Məhkəmə qərarları › İş №2(3-7)-31/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-31/2026

09.04.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-31/2026 09.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X7 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi (arvadı) Nümayəndə və cavabdehlər cavabdeh4 İsax oğlunun, cavabdeh3 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh4 İsax oğlu, Əsgərova İzafət İsak qızı, cavabdeh1 İsaq oğlu, cavabdeh2 İsax oğlu və cavabdeh3 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 İsax oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən Çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139,5 kv.m olan fərdi yaşayış evinin tikili “A”-nın 1/12 hissəsi Xəlilova Şüşə İbrahim qızının (mərhum), tikili “A”-nın 1/12 hissəsi X8, tikili “A”-nın 1/12 hissəsi Əsgərova İzafət İsax qızının, tikili “A”-nın 1/12 hissəsi Bağırov Sabit İsax oğlunun, tikili “A”-nın 1/12 hissəsi cavabdeh2n İsax oğlunun, tikili “A”-nın 1/12 hissəsi cavabdeh1 İsax oğlunun, tikili “A”-nın 1/12 hissəsi və tikili “B” bötüvlükdə cavabdeh3 və tikili “A”-nın 5/12 hissəsi İddiaçı mülkiyyətindədir.

2. Məhkəmə kollegiyasına təqdim edilmiş Gəncə şəhər qeydiyyat şöbəsinin ##.##.2023cü il tarixli arayışın surətindən görünür ki, X8 ##.##.1993-cü ildə ölmüşdür.

3. Məhkəmə kollegiyasına təqdim edilmiş Gəncə şəhər qeydiyyat şöbəsinin ##.##.2023cü il tarixli arayışın surətindən görünür ki, Xəlilova Şüşə İbrahim qızı ##.##.1999-cu ildə ölmüşdür.

4. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli məhkəmə iclası ilə Xəlilova Şuşə İbrahim qızının nəvələri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı cavabdehlər Bağırov Sabit İsax oğlu, Əsgərova İzafət İsak qızı, cavabdeh1 İsaq oğlu, cavabdeh2 İsax oğlu və cavabdeh3 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Bağırov Sabit İsax oğlu, Əsgərova İzafət İsak qızı, cavabdeh1 İsaq oğlu, cavabdeh2 İsax oğlu və cavabdeh3 tərəfindən ona məxsus olan ünvan 2 ünvanında yerləşən 139,5 kv.m. fərdi yaşayış evinin A literində olan 5/12 hissəsindən istifadə etməsinə dair maneənin aradan qaldırılmasına, həmin əmlaka maneəsiz, sərbəst giriş və çıxışına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ərazisində 139.5 kv.m fərdi yaşayış evinin “A” literinin 5/12 hissəsi ona məxsusdur. Həmin fərdi yaşayış evini vərəsəlik və bağışlanma əsasında əldə etmişdir. Mülkiyyət hüquqları daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış və bu barədə ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan sonra əmlakdan istifadə etmək istəsə belə, buna cavabdeh3, cavabdeh1 İsax oğlu, cavabdeh2 İsax oğlu, Bağırov Sabit İsax oğlu, Əsgərova İzafət İsak qızı tərəfindən maneə yaradılmışdır. Həmin əmlak özbaşına başqa vətəndaşlara icarəyə verilmiş, əmlakda qanunsuz olaraq, onun razılığı olmadan dəyişikliklər edilmiş və həmin fərdi yaşayış evinin “A” literində olan yaşayış və zirzəmi hissəsindən istifadəsinə müxtəlif bəhanələrlə maneələr törədilmişdir. Bununla bağlı o cavabdehlərə dəfələrlə müraciət etmişdir ki, imkan versinlər əmlakından istifadə etsin. Lakin cavabdehlər onun sözlərinə məhəl qoymayaraq buna maneəçilik törədirlər. Dəfələrlə işləri polisdə və prokurorluq orqanlarında olmuşdur. Hər dəfə müraciətinin mülki xarakterli olduğunu bildirərək məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də əlacsız qalaraq mübahisənin həllini məhkəmədə axtarmaq qərarına gəlmişdir.

7. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı iddiası təmin edilərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139,5 kv.m-dən ibarət olan fərdi yaşayış evinin “A” literli tikilisinin 5/12 hissəsindən iddiaçı İddiaçı istifadə etməsinə cavabdehlər Bağırov Sabit İsax oğlu, Əsgərova İzafət İsak qızı, cavabdeh1 İsaq oğlu, cavabdeh2 İsax oğlu və cavabdeh3 tərəfindən yaradılan maneənin aradan qaldırılması və həmin əmlaka iddiaçının sərbəst surətdə girişçıxışına icazə verilməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər Bağırov Sabit İsax oğlu, Əsgərova İzafət İsak qızı, cavabdeh1 İsaq oğlu, cavabdeh2 İsax oğlu və cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya verilməsi qət edilmişdir (hakim Zaman İmanov).

8. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlmişdir ki, mübahisəli ünvan olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139,5 kv.m. olan fərdi yaşayış evi iddiaçı və cavabdehlərin paylı mülkiyyətində olduğundan və iddiaçının da mübahisəli əmlak üzərində mülkiyyət hüquqları cavabdehlər tərəfindən məhdudlaşdırıldığından iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, mübahisəli sahə faktiki naturada bölünməsə də, bu barədə hazırda məhkəmənin icraatında mülki iş vardır. Lakin həmin iş üzrə icraat digər mülkiyyətçinin ölməsi səbəbindən onun vərəsələri müəyyən edilənədək dayandırılmışdır. Bu müddət ərzində isə iddiaçı İddiaçı 5/12 hissəsindən ibarət mülkiyyətində olan mübahisəli əmlaka cavabdehlərin maneə yaratması səbəbindən daxil ola bilmir. Bu isə özlüyündə əsas pay sahibi olan mülkiyyətçiyə (iddiaçıya), əmlakda payı cüzi olan digər mülkiyyətçilər (cavabdehlər) tərəfindən maneə yaradılması ilə nəticələnir ki, bu da yolverilməzdir. Nəticə olaraq məhkəmənin qənaəti ondan ibarətdir ki, heç bir halda əmlak üzərində paylı mülkiyyət sahibi olan mülkiyyətçilər bir-birlərinə maneə yaratmamaqla öz mülkiyyət hüquqlarını həyata (realizə etməli) keçirməlidir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Avropa İnsan Hüquqları Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə ## ###### 2004-cü il tarixli Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” işi üzrə Qərarına, Azərbaycan Respublikası Mülki Məcəllənin 16.1, 139.1, 148.2, 152.1, 152.2, 152.3, 157.4, 166.3, 178.1, 238.1-ci və Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.1, 107, 115.0.9, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Cavabdeh cavabdeh2 İsax oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə əmlakın tərəflərin birgə mülkiyyətində olmasını nəzərə almamışdır. Hazırda əmlak üçüncü şəxslərə icarəyə verilmiş, onlarla müqavilə bağlanmış, həmin şəxslər əmlakdan qanuni əsaslarla istifadə edir, həmçinin iddiaçı əmlakın naturada ayrılması barədə məhkəmədə iddia qaldırmışdır. Bu səbəbdən də məhkəmə onların mülkiyyət hüquqlarını pozmuşdur. İddiaçı özü də etiraf edir ki, cavabdehlərin heç biri həmin əmlakda yaşamır, həmin əmlak icarəyə verilmiş və başqa şəxslər tərəfindən ticarət obyekti kimi istifadə edilir. Belə olan halda cavabdehlərin iddiaçıya hansı qaydada maneələr törətməsini anlamaq mümkün deyildir. İddiaçının izahatının məzmunundan da göründüyü kimi, o, obyektin icarəyə verilməsindən narazıdır. Lakin nəzərə alınmalıdır ki, icarə götürən şəxslər obyektə qanuni əsaslarla sahiblik və istifadə hüququ həyata keçirirlər. Belə olan halda, iddiaçı həmin icarə müqaviləsini mübahisələndirə bilər və ya icarə haqqından hansısa məbləğ tələb edə bilərdi. Digər bir məsələ ondan ibarətdir ki, həmin obyekt icarəyə verilən zaman iddiaçı ümumiyyətlə əmlakdan imtina etmişdi və obyektin icarəyə verilməsini bilirdi. Lakin, o bununla bağlı heç bir hərəkət etməmişdir. İddiaçı məhkəmədə əmlakın naturada ayrılması barədə iddia qaldırıbdır. Həmin iş hazırda məhkəmənin icraatındadır. Belə olan halda məhkəmə hazırkı işin icraatını dayandırmalı idi.

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Gəncə Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi tam ləğv edilmiş və yeni qətnamə qəbul edilərək iddia tələbinin rədd edilməsi, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. (Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X6 ibarət tərkibdə)

13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 139,5 kv.m olan fərdi yaşayış evinin “A” literli tikilisi tərəflərin birgə mülkiyyətindədir və hər birinin payı adlarına qeydə alınmışdır. Lakin iddiaçının etibarnamə üzrə nümayəndəsi apellyasiya baxışı zamanı bildirmişdir ki, iddiaçı mübahisəli evin həyətinə sərbəst daxil ola bilir, sadəcə, “A” literli tikili cavabdehlər tərəfindən icarəyə verildiyindən, maneə icarəçilər tərəfindən yaradılır. Həmin əmlakdan heç bir birgə mülkiyyətçi istifadə etmir və cavabdehlər tərəfindən maneə yoxdur. Belə olan halda iddiaçı tərəf məhkəmə iclasında verdiyi izahatında “A” literli tikilidən istifadəsinə əmlakın icarəçiləri tərəfindən maneə yaradıldığını bildirdiyi halda, hazırkı tələbini buna cavab verməli olmayan şəxslərə qarşı irəli sürmüşdür. MPM-nin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə, başqa cavabdeh yalnız iddiaçının yazılı vəsatəti və ya məhkəmənin təklifinə iddiaçının yazılı razılığı əsasında, işin məhkəmədə baxılmağa hazırlanması başa çatanadək işə cəlb edilə bilər. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsi bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olduqda və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdıqda mümkündür. İddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa da, iddia tələbi cavab verməli olan subyektlərə qarşı yönəldilmədiyindən təmin oluna bilməz. İddianın əsaslılığına gəldikdə, iddiaçıya bu tələbi düzgün subyektlərə qarşı irəli sürmək hüququnun olduğu izah edilməlidir. İddia cavab verməli olmayan şəxslərə qarşı yönəldiyindən, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsinə ehtiyac yoxdur.

14. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və II hissələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci, 157.2-ci, 157.4-cü, 213.1-ci, 213.2ci, MPM-in 14.1-ci, 51-ci, 51.3-cü, 77.1-ci, 88-ci, 217.3-cü, 372.6-cı, 372.7-ci, 384.0.2-ci, 385.1.1-ci maddələrinə istinad etmişdir.

Kassasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı İddiaçı (vəkili Əliyev Natiq İltifat oğlu) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd edilməsi əsası kimi mübahisəli daşınmaz əmlakın icarədə olmasını, iddiaçıya maneənin icarəçilərin yaratdığını qeyd etmişdir. Məhkəmə tərəfindən bu fakt üzrə çox təəssüflər olsun ki, hərtərəfli araşdırılma aparılmamışdır. Belə ki, mülki iş materiallarında hər hansı icarə müqaviləsi yoxdur. İcarə müqaviləsi olmadan icarədardan danışılması hüquqi cəhətdən düzgün deyildir. İcarə müqaviləsi adı altında mülkiyyətçinin hüquqları kobud şəkildə pozulur. İddiaçının icarədarlara qarşı maneənin aradan qaldırılması ilə bağlı iddia tələbinin uğurlu olması üçün ilkin öncə icarə müqaviləsi etibarsız hesab edilməlidir. İddiaçı icarə müqaviləsi üzrə tərəf olmadığına görə həmin iddia tələbi istədiyi hüquqi nəticəyə nail ola bilməz. Mülki Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Hesab edilsə ki, kassasiya şikayəti təmin edilmədi, iddiaçı icarədarlara qarşı maneənin aradan qaldırılmasına dair məhkəmədə iddia qaldırdı. Bu iddianın uğurluluq ehtimalı demək olar ki, yoxdur. Belə ki, iddiaçının maneənin aradan qaldırılması üçün icarədarlara qarşı iddia qaldırmaq üçün ilkin şərt icarə müqaviləsinin etibarsızlığıdır. İddiaçı qeyd olunan müqavilənin tərəfi olmadığı üçün həmin müqavilənin etibarsız sayılması ilə bağlı iddianın təmin edilməsi qeyri mümkündür.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ##### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

18. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, mübahisəli əmlak hüquq müəyyənedici sənədlərə görə fərdi yaşayış evidir və tərəflərin paylı mülkiyyətindədir. Lakin tərəflərin izahatlarından və məhkəmənin özünün də müəyyən etdiyi hallardan görünür ki, həmin evin təyinatı dəyişdirilərək qeyri yaşayış sahəsi (ticarət obyekti) kimi istifadə edilməkdədir. Bu isə özlüyündə həmin əmlakdan təyinatı üzrə istifadə edilməsini qeyri-mümkün edən bir haldır. İddiaçı tələbinin əsası kimi digər dəlillərlə yanaşı, bu hala da istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə görə, paylı mülkiyyətdə olan əşyanın təmiri və təzələnməsi yalnız mülkiyyətçilərin əksəriyyətinin razılığı ilə mümkündür. Həmçinin, mülki qanunvericiliyin tələlərinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, belə razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Lakin işin məhkəmələr tərəfindən müəyyən edilmiş halı ondan ibarətdir ki, cavabdehlər mübahisəli əmlakı onun 5/12 payda mülkiyyətçisi olan iddiaçının razılığı olmadan digər şəxslərin istifadəsinə vermişlər. Göründüyü kimi, iddiaçının mübahisəli əmlakdan istifadə edə bilməməsinə səbəb həmin əmlakın təyinatının iddiaçının paylı mülkiyyətçi kimi razılığı olmadan dəyişdirilərək üçüncü şəxslərə verilməsi olmuşdur. Başqa sözlə, cavabdehlərin yuxarıda təsvir edilən hüquqa zidd hərəkətləri nəticəsində iddiaçı özünə məxsus olan əmlakdan istifadə edə bilmək imkanından məhrum olmuşdur. Hazırkı iddia tələbi də məhz bu səbəblərin aradan qaldırılması ilə bağlı olmuşdur. Ona görə də, bu iddiaya cavab verməli şəxs (şəxslər) digər paylı mülkiyyətçilərin iradəsinə uyğun olaraq həmin əmlakdan icarə və ya hər hansı digər əsasla faktiki istifadə edən üçüncü şəxslər deyil, hərəkətləri və qərarları iddiaçının özünə məxsus əmlakdan istifadəsinə maneələr yaradan digər paylı mülkiyyətçilərin özləri olmalıdır. Əks yanaşma həm də, cavabdehlərin mübahisəli əmlakı müxtəlif şəxslərin istifadəsinə verməklə hüququ pozulmuş paylı mülkiyyətçinin hüquqlarının bərpasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hazırkı iddia iddiaçının mülkiyyətində olan əmlakdan istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılmasına yönəlmiş neqator tələbdir. Qeyd edilən tələbin xüsusiyyəti ondan ibarətdir ki, mülkiyyətçi ona mülkiyyət hüququ ilə məxsus olan əşyadan istifadə etməsinə və ya sərəncam verməsinə başqa şəxs (şəxslər) tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını tələb edir, həm də bu maneə onun mülkiyyət hüququndan məhrum edilməsi ilə bağlı olmur. Başqa sözlə, neqator tələb irəli sürən şəxs əşyanın mülkiyyətçisi olmalı və ya digər qanuni əsaslarla ondan istifadə və ya ona sahiblik etməli, onun əşyadan istifadəsinə digər şəxslər tərəfindən həmin əşyanı götürmədən və ya ondan məhrum etmədən maneələr yaradılmalıdır və bu maneələr hüquqa zidd olmalıdır. Bu mənada kollegiya qeyd edir ki, hazırkı işin mübahisəsiz hallarından görünür ki, iddiaçının mübahisəli əmlakdan istifadə etməsinə mane olan hal, yuxarıda da qeyd edildiyi kimi, cavabdehlərin həmin əmlakla bağlı aktiv hərəkətləri (onun təyinatını dəyişərək icarəyə vermələri) olmuşdur. Belə olan halda, iddiaçı hazırkı iddia tələbini mübahisəli əmlakın digər paylı mülkiyyətçilərinə qarşı irəli sürməkdə haqlı olmuşdur. Göründüyü kimi, işə baxan apellyasiya instansiyası məhkəməsi işin yuxarıda şərh edilən hallarını nəzərə almamış və bu iddianın yalnız mübahisəli əmlakdan faktiki istifadə edən icarəçilərə qarşı irəli sürülməli olduğu barədə səhv nəticəyə gəlmişdir.

19. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci, 157, 213-ci, 215 və 217-ci maddələrinə istinad etmişdir.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı İddiaçı mübahisəli ünvanda heç vaxt yaşamamışdır. Mübahisəli ərazidə iki tikili mövcuddur. Ümumi tikilinin ölçüsü 716 kvadrat metrdir. Ayrı-ayrı evlərdir. Amma həyətə girişçıxış bir dənədir. Evin yarısı atasının əmisi nəvələrinindir. O, B literli tikilisindən istifadə edir. Mübahisəli mülkdən yalnız o və ailəsi istifadə edir. A literli tikilisi ticarət obyekti üçün istifadəyə verilmişdir. Bütün hamısı razılıq əsasında olmuşdur. Yekun qərar verilsin yoxsa bu işin sonu yoxdur.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh4 İsax oğlu apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, Bayramın dediklərini təsdiq edir. Hesab edir ki, onlar qohumdurlar və barışığa gələ bilərlər.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi (arvadı) Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini bildirmiş və əlavə olaraq göstərmişdir ki, yoldaşının adına olan mülkdən istifadə edə bilmirlər. Qarşı tərəf həmin mülkü ticarət obyekti kimi 3-cü şəxsə istifadəyə vermişdir. Mübahisəli mülkdən onların 5/12 payı vardır. Mübahisəli mülk əvvəllər yaşayış yeri idi, hal-hazırda ticarət obyekti etmişdirlər. Halhazırda onlar kirəyədə yaşayır. Bir oğlu onunla yaşayır. 3 oğul övladı vardır. Əvvəl yaşadığı evi iki oğluna vermiş və bir oğlu ilə kirəyədə yaşayır. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, əmlak naturada paylara ayrılmayıb. İddiaçının “A” literli tikilidəki 5/12 hissə payının harada yerləşməsi onlara məlum deyildir. Əmlakın birgə mülkiyyətçilərindən heç biri orada yaşamır. Sadəcə olaraq tikili “A” cavabdehlər tərəfindən başqa şəxslərə icarəyə verildiyindən, onun giriş-çıxışına maneə həmin icarəçilər tərəfindən yaradılır. Cavabdehlər paylı mülkiyyətlərində olan əmlakı onların razılığı olmadan başqa şəxslərə icarəyə vermişlər.

23. İş üzrə iddiaçı İddiaçı, cavabdehlər Əsgərova İzafət İsak qızına, cavabdeh1 İsaq oğluna, cavabdeh2 İsax oğluna, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə məhkəmə kollegiyasına müraciət daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

27. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

28. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

29. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar.

30. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.

31. Maddə 217.4. Əşyanın dəyərini artırmaq və ya sərfəliliyini və işlənməyə yararlığını yüksəltmək məqsədi ilə aparılan təzələmə və yenidənqurma işləri üçün eyni zamanda əşyadakı payların çox hissəsini təmsil edən mülkiyyətçilərin əksəriyyətinin razılığı zəruridir. Əşyanın əvvəlki təyinatı üzrə işlədilməsini və ya istifadəsini iştirakçılardan biri üçün əhəmiyyətli dərəcədə və həmişəlik çətinləşdirən və ya sərfəsiz edən dəyişikliklər onun razılığı olmadan aparıla bilməz.

32. Maddə 217.3. Mülkiyyətçilərin əksəriyyətinin razılığı ilə əşyanın dəyərini və işlənməyə yararlığını qorumaq üçün saxlama, təmir (bərpa) və təzələmə işləri aparıla bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

33. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

38. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

39. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

40. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

43. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiya məhkəməsi aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. İşə baxan birinci instasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, mübahisəli ünvan olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139,5 kv.m. olan fərdi yaşayış evi iddiaçı və cavabdehlərin paylı mülkiyyətində olduğundan və iddiaçının da mübahisəli əmlak üzərində mülkiyyət hüquqları cavabdehlər tərəfindən məhdudlaşdırıldığından iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, mübahisəli sahə faktiki naturada bölünməsə də, bu barədə hazırda məhkəmənin icraatında mülki iş vardır. Lakin həmin iş üzrə icraat digər mülkiyyətçinin ölməsi səbəbindən onun vərəsələri müəyyən edilənədək dayandırılmışdır. Bu müddət ərzində isə iddiaçı İddiaçı 5/12 hissəsindən ibarət mülkiyyətində olan mübahisəli əmlaka cavabdehlərin maneə yaratması səbəbindən daxil ola bilmir. Bu isə özlüyündə əsas pay sahibi olan mülkiyyətçiyə (iddiaçıya), əmlakda payı cüzi olan digər mülkiyyətçilər (cavabdehlər) tərəfindən maneə yaradılması ilə nəticələnir ki, bu da yolverilməzdir. Nəticə olaraq məhkəmənin qənaəti ondan ibarətdir ki, heç bir halda əmlak üzərində paylı mülkiyyət sahibi olan mülkiyyətçilər bir-birlərinə maneə yaratmamaqla öz mülkiyyət hüquqlarını həyata (realizə etməli) keçirməlidir.

46. Birinci instasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarının əsaslandırıcı hissəsində şərh edilən hüquqi mövqe nəzərə alınmaqla, ilk növbədə qeyd edir ki, cavabdeh cavabdeh2 apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, mübahisə predmeti olan əmlak üçüncü şəxslərə icarəyə verilmiş, onlarla müqavilə bağlanmış, həmin şəxslər əmlakdan qanuni əsaslarla istifadə edir, həmçinin iddiaçı əmlakın naturada ayrılması barədə məhkəmədə iddia qaldırmışdır. Bu səbəbdən də məhkəmə onların mülkiyyət hüquqlarını pozmuşdur. İddiaçı özü də etiraf edir ki, cavabdehlərin heç biri həmin əmlakda yaşamır, həmin əmlak icarəyə verilmiş və başqa şəxslər tərəfindən ticarət obyekti kimi istifadə edilir. Belə olan halda cavabdehlərin iddiaçıya hansı qaydada maneələr törətməsini anlamaq mümkün deyildir.

47. Məhkəmə kollegiyasının araşdırması zamanı və tərəflərin qarşılıqlı verdikləri izahatlar ilə müəyyən edilmişdir ki, hazırda mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139,5 kv.m. olan fərdi yaşayış evi ticarət obyekti kimi fəaliyyət göstərir və hazırda üçüncü şəxslərin icarəsindədir. Fərdi yaşayış evinin “A” tikilisinin 5/12 hissəsi iddiaçı İddiaçı məxsus olsa da, cavabdehlər tərəfindən yaradılan maneələrə görə iddiaçı öz əmlakından istifadə edə bilmir. Həmin əmlak tərəflərə babalarından qalmışdır. Hal-hazırda həmin ünvanda heç kim yaşamır və cavabdehlər mübahisəli ünvanı icarəyə verərək, ticarət obyekti kimi istifadə edirlər. Cavabdehlər paylı mülkiyyətlərində olan əmlakı iddiaçının razılığı olmadan başqa şəxslərə icarəyə vermişlər. Hal-hazırda isə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyətindən məhrum qalmışdır.

48. Mülki qanunvericiliyin tələblərinə görə, paylı mülkiyyətdə olan əşyanın təmiri və təzələnməsi yalnız mülkiyyətçilərin əksəriyyətinin razılığı ilə mümkündür. Həmçinin, mülki qanunvericiliyin tələlərinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, belə razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Lakin işin məhkəmələr tərəfindən müəyyən edilmiş halı ondan ibarətdir ki, cavabdehlər mübahisəli əmlakı onun 5/12 payda mülkiyyətçisi olan iddiaçının razılığı olmadan digər şəxslərin istifadəsinə vermişlər. Göründüyü kimi, iddiaçının mübahisəli əmlakdan istifadə edə bilməməsinə səbəb həmin əmlakın təyinatının iddiaçının paylı mülkiyyətçi kimi razılığı olmadan dəyişdirilərək üçüncü şəxslərə verilməsi olmuşdur.

49. Cavabdehlərin hərəkətləri və qərarları iddiaçının özünə məxsus əmlakdan istifadəsinə maneələr yaratmışdır. Cavabdehlər mübahisəli əmlakı müxtəlif şəxslərin istifadəsinə verməklə hüququ pozulmuş paylı mülkiyyətçinin hüquqlarının bərpasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Hazırda mülkiyyətçi ona mülkiyyət hüququ ilə məxsus olan əşyadan istifadə etməsinə və ya sərəncam verməsinə başqa şəxs (şəxslər) tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını tələb edir, həm də bu maneə onun mülkiyyət hüququndan məhrum edilməsi ilə bağlı olmur. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçının mübahisəli əmlakdan istifadə etməsinə mane olan hal, yuxarıda da qeyd edildiyi kimi, cavabdehlərin həmin əmlakla bağlı aktiv hərəkətləri (onun təyinatını dəyişərək icarəyə vermələri) olmuşdur.

50. Belə ki, iddiaçının tələbi ona və cavabdehlərə paylı mülkiyyət hüququ ilə məxsus olan mübahisəli fərdi yaşayış evindən istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması ilə bağlıdır. İddiaçının qənaətinə görə, cavabdehlər onun razılığı olmadan həmin yaşayış evinin konstruksiyasında dəyişiklər edilmiş və həmin sahə üçüncü şəxslərə icarəyə verilmişdir, bununla da onun həmin əmlakdan istifadə etməsinə maneə yaradılmışdır. Qeyd edilən halı məhkəmə prosesində iştirak edən cavabdehlər inkar etməmiş, mübahisəli fərdi yaşayış evini həqiqətən də ticarət obyekti kimi icarə müqaviləsi əsasında üçüncü şəxslərin istifadəsinə verdiklərini bildirmişlər. Məhz bu hallara istinad edən birinci instansiya məhkəməsi iddianı təmin edərək bu qənaətə gəlmişdir ki, iddiaçının mülkiyyət hüquqları cavabdehlər tərəfindən hüquqa zidd olaraq məhdudlaşdırıldığından iddia tələbi qanuni və əsaslı olmuşdur.

51. Apellyasiya şikayətinin dəlillərində göstərilmişdir ki, həmin obyekt icarəyə verilən zaman iddiaçı ümumiyyətlə əmlakdan imtina etmişdi və obyektin icarəyə verilməsini bilirdi. Lakin, o bununla bağlı heç bir hərəkət etməmişdir. İddiaçı məhkəmədə əmlakın naturada ayrılması barədə iddia qaldırıbdır. Həmin iş hazırda məhkəmənin icraatındadır. Lakin iddiaçının əmlakdan imtina etməsi təsdiqini tapmamış, əmlakın icarəyə verilməsini bilməsi onun hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsini, həmçinin, payların naturada bölünməsi ilə bağlı birinci instansiya məhkəməsinə müraciət etməsini istisna etmir.

52. Məhkəmə kollegiyası qeyd edir ki, ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən Çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139,5 kv.m olan fərdi yaşayış evinin tikili “A”-nın 1/12 hissəsi Xəlilova Şüşə İbrahim qızına və tikili “A”-nın 1/12 hissəsi X8 məxsusdur. X8 ##.##.1993-cü ildə, Xəlilova Şüşə İbrahim qızı isə ##.##.1999-cu ildə ölmüşdür. Xəlilova Şüşə İbrahim qızının hüquqi varisləri, nəvələri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Belə ki, hazırkı işin mahiyyəti vərəsəlik və ya miras əmlakla bağlı olmadığından və mübahisənin payçılardan birinə münasibətdə yaranmış maneənin aradan qaldırılmasından ibarət olduğundan onlara münasibətdə hər hansı tələb və ya maneəçilik törədilməsi müəyyən edilməmişdir.

53. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Gəncə Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 İsax oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar