Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-310/2026 21.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınun hakimləri-X1 (sədrlik edən məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı İsayeva Bəyaz Aydın qızının cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşdə olan pul köçürmələrinə dair qəbzlərdən görünür ki, köçürməni alan Əfsanə S******** hesabına 368 manat və 100 manat vəsait, ********* nömrəli hesabdan köçürülmüşdür.
2. İşdə olan “Kapital Bank”a məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, ##.##.2025ci il tarixdə 368 manat və 100 manat vəsait digər hesaba köçürülmüşdür.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bak Şəhər Xətai Rayon Polis İdarəsinin ##.##.2026-cı il tarixli, *-**-**/*-*****/**** nömrəli məktubundan görünür ki, Cavabdeh barəsində Xətai RPİ-də hər hansı bir araşdırma materialı və ya cinayət işi olmamışdır.
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağcabədi Rayon Polis Şöbəsinin ##.##.2026-cı il tarixli, № **/*-*****/** nömrəli məktubundan görünür ki, Cavabdeh barəsində bank kartı vasitəsiilə pul mənimsənilməsinə dair Ağcabədi RPŞ-də araşdırma aparılmamışdır.
5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini Beyləqan Rayon Polis Şöbəsinin ##.##.2026-cı il tarixli, № **/*-**-**/*-****/**** nömrəli məktubundan görünür ki, Cavabdeh barəsində bank kartı vasitəsi ilə pul mənimsənilməsinə dair Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılmamışdır.
6. Kapital Bank ##.##.2026-cı il tarixli, №****/***/***** nömrəli sorğuya cavab məktubundan görünür ki, 416973********** №-li plastik kart ##.##.2025-ci il tarixdə bloklanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı İsayeva Bəyaz Aydın qızının cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 468 manat pulun və dövlət rüsumu kimi ödədiyi 30 manat pulun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ağcabədi şəhərində yaşayır, ## #### 2025-ci il tarixdə saat 16:26 radələrində texniki səhv və ya diqqətsizlik nəticəsində cavabdeh Cavabdeh bank hesab kartına səhvən 368 manat sonra isə saat 16:43 radələrində 100 manat ümumilikdə 468 manat pul köçürmüşdür. Səhv baş verdiyini müəyyən etdikdən sonra cavabdehdən pulun geri qaytarılmasını tələb etmiş, lakin indiyədək cavabdeh pulunu geri qaytarmayıb.
9. Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim İlqar Quliyev) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh 468 (dörd yüz altmış səkkiz) manat məbləğində pul alınıb iddiaçı İsayeva Bəyaz Aydın qızına verilməsi, ödənilmiş manat dövlət rüsumu cavabdehə aid edilməsi, cavabdeh Cavabdeh 30 (otuz) manat məbləğində pul alınıb iddiaçı İsayeva Bəyaz Aydın qızına verilməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı İsayeva Bəyaz Aydın qızı ##.##.2025-ci l tarixdə pul vəsaitinin olduğu kart hesabından 368 manat və 100 manat vəsaiti səhvən Cavabdeh hesabına göndərmişdir. Bununla da iddiaçı cavabdehin səhvən əsassız olaraq varlanmasını iddia etmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əsassız varlanma ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır.
11. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 1091.1, 1091.2, 1093.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
12. Şəmkir Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh Cavabdeh apelyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(076)–****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, o, 2025-ci ilin yay ayında əməliyyata getmək üçün kredit götürmək istəmişdir. Bununla bağlı internetdə qarşısına kredit şirkətinin çıxdığını, qeyd etmişdir. Həmin şirkətin adı Mpay idi. Onlarla əlaqə 077-593-52-41 mobil nömrəsi ilə əlaqə saxladığını və özlərini ona Mpay şirkəti kimi təqdim etdiyini və Mpay proqramı yüklədiyini qeyd etmişdir. Ona həmin proqrama 70 manat pul yükləməyini bildirmişdilər, həmçinin ondan krediti yükləmək üçün kart hesabını götürmüşdülər. Cavabdeh də onlara kart hesabını vermişdir. Pul köçmədikdə Mpay şirkətinin qaynarxətti ilə əlaqə saxladığını, onlar isə cavabdehə kredit vermədiklərini, elə bir xidmət göstərmədiklərini və onun aldadıldığını bildirmişdilər. Bu hadisədən təxminən bir ay sonra onu hətta Beyləqan rayon Polis Şöbəsinə çağırıb tanımdağı şəxsin kartından onun kartına pul köçdüyünü bildirmişdilər. Həmin vaxt araşdırma zamanı məlum olmuşdur ki, həmin məbləğ dələduzlar tərəfindən kart sahibi aldadılaraq, onların kartından çəkilmişdir. Bir neçə ay əvvəl isə iddiaçı məhkəmədə ona qarşı iddia qaldıraraq, həmin tarixdə onun kartından cavabdehin kartına 468 manat pul köçürüldüyünü və onun həmin pulu mənimsədiyini bildirmişdir. Halbuki, belə bir hal baş verməmişdir. Cavabdehin kartı həmin müddətdə dələduzlar tərəfindən ələ keçirilərək, bir çox şəxslərə məxsus pul vəsaiti Mpay proqramından istifadə edilməklə müxtəlif yerlərə köçürülmüşdür. Bununla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparıldı və o, oraya da dəvət edilmişdir. Orada da müəyyən etmişdiləri ki, onun məlumatı olmadan kart hesabı idarə edilmiş və oradan pullar çəkilmişdir. Məhkəmə tərəfindən pul köçürmələrinə dair qəbzlərə və “Kapital Bank”a məxsus ödəniş kartı üzrə çıxarışa istinad edilərək, köçürməni alan Əfsanə S******** hesabına 368 manat və 100 manat vəsait, ********* nömrəli hesabdan köçürüldüyü müəyyən edilmiş olsa da, həmin məbləğin onun tərəfindən mənimsənilib-mənimsənilmədiyi müəyyən edilməmiş və bununla bağlı hər hansı araşdırma aparılmamış və əsassız olaraq onda 468 manat pulu iddiaçının xeyrinə tutulması qət edilmişdir. Ona görə də Şəmkir rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini istəmişdir. Birinci instansiya məhkəməsi MPM-nin 14.2-ci maddəsinə istinad edərək, iddiaçı Bəyaz İsayevanın təqdim etdiyi istinad etməklə əsassız olaraq iddia tələbini təmin etmişdir. Halbuki, Məhkəmə tərəfindən isə iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş qəbzlərə istinad edilərək, iddia tələbi təmin edilmişdir. Halbuki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla yanaşı, onun qeyd etdiyi hallar və təqdim etdiyi sübutlar da araşdırılmalı idi. Həmçinin, məhkəmə tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə yalnız iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etməklə əsassız qətnamə qəbul etmişdir. Onun təqdim etdiyi sübutlara ümumiyyətlə qiymət verilməmişdir. Məhkəmə qətnaməsində iddiaçının tələbinin haqlı olduğu nəticəsinə gəlmiş olsa da, bu işin hallarına uyğun deyildir. Belə ki, məhkəmə tərəfindən işin halları tam araşdırılmadan yalnız iddiaçının təqdim etdiyi sübutlara istinad edilməklə əsassız qətnamə çıxarılmışdır. Məhkəmə, qətnaməsində iddiaçının tələbinin haqlı olduğu nəticəsinə gəlmiş olsa da, bu işin hallarına uyğun deyildir. Belə ki, məhkəmə tərəfindən işin halları tam araşdırılmadan yalnız iddiaçının təqdim etdiyi sübutlara istinad edilməklə əsassız qətnamə çıxarılmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin əvvəlki, məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
17. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
18. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
25. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Hazırkı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırır ki, iddiaçı İsayeva Bəyaz Aydın qızı ##.##.2025-ci il tarixdə pul vəsaitinin olduğu kart hesabından 368 manat və 100 manat vəsaiti səhvən Cavabdeh hesabına göndərmişdir. Bununla da iddiaçı cavabdehin səhvən əsassız olaraq varlanmasını iddia etmişdir. Ona görə də, məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından əsassız varlanma üzrə öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsi iddiaçının, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Cavabdeh isə apellyasiya şikayətinin dəlilində cavabdehin kartının həmin müddətdə dələduzlar tərəfindən ələ keçirilərək, bir çox şəxslərə məxsus pul vəsaiti Mpay proqramından istifadə edilməklə müxtəlif yerlərə köçürülməsi, bununla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılması, polis şöbəsində onun məlumatı olmadan kart hesabı idarə edilməsi və oradan pullar çəkilməsinin müəyyən edilməsi ilə bağlı dəlilinin araşdırılması üçün Beyləqan rayon Polis Şöbəsinə, Xətai rayon Polis şöbəsinə və Ağcabədi rayon Polis şöbəsinə sorğular verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bak Şəhər Xətai Rayon Polis İdarəsinin ##.##.2026-cı il tarixli, *-**-**/*-*****/**** nömrəli məktubundan görünür ki, Cavabdeh barəsində Xətai RPİ-də hər hansı bir araşdırma materialı və ya cinayət işi olmamışdır. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağcabədi Rayon Polis Şöbəsinin ##.##.2026-cı il tarixli, № **/*-*****/** nömrəli məktubundan görünür ki, Cavabdeh barəsində bank kartı vasitəsilə pul mənimsənilməsinə dair Ağcabədi RPŞ-də araşdırma aparılmamışdır. Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini Beyləqan Rayon Polis Şöbəsinin ##.##.2026-cı il tarixli, № **/*-**-**/*- ****/**** nömrəli məktubundan görünür ki, Cavabdeh barəsində bank kartı vasitəsi ilə pul mənimsənilməsinə dair Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılmamışdır. Bu baxımdan kollegiya hesab edir ki, apellyasiya şikayətinin həmin dəlilləri əsassızdır.
32. Məhkəmə sorğusu əsasında əldə olunmuş “Kapital Bank”a məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, köçürməni alan Əfsanə S******** hesabına ##.##.2025-ci il tarixdə 368 manat və 100 manat vəsait digər hesaba köçürülmüşdür.
33. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
34. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
35. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
36. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü əsassız varlananın əmlak əldə etməli, həmin əmlakı məhrum olanın hesabına əldə etməli və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır.
37. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış şəxsdən əmlak və ya dəyəri alınaraq məhrum olana verilməlidir. Əsassız varlanma: zərərçəkmişin hərəkətləri (başqasına məxsus borc məbləğini ödəmək, ödənilmiş malın təkrar və ya artıq ödənilməsi, artıq malın verilməsi və s.), əldə edənin hərəkətləri (başqasına çatası göndərişi səhvən əldə etmək), üçüncü şəxslərin hərəkətləri (göndərilən yükü səhvən başqasına vermək, bankın ödənişi səhv verməsi və.s) yollarla baş verə bilər.
38. Mülki Məcəllənin 1091-ci maddəsinə görə bu cür varlanmaya haqq verən hər hansı qanuni əsas və ya müqavilə əsası olmamalıdır. Başqa sözlə, bu zaman zərərçəkənlə əldə edən arasında hər hansı razılaşma baş vermir, əldə edən qanunla və ya müqavilə (razılaşma) əsasında əmlak əldə etmir. Bu, o halda baş verir ki, zərərçəkən, əldə edilən razılaşmadan (razılaşma çərçivəsindən) kənar ödəniş edir, ödənişlərdə yanılmış olur, əldə edən bilərəkdən və ya bilməyərəkdən razılaşmadan kənar artıq ödəniş əldə edir, əldə edənə məxsus borc zərərçəkəndən tutulur.
39. Beləliklə, tərəflər arasında pul vəsaitinin verilməsi ilə bağlı qanuni əsas və ya etibarlı müqavilə əsası mövcud olmamışdır. İddiaçı səhvən ##.##.2025-ci il tarixdə cavabdehin kart hesabına 468 manat pul köçürmüş və nəticədə cavabdeh hər hansı hüquqi əsas olmadan iddaçının hesabına 468 manat məbləğdə varlanmış, həmin vəsaiti özündə saxlamaqla iddiaçıya qaytarmamışdır. Cavabdeh pulun onun tərəfindən deyil, dələduzluq yolu ilə onun kartına köçürülməsi və bununla bağlı aidiyyatı orqanlarda araşdırma aparıldığını qeyd etsə də, həmin halları təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınun MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.