Məhkəmə qərarları › İş №2(3-7)-356/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-356/2026

16.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-356/2026 16.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Əhmədov Pərviz Famil oğluna qarşı «pul» tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Əhmədov Pərviz Famil oğlu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə icraatında baxaraq, MÜƏYYƏN ETDİ: Iddiaçı İddiaçı məhkəmədə Əhmədov Pərviz Famil oğluna qarşı iddia qaldıraraq cavabdehdən 25000 manat məbləğində borc pulun və ödənilmiş 165 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər bir-birini əvvəllər tanımışdır. Tərəflər arasında bir neçə dəfə alqı-satqı olmuşdur. Cavabdeh iddiaçıdan kənd təsərrüfatında istifadə etmək üçün gübrə və dərmanlar istəmiş, iddiaçı isə cavabdehə gübrəni və dərmanları vermişdir. Bununla bağlı ## ###### 2024-cü il tarixdə tərəflər arasında borcu göstərən qaimə imzalanmışdır. Qaiməni şəxsən imzalayan cavabdeh 32000 manat borclu qalmaqla, sonradan onun 7 min manatını təhqiqat araşdırması zamanı gübrə verməklə ödəmişdir. Tovuz RPŞ-yə də müvafiq məsələ üzrə şikayət yazmış, şikayət araşdırılmış və cavabdeh özü izahatında borcunu etiraf etmişdir. Mübahisənin mülki qaydada olması səbəbindən və tərəflərin VÖEN-ə xidmət etməyən fəaliyyətindən irəli gəldiyindən Tovuz rayon məhkəməsinə müraciət etməli olmuşdur. Odur ki, cavabdehdən ona borclu olduğu 25000 manat məbləğində borc pul və ödənilmiş 165 manat dövlət rüsumunun alınıb ona verilməlidir. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Əhmədov Pərviz Famil oğlundan 25.000 manat borc pul və 165 manat dövlət rüsumunun alınıb iddiaçı İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Əhmədov Pərviz Famil oğlu apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, cavabdeh ondan 25.000 manat dəyərində gübrə məhsulu almışdır. O, sahibkar deyil, VÖEN olub, ancaq bağlanıb. 2023-cü ildə işdən ayrılmışdır və VÖEN fəaliyyətini dayandırmışdır. Maaş əvəzinə gübrə götürmüşdür. Cavabdehin 3.4 ha torpaq sahəsi vardır, gübrəni ondan istifadə üçün almışdır. Cavabdeh heç bir iclasda iştirak etməmişdir. Iş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədləri araşdırıb hesab edir ki, iddiaya məhkəmə aidiyyəti pozulmaqla baxıldığına görə Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- *(***)-****/**** saylı qətnaməsi ləğv olunmalı, iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyasının əldə etdiyi vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə sistemdən çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində 7303545972 VÖEN nömrəsi ilə qeydiyyata alınmış, riskli vergi ödəyicisi deyildir, ƏDV qeydiyyatında deyildir, vergi ödəyicisi kimi passivdir. Məhkəmə kollegiyasının əldə etdiyi vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə sistemdən çıxarışdan görünür ki, Əhmədov Pərviz Famil oğlu Azərbaycan Respublikası Vergilər Nazirliyində 7301952142 VÖEN nömrəsi ilə qeydiyyata alınmış, riskli vergi ödəyicisi deyildir, ƏDV qeydiyyatında deyildir, vergi ödəyicisi kimi aktivdir. Işə əlavə olunmuş qaimədən görünür ki, cavabdeh Əhmədov Pərviz Famil oğlu iddiaçıdan 32000 manatlıq gübrə və dərman vasitələri almışdır. Işə əlavə olunmuş Əhmədov Pərviz Famil oğlunun Tovuz rayon Polis Şöbəsində verdiyi izahatından görünür ki, o, İddiaçı 32000 manatlıq gübrə və dərman vasitələri almış, vəd etdiyi məbləği ödəyə bilməmiş, hissə-hissə ödəyəcəkdir. Əlavə izahat zamanı isə 7000 manatlıq gübrə qaytarmışdır. Işə əlavə olunmuş Tovuz RPŞ-nin ## ####### 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Əhmədov Pərviz Famil oğlu İddiaçı 32000 manatlıq gübrə və dərman vasitələri aldığını etiraf etmiş, 7000 manat məbləğində gübrə qaytarmışdır. Qalan borcunu isə hissəhissə qaytaracağına söz vermişdir. Odur ki, iş mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Kollegiya işdə iştirak edən şəxslərin subyektiv tərkibini, iddiaçı və cavabdehin qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olduğunu, həmçinin mübahisənin predmetinin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəldiyini nəzərə alaraq hesab edir ki, hazırkı işə kommersiya mübahisəsi kimi kommersiya məhkəməsində baxılmalıdır. Lakin, birinci instansiya məhkəməsi məhkəmə aidiyyəti qaydasını pozaraq işə mahiyyəti üzrə baxmışdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bir neçə dəfə alqı-satqı olmuşdur. Cavabdeh iddiaçıdan kənd təsərrüfatında istifadə etmək üçün gübrə və dərmanlar almışdır. Bununla bağlı ## ###### 2024-cü il tarixdə tərəflər arasında borcu göstərən qaimə imzalanmışdır. Qaiməni şəxsən imzalayan cavabdeh 32000 manat borclu qalmaqla, sonradan onun 7 min manatını təhqiqat araşdırması zamanı gübrə verməklə ödəmişdir. Tovuz RPŞ-yə də müvafiq məsələ üzrə şikayət yazmış, şikayət araşdırılmış və cavabdeh özü izahatında borcunu etiraf etmişdir. Cavabdeh iddiaçıdan 32.000 manat dəyərində gübrə və dərman vasitəsi almışdırsa, deməli sahibkarlıqla məşğul olur. Göründüyü kimi tərəflər arasında yaranmış mübahisə bilavasitə onların ayrı-ayrılıqda həyata keçirtdikləri sahibkarlıq fəaliyyətindən yaranan mübahisədir. Belə ki, “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli Qərarına görə, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2.9-cu maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)- ****/**** saylı qətnaməsi ləğv edilməli və iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263- 266, 385, 387.2.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRAR A ALDİ: Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Əhmədov Pərviz Famil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilsin və iş üzrə qərardad çıxarılsın. Iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar