Məhkəmə qərarları › İş №2(3-7)-295/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-295/2026

04.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-295/2026 04.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh iş üzrə (Açar sözlər: borcun silinməsi) Hakimlər X2 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iş üzrə qəbul edilmiş Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## #### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ## ###### 2024-cü il qeydiyyat tarixli, Qeydiyyat nömrəsi ********** saylı Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Yeni qaydalarla ünvan AZ 2006, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir.

2. ##.##.2026-cı il tarixli abonent saldosunun surətindən görünür ki, *************** nömrəli abonent Cavabdeh 12960 m3 qaz sərfiyyatına əsasən, 2023-cü ilin sonuna qədər 1555,20 manat qalıq borc hesablanmışdır. Həmin saldodan, həmçinin görünür ki, hazırda ümumilikdə 839.10 manat borc qalmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1555 manat məbləğində qaz sərfiyyatına görə olan borcun və iddia ərizəsinin verilməsinə görə 35.55 manat dövlət rüsumunun alınb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia belə əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ## ###### 2023-cü il tarixdə cavabdeh Cavabdeh məxsus olmuş Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən mülkü, Daşınmaz Əmlakın Alğı-satqı Müqaviləsinə əsasən Gəncə şəhər Notariat ofisində Reyestrdə 4 Ə-840 3 ilə qeyd olunmaqla informasiya sisteminə daxil edilib. Sonradan həmin ərazi Gəncə şəhərinin balansına verildiyi üçün ona ## ###### 2024-cü il tarixli, Qeydiyyat nömrəsi ********** saylı Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən Çıxarışda Gəncə şəhəri, Yeni qaydalarla ünvan AZ 2006, ünvan 1 kimi göstərilmiş evi cavabdehdən alarkən onun təbii qazdan istifadəyə görə 1555 manat borcu qalmışdır. Cavabdeh qısa müddətdə qaz sərfiyyatına görə olan borcunu ödəyəcəyinə söz vermişdir, lakin bu günədək ödəməmişdir.

5. Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## #### 2025-ci il tarixli qətnaməsi ilə qeyd olunan iddia təmin edilməmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında qərarın 5.5-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarına, Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı ## #### 2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

7. Ağdam Rayon Məhkəməsinin həmin qətnaməsindən iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.

8. Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ####### 2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi müddəti buraxıldığı üçün qeyd olunan apellyasiya şikayəti baxılmadan iddiaçı İddiaçı qaytarılmışdır.

9. Həmin qərardadla razı olmayan iddiaçı İddiaçı məhkəməyə şikayət ünvanlayaraq Ağdam rayon Məhkəməsinin qeyd olunan qərardadı ləğv edilməsi və apellyasiya şikayətini Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir.

10. Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ####### 2025-ci il tarixli qərardadı ilə qeyd olunan şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir.

11. Gəncə Apelyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ####### 2025-ci il tarixli qərardadı ləğv edilmiş və Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## #### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə yenidən baxılıb hüquqi qiymət verilməsi üçün Ağdam Rayon Məhkəməsinə qaytarılmişdir.

12. Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## #### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı verdiyi apellyasiya şikayəti baxılması üçün iş birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən istinad etdiyi maddi hüquq normalarının işə aidiyyatı yoxdur. Belə ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında qərarın 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə iddia tələbinin mahiyyəti ilə tanış deyil. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən alğı-satqı müqaviləsi bağlanılanadək mövcud olan borcu istəyir. ##.##.2023-cü il tarixli alğı-satqı müqaviləsinin 10-cu bəndində göstərilir ki, alıcının sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi satıcının üzərinə düşür. İddiaçı tərəf olaraq cavabdeh Cavabdeh adına olan *************** saylı abonent kodu üzrə 2023-cü ilin sonunadək 1555,20 (bir min beş yüz əlli beş manat) 20 qəpik borcu olmasını ##.##.2025-ci il tarixdə verilmiş Abonentin saldosu təsdiq edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.

17. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 439. Pul öhdəliklərinin icrası 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları” Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) əlavə edilir. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

19. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Hazırkı işdə iddia təmin olunmadığından və iddiaçı apellyasiya şikayətində qətnaməni tam hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 715.90 manat məbləğində pul tutulmalıdır.

24. Belə ki, işin tədqiq edilmiş hallarından görünür ki, iddiaçı ## ###### 2023-cü ildə fərdi yaşayış evini cavabdehdən almışdır. Abonent saldosundan məlum olur ki, həmin ünvana görə hesablanmış qaz sərfiyyatı borcu 1555.20 manat olmuşdur. İddiaçı tərəfindən həmin borcdan 839.10 manat pul ödənilib.

25. İşə baxan birinci instansiya məhkəməsi delikt hallarını tənzimləyən maddi hüquq normalarına əsaslanaraq hesab etmişdir ki, iddianın təmin edilməsinə əsas olacaq mötəbər sübutlar təqdim edilməmişdir.

26. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşmır və hesab edir ki, məhkəmə işə aidiyyatı olmayan maddi hüquq normalarına əsaslanmaqla, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında fərdi yaşayış evinin alqı-satqı müqaviləsi bağlanmış, başqa sözlə tərəflər arasında müqavilə münasibəti olmuşdur. Ev cavabdeh tərəfindən iddiaçıya mövcud qaz borcu ilə satılmışdır. İddiaçı cavabdehə aid olan borcun müəyyən hissəsini ödəmişdir. Bu ödəniş müqavilədən kənar ödənişdir və evin alqısatqısı üzrə iddiaçının alıcı kimi üzərinə düşən öhdəliyə aid deyildir. Deməli, bu münasibət delikt sayıla bilməz, əsassız varlanma halı kimi qəbul edilməlidir.

27. Bundan əlavə, iş materiallarında olan saldoda evin iddiaçı tərfəindən alnmasından əvvəlki vaxta mövcud olan borc məbləği müəyyən edilir. Məhkəmə bu hala hüquqi qiymət verməməklə, iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

28. Kollegiya hesab edir ki, həmin borc iddiaçı tərəfindən müqavilədən kənar ödənildiyinə görə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı haqlı olaraq cavabdehə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

30. Tutulacaq məbləğə gəldikdə isə, qeyd edilməlidir ki, iddiaçı cavabdehə aid borcdan ödənişlər etmiş və sonuncu borc 839.10 manatdır. Məhkəmə kollegiyası hesab edir ki, ümumi mövcud olan 1555.20 manat borcdan iddiaçı tərəfindən edilən ödəniş müəyyən edilməli və həmin ödəniş cavabdehdən tutulmalıdır. Ümumi 1555.20 manat borcdan yerdə qalan 839.10 manat çıxıldıqda müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə aid olan borcdan 715.90 manat ödəniş edilmişdir.

31. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 715.90 manat pul tutulmalıdır.

32. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

33. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## #### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh 715.90 manat məbləğində pul tutulub iddiaçı İddiaçı verilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar