Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-359/2026 13.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İlham oğlunun Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Hakimlər X6 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə X3 qızının katibliyi ilə, İddiaçı İddiaçı İlham oğlunun cavabdeh Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. ##.##.2024-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı İlham oğlundan 2024-cü ilin aprel ayında aldığı 6.500 manat məbləğində pul vəsaitinin 3.000 manat məbləğində hissəsini qaytardığını, yerdə qalan 3.500 manat məbləğində hissəsini isə ##.##.2024-cü il tarixədək ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Gəncə şəhəri Baş Polis İdarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarın surətindən görünür ki, Cavabdeh tanışı Xurşudv Adil İlham oğlunu işə düzəltmək məqsədi ilə 6.500 manat pulunu dələduzluq yolu ilə ələ keçiməsinə dair sübut dəlil aşkar olunmadığndan, iş mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Material üzrə izahatı alınmış Cavabdeh bildirmişdir ki, o, Adili tanışı İmaməddin adlı şəxsin vasitəsi ilə tanımış,aralarında yaxın münasibəti yaranmışdır. O, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyirdi. Ona görədə tanışı Adildən 2024-cü ilimn aprel ayının əvvəllərində 6.500 manat borca pul almışdır. O, ona söz vermişdir ki, 2 ay müddətinə borcunu qaytaracaqdır. Lakin işləri alınmadığından o onun pulunu qaytara bilməmişdir. Sonradan eşitmişdir ki, Adil onun barəsində polisə şikayət etmişdir ki, guya o, onu Daşkəsən rayonunda «xxxx» şirkətinə işə düzəltmək adı ilə ondan 6.500 manat pul almışdır. Bu həqiqətə uyğun deyildir. O, Adildən borc kimi 6.500 manat pul almışdır, hazırkı vaxta qədər də ona olan borcundan 3.000 manatı qaytarmış və ona söz vermişdir ki, 2024-cü ilin dekabr ayına kimi tam ona olan borcunu ödəyəcəkdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı İddiaçı İlham oğlu cavabdeh Cavabdeh qarşı 3.500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. Mülki işin məhkəmədə baxılarkən, iddiaçı İddiaçı İlham oğlu iddia tələbinin həcminin azaldılmasına dair məhkəməyə ərizə təqdim edərək 3.300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh onun tanışıdır. Təxminən ##.##.2024-cü il tarixdə onu Daşkəsən rayonunda yerləşən «xxxx» şirkətinə işə düzəltmək adı ilə etibarından sui istifadə edərək 6.500 manat məbləğində pul vəsaiti almışdır. Lakin cavabdeh vədinə əməl etməməklə yanaşı ondan aldığı pulu da geri qaytarmamışdır. Buna görə o, Gəncə şəhəri Baş Polis İdarəsinə şikayət etmiş, bundan sonra Cavabdeh ondan aldığı pulun 3.000 manat məbləğində hissəsini geri qaytarmış, digər qalan məbləği də ##.##.2024-cü il tarixədək ödəyəcəyinə dair vəd vermişdir. Lakin hazırki tarixədək yalnız 200 manat məbləğində ödəniş etmiş, digər 3.300 manat məbləğində öənişi isə geri qaytarmamışdır. Bununla bağlı cavabdehlə dəfələrlə əlaqə yaratmağa çalışsa da heç bir nəticə əldə edə bilməmişdir. Buna görə də o, məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı İlham oğlu iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
5. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim C.Y.Quliyev) İddiaçı İlham oğlunun iddiası təmin edilmiş, Cavabdeh 3.300 (üç min üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55 (əlli beş) manat, cəmi 3.355 (üç min beş yüz əlli beş) məbləğində pul vəsaiti alınıb, İddiaçı İlham oğluna verilməsi qət edilmişdir.
6. Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Qanunvericilinin qeyd olunan normalarının tələbindən göründüyü kimi qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır və borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hazırki halda isə tərəflər arasında predmetinin məbləği 3.000 manatdan çox olan borc müqaviləsi bağlansa da, həmin müqavilə qanunla müəyyən olunmuş qaydada yazılı formada bağlanmamış, Cavabdeh tərəfindən yalnız 3.500 manat məbləğində ödənilməmiş borcunun qalmasına dair A.İ.Xurşudova iltizam təqdim edilmişdir. Buna görə də tərəflər arasında bağlanmış borc müqaviləsi etibarsızdır və Cavabdeh həmin əqd üzrə aldıqlarını A.İ.Xurşudova qaytarmalıdır. Cavabdeh mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddianı qismən etiraf etməsinə dair məhkəməyə ərizə təqdim edərək, A.İ.Xurşudovdan 6.500 manat məbləğində pul vəsaiti aldığını və həmin pul vəsaitinin 4.700 manat məbləğində hissəsini A.İ.Xurşudova qaytardığını, hazırda A.İ.Xurşudova 1.800 manat məbləğində borcunun olduğunu, 1.800 manat məbləğində pul vəsaitinin ondan tutularaq iddiaçı İddiaçı İlham oğluna verilməsinə razı olduğunu bildirmişdir. Buna müvafiq olaraq A.İ.Xurşudov 6.500 manat məbləğində pul vəsaitini Cavabdeh verməsini sübut etmə vəzifəsindən azad olmuş, Cavabdeh 4.700 manat məbləğində pul vəsaitini A.İ.Xurşudova qaytarmasını və ödənilməmiş vəsaitin 1.800 manat qalmasını sübut etmə vəzifəsi yaranmışdır. Lakin Cavabdeh qeyd olunan sübutları məhkəməyə təqdim etməmiş, yalnız A.İ.Xurşudova 1.800 manat məbləğində ödənilməmiş borcunun qalmasını bildirməklə kifayətlənmişdir. İddiaçı İlham oğlu isə 3.300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55 manat məbləğində pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərin əvəzi qismində 3.300 manat məbləğində pul vəsaiti alınıb, İddiaçı İlham oğluna verilməlidir
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.5, 739.1, 740.2, 1091.1, 1091.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 52.2, 220.4 107, 119,-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Xuduşov Adil İlham oğlu ona qarşı məhkəmədə iddia qaldıraraq ondan 3300 (üç min üç yüz) manat pul tələb etmişdir. Bəli iddiaçı ona 6500 (altı min beş yüz) manat pul vermişdir. O, həmin 6500 (altımin beş yüz) manat pul vəsaitinin 4700 (dörd min dörd yüz) manatı geri qaytarmışdır. Lakin iddiaçı həmin puldan 3200 (üç min iki yüz) manatın qaytarılmasını bildirir və onun 3300 (üç min üç yüz) manat borcunun olmasını deyir. Lakin onun iddiaçıya cəmi 1800 (min səkkiz yüz) manat borcu var. Bunu birinci instansiya məhkəməsində demişdir. Lakin məhkəmə onun yox, iddiaçının yalnız sözünü əsas götürərək iddianı təmin etmişdir. Hesab edirə ki, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, iddiaçının iddiası qismən təmin olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
1. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
2. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh ona cəmi 3200 manat pul qaytarıb, yerdə qalan 3300 manatı ödəməyib.
3. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
7. Hazırkı işdə iddia qismən təmin edildiyindən, apellyasiya şikayətində cavabdeh qətnaməni qismən mübahisələndirdiyindən, qətnamənin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmanılıdır.
9. Hazırkı iddia tələbi pul məbləğinin geri qaytarılması tələbidir. İddiaçı bildirir ki, o, 6500 manat məbləğində pulu cavabdeh tərəfə vermiş, cavabdeh isə ümumilikdə 3200 manatı qaytarmış, 3300 manat pulu geri qaytarmamışdır. Hazırkı tələbə dair mübahisəyə hansı hüquq normalarının tətbiq edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq mübahisəyə əsassız varlanmanı tənzimləyən maddi hüquq normalarını tətbiq etmişdir.
10. Belə ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunan normasının tələbindən göründüyü kimi, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Hazırkı işin araşdırılan hallarından aydın olur ki, iddiaçı tərəfindən cavabdehə verilən pul vəsaiti 6500 manat olmuş, lakin tərəflər arasında bu məbləğlə bağlı yazılı qaydada borc müqaviləsi imzalanmamışdır. Deməli, hazırkı tələbə borc münasibətlərini tənzimləyən maddi hüquq normaları tətbiq edilə bilməz. Ona görə ki, qanunverici qeyd edilən məbləğdə pula münasibətdə yazılı borc müqaviləsinin tərtib edilməsini tələb edir.
11. İddiaçı tələbinin sübutu kimi cavabdehin verdiyi iiltizama əsaslanır. Cavabdeh verdiyi iltizamda iddiaçıya 3500 manat borcunun aldığını bildirmişdir. Daha sonra, cavabdeh məhkəməyə ərizə təqdim edərək iddiaçıdan 6500 manat pulu aldığını etiraf etməklə bərabər, 4700 manat pulun iddiaçıya qaytardığını bildirmiş, tələbi 1800 manat hissədə etiraf etmişdir.
12. Kollegiya qeyd edir ki, cavabdeh yalnız 1800 manat borcunun olduğunu bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir.
13. Cavabdeh tərəfin işə baxan məhkəmənin iddiaçının dediklərini heç bir dəlil olmadan əsas götürməsi barədə apelyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, elə cavabdeh özünün verdiyi iltizamda iddiaçıya 3500 manat məbləğində borcunun olduğunu bildirmiş, bununla bərabər iddiaçı həmin borcdan 200 manat ödənildiyini də etiraf etmişdir. Cavabdeh sonradan ödəniş etməsi ilə bağlı hər hansı sübut təqdim etməmiş, yalnız formal mülahizələrə əsaslanmışdır.
14. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
15. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir.