki işdən isə aydın olur ki, birinci instansiya məhkəməsi iş üzrə sübutetmə yükünü yalnızca iddiaçının üzərinə qoymaqla, yekunda səhv nəticəyə gəlmişdir. Cavabdeh Cavabdeh miras əmlakını yəni miras qoyanının aktivlərini tam həcmdə qəbul edərək, miras passivlərini də tam həcmdə qəbul etmişdir. Beləliklə, miras əmlakını tam həcmdə qəbul etdiyi üçün borc öhdəliklərini tam həcmdə ödəməyi öz üzərinə götürmüşdür. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Hazırki icraat zamanı isə birinci instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuş olmuşdur.
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı ASC-nin nümayəndəsi İsgəndərov Hümbət Rafiq oğlu apellyasiya apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirmişdir ki, mərhum X3 qalan mirasın həcminin müəyyən edilməsi mümkün olmamışdır.
15. İş üzrə cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəyi təqdirdə işə onun iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.
19. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
20. Maddə 448. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
21. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
22. Maddə 1306. Vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
23. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
27. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
28. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
29. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən qismən, iddia tələbinin təmin edilməmiş hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.
34. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ASCnin Sabunçu filialı ilə X3 arasında bağlanmış ##.##.2022-ci il tarixli, BPM************ saylı Tam kart kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 300 manat məbləğində, ##.##.2023-cü il tarixli, BPM************ saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 21% dərəcəsi ilə 5200 manat məbləğində kredit verilmişdir. Borclu X3 ##.##.2023-cü il tarixdə vəfat etmişdir. Mərhum X3 qalmış mirasa Cavabdeh Ağdam rayon notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Beləliklə Cavabdeh X3 vərəsəsi olduğu müəyyən olmuşdur. X7 İddiaçı ASC-yə ##.##.2022-ci il tarixli, BPM************ saylı tam kart kredit müqaviləsi üzrə əsas borc üzrə 209.51 manat, vəfat etdiyi tarixə qədər hesablanmış 13.72 manat faiz borcu olmaqla, cəmi 223.23 manat, ##.##.2023-cü il tarixli, BPM************ saylı kredit müqaviləsi üzrə isə cəmi 4664.69 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsi tərəfindən cavabdeh Cavabdeh 2000 (iki min) manat pul vəsaitinin iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Əsas kimi isə şəhadətnamə üzrə verilən miras əmlakın, “xxxx” ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi İdarəsində olan 2000 (iki min) manat sığorta ödənişindən ibarət olması göstərilmişdir.
35. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur.
36. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
37. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu olanın vərəsələri baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür.
38. Miras açıldıqdan sonra vərəsə mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici vərəsənin mirasdan imtina etmədiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin ona tətbiq edilməməsini nəzərdə tutmuşdur. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir (notariat qaydasında).
39. Mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş əşyanın mülkiyyətçisi vəfat edərsə, bu əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun zamansız olması, başqa sözlə, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Mülkiyyət hüququnun mütləqliyi və reyestr qeydiyyatının aşkarlığı (həqiqiliyi) şəraitində vərəsələrin mülkiyyət hüquqlarını tanımamaqla birtərəfli qaydada aradan qaldırılmasına icazə verilməsi mülkiyyət hüququnu ləğv etməklə yanaşı, həm də əldə edilmiş hüquq və hüquqi təminat prinsiplərini pozur.
40. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər.
41. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir.
42. Hazırki iş üzrə Ağdam rayon Notariat Ofisi tərəfindən veriliş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Ağdam rayon Notariat Ofisində X3 adına reyestr nömrəsi 2V-82 ilə qeydə alınmış, V-**/**** nömrəli vərəsəlik işi açılmış və əmlakdan tam hissədə pay alan oğlu Cavabdehdur. Şəhadətnamə verilən miras əmlak, “xxxx” ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi İdarəsinin ##.##.2024-cü il tarixli, **/**-*/* nömrəli məktubuna əsasən Mingəçevir Filialının ##.##.2023-cü il tarixli, *** saylı məktubuna əsasən “xxxx” ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi İdarəsində olan 2000 (iki min) manat sığorta ödənişindən ibarətdir.
43. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
44. Bundan başqa, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını müəyyən edən MPM-in 77.1-ci maddəsinə görə işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-in 82 və 106.3cü maddələrində göstərilən hallar təşkil edir.
45. Mülki Məcəllənin 1306.5-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.
46. Göründüyü kimi, cavabdeh Cavabdeh anasından miras qalmış əmlakdan imtina etməsi barədə məhkəməyə sübut təqdim etməmiş, əksinə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir. Lakin mirasın notarius tərəfindən siyahıya alınması və miras qoyanın borclarının mirasdan çox olması barədə vərəsə tərəfindən heç bir sübut məhkəmə kollegiyasına təqdim etməmişdir.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi qismən ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixinə nəğd kredit müqaviləsi üzrə 4664.69 manat əsas borcun, kart kredit müqaviləsi üzrə isə əsas borc üzrə 209.51 manat, vəfat etdiyi tarixə qədər hesablanmış 13.72 manat faiz borcu olmaqla, cəmi 223.23 manat borcun və 68.88 manat ödənilmiş dövlət rüsumunun, habelə 0.40 manat bank xidməti haqqının əvəzi iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.