Məhkəmə qərarları › İş №2(3-7)-298/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-298/2026

21.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-298/2026 21.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X3 (sədrlik edən və məruzəçi), X4 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi, Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Ucar rayonunun Lək kəndində ünvanda 1,6309 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı2 və digərlərinin ümumi birgə mülkiyyətinə verilmiş və bu barədə daşınmaz əmlakın Dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Ucar rayonunun Lək kəndində ünvanda 0.1456 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı2 və digərlərinin ümumi birgə mülkiyyətinə verilmiş və bu barədə daşınmaz əmlakın Dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır.

3. ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Ucar rayonunun Lək kəndində ünvanda 2.3661 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı1 və digərlərinin ümumi birgə mülkiyyətinə verilmişdir.

4. ## ######## 2025-ci il tarixdə Ucar rayon, Lək kənd bələdiyyə sədri Cavad Süleymanov, IH nümayəndəsinin müavini Teymur Kərimov, Lək kənd sakinləri şikayətçi iddiaçı2, şahid Zahid Qasımov, şahid Ceyhun Kərimov tərəfindən tərtib edilmiş Akt-dan görünür ki, onlar, iddiaçı2 4 ha çöl pay torpaq (keçmiş camış ferması deyilən ərazidə) sahəsinə baxış keçirilən zaman, yoncanın qoyun sürüsü, mal-qara və atlar tərəfindən otarılaraq məhv edildiyi, bunun ferma ərazisində yaşayan Ağdam rayon, Mərzili kənd sakini, X1 etdiyi bildirilərək, aktın doğruluğunu imzaları və möhürlə təsdiq etmişlər.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş maddi ziyana görə 1200 manat pulun və ödənilmiş 32 manat dövlət rüsumu pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, onların mülkiyyətində 0.1455 ha, 1.6309 və 2.3661 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Onlar həmin torpaq sahələrini əkib-becərməklə ailələrini saxlayırlar. Ucar rayonunun Lək kənd bələdiyyəsinin tərtib etdiyi aktdan göründüyü kimi cavabdeh X2 məxsus iri, xırda buynuzlu heyvanlar və atlar tərəfindən yedizdirilərək məhv edilmişdir. Iddia ərizəsinə əlavə etdiyi müstəqil aqronom rəyindən göründüyü kimi cavabdehin vurduğu maddi ziyan 1200 manatdır.

7. Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh 1200 (bir min iki yüz) manat məbləğində maddi zərər və iddiaçılar tərəfindən ödənilmiş 32 (otuz iki) manat məbləğində dövlət rüsumu pul vəsaiti tutularaq iddiaçılar iddiaçı2 və iddiaçı1 ödənilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən maddi ziyan kimi 1200 manat pul vəsaiti tutularaq iddiaçıların xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası M.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

10. Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, iş № *(013)-3149/2025 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağdam Rayon Məhkəməsinin iş № *(013)-3149/2025 nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçıların iddiası təmin edilərək, guya onun tərəfindən vurulmuş maddi ziyana görə 1200 (min iki yüz) manat məbləğində pulun və əlavə olaraq 32 manat dövlət rüsumunun cavabdehin üzərindən tutulması qərara alınmışdır. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi faktiki hallara uyğun deyil, təqsiri sübuta yetirilməyib, həmçinin onun müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Qətnamədə göstərilmişdir ki, guya o, məhkəmə iclasına qanunla müəyyən edilmiş qaydada çağırılmış, lakin üzrsüz səbəbdən gəlməmişdir. Bu iddia tamamilə yalandır və həqiqətə uyğun deyildir. Ona heç bir məhkəmə bildirişi, heç bir SMS və ya elektron xəbərdarlıq, heç bir poçt göndərişi təqdim edilməmişdir. Iş materiallarında da, ona məhkəmə çağırışının təqdim olunmasını təsdiq edən bildiriş qəbzi, poçt sənədi və ya elektron təsdiq mövcud deyildir. Bu hal Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134, 135 və 136-cı maddələrinin kobud şəkildə pozulmasıdır və məhkəmənin cavabdehin iştirakı olmadan işə baxmasını qanunsuz edir. Qətnamədə qeyd edilənlərin əksinə olaraq bildirmişdir k, o, həmin otlaq sahələrində nə mal-qara, nə qoyun, nə də at otarmamışdır, onun təsərrüfatına aid olan heyvanlar həmin ərazilərdə olmamışdır. Məhkəmə bu mühüm faktı araşdırmamış, nə cavbadehin, nə də digər şəxslərin iştirakı ilə yerində baxış keçirməmişdir. Iddiaçıların əsas sübutu kimi qəbul edilən akt konkret olaraq ona məxsus hər hansı heyvana istinad etmir, yalnız otlaq sahəsində olan mal-qara, qoyun və at izlərinə baxılmaqla tərtib edilmişdir. Bu isə hüquqi baxımdan tamamilə qəbuledilməzdir, çünki, həmin izlər istənilən şəxsə məxsus ola bilər, heyvanların cavabdehə aid olması sübuta yetirilməyib, akt subyektiv mülahizələrə əsaslanır, heç bir müstəqil ekspertiza ilə təsdiqlənməyib. Konstitusiyanın qeyd edilən maddəsindən göründüyü kimi, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanının borcu olsa da, işə baxan birinci instansiya məhkəməsi onun konstitusion hüquqları olan insan və vətəndaş hüquqlarını qorumamış və bunları pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsinin işin faktiki hallarını nəzərə almadan iddianın təmin edilməsi qət edilmişdir.

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı2 izahatında icra nümayəndəliyinin və bələdiyyənin baxış keçirdiyini bildirmişdir. Dəfələrlə cavabdehə xəbərdarlıq olmasına baxmayaraq heç bir nəticə verməmişdir. Sədrlik edənin sualına cavab olaraq isə, bir neçə dəfə torpaq sahəsində cavabdehə məxsus heyvanların otladığını görsə də, mal-qaranın daxil olduğu zaman heç bir video qeyd aparmadığını bildirmişdir.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı iddiaçı1 Məmməd oğluna rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir(hərəkət və ya hərəkətsizlikdir).

18. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

19. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

20. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməlidir.

33. Işin faktiki halları kimi müəyyən edilmişdir ki, Ucar rayonunun Lək kəndində ünvanda 1,6309 ha və 0.1456 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı2 və digərlərinin ümumi birgə mülkiyyətinə verilmiş, 2.3661 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı1 və digərlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Iddiaçılar onlara məsus torpaq sahəsinin cavabdeh tərəfindən otarılaraq ziyan vurulduğunu iddia etmişlər.

34. Məhkəmə kolllegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, iddiaçılar cavabdehin onlara məxsus torpaq sahəsində heyvanlarını otarmaqla ona ziyan vurduğuqların qeyd etsələr də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim etməmişlər. Belə ki, iş materiallartına əlavə edilmiş ## ######## 2025-ci il tarixdə Ucar rayon, Lək kənd bələdiyyə sədri Cavad Süleymanov, IH nümayəndəsinin müavini Teymur Kərimov, Lək kənd sakinləri şikayətçi iddiaçı2, şahid Zahid Qasımov, şahid Ceyhun Kərimov tərəfindən tərtib edilmiş Akt-dan görünür ki, onlar iddiaçı2 4 ha çöl pay torpaq (keçmiş camış ferması deyilən ərazidə) sahəsinə baxış keçirilən zaman, yoncanın qoyun sürüsü, mal-qara və atlar tərəfindən otarılaraq məhv edildiyi, bunun ferma ərazisində yaşayan Ağdam rayon, Mərzili kənd sakini, X1 etdiyi bildirilərək, aktın doğruluğunu imzaları və möhürlə təsdiq etmişlər. Göründüyü kimi akt ərazinin otarılmasından sonra tərtib edilmiş, aktda həmin torpaq sahəsinin cavabdehə məxsus heyvanlar tərəfindən otarılması nəticəsinə gəlinməsini təsdiqləyəcək sübutlar əks olunmamışdır.

35. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

36. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

37. Birinci instansiya məhkəməsi iddianın təmin edərkən iş materiallartına əlavə edilmiş ## ######## 2025-ci il tarixdə Ucar rayon, Lək kənd bələdiyyə sədri Cavad Süleymanov, IH nümayəndəsinin müavini Teymur Kərimov, Lək kənd sakinləri şikayətçi iddiaçı2, şahid Zahid Qasımov, şahid Ceyhun Kərimov tərəfindən tərtib edilmiş Akt-a istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, yuxarıda qeyd edildiyi kimi istinad olunan akt zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğunu və zərər vuran şəxsin təqsirliliyini təsdiqləmək üçün yetərli və mötəbər sübut hesab edilə bilməz. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçılara məxsus torpaq sahəsində əkilmiş yonca bitkisini özünə məxsus heyvanlarla otarmaqla onlara maddi ziyan vurması iş materialları ilə təsdiqini tapmır və birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir.

38. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

39. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarınıqətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

40. MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, MPM-in 88, 217, 218, 372.1-ci maddələrinin tələblərinə riayət edilməmişdir.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Iddia tələbi təmin edilməməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. iddiaçı2 və iddiaçı1 cavabdeh X1 qarşı vurulmuş maddi ziyana görə 1200 manat pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid eildsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar