Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-338/2026 09.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X5 və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Cavabdehlər cavabdeh1 İnqilab oğlu və cavabdeh2 İnqilab oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 İnqilab oğlu və cavabdeh2 İnqilab oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 İnqilab oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçının təşəbbüsü ilə şahid qismində məhkəmədə dindirilmiş X6 göstərmişdir ki, Elməddinin qəssabxanası var, Xəyyam orada işləmişdir. Xəyyam avtomobilini etibarnamə ilə Sadiqə vermiş, sonuncu sataraq pulu qaytarmamışdır. Elməddin kredit götürərək Xəyyama vermişdir. X9 8500 manat borcu qalmışdır. X7 göstərmişdir ki, Sadiqi tanımır, Xəyyamı isə tanıyır. Xəyyəm Elməddinin obyektində işləmişdir. Elməddin Xəyyama borc vermişdir. Xəyyamın Elməddinə 8000 manat borcu qalmışdır.
2. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin ##.##.2026-cı il tarixli, *-**-**/*-****** saylı məktubundan görünür ki, “Mercedes Benz C180” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2008-ci il tarixdə X4 adına qeydiyyata alınmış, ##.##.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq, X10 adına rəsmiləşdirilmişdir. Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, nəqliyyat vasitəsi 10.000 manata satılıb və bu məbləği satıcı alıcıdan alıb.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdehlər cavabdeh1 İnqilab oğlu və cavabdeh2 İnqilab oğlundan 8500 (səkkiz min beş yüz) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehləri tanımış, cavabdeh1 İnqilab oğlu qəssablıq fəaliyyəti ilə məşğul olmuş, iddiaçı ilə Xəyyamın münasibətləri yaxşı olmuşdur. İddiaçı da qəssablıq fəaliyyəti ilə məşğul olmuş, onun Quzanlı qəsəbəsində heyvan kəsim və satış məntəqəsi var. İddiaçı cavabdeh cavabdeh1lə heyvan alıb, kəsib, satmaqla bağlı razılığa gəlmişdir. Cavabdehin pulu olmadığı üçün iddiaçıya məxsus avtomobili satıb, həmin pulla alver etmək istəmişlər. Digər cavabdeh cavabdeh2 avtomobil təmiri ustasıdır. Razılaşmalarına görə iddiaçıya məxsus avtomobili Sadiq təmir edərək satmalı və pulunu iddiaçıya verməli olmuşdur. Sadiq avtomobili 9000 (doqquz min) manata satıb pulu özünün dediyinə görə qardaşı cavabdeh1 vermişdir. Ortada olan maya ilə təxminən bir il alver etmişlər. cavabdeh1 2-3 aydan bir iddiaçıya 150 manat icarə pulu vermişdir. Cavabdehlər 9000 manatdan iddiaçıya 500 manat ödəmişlər. Cavabdehlərin iddiaçıya 8500 manat borcu qalmışdır. Cavabdehlərin hər ikisi iddiaçının pulunu qaytaracaqları barədə sonuncuya söz vermişlər. Sadiq pulun qaytarılmasına cavabdeh olduğunu demişdir. Ancaq uzun müddət keçməsinə baxmayaraq iddiaçı cavabdehlərdən pulu ala bilməmişdir. Cavabdeh cavabdeh1 iddiaçıya verməli olduğu 8500 manat pulu vermədiyi üçün onu iddiaçı mağazasından kənarlaşdırmışdır. Cavabdehlərin iddiaçıya borclu olmalarını Ağdam rayonu, İmamqulubəyli qəsəbəsində yaşayan X6 və X3 da təsdiq edə bilərlər.
5. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh1 İnqilab oğlu və cavabdeh2 İnqilab oğlundan müştərək qaydada 8500 (səkkiz min beş yüz) manat alınaraq İddiaçı verilməsi, cavabdeh1 İnqilab oğlu və cavabdeh2 İnqilab oğlundan müştərək qaydada 105 (yüz beş) manat dövlət rüsumunun tutulması qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə dindirilmiş şahidlər cavabdehlərin iddiaçıya 8500 manat borcunun olduğunu təsdiq etmişlər. Həmin şahidlərin ifadələri ilə iddiaçının izahatı arasında hər hansı bir ziddiyyət olmamışdır. Məhz göstərilən səbəbdən məhkəmə şahidlərin həqiqəti danışdığı, iddiaçının haqlı olduğu, yəni cavabdehlərin əsassız olaraq iddiaçıya məxsus 8500 manat pulu əldə etdikləri qənaətinə gəlmişdir.
7. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091 və 1092-cı, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 76, 77.1 və 88-ci maddələrinə istinad etmişdir.
8. Cavabdeh cavabdeh2 İnqilab oğlu qeyd edilən qətnamədən ##.##.2025-ci ildə elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti və apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət vermişdir.
9. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərardadı ilə (hakim Mahir Niftəliyev) cavabdeh cavabdeh2 İnqilab oğlunun vəsatətinin təmin edilməməsi, Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(013)- ****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 İnqilab oğlunun apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbi üzrsüz olduğundan bərpa edilməmişdir.
10. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərardadından narazı qalan cavabdeh2 İnqlab oğlu şikayət verərək, Ağdam Rayon Məhkəməsinin prosesual müddətin bərpasından imtinaya dair ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli Qərardadın ləğv edilməsini və müvafiq qərardad çıxarıb Ağdam rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsidən verilən apellyasiya şikayətini qəbul edib baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
11. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə şikayət mümkün hesab edilmiş və yazılı icraat qaydasında baxılması üçün təyin edilmişdir. Bundan sonra Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qərardadı ilə işə məhkəmə iclasında baxılması qərara alınmışdır.
13. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadından cavabdeh cavabdeh2 İnqilab oğlu tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadının ləğv edilməsi, cavabdeh cavabdeh2 İnqilab oğlu tərəfindən Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin qəbul edilməsi və apellyasiya şikayəti əsasında işin qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına verilməsi qərar alınmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
14. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 İnqilab oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən ona birgə məsuliyyətin qoyulması əsassızdır. Məhkəmə qətnaməsində də qeyd edildiyi kimi, ona məxsus avtomobili satdıqdan sonra əldə olunan məbləği 2021-ci ildə Ağdam rayonu, Quzanlı qəsəbəsində Elməddin ilə qardaşı cavabdeh1 vermişdir. Onun bu əməliyyatda rolu yalnız avtomobilin satışı ilə məhdudlaşmışdır və əldə olunan pul onun tərəfindən şəxsi varlanmaya səbəb olmamışdır. Əgər iddiaçının ilkin tələbi cavabdeh1 ona olan borcu ilə bağlı idisə, bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1 və 1092.1-ci maddələrində qeyd olunan "əsassız varlanma" əlamətləri onun hərəkətlərində tam təzahür etmir. Məhkəmə onun məsuliyyət dərəcəsini fərqləndirmədən qətnamə çıxarmışdır ki, bu da ədalətsizdir. Məhkəmənin ona birgə məsuliyyət qoyması, onun konkret əməliyyatda şəxsi varlanmanın olmaması faktını, ədalət prinsiplərinə ziddir. Bundan əlavə, sual yaranır ki, əgər iddia edilən borc həqiqətən də mövcud idisə, Elməddin bu günə kimi nəyə görə ondan nəqliyyat vasitəsinin pulunu tələb etməyib? Bu, inandırıcı hal deyil ki, kiminsə pulu onda 4 ildən artıq qala və heç bir tələb irəli sürülməsin. Məhkəmə bu ağlabatan sualları və Elməddinin bu müddət ərzindəki passivliyini nəzərə almamışdır ki, bu da mülki hüquq münasibətlərinin ədalət prinsiplərinə uyğun deyil. Məhkəmənin qərarı bu kontekstdə mülki hüquq münasibətlərinin mahiyyətini düzgün əks etdirməmiş və onun hüquqlarına dair ədalətli yanaşma nümayiş etdirməmişdir. Məhkəmə onun işdəki rolunu və məsuliyyətinin dərəcəsini qiymətləndirərkən bu prinsiplərə tam əməl etməmişdir. Qeyd etmişdir ki, hadisə 2021-ci ilin payız aylarında Quzanlıda, Elməddinin öz çayxanasında baş vermişdir. Həmin vaxt o, qardaşı Xəyyamla Elməddin birlikdə oturan zaman pulu Elməddinə uzatmış və pulu sayıb götürməsini bildirmişdir. Nəqliyyat vasitəsi Elməddinə məxsus olduğu üçün, əgər o, pulu ona verməsə idi, ona satılması üçün vermiş olduğu etibarnaməni dərhal ləğv edərdi. Məhkəmə bu faktları nəzərə almamış, yaxud düzgün qiymətləndirməmişdir. Həmçinin, iddia edilən borc məbləği ilə bağlı şahid ifadələrindəki ziddiyyətlər hərtərəfli və tam araşdırılmamışdır.
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 İnqilab oğlu apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, avtomobili etibarnamə ilə satılmışdır. Pulu qardaşı və iddiaçıya vermişdi. 8500 manat idi. İddiaçı Elməddin Şirinov ona şər-böhtan ataraq borcu olduğunu iddia edir. Ağdam Rayon Məhkəməsində məhkəmə iclasında iştirak etməmiş və iddiaçının xeyrinə qərar verilmişdir. O, iddiaçıdan borc almamışdır. O, Bərdə şəhərində yaşayır. İddiaçı ilə qardaşı birlikdə qəssabxana işlədirdilər və onun iddiaçı ilə əlaqəsi olmamışdır. İddiaçı 5 il qabaq ona avtomobilini satmaq üçün vermişdir, o da avtomobili sataraq pulunu ona vermişdir. 5 il qabaq avtomobili 8000 manata satmışdır. Mübahisəli avtomobili çoxdan satmışdı. Avtomobili etibarnamə ilə satmışdı. Avtomobili iddiaçıdan alandan 1 ay sonra satmışdı.O vaxt avtomobil alqı-satqısı ilə məşğul olurdu. Pulu iddiaçı və qardaşına vermişdi. İddiaçı ilə qardaşı çay içirdilər pulu gətirib stola qoymuşdu. Pulu iddiaçının özünə vermişdi. 8000 manat pul vermişdi. İddiaçı ilə qardaşı ortaq işləyirdilər və pula ehtiyacları var idi. Ondan avtomobilin satılmasına köməklik etməyini isdəmişdirlər. Avtomobili 8000 manata razılaşmışdı. Avtomobili 8000 manata satmışdı və həmin pulu iddiaçıya vermişdi. Qardaşı ilə ortaq işlədiklərinə görə köməklik etmişdi. qardaşı ilə Elməddin şərik idilər. Avtomobili 8500 manata satmışdır. Pulu Elmədinin çayxanası var idi, oraya gətirdi və ona verdi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 İnqilab oğlu apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, pulu iddiaçı götürmüşdü. 8500 manatı götürdü və pulu saydı. Avtomobil iddiaçının idi. Qardaşı avtomobili sataraq pulunu iddiaçıya gətirib vermişdir. Sübutları yoxdur. Qardaşı pulu iddiaçının özünə vermişdir. İddiaçı ilə ortaq işləyirdi. Qəssabxana var idi və onu ortaq işlədirdi. Qəssab idi. 8000 manat idi. Həmin şəxsi tanıyır. Amma onun xəbəri olmamışdır. İddiaçı ilə arasında pul söhbəti olmuşdur. Pulun əvəzi olaraq avtomobilini, soyuducu və qoşqu avadanlığı vermişdi. İddiaçı ilə 4-5 ildir ki, ayrılmışdır. Amma aralarındakı pul söhbətini həll etmişlər. Şahidləri vardır. Onu qəssabxanadan polis ilə çıxardan zaman demişdir ki, Xəyyamın ona borcu yoxdur. Onu qəssabxanadan çıxarmışdır. pulu Elməddin götürmüşdür. 3-4 min aralarında borc söhbəti olmuşdur. Maşınını, “lapedini” və s. vermiş, onunla iddiaçı arasında pul söhbəti qalmamışdır.
19. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, ət mağazası var idi. Cavabdeh ona dedi ki, avtomobili sataq, pulu ilə ticarət ilə məşğul olaq. O, da razılaşdı. Avtomobili 9000 manata razılaşmışdır. 2022-ci ilin iyun ayında cavabdeh ona bildirdi ki, avtomobil satılmışdır və pulunu biznesləri üçün saxlamışdır. Sadiq və Xəyyama avtomobili vermişdi. Avtomobili cavabdeh1 vermişdi. Amma etibarnaməni cavabdeh2 vermişdi və o, avtomobili satmışdır. Pulu alan cavabdeh1 olmuşdur. cavabdeh1 ilə danışılmışdır. 500 manat pulu ona cavabdeh1 vermişdir. 500 manatı 2025-ci ildə polis çağıraraq almışdı. 9000 manatdan ona 500 manat verilmişdir. cavabdeh1 ilə başqa pul haqq-hesabı olmuşdur. 2022-ci ildə avtomobili vermişdi. cavabdeh1 iki ildən çox olar ki, yanında işləmir. Əmisi və qardaşı yanına gələrək bildirmişdirlər ki, biraz gözlə işləyib pulu ödəyəcəkdir. Polis çağırmışdı. cavabdeh1 ilə iki il birlikdə işləmişdik. Hər ay ortaqlığımıza görə ona 150, 200, 300 manat pul verirdi. Avtomobilin satılmasını bilirdi. Ona pul verməmişdilər. Pulun ona verilməməsi ilə bağlı şahidləri vardır. Borc avtomobilin puludur. Cavabdehə dəfələrlə pul vermişdi və almışdı. Məhkəmədə başqa işi olmuşdur.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
20. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
21. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
22. Maddə 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 385.2-ci maddəsinə görə isə öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
24. Maddə 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
27. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
28. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
29. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
30. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
31. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
37. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
38. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh cavabdeh2 tərəfindən ona münasibətdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdeh cavabdeh2 İnqilab oğluna münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
42. İşə baxan birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə dindirilmiş şahidlər cavabdehlərin iddiaçıya 8500 manat borcunun olduğunu təsdiq etmişlər. Həmin şahidlərin ifadələri ilə iddiaçının izahatı arasında hər hansı bir ziddiyyət olmamışdır. Məhz göstərilən səbəbdən məhkəmə şahidlərin həqiqəti danışdığı, iddiaçının haqlı olduğu, yəni cavabdehlərin əsassız olaraq iddiaçıya məxsus 8500 manat pulu əldə etdikləri qənaətinə gəlmişdir.
43. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh cavabdeh2 izahatında göstərmişdir ki, qardaşı ilə Elməddin şərik idilər. Avtomobili 8500 manata satmışdır. Əvvəlki məhkəmə iclaslarında 8000 manata satmasını bildirmişdir. Pulu Elmədinin çayxanası var idi, oraya gətirdi və ona verdi. Cavabdeh cavabdeh1 isə izahatında göstərmişdir ki, pulu Elməddin götürmüşdür. 3-4 min aralarında borc söhbəti olmuşdur. Pulun əvəzi olaraq avtomobilini, soyuducu və qoşqu avadanlığını vermiş, onunla iddiaçı arasında pul söhbəti qalmamışdır. İddiaçı İddiaçı isə cavabdeh cavabdeh1lə aralarında əvvəldən pul məsələsini olduğunu, lakin hazırki vəziyyətdə tələb etdiyi avtomobilinin satışından əldə edilən puldur. Sadiq və Xəyyama avtomobili vermişdi. Avtomobili cavabdeh1 vermişdi. Amma etibarnaməni cavabdeh2 vermişdi və o, avtomobili satmışdır. Pulu alan cavabdeh1 olmuşdur.
