Məhkəmə qərarları › İş №2(3-7)-387/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-387/2026

07.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-387/2026 07.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X3 (sədrlik edən və məruzəçi), X4 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “borcun tutulması“ tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS Şöbəsinin arayışısından görünür ki, Cavabdeh ##.##.1987-ci ildə Rusiya Federasiyasının Deqaçev rayonunda anadan olmuş, Bərdə şəhəri Şah İsmayıl küçəsi ev 47-də qeydiyyatdadır.

2. ## ###### 2023-cü il tarixli **-Y-*-*-****/** nömrəli istehlak krediti müqaviləsindən görünür ki, “xxxx” ASC tərəfindən Cavabdeh 48 ay müddətinə illik 15,9 faizlə ödəmək şərti ilə 20.000 manat məbləğində kredit verilmişdir.

3. ##.##.2023-cü il tarixli məxaric qəbzlərindən görünür ki, “xxxx” ASC tərəfəindən verilmiş 20.000 manat məbləğ Cavabdeh tərəfindən qəbul edilmişdir.

4. ## ###### 2023-cü il tarixli **-Y-*-*-****/** nömrəli kredit müqaviləsinə * nömrəli əlavədən görünür ki, tərəflər kredit müqaviləsi üzrə aylıq 565,78 manat sonuncu ay isə 565,89 manat ödənilməsini razılaşdırmışlar.

5. ## ######## 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, “xxxx” ASC tərəfindən Cavabdeh Göyüş oğluna kredit borcunun 5 gün ərzində borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş əks halda kredit müqaviləsi üzrə tələb olunan məbləğ kredit müqaviləsi üzrə faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik 5 %lə hesablanmış əldən çıxmış faydanın ödənilməsinin tələb ediləcəyi bildirilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli, */**** nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, ## ###### 2023-cü il tarixli, **-Y-*-*-****-** saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alıaraq X1 ## ######## 2024-cü il tarixə İddiaçı ASC-nə olan borcu 18637,60 manat əsas, 890, 55 manat faiz borcu olmaqla cəmi 19528, 14 manat borcu yaranmışdır. Ekspert rəyində əlavə olaraq eyd edilmişdir ki, bank tərəfindən ## ###### 2023cü il tarixli, **-Y-*-*-****-** saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit razılaşmaları üzrə cərimə borcu hesablanmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 İddiaçı ASC-nin xeyrinə ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə 18455,71 manat əsas borc, 1060,76 manat faiz borcu, 2,55 manat cərimə borcu olmaqla ümumilikdə 19519,02 manat borcun və 148,56 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ##.##.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 15.9% 48 ay müddətinə 20000 AZN kredit götürmüşdür. Lakin borclu müqavilə şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2024-cü ilin ########ın ##-dək X2 banka ##.##.2023cü il tarixli kredit müqaviləsi üzrə 18455.71 manat əsas borc, 1060.76 manat faiz borcu, 10.2 manat cərimə borcu fayda olmaqla, ümumilikdə cəmi 19526.67 manat borcu vardır. X2 ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümimi sərimə borcu 10.2 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 2.55 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

9. Bərdə Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli (hakim Bayram Məhərrəmov) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh ##.##.2023-cü il tarixli müqavilə üzrə 18455,71 manat əsas, 890,55 manat faiz borcu, ##.##.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% faizlə hesablanmış 968,32 manat məbləğində əldən çıxmış fayda olmaqla cəmi 20.314,58 manat (iyirmi min üç yüz on dörd manat əlli səkkiz qəpik) manat borc məbləği tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 148,56 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, dövlət rüsumunun qalan 2.38 manat hissəsinin cavabdeh Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə 100 manat ekspertiza xərci cavabdeh Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh ## ###### 2023-cü il tarixli **-Y-*-*-****/** nömrəli istehlak krediti nömrəli kredit müqaviləsini bağlamış, ayrılmış kredit məbləğinin qaytarılmasını təmin edilməsinə dair öhdəlik götürmüş, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdeh nəzərdə tutulmuş müddətdə ödənişi həyata keçirməmiş, yəni öhdəliyi lazımınca icra etməmişdir, nəticədə iddiaçının tam borc məbləğini tələb etmək hüququ yaranmışdır. Bildirişdən görünür ki, mübahisənin məhkəməyə qədər nizamlama (pretenziya) qaydasına riayət edilmişdir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Belə ki, cavabdehlər iddiaçı qarşısında olan öhdəliklərini ## ####### 2022-ci ci il tarixədək icra etməmişdir. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Buna görə də əldən çıxmış faydanı ödəməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli, */**** nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, ## ###### 2023-cü il tarixli, **-Y-*-*-****-** saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alıaraq Cavabdeh ## ######## 2024-cü il tarixə İddiaçı ASC-nə olan borcu əasas borc üzrə 18637,60 manat əsas, 890,55 manat faiz borcu olmaqla cəmi 19528,14 manat borcu yaranmışdır. Ekspert rəyində əlavə olaraq eyd edilmişdir ki, bank tərəfindən ## ###### 2023cü il tarixli, **-Y-*-*-****-** saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit razılaşmaları üzrə cərimə borcu hesablanmamışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh 18455,71 manat əsas, 890,55 manat faiz borcu, ##.##.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% faizlə 968,32 manat məbləğində əldən çıxmış fayda olmaqla cəmi 20314,58 manat məbləğində borc məbləği iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulmalıdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 462.1, 465.2, 467, 739.1, 740.1, 740.8, 742.1, 742.5, 742.5.2, 743.1, 745.5, 746.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

12. Bərdə Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, hazırki iş üzrə Bərdə Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** saylı saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsi və İddiaçı ASC-nin iddiası tam və ya alternativ olaraq əldən çıxmış fayda və əlavə faizlər hissəsində təmin edilməməsi, iş üzrə yeni qətnamə qəbul edilməsini və ya iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, sübutların natamam və ziddiyyətli qiymətləndirilməsi, həmçinin Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin səhv tətbiqi səbəbindən əsassız hesab edilir. Məhkəmə tərəfindən cavabdeh üzərindən gecikdirilmiş vaxta görə illik 5% “əldən çıxmış fayda” tutulmuşdur. Lakin kredit üzrə gecikdirilməyə görə faizlər tətbiq edildikdə əlavə dəbbə pulu, cərimə və ya digər formada ödəniş tələb edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, illik 5% yalnız real zərər sübut edildiyi halda tətbiq oluna bilər. Hazırkı iş üzrə: İddiaçı bank tərəfindən real əldən çıxmış faydanın mövcudluğu və məbləği sübut edilməmişdir; “Əldən çıxmış fayda” avtomatik şəkildə, hesablanma mexanizmi izah olunmadan tətbiq edilmişdir. Ekspert rəyinin yanlış və ziddiyyətli qiymətləndirilməsi ##.##.2025-ci il tarixli ekspert rəyində açıq şəkildə göstərilmişdir. Bank tərəfindən cərimə borcunun hesablanmasını təsdiq edən hesabdan çıxarış təqdim edilməmişdir, Buna görə də cərimə borcu ekspertiza zamanı hesablanmamışdır. Lakin, buna baxmayaraq, məhkəmə ekspert rəyinin bu hissəsini nəzərə almadan, iddiaçının mövqeyini üstün tutmuş və sübut olunmamış tələblər üzrə qərar çıxarmışdır. Məhkəmə: İlkin dövrlərdə ödənişlərin vaxtında edildiyini, banka restrukturizasiya və aylıq ödənişin azaldılmasının təklif edildiyini, bankın bu təklifdən imtina etdiyini nəzərə almamışdır. Bu isə ədalətlilik və tərəflərin maraqlarının balansı prinsipinə ziddir. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Sadalanan xüsusatlardan göründüyü kimi, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, borcunu ilk 4-5 ay vaxtında ödəmiş və sonradan ailə vəziyyəti ilə əlaqədər çətinlik yarandığından ödəmələrində gecikmələr yaranmışdır.

15. İddiaçı tərəfə məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

21. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən yalnız faiz və əldən çıxmış fayda hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ## ###### 2023-cü il tarixli **-Y-*-*-****/** nömrəli istehlak krediti nömrəli kredit müqaviləsini bağlamış, ayrılmış kredit məbləğinin qaytarılmasını təmin edilməsinə dair öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməmişdir. ## ######## 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, “xxxx” ASC tərəfindən Cavabdeh Göyüş oğluna kredit borcunun 5 gün ərzində borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş əks halda kredit müqaviləsi üzrə tələb olunan məbləğ kredit müqaviləsi üzrə faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik 5 %lə hesablanmış əldən çıxmış faydanın ödənilməsinin tələb ediləcəyi bildirilmişdir. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmiş iddiaçı isə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ekspert rəyinin yanlış və ziddiyyətli olması dəlili ilə bağlı qeyd edir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli, */**** nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, ## ###### 2023-cü il tarixli, **-Y-*-*-****-** saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alıaraq X1 ## ######## 2024-cü il tarixə İddiaçı ASC-nə olan borcu əasas borc üzrə 18637,60 manat əsas, 890, 55 manat faiz borcu olmaqla cəmi 19528, 14 manat borcu yaranmışdır. Ekspert rəyində əlavə olaraq eyd edilmişdir ki, bank tərəfindən ## ###### 2023-cü il tarixli, **-Y-*-*-****-** saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit razılaşmaları üzrə cərimə borcu hesablanmamışdır.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin borcun düzgün hesablanmaması və iş üzrə ziddiyyətli olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, qanunvericiliyə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Lakin tədqiqat zamanı hansı yanlışlığa yol verilməsi konkret olaraq göstərilməmiş, habelə verilmiş rəyin əksini sübut edəcək sənədlər məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, iş materiallarındakı mühasibatlıq ekspertizası rəyinin mötəbər sübut olmasını şübhə altına alacaq hər hansı halmövcud deyildir. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuşdur.

36. Kollegiya cavabdehin kredit üzrə gecikdirilməyə görə faizlər tətbiq edildikdə əlavə dəbbə pulu, cərimə və ya digər formada ödəniş tələb edilə bilməməsi, iddiaçı bank tərəfindən real əldən çıxmış faydanın mövcudluğu və məbləği sübut edilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

37. Qeyd olunmalıdır ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

38. Məhkəmə kollegiyası yuxarıda istinad olunanlara əsasən belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Bərdə Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar