Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-318/2026 29.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı1 və iddiaçı2 İsrəfil oğlunun cavabdeh Cavabdeh İsmayıl oğluna qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borcun qaytarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçılar iddiaçı1 və iddiaçı2 İsrəfil oğlunun iştirakı ilə, İddiaçılar iddiaçı1 və iddiaçı2 İsrəfil oğlunun cavabdeh Cavabdeh İsmayıl oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ##.##.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İsmayıl oğlu iddiaçı1 ##.##.2024cü il tarixində borc olaraq 2300 manat aldığını, aprel ayından başlayaraq hər ay 400 AZN məbləğində 6 ay ərzində qaytaracağını qeyd etmişdir.
2. Qəbzdən görünür ki, Cavabdeh İsmayıl oğlu iddiaçı2 İsrəfil oğlundan ##.##.2023-cü il tarixində 1400 manat aldığını və 15 sentyabr tarixinə kimi qaytaracağını qeyd etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh İsmayıl oğlundan 3700 (üç min yeddi yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddiaçı1 iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh İsmayıl oğlu ilə uzun müddətdir ki, yaxın münasibətləri olmuşdur. O, onu etibarlı bir insan kimi tanıyıb inanmışdır. Bir gün cavabdeh onların evlərinə gəlmişdir. Həmin an evdə qardaşı oğlu Rəşad və qohumu Elburus da orda olub. Cavabdeh pula ehtiyacı olduğunu, ticarətini genişləndirmək istədiyini və 15 günə pulunu qaytaracağını bildirmişdir. Ona inanaraq pulu vermiş və buna dair öz imzası ilə qəbz də yazmışdır. Lakin, cavabdeh aldığı pulu qaytarmaqdan boyun qaçırmışdır.
5. Daha sonra iddiaçı iddiaçı1 iddia həcminin azaldılması barədə ərizə verərək, bildirmişdir ki, cavabdeh ondan 2300 manat borc pul almışdır. İddia tələbində texniki səhvlik olaraq 3700 manat borc qeyd edilmişdir. Odur ki, cavabdeh Cavabdeh İsmayıl oğlundan 2300 (iki min üç yüz) manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddiaçı2 İsrəfil oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh İsmayıl oğlundan 1400 (bir min dörd yüz) manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddiaçı2 İsrəfil oğlu iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh İsmayıl oğlu ilə uzun müddətdir ki, yaxın münasibətlər olmuşdur. O, onu etibarlı bir insan kimi tanıyıb inanmışdır. Cavabdeh İsmayıl oğlu ona zəng edərək pula ehtiyacı oluğunu bildirmişdir. O da ona inandığından qohumu Yeganə adlı şəxsdən 1400 manat pul alıb vermişdir. Cavabdeh öz imzası ilə qəbz də yazmışdır. Lakin cavabdeh aldığı pulu qaytarmaqdan boyun qaçırmışdır.
8. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Fərman Abdullayev), iddiaçı iddiaçı1 cavabdeh Cavabdeh İsmayıl oğluna qarşı pul tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh Cavabdeh İsmayıl oğlundan 1908 (min doqquz yüz səkkiz) manatın alınaraq, iddiaçı iddiaçı1 xeyrinə ödənilməsi, iddiaçı iddiaçı2 İsrəfil oğlunun cavabdeh Cavabdeh İsmayıl oğluna qarşı pul tələbinə dair iddiasının təmin edilməsi, cavabdeh Cavabdeh İsmayıl oğlundan 1400 (bir min dörd yüz) manatın alınaraq, iddiaçı iddiaçı2 İsrəfil oğluna verilməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 425.1, 442 və 739.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh Cavabdeh İsmayıl oğlu apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, qəbul edilmiş qərarla onun qanunla qorunan hüquqları pozulmuşdur. Qətnamədə göstərilən məbləğlərin müəyyən edilməsi zamanı faktiki ödənişləri və tərəflər arasında mövcud olmuş real münasibətlərin mahiyyəti tam və hərtərəfli araşdırılmamış, borc öhdəliyinin əsası, tərəflər arasında yaranmış anlaşmalar, həyata keçirilmiş ödənişlər, qəbzlərin tərtibi və borcun hesablanma prinsipləri olduğu kimi qiymətləndirilməmişdir. O, 1400 manat məbləğində pulu faktiki olaraq iddiaçı1 almış, lakin qəbz forma və tərtibat baxımından iddiaçı2 adına yazılmışdır. Bunun səbəbi borcun ilkin olaraq Yeganə tərəfindən verilməsi, lakin əməliyyat zamanı Elbrusun da iştirak etməsi və müəyyən texniki anlaşılmazlıq olmasıdır. Borcun qaytarılmasında gecikmə yarandığı üçün o, iddiaçı1 müraciət etmiş, tərəfləriddiaçı1, iddiaçı2 və o-aralarında 1400 manat əsas borc əvəzinə faizlə birlikdə 2300 manat ödəməyi barədə razılaşma əldə etmişlər. Bu razılıq onun ağır maliyyə vəziyyətimdən istifadə edilməklə qəbul etdirilmiş, lakin o yenə də öhdəliyini yerinə yetirmək üçün mümkünsüzlüyə baxmayaraq ödənişlərə başlamışdır. 2300 manatlıq öhdəliyə dair qəbz iddiaçı1 adına yazılmış və həmin qəbzi o, tərtib etmişdir. Bu qəbzin tərtibi öhdəliyin sadəcə rəsmiləşdirmə məqsədi daşıyıb, borcun real məbləğindən daha artıq faiz yükü yaratsa da, o, yenə də borcu qaytarmaq üçün müxtəlif vaxtlarda ödənişlər etmişdir. Belə ki, 2300 manatlıq qəbz yazıldıqdan sonra o, iddiaçı1 ardıcıl şəkildə ümumilikdə 800 manat ödəmişdir. Bununla 1400 manat əsas borcun 800 manatı faktiki olaraq qaytarılmış, yalnız 600 manat qalmışdır. Daha sonra, ##.##.2025-ci il tarixdə o, əlavə olaraq 392 manat ödəmişdir. Bu ödənişlər tam sübutlarla təsdiq edilə bilər və tərəflər də məhkəmədə bu məbləğin ödənildiyini təsdiqləmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı2 İsrafil oğlu apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətin təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
15. İş üzrə cavabdeh Cavabdeh İsmayıl oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə, məhkəmə bildirişinin onun elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq o, ##.##.2026-cı il tarixə saat 10-40-a təyin olunmuş məhkəmə iclasına gəlməmiş, kollegiyaya teleqram ünvanlayaraq, işin başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Bu səbəbdən işin baxılması ##.##.2026-cı il tarixə saat 12-40-a təxirə salınmışdır. Cavabdeh Cavabdeh İsmayıl oğlu hər hansı bir səbəb göstərmədən yenə də məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin bu hərəkətlərini işin düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl olaraq maneçilik törətməsi kimi qiymətləndirir (MPM 120-ci maddəsi). Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən hazırki vəziyyətdə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
21. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
22. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
23. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına
28. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
35. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
38. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
40. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Beləliklə, işin halları ondan ibarətdir ki, cavabdeh Cavabdeh iddiaçı iddiaçı1 2300 manat və iddiaçı iddiaçı2 İsrəfil oğlundan isə 1400 manat məbləğdə borc pul almış, həmin puldan iddiaçı1 392 manat qaytarmış, 1908 manat isə borcu qalmışdır. Digər iddiaçı iddiaçı2 isə heç bir ödəniş etməmişdir. Nəticədə, cavabdeh tərəfindən həmin pul məbləğləri iddiaçılara qaytarılmamışdır.
43. Birinci instansiya məhkəməsi iddia tələbini araşdıraraq, iddiaçılar tərəfindən cavabdehə borc verildiyini müəyyən etmiş və iddia tələbini qismən təmin etmişdir.
44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, cavabdehin iddiaçılardan 2300 manat və 1400 manat borc pul alması barədə iş materiallarında cavabdehin yazdığı qəbzlər mövcuddur. Həmçinin, cavabdeh birinci instansiya məhkəməsində həmin qəbzlərin özü tərəfindən yazılmasını etiraf etmiş, qəbzləri mübahisələndirməmişdir. Lakin, cavabdeh iddiaçılara borcunun olmadığını bildirsə də, kollegiyanın iclaslarına gəlməmiş, borcunun olmamasını təsdiq edəcək hər hansı sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
46. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanunhüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
47. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
48. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
49. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh tərəfindən iddianın təkzib edilməsi barədə hər hansı sübut məhkəmə kollegiyasına təqdim edilməmişdir. Belə olan halda borcun olmaması barədə apellyator tərəfindən irəli sürülən dəlillər təsdiqini tapmamışdır. Artıq yuxarıda qeyd edildiyi kimi iş materiallarında borcun etirafı ilə bağlı cavabdehin yazdığı qəbzlər də mövcuddur.
50. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1,372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh Cavabdeh İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.