Məhkəmə qərarları › İş №2(3-7)-364/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-364/2026

14.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-364/2026 14.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər cavabdeh6, cavabdeh4, Ağakişiyeva İlhamə Oqtay qızına, cavabdeh3, cavabdeh5 və cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, zaminlik, kəsici müddət) Hakimlər X2 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə X1 qızının katibliyi, cavabdeh cavabdeh6 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər cavabdeh6, cavabdeh4, Ağakişiyeva İlhamə Oqtay qızına, cavabdeh3, cavabdeh5 və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qazax filialı ilə cavabdeh cavabdeh6 arasında bağlanmış ********* nömrəli, ##.##.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 30% dərəcəsi ilə 6.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Zaminlik müqaviləsindən görünür ki, cavabdeh cavabdeh4, Ağakişiyeva (İsmayılova) İlhamə Oqtay qızı, cavabdeh3, cavabdeh5 və cavabdeh1 ilə Bank arasında ********* nömrəli, ##.##.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır.

3. Maliyyə arayışından görünür ki, ##.##.2025-ci il tarixə cavabdeh cavabdeh6 kredit üzrə cəmi borcu 9.031,46 ABŞ dolları təşkil edir. Bundan 3.321,72 ABŞ dolları əsas, 994,40 ABŞ dolları faiz, 4.233,72 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 481,62 ABŞ dolları faiz borcu təşkil edir.

4. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə qarşı məhkəmədə iddia qaldırılması üçün 136,06 manat dövlət rüsumu ödənilmişdir.

5. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış ##.##.2015-ci il tarixli, ** saylı Əlavə Sazişlərə əsasən borcalanın kreditor qarşısındakı borc öhdəliyinin kreditin məbləği 4.732,63 (dörd min yeddi yüz otuz iki dollar, 63 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti ##.##.2018-ci il tarixinədək uzadılmışdır.

6. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış ##.##.2017-ci il tarixli, ** saylı Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 8.311,96 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti ##.##.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi.

7. Azərbaycan Respublikası Mərkəzi Bankının ##.##.2026-cı il tarixli, *-*-**/*-****/**** saylı sorğuya cavab məktubundan görünür ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən cavabdeh6 (FİN: *******) ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış ##.##.2014-cü il tarixli kredit müqaviləsi kompensasiya ilə bağlı Fərmanın təsiri çərçivəsinə düşmüş və həmin müqavilə üzrə cavabdehə cəmi 4.062,85 manat kompensasiya məbləği hesablanaraq borclunun sərəncamına verilmişdir. Kredit müqaviləsinin restrukturizasiyasına gəldikdə isə, bu hissədə həmin müqavilə Fərmanın təsir dairəsinə düşməmişdir. Belə ki, məlumat bazalarına əsasən Fərmanın qüvvəyə mindiyi tarixə borclunun sözügedən kredit müqaviləsi üzrə əsas kredit borcunun cəmi 0 gün gecikdirildiyi barədə məlumat ötürülmüşdür. Fərmana əsasən, ##.##.2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə görə bu Fərmanın məqsədləri üçün vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə ##.##.2012-ci il tarixdən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat 8.İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər cavabdeh6, cavabdeh4, Ağakişiyeva İlhamə Oqtay qızına, cavabdeh3, cavabdeh5 və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada cəmi borcu 9.031,46 (doqquz min otuz bir dollar, 46 sent) ABŞ dolları-bundan 3.321,72 (üç min üç yüz iyirmi bir dollar, 72 sent) ABŞ dolları əsas, 994,40 (doqquz yüz doxsan dörd dollar, 40 sent) ABŞ dolları faiz, 4.233,72 (dörd min iki yüz otuz üç dollar, 72 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 481,62 (dörd yüz səksən bir dollar, 62 sent) ABŞ dolları faiz borcu və 136,06 (yüz otuz altı manat, 06 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 9.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qazax filialı ilə cavabdeh cavabdeh6 arasında bağlanmış ********* nömrəli, ##.##.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə 24 ay müddətinə illik 30% dərəcəsi ilə 6.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh cavabdeh6 kredit verilərkən cavabdeh4, Ağakişiyeva (İsmayılova) İlhamə Oqtay qızı, cavabdeh3, cavabdeh5 və cavabdeh1 ilə bank arasında ********* nömrəli, ##.##.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən kredit Borcalana “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “cavabdeh6” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış ##.##.2015-ci il tarixli, ** saylı Əlavə Sazişlərə əsasən borcalanın kreditor qarşısındakı borc öhdəliyinin kreditin məbləği 4.732,63 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti ##.##.2018-ci il tarixinədək uzadılmışdır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış ##.##.2017-ci il tarixli, ** saylı Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 8.311,96 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti ##.##.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək borcalanin vəzifələrindəndir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. ##.##.2025-ci il tarixə cavabddeh cavabdeh6 kredit üzrə cəmi borcu 9.031,46 ABŞ dolları təşkil edir. Bundan 3.321,72 ABŞ dolları əsas, 994,40 ABŞ dolları faiz, 4.233,72 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 481,62 ABŞ dolları faiz borcu təşkil edir.

10. İş üzrə cavabdeh cavabdeh4 tələbə iddia müddətinin tətbiq edilməsini xahiş edərək, iddia müddətinin keçməsi səbəbi ilə iddianın rədd edilməsini xahiş etmişdir.

11. Ağstafa Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (H.M. Mürsəlova) iddia tələbi qismən təmin edilməsi, cavabdehlər cavabdeh6, cavabdeh4, Ağakişiyeva İlhamə Oqtay qızından, cavabdeh3, cavabdeh5 və cavabdeh1 müştərək qaydada 3.321,72 (üç min üç yüz iyirmi bir dollar yetmiş iki sent) ABŞ dolları əsas, 994,40 (doqquz yüz doxsan dörd manat qırx sent) ABŞ dolları faiz, 5 (beş) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 481,62 (dörd yüz səksən bir manat altmış iki sent) ABŞ dolları faiz və iş üzrə ödənilmiş 136,06 (yüz otuz altı manat altı qəpik) manat dövlət rüsumu ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qazax filialı ilə cavabdeh cavabdeh6 arasında bağlanmış ********* nömrəli, ##.##.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə 24 ay müddətinə illik 30% dərəcəsi ilə 6.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ilə digər cavabdehlər cavabdeh4, Ağakişiyeva (İsmayılova) İlhamə Oqtay qızı, cavabdeh3, cavabdeh5 və cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən adı çəkilən şəxslər cavabdeh6 öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış ##.##.2015-ci il tarixli, ** saylı Əlavə Sazişlərə əsasən borcalanın kreditor qarşısındakı borc öhdəliyinin kreditin məbləği 4.732,63 (dörd min yeddi yüz otuz iki dollar, 63 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti ##.##.2018-ci il tarixinədək uzadılmışdır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış ##.##.2017-ci il tarixli, ** saylı Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 8.311,96 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti ##.##.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi.

13. Ona görə də, məhkəmə cavabdehin qeyd etdikləri ilə razılaşmır. Bu səbəbdən iddiaçı təşkilat 3.321,72 (üç min üç yüz iyirmi bir dollar, 72 sent) ABŞ dolları əsas, 994,40 (doqquz yüz doxsan dörd dollar, 40 sent) ABŞ dolları faiz borcu tələb etməkdə haqlıdır və həmin məbləğ də iddiaçının xeyrinə tutulmalıdır.

14. Məhkəmə müvafiq qanunvericiliyə istinad edərək bildirmişdir ki, İddiaçı təşkilat 481,62 (dörd yüz səksən bir dollar, 62 sent) ABŞ dolları faiz borcu tələb etməkdə haqlıdır və həmin məbləğ də iddiaçının xeyrinə tutulmalıdır.

15. Məhkəmə hesab etmişdir ki, Ləğv prosesində olan İddiaçı ASC-nin tələb etdiyi 4233,72 ABŞ dolları məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək surətdə hesablandığından həmin məbləğ azaldılmalıdır. Bu səbəbdən dəbbə pulunun məbləğinin 5 ABŞ dolları məbləğində hesablanması əsaslı hesab edilə bilər.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 439.2, 442, 449.1, 462.1, 462.2, 462.3, 467, 472.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2009-cu il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2018-ci il tarixli Qərarına, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli * saylı Qərarının 10-cu bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh cavabdeh6 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə ##.##.2014-cü il tarixdə ********* nömrəli, kredit müqaviləsi imzalayaraq illik 30 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 6000 ABŞ dolları məbləğində kredit götürmüşdür. ##.##.2014-cu il tarixdən 2018-ci ilə kimi banka ödənişlər etmiş, sonradan ödənişləri ödəyə bilmədiyi üçün kredit müddəti ##.##.2022-ci ilə kimi uzadılmışdır (İllik 8 faiz olmaqla). Məhkəmədə hesabdan çıxarışı təqdim edilməsini iddiaçıdan tələb etsə də, onlar həmin sənədi məhkəməyə təqdim etməmişdir. Hətta faiz dərəcələrini həddindən artiq şişirdildiyinə baxmayaraq məhkəmə iş üzrə ekspertiza təyin etməmişdir. Bank ödənişləri düzgün nəzərə alınmamışdır. Bank həddindən artıq məbləğdə pul tələb edir. Banka 4.796 ABŞ dolları məbləğində borcu yoxdur. Ödənişləri barədə qəbzləri Apellyasiya məhkəməsinə təqdim edəcək. ##.##.2023-cü ildən III qrup gözdən əlildir. Bundan əlavə, 400 manat əmək haqqı və 180 pensiya alır. ##.##.2027-ci ilə kimi “İrşad telecom”-a hər ay 310 manat kredit ödəməlidir. Övladı 2025-ci ildə ağır beyin əməliyyatı keçirib. Maddi vəziyyəti həddindən artiq ağırdır. Məhkəmə iş üzrə mühasibatlıq ekspertizası təyin etmədən ədalətsiz qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh6 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, 2019-cu ildə Prezidentin müvafiq fərmanı ilə müqavilənin restrukturizasiya olunması ilə bağlı müqaviləsinin ləğv olunduğunu və ona 4062 manat qaytarıldığını bildirdi, həmçinin hesablanan cərimənin faizə silinməsini xahiş etdi.

21. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və digər cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər cavabdehlər gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 477. Zaminliyə xitam verilməsi 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Hazırkı işdə cavabdeh cavabdeh6 apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın zaminlər-cavabdeh4, Ağakişiyeva İlhamə Oqtay qızına, cavabdeh3, cavabdeh5 və cavabdeh1 münasibətdə təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi onlara münasibətdə rədd edilməli, qətnamə cavabdeh cavabdeh6 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. İşin hallarından görünən odur ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qazax filialı ilə cavabdeh cavabdeh6 arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdehə “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə 24 ay müddətinə illik 30% dərəcəsi ilə 6.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda, kreditin verilməsi ilə bağlı cavabdeh cavabdeh4, Ağakişiyeva (İsmayılova) İlhamə Oqtay qızı, cavabdeh3, cavabdeh5 və cavabdeh1 ilə Bank arasında ********* nömrəli, ##.##.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış ##.##.2015-ci il tarixli, ** saylı Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyinin kreditin məbləği 4.732,63 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti ##.##.2018-ci il tarixinədək uzadılmışdır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış ##.##.2017-ci il tarixli, ** saylı Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 8.311,96 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti ##.##.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. ##.##.2025-ci il tarixə cavabddeh cavabdeh6 kredit üzrə cəmi borcu 9.031,46 ABŞ dolları təşkil edir. Bundan 3.321,72 ABŞ dolları əsas, 994,40 ABŞ dolları faiz, 4.233,72 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 481,62 ABŞ dolları faiz borcu təşkil edir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, kredit müqaviləsi üzrə borcun tutulmasını tələb etmişdir.

27. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddia tələbinin cavabdeh cavabdeh6 aid hissəsində birinci instansiya məhkəməsi iddiaçı təşkilatın tələb etdiyi 3.321,72 (üç min üç yüz iyirmi bir dollar, 72 sent) ABŞ dolları əsas, 994,40 (doqquz yüz doxsan dörd dollar, 40 sent) ABŞ dolları faiz borcu, AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 481,62 (dörd yüz səksən bir dollar, 62 sent) ABŞ dolları faiz borcunu təmin etməklə düzgün və ədalətli qənaətə gəlmişdir. Həmçinin məhkəmə tənasübsüz surətdə hesablanmış yüksək dəbbə pulu-4.233,72 ABŞ dolları məbləğində cəriməni 5 ABŞ dolları məbləğinə azaltmış, iddiaçı tərəf bunu mübahisələndirməmişdir.

28. Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş

39. vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmçinin özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.

29. Məhkəmə kollegiyası tərəfindən ünvanlanan sorğuya Azərbaycan Respublikası Mərkəzi Bankının ##.##.2026-cı il tarixli, *-*-**/*-****/**** saylı sorğuya cavab məktubundan görünür ki, cavabdeh6 ilə LPO İddiaçı ASC arasında bağlanmış ##.##.2014-cü il tarixli kredit müqaviləsi kompensasiya ilə bağlı Fərmanın təsiri çərçivəsinə düşmüş və həmin müqavilə üzrə cavabdehə cəmi 4.062,85 manat kompensasiya məbləği hesablanaraq borclunun sərəncamına verilmişdir. Kredit müqaviləsinin restrukturizasiyasına gəldikdə isə, bu hissədə həmin müqavilə Fərmanın təsir dairəsinə düşməmişdir.

30. Belə olan təqdirdə, cavabdehin izahatında qeyd etdiyi müqavilənin restrukturizasiya olunması ilə kredit müqaviləsinin ləğv olunması halı reallığı əks etdirmir. Cavabdeh əldə etdiyi kredit məbləğini və ona uyğun olaraq hesablanmış digər faiz borclarını ödəmək məsuliyyəti daşıyır.

31. Məhkəmə kollegiyası iddia tələbinin zaminlərə aid hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.

32. Belə ki, qeyd edilən hissə ilə bağlı məhkəmə iddianı qismən təmin edərkən ona əsaslanmışdır ki, kredit müqaviləsi üzrə zaminlər borclunun müqavilə üzrə öhdəliklərinə zamin durduqlarına görə borclu ilə bərabər öhdəlik daşıyırlar.

33. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, zaminliyə xitam verilməsi ilə bağlı yuxarıda qeyd olunan mülki qanunvericilik normasına əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti ##.##.2022-ci il tarixinə kimi müəyyən edilsə də, onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində digər cavabdehlərə, yəni zaminlərə qarşı iddia tələbi irəli sürülməmişdir. Bu hal isə yuxarıda qeyd olunan qanunun normasına əsasən zaminlik öhdəliyinə xitam verildiyini, bununla da digər cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbinin bu səbəblə əsassız olmasına dəlalət edir. Ona görə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində qeyd etdilmiş zaminliyə xitam verilməsi müddəti növünə görə kəsici müddətdir. Deməli, həmin 1 illik müddət kəsici müddət olduğuna görə bu müddətin keçməsi ilə tələb hüququ da itirilmiş hesab olunur.

34. Göründüyü kimi, maddi hüquq norması zaminin öhdəliklərinin qüvvədə olmasını kəsici müddətlə əlaqələndirmişdir, hansı ki, bu müddətin tətbiq edilməsi hər bir halda məhkəmənin vəzifəsidir. Birinci instansiya məhkəməsi hazırkı işdə zaminlərə münasibətdə kəsici müddəti nəzərə almamaqda haqlı olmamışdır.

35. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi hüquq normasının tələbini pozmuş, zaminlərə qarşı qaldırılan tələbə Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulan kəsici müddəti tətbiq etməmişdir. Halbuki, iddia müddətinin tətbiqindən fərqli olaraq, kəsici müddətin tətbiqi qanundan irəli gəlir və bu barədə vəsatətin olub-olmamasından asılı olmayaraq məhkəmə əgər kəsici müddət keçibsə iddia tələbini həmin hissədə rədd etməlidir.

36. Kollegiya hesab edir ki, yuxarıda qeyd edilən maddi hüquq normasının pozulması halına apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq qiymət verilməli və yol verilən həmin pozuntu qətnamənin qeyd edilən hissədə ləğvini zəruri etdiyinə görə qətnamə şikayətin dəlillərindən asılı olmayaraq həmin hissədə ləğv edilməlidir.

37. Bununla yanaşı, işə baxan məhkəmə cavabdeh tərəfin tələbə iddia müddətinin tətbiq edilməsi barədə vəsatətinə də münasibət bildirməmişdir.

38. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, şikayətin dəlilləri işin araşdırılan halları ilə öz təsdiqini tapmadığına görə qətnamənin apellyatora münasibətdə ləğvinə əsas yaratmır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyasının mövqeyinə görə apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın zaminlərcavabdeh4, Ağakişiyeva İlhamə Oqtay qızına, cavabdeh3, cavabdeh5 və cavabdeh1 aid hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi onlara münasibətdə rədd edilməli, qətnamə cavabdeh cavabdeh6 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi cavabdehlər cavabdeh4, Ağakişiyeva İlhamə Oqtay qızına, cavabdeh3, cavabdeh5 və cavabdeh1 aid hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilsin. Qətnamə cavabdeh cavabdeh6 aid hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar