Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-330/2026 01.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiаçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borc tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiаçı İddiaçı və cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ##.##.2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən göndərilmiş məktuba əsasən, Cavabdeh tərəfindən əmək müqaviləniz hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməniz və əmək haqqınızın ödənilməməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə ünvanladığınız müraciətə şöbədə baxılmışdır. Müraciətinizlə əlaqədar Cavabdeh ünvanı ünvan 1 və müraciətinizdə qeyd etdiyiniz Gəncə şəh, Şadılı qəsəbəsi, Rəmziyyə Veysəlova, 73 ünvanına tərəflərindən ##.##.2024-cü il tarixli *-**-*/*-K-*****/**** nömrəli sorğu məktubu göndərilmişdir, lakin şöbəyə heç bir sənəd təqdim olunmamış və cavab məktubu göndərilməmişdir. Müraciətə baxılmasında iştiraklarının təmin olunması məqsədilə şöbəyə dəvət olunmuşlar, şöbəyə təqdim etdikləri ##.##.2024-cü il tarixli yazılı izahatda Sizə verilən suallara cavab olaraq Cavabdeh ilə 2023-cü ilin mart ayından 2024-cü ilin avqust ayına qədər işlədiyinizi, iş vaxtınızın saat 09:00-dan başlayaraq təxminən 22:00, 23:00-a kimi davam etdiyini bildirdiniz. Sizin dəvətiniz ilə şahid qismində iştirak edən İsmayılov Amin Fazil oğlu şöbəyə təqdim etdiyi ##.##.2024-cü il tarixli izahatında Cavabdeh məxsus bağ evində əmək müqaviləsi bağlanılmadan təmir işlərini yerinə yetirdiyinizi, işləri yekunlaşdırmağınıza baxmayaraq Cavabdeh tərəfindən 1750 manat ödənilmədiyini bildirmişdir.
2. “xxxx” MMC-nin LP-***/**** nömrəli ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, su hovuzunun tikintisi zamanı görülən işlərin dəyəri 1406 manat təşkil edir.
3. Azərbaycan Qiymətləndiricilər Palatasının AQP-**/**** nömrəli ## ###### 2026-cı il tarixli məktubundan görünür ki, “xxxx” MMC-nin LP-***/**** nömrəli ##.##.2025-ci il tarixli hesabatında işlərin həcmi və dəyəri ilə bağlı qeyd olunan göstəricilərdə və metodoloji yanaşmada ciddi nöqsanlar aşkar edilmişdir. Ona görə də həmin hesabat qeyri-məqbul hesab edilmiş və bununla bağlı tədbirlər görülməsi qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 1750 manat məbləğində pulun alınaraq iddiaçı İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o cavabdehlə 2023-cü ilin mart ayından tanışdır. O, usta kimi cavabdehin Gəncə şəhəri, Sadıllı qəsəbəsi, R, Veysəlova kuçəsı 73ünvanında yerləşən evində 2023-cü ilin mart ayından 2024-cü ılın avqust ayına kimi işləmişdir. Onun yanında digər usta İsmayılov Amin Fazil oğlu da onunla işləmişdir. Gördükləri işlər üçün pulun bir hissəsini cavabdehdən almışdır. 2024-cü ilin avqust ayında cavabdeh pulunun olmadığının bildirərək işi dayandırmışdır. O, cavabdehdən alacağı olan 1750 manat pulu istəsə də, cavabdeh pulunun olmadığını və pulu olanda verəcəyini bildirmişdir. Cavabdeh pulunu vermədiyinə görə o, cavabdehdən AR ƏƏSMN yanında DƏMX Gəncə-Daşkəsən regional şöbəsinə və eyni zamanda polis şöbəsinə şikayət ilə müraciət etmişdir. Şikayət üzrə araşdırmalar aparılmış və cavabdeh polis şöbəsində verdiyi izahatda həqiqətən də ona 1750 manat borcu olduğunu etiraf etmişdir. Qeyd edilən dövlət orqanlarından ona verilən cavabla məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Odur ki, pul tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
6. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ədil Məmmədov) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 1406 (bir min dörd yüz altı) manat məbləğində pulun alınıb, iddiaçı İddiaçı verilməsi, iş üzrə ödənilməli olan 34,06 (otuz dörd) manat 06 qəpik məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilməsi, iş üzrə qiymətləndirici rəyinin verilməsi üçün hesablanmış 250 manat məbləğində məhkəmə xərcinin ödənilmiş tələblərə mütənasib olan 190 (bir yüz doxsan) manat hissəsinin cavabdeh Cavabdeh, qalan 60 (altmış) manat hissəsinin isə iddiaçı İddiaçı tutulub, “xxxx” MMC-nin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1, 755, 762.1 və 762.2-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-237-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən kifayət qədər araşdırma aparılmadan qətnamə qəbul edimişdir. Belə ki, iddiaçı öz öhdəliyini yerinə yetirməmiş, işi başa çatdırmamış, gördüyü iş isə bəyənilməmişdir. Bu səbəbdən də ona həvalə edilən iş ondan alınaraq başqa ustaya verilmişdir. Bundan başqa məhkəmə görülmüş işin qüsurlu olub-olmaması, həmçinin, mütəxəssis rəyində qeyd edilən məbləğdə olub-olmaması istiqamətində heç bir araşdırma aparmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçıya 300 manat borcu qaldığından iddianı həmin hissədə qəbul edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, izahatında göstərmişdir ki, cavabdehin evində hovuzun təmirini tam yekunlaşdırmamışdır. Cavabdehlə işin görülməsini 1700 manata razılaşmışlar. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
14. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
15. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
16. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
17. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
22. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
23. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
24. Maddə 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
31. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər.
33. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
34. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
37. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi - cavabdeh Cavabdeh 1406 (bir min dörd yüz altı) manat məbləğində pulun alınıb, iddiaçı İddiaçı verilməsi - hissəsində dəyişdirilməli, həmin hissədə - cavabdehdən iddiaçının xeyrinə 300 manat məbləğində pul tutulmalıdır. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, sifarişçi Cavabdeh ilə İddiaçı arasında şifahi podrat müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sifarişçi ona məxsus olan evin hovuzunun təmirini iddiaçı İddiaçı sifariş vermiş və podratçı həmin sifarişi müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməyi, sifarişçi isə icraçının haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən sifarişçi tələb olunan məbləğləri podratçıya verməmiş, müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş və nəticədə iddiaçıya 1750 manat borcu qalmışdır. Borcun ödənilməsi barədə sifarişçiyə xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də podratçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmə işdə olan mütəxəssis rəyinə istinad edərək iddiaçı rəyə uyğun şəkildə qismən təmin etmişdir.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
41. Belə ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmə tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
42. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
43. Burada nəzərə alınmalıdır ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ##.##.2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2018-ci il tarixli Qərarı).
44. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtləri təhlil olunmalıdır.
45. Tərəflər arasındakı müqavilə şərtləri özlüyündə podrat müqaviləsinin ünsürlərini əhatə etdiyindən hazırkı mübahisə həmin münasibətləri tənzimləyən hüquq normaları çərçivəsində dəyərləndirilməlidir.
46. İşin mübahisəsiz halı ondan ibarətdir ki, müqavilədə nəzərdə tutulan işin icrasına görə sifarişçi tərəfindən podratçıya onun tələb etdiyi məbləğ tam şəkildə ödənilməmişdir.
47. İşin mübahisə doğuran tərəfi podratçının müqavilədə nəzərdə tutulan işi tam həcmdə icra edib-etməməsidir. Çünki, iddiaçı (podratçı) müqavilədə nəzərdə tutulan için tam həcmdə görülməməsinin səbəbinin cavabdeh tərəfindən pulun verilməməsi olmasını iddia edərək, qalıq 1750 manatın ona ödənilməsini tələb edir; cavabdeh (sifarişçi) isə iddiaya etiraz edərək işin qismən icra edildiyini, iddiaçının işini düzgün görməməsi səbəbindən işin dayandırıldığını, buna görə də qalıq 300 manat məbləği ödəməli olduğunu bildirir. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
49. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanunhüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
50. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
51. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
52. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin dəlilləri qismən əsaslıdır. Belə ki, cavabdeh iddiçıya 300 manat məbləğində borcu olduğunu bildirmiş, iddiaçının isə tələbi 1750 manat olmuşdur. Lakin, iddiaçı bununla bağlı mötəbər sübutlarını təqdim etməmişdir.
53. Bundan əlavə, birinci instansiya məhkəməsi borcun 1406 manat olması qənaətinə gəlmiş və nəticəyə gələrkən işdə olan “xxxx” MMC-nin LP-***/**** nömrəli ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə istinad etmişdir.
54. Lakin, işə apellyasiya instansiyasında baxılarkən apellyator tərəfindən təqdim edilmiş Azərbaycan Qiymətləndiricilər Palatasının AQP-**/**** nömrəli ## ###### 2026-cı il tarixli məktubuna əsasən “xxxx” MMC-nin LP-***/**** nömrəli ##.##.2025-ci il tarixli hesabatında işlərin həcmi və dəyəri ilə bağlı qeyd olunan göstəricilərdə və metodoloji yanaşmada ciddi nöqsanlar aşkar edildiyi, ona görə də həmin hesabat qeyri-məqbul hesab edilməsi və bununla bağlı tədbirlər görülməsinin qərara alındığı müəyyən edilmişdir. Göründüyü kimi, işdə olan “xxxx” MMC-nin LP-***/**** nömrəli ##.##.2025-ci il tarixli mütəxəssis rəyi həqiqəti əks etdirmir.
55. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
58. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” ## ###### 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
59. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan işdə, sifarişçi Cavabdeh ilə cavabdeh İddiaçı arasında şifahi podrat müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sifarişçi ona məxsus olan evin hovuzunun təmirini iddiaçı İddiaçı sifariş vermiş və podratçı həmin sifarişi müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməyi, sifarişçi isə icraçının haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən sifarişçi tələb olunan məbləğləri tam şəkildə cavabdehə verməmiş, müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş və nəticədə iddiaçıya 300 manat borcu qalmışdır.
60. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh 1406 (bir min dörd yüz altı) manat məbləğində pulun alınıb, iddiaçı İddiaçı verilməsi - hissəsində dəyişdirilməli, həmin hissədə - cavabdehdən iddiaçının xeyrinə 300 manat məbləğində pul tutulmalıdır. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
61. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1,372.1, 382, 384.0.3, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh 1406 (bir min dörd yüz altı) manat məbləğində pulun alınıb, iddiaçı İddiaçı verilməsi - hissəsində dəyişdirilsin. Həmin hissədə - cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə 300 (üç yüz) manat məbləğində pul tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.