44. Məhkəmə kollegiyası qeyd edir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılır və qiymətləndirilir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin qarşılıqlı izahatları ilə iddia tələbində iddiaçının göstərdiyi dəlillərin üst-üstə düşməsi müəyyən edilmişdir. İddianın əsasını təşkil edən işin faktiki halları iddiaçı İddiaçı məxsus olmuş, “Mercedes Benz C180” markalı **-EL- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Sadiq və cavabdeh1 qardaşları tərəfindən satılmışdır. Onlar satışdan əldə edilən məbləğin iddiaçıya verilməsini bildirsələr də, bununla bağlı heç bir mötəbər sübutu kollegiyaya təqdim edə bilməmişlər.
46. Birinci instansiya məhkəməsində iddiaçının təşəbbüsü ilə şahid qismində məhkəmədə dindirilmiş X6 göstərmişdir ki, Elməddinin qəssabxanası var, Xəyyam orada işləmişdir. Xəyyam avtomobilini etibarnamə ilə Sadiqə vermiş, sonuncu sataraq pulu qaytarmamışdır. Elməddin kredit götürərək Xəyyama vermişdir. X9 8500 manat borcu qalmışdır. X7 göstərmişdir ki, Sadiqi tanımır, Xəyyamı isə tanıyır. Xəyyəm Elməddinin obyektində işləmişdir. Elməddin Xəyyama borc vermişdir. Xəyyamın Elməddinə 8000 manat borcu qalmışdır.
47. Qanunvericilik tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
48. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin ##.##.2026-cı il tarixli, *-**-**/*-****** saylı məktubundan görünür ki, “Mercedes Benz C180” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2008-ci il tarixdə X4 adına qeydiyyata alınmış, ##.##.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq, X10 adına rəsmiləşdirilmişdir. Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, nəqliyyat vasitəsi 10.000 manata satılıb və bu məbləği satıcı alıcıdan alıb.
49. Cavabdeh cavabdeh2 apellyasiya şikayətinin dəlillərini əsassız sayan məhkəmə kollegiyası qeyd edir ki, onun avtomobilin satışından əldə edilən pulun məbləği ilə bağlı ziddiyətli izahatlar verməsi onun səməmi olmamasına dəlalət edir. Əldə edilmiş, nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, nəqliyyat vasitəsi 10.000 manata satılıb və bu məbləği satıcı alıcıdan alıb. Kollegiyanın iclasında avtomobili 8500 manata satmasını və pulu Elmədinin çayxanasında ona verdiyini bildirmişdir.
50. Göründüyü kimi, iddiaçıya məxsus avtomobilin cavabdeh cavabdeh2 tərəfindən satılması və əldə edilmiş 8500 manat pulun cavabdeh2 olması sübuta yetirilmişdir. Apellyasiya şikayətində göstərmişdir ki, 2021-ci ilin payız aylarında Quzanlıda, Elməddinin öz çayxanasında o, qardaşı Xəyyamın Elməddin ilə birlikdə oturan zaman pulu Elməddinə uzatmış və Elməddin isə pulu sayıb götürmüşdür. Xəyyamla Elməddin arasında şəriklik və pul məsələsi olması tərəflərin izahatları ilə müəyyən edilsə də, həmin pulun məhz Xəyyamla Elməddin arasında olan münasibətə aidiyyatı müəyyən edilməmişdir.
51. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə cavabdeh cavabdeh2 iddiaçı ilə qarşılıqlı razılıq əsasında üzərinə öhdəlik götürmüş, lakin öhdəliyi lazımınca icra etməyərək, sona çatdırmamış, iddiaçıya məxsus avtomobilin satışından əldə olunan vəsaiti iddiaçıya qaytarmamışdır. Qaytarması ilə bağlı izahatlar versə də, bu hal məhkəmə araşdırması və tədqiq edilmiş sənədlər ilə sübuta yetirilməmişdir.
52. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
53. «Qavazov Bolqarıstana qarşı» iş üzrə ## #### 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir.
54. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 İnqilab oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdeh cavabdeh2 İnqilab oğluna münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.