Məhkəmə qərarları › İş №2(3-7)-297/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-297/2026

27.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(3-7)-297/2026 27.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-2483/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏNETDİ İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 7330 (yeddi min üç yüz otuz) manat pulun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-2483/2025 nömrəli qətnaməsi (hakim Mahir Niftəliyev) ilə iddia təmin edilmiş, Cavabdeh 7330 (yeddi min üç yüz otuz) manat və ödənilmiş dövlət rüsumu əvəzində 91 (doxsan bir) manat pulun alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 2(013)-2483/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın qismən, yəni 4330 manat hissəsində təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-2281/2025 nömrəli qərardadı ilə apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinin yoxlanılması üçün mülki işin Ağdam Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Ağdam Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(013)-2483/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti qanunvericiliyə uyğun hesab edilmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin mümkünlüyü üçün əsaslar olmadığından qəbul olunmamalı və şikayətin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün mülki iş geri qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti yoxlanılarkən müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi xx.xx.2025-ci ildə çıxarılmış, xx.xx.2025-ci ildə icra olunması üçün Yevlax rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və xx.xx.2025-ci ildə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Apellyator isə qətnamədən 09 dekabr 2025-ci il tarixdə, təxminin iki ay müddət keçdikdən sonra apellyasiya şikayəti vermişdir. Belə olan halda kollegiya qeyd edir ki, sözügedən qətnamədən həmin vaxt cavabdehin məlumatının olub-olmaması, qətnaməni hansı vaxtda rəsmi surətdə əldə etməsi, icra mərhələsində iştirak edibetməməsi və s. məsələsi birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Qeyd olunan nöqsanlar Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-2281/2025 nömrəli qərardadında göstərilsə də, işə baxan birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Halbuki, yuxarı instansiya məhkəməsinin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bundan başqa, iş materiallarının 39-40-cı vərəqlərində olan məktub və reyestrdən görünür ki, mübahisələndirilən məhkəmə qətnaməsi Cavabdeh Yevlax rayonu Xanabad kəndində yerləşən ünvannına “sifarişli poçt göndərişi” vasitəsi ilə xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Lakin məhkəmə qətnaməsinin ünvana çatıb-çatmaması barədə işə baxan məhkəmə iş materiallarına heç bir sənəd əlavə etməmişdir. Halbuki, “sifarişli poçt göndərişi” ünvana çatdırıldıqda “Xəbərnamə-Forma.119” sənədi, çatdırılmadıqda isə məhkəmə zərfi müvafiq poçt şöbəsinin qeydi ilə geri qaytarılır. Bununlada məhkəmə sənədinin tərəfə verilib-verilməməsi aydınlaşdırılır. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, qətnamənin surəti almamasını bildirmiş, bu səbəbdəndə məhkəmə qətnaməsi xx.xx.2025-ci il tarixdə onun eyni ünvanına, Yevlax rayonu Xanabad kəndinə göndərilmiş və cavabdeh apellyasiya şikayəti vermişdir. Həmçinin, cavabdeh apellyasiya şikayətində də “Ünvan, yazışmaların aparılmasının istənildiyi digər ünvan” və “şikayət olunan qətnamə və ya qərardadın alınma tarixi” bölmələrini boş buraxmışdır. Cavabdehin şikayətin formasına tam və düzgün əməl etməməsi onun ünvanı və qətnamənin ona çatdırılması tarixlərinin müəyyən edilməsində anlaşılmazlıq yaratmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin qətnaməsinin Cavabdeh çatdırılması və ya çatdırılmaması işin hazırki halları ilə müəyyən edilmir. Birinci instansiya məhkəməsi cavabdehin ərizəsini qəbul etməklə kifayətlənmiş və sənədlərin mövcudluğunu araşdırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə görə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilməlidir. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilməlidir. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. «K.N.Qarayevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi isə «Miraqall Eskolano və digərləri İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımların və şikayətlərin verilməsi üçün riayət edilməli müddət məhdudiyyətini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qanunvericiliyə uyğunluğunun yoxlanılması üçün geri qaytarılmalı, birinci instansiya məhkəməsi şikayətin MPM-yə uyğunluğunu yoxlayarkən, göstərilən nöqsanları aradan qaldırmalı və qərardadda göstərilən əsasları nəzərə almalıdır. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını müzakirə edərək, verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 364.1-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayıb qanuni qərar qəbul etməlidir. Həmin Məcəllənin 366.1 və 366.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360, 363, 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-2483/2025 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün əsaslar olmadığından qəbul olunmasın. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-2483/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğunluq məsələsinin yenidən yoxlanılması üçün mülki iş Ağdam Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar