Məhkəmə qərarları › İş №2(3-7)-390/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-390/2026

01.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-390/2026 01.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması, sübutların qiymətləndirilməsi) Hakimlər X9 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Abdinov Tofiq İsmayıl oğlunun, Cavabdeh Cavabdeh iştirakları ilə İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tаrixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ##.##.2015-ci il il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 9000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh, zaminlər X1 və X5 borcun ödənilməsi barədə # ####### 2024-cü il tarixli, **-*/*-Ə-**-****/**** nömrəli bildiriş ünvanlanmaqla xəbərdarlıq edilmişdir.

3. Azərbaycan Respublikası Mərkəzi Bankının məhkəmə sorğusuna cavab məktubundan görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2015-ci il tarixli kredit müqaviləsi üzrə ##.##.2015-ci il tarixinə mövcud olmuş kredit borcu 8.661.36 ABŞ dolları təşkil etmişdir.

4. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanımş ##.##.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, kreditor borcalana 9000 ABŞ dolları məbləğində kredit vermişdir. Kreditin müddəti 48 ay, faiz dərəcəsi 27% olmuşdur.

5. 956/Tİ saylı, ## ######## 2015-ci il tarixli kredit müqaviləsi üzrə ## ###### 2017ci il tarixli, * nömrəli əlavə sazişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 956/Tİ saylı ##.##.2015-ci il tarixli kredit müqaviləsi restruktizasiya olunmuş, borcalanın kreditor qaşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə 13262.57 manat təşkil etdiyi, restruktizasiya edilmiş kreditin faiz dərəcəsi 15%, müddəti ##.##.2022-ci ilədək müəyyən edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh cəmi 9007,46 manat əsas borcun və iş üzrə ödənilmiş 110,08 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, ##.##.2015-ci il tarixli 000000020652 USD №- likassa-məxaric orderindən görünür ki, ##.##.2015-ci il il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 9.000 (doqquz min) ABŞ dolları məbləğində pul verilmiş, cavabdeh isə orderə imza atmaqla 9.000 (doqquz min) ABŞ dolları məbləğində pulun götürülməsini təsdiq etmişdir. Cavabdeh##.##.2015-ci il tarixli Kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna sahib olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Hazırda Bank tərəfindən ##.##.2015-ci il tarixli kredit müqaviləsinin və ona əlavə edilmiş sənədlərin məhkəməyə təqdim edilməməsinin səbəbi İddiaçı ASC-nin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ## ###### 2017-ci il tarixli ** saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filallarda olan sənədlərin məhv edilməsi, itirilməsi və ya korlanması olmuşdur. Qeyd edilən sənədlərin məlum səbəblərdən məhkəməyə təqdim edilməsi mümkün olmasa da, 9.000 (doqquz min) ABŞ dolları məbləğində pulun bankın kassasından alınmasını təsdiq edən kassa-məxaric orderi mötəbər sübut hesab olunaraq cavabdehin bütün hallarda Bank qarşısında öhdəliyinin yarandığını əks etdirir. Kassaməxaric orderi-nağd vəsaitin kassadan məxaricini sübut edən sənəddir.

8. Bərdə Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Fuad Babaşov) iddia təmin edilməmişdir .

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırılmışdır ki, Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əmanətlərin Sığortalanması Fondu Cavabdeh 9.007,46 manat məbləğində borclu olduğunu iddia etsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut, xüsusilə də kredit müqaviləsi və kassa məxaric orderinin əslini təqdim etməmişdir. İddiaçı iddia ərizəsinə cavabdeh ilə aralarında bağlanmış kredit müqaviləsini, borcun verilməsinə əsas olan sənədləri əlavə etməmişdir.

10. İddiaçı iddia tələbini əsaslandırarkən iş materiallarına əlavə etdiyi kassa məxaric orderinə istinad etsə də, həmin kassa məxaric orderi kserosurət olmaqla orderin əslini və ya notariat qaydada təsdiq edilmiş surətini iş materiallarına əlavə etməmişdir. Yalnız işdə hesabdan çıxarış və maliyyə arayışı vardır ki, həmin sənədlərə istinad etməklə cavabdehdən pul tutulması əsassızdır və qanunaziddir. Məhz bu səbəbdən iddia tələbi rədd edilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443, 445.1 və 739.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı LPO İddiaçı ASC apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun məzmunda əsaslandırılmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, ##.##.2015-ci il tarixli kassa məxaric orderi ilə borclu Cavabdeh bank tərəfindən 9000 ABŞ dolları məbləğində kredit verilmiş və borclu həmin krediti aldığını öz imzası ilə təsdiq etmişdir. Pulun alınmasını təsdiq edən kassa məxaric orderi mötəbər sübut olduğundan cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranmasını əks etdirir. Bundan başqa, işdə olan hesabdan çıxarışda da qeyd edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə müxtəlif tarixlərdə müəyyən ödənişlər etmişdir. Bu, bank ilə cavabdeh arasında öhdəlik münasibətlərini sübut etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Mehdiyev (sədrlik edən və məruzəçi), R.Muradov və M.Mustafayev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilmiş və iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.

19. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, işə baxılan zaman məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşdur.

20. Belə ki, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə təqdim etdiyi ##.##.2015-ci il tarixli 000000020652 USD nömrəli kassa-məxaric orderindən görünür ki, ##.##.2015-ci il il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 9.000 ABŞ dolları verilmiş, cavabdeh həmin orderə imza etmiş və həmin vəsaiti almışdır. Bank tərəfindən sözügedən ##.##.2015-ci il tarixli kredit müqaviləsi iddia ərizəsinə əlavə edilməmiş, bunun səbəbi kimi İddiaçı ASC-nin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ## ###### 2017-ci il tarixli ** saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filiallarda olan sənədlərin məhv edilməsi, itirilməsi və ya korlanması göstərilmişdir. İşə əlavə edilmiş ##.##.2024-cü il tarixli maliyyə arayışından görünür ki, ##.##.2024-cü il tarixə Cavabdeh əsas borcu iddia tələbi üzrə 9.007,46 manat təşkil etmişdir. Birinci inctansiya məhkəməsi kredit müqaviləsinin mülki işə əlavə edilməməsi və subutların mövcud olmaması əsası ilə iddianı təmin etməmişdir.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, işə apellyasiya instansiyasında baxılarkən, məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarışdan müəyyən edilir ki, cavabdeh (borcalan) Cavabdeh baxılan iş üzrə qeyd olunan ##.##.2015-ci il tarixli kredit müqaviləsinə görə 9000 ABŞ dolları borcu tam ödənilmişdir. Göründüyü kimi, cavabdeh Cavabdeh bank qarşısında öhdəliyini icra etmiş, banka olan borcunu tam şəkildə ödəmiş və heç bir öhdəliyi qalmamışdır. Bununla da iddia tələbi yuxarıda qeyd olunanlara əsasən təmin edilə bilməz.

22. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 425.1, 442, 443.1, 445.1, 445.2, 448.1,449.1, 739.1, 742.1-ci, Mülki Prosessual Məcəllənin 372.6, 372.7, 384.0.2, 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat

23. İddiaçı LPO İddiaçı ASC (vəkil X3) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflər arasında yaranmış qarşılıqlı münasibətlər üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Nəticədə iddiaçının qanunvericiliklə müəyyən olunmuş hüquqları kobud şəkildə pozulmuş, cavabdehin bank qarşısında olan öhdəliklərini sonradan icra etməməsi üçün şərait yaradılmışdır. Halbuki məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına uyğun olaraq qiymət verməli idi və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamışdır.

25. İş materiallarına əlavə edilmiş ##.##.2015-ci il tarixli, ************ nömrəli kassaməxaric orderindən müəyyən edilmişdir ki, həmin tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh 9.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bu kredit öhdəliyi üzrə ##.##.2017-ci il tarixdə Əlavə saziş bağlanmış və həmin sazişə əsasən qalıq borc məbləği manata konvertasiya edilərək 10.294,55 manat müəyyən edilmişdir. Bununla da ilkin olaraq ABŞ dolları ilə verilmiş kredit üzrə qalıq borc manatla ifadə edilmiş, cavabdehin dollar hesabı üzrə borcu tam şəkildə bağlanmış, nəticədə həmin hesab sıfırlanmış və borcun qalığı manat hesabına yönləndirilmişdir. Sonradan cavabdeh tərəfindən müxtəlif tarixlərdə və məbləğlərdə ödənişlər həyata keçirilmiş, həmin ödənişlərdən sonra qalıq əsas borc 9.007,46 manat təşkil etmişdir. Bu məbləğ hazırda Mərkəzləşdirilmiş Kredit Reyestrində “işlək” (aktiv) statusda olan manat hesabında əks etdirilmiş və iddia ərizəsində tələb edilən əsas borc məbləği ilə tam eynilik təşkil etmişdir. Şikayətə əlavə edilmiş MKR məlumatları və hesabdan çıxarışlar da göstərilən halları təsdiq etmişdir. Bu vəziyyət cavabdehin mövcud öhdəliyinin ləğv edilməsi deyil, həmin öhdəliyin yeni şərtlərlə, başqa valyutada davam etdirilməsi kimi qiymətləndirilməli olmuşdur.

26. Cavabdehin manat kredit hesabının işlək (aktiv) vəziyyətdə olduğu müəyyən edilmiş və bu hal eyni kredit öhdəliyinin davamı kimi qiymətləndirilməli olmuşdur. Buna baxmayaraq, məhkəmə kollegiyası MKR çıxarışına formal yanaşaraq dollar kreditinin bağlanmasını səhvən borcun tam ödənilməsi kimi qiymətləndirmişdir. Bu baxımdan məhkəmənin borc öhdəliyinin mövcud olmaması barədə nəticəsi qanuna əsaslanmamışdır, çünki borc öhdəliyi tam ödənilməmiş, yalnız yeni valyutada və fərqli şərtlərlə davam etmişdir. Nəticə etibarilə, MKR çıxarışına əsaslanaraq borc öhdəliyinin mövcud olmadığı qənaətinə gəlinməsi sübutların qiymətləndirilməsi prinsipinin pozulması ilə nəticələnmişdir. Həmçinin müəyyən edilmişdir ki, Mərkəzləşdirilmiş Kredit Reyestri sistemində fiziki və hüquqi şəxslərin kredit təşkilatlarından götürdükləri bütün cari və keçmiş kreditlər, o cümlədən kredit məhsulları və onların təminatları haqqında məlumatlar toplanmışdır. MKR-dən əldə edilən çıxarış borcalanların bütün kreditləri üzrə məlumatları əks etdirən hesabat xarakteri daşımış və öhdəliyin hüquqi statusunu müəyyən edən sənəd kimi qiymətləndirilə bilməzdi. MKR-də borcun bağlı və ya sıfır qalıq kimi görünməsi həmin öhdəliyin faktiki olaraq restrukturizasiya olunaraq başqa kredit hesabında aktivləşməsini də ifadə edə bilərdi. Buna görə də cavabdehin iddiaçı qarşısında mövcud olan kredit öhdəliyi qüvvədə qalmış və MKR məlumatlarının formal görünüşü bu borcun hüquqi mahiyyətini dəyişməmişdir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixlə qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

26. Kassasiya məhkəməsi, qeyd etmişdir ki, apellyasiya məhkəməsi cavabdehin bank qarşısında öhdəliyinin tam icra olunması əsasə ilə iddianın rədd edilməsi qənaətinə gələrkən Mərkəzləşdirilmiş Kredit Reyestrindən əldə edilmiş çıxarışa istinad etmiş və həmin çıxarışda ABŞ dolları ilə olan kredit öhdəliyinin bağlanmış kimi göstərilməsini borcun tam ödənilməsi kimi qiymətləndirmişdir. Lakin kassasiya şikayətində qeyd edildiyi kimi, bu nəticə sübutların məcmu və hüquqi mahiyyəti baxımından düzgün qiymətləndirilməsinə əsaslanmamışdır.

27. Kassasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsinin müəyyən etdiyi mübahisəsiz hala görə ##.##.2015-ci il il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 9000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən Mərkəzləşdirilmiş Kredit Reyestrindən əldə edilmiş çıxarışa həmin borcun bağlanması qənaətinə gələn məhkəmə borcun ödənilməsirnə dair cavabeh tərəfindən hər hansı sübutun təqdim olunmamasını nəzərrə almamış, Mərkəzləşdirilmiş Kredit Reyestrinə görə onun digər borclarının olub-olmadığını, əgər vardırsa hansı əsaslara görə yarandığını müəyyən etməmişdir.

28. İddiaçı tərəf qeyd edir ki, cavabbeh tərəfindən ilkin olaraq ABŞ dolları ilə götürülmüş kredit üzrə ## ###### 2017-ci il tarixli əlavə saziş əsasında restrukturizasiya aparılmış, qalıq borc manatla ifadə edilərək yeni kredit hesabında rəsmiləşdirilmişdir. Bu hal dollarla olan kredit hesabının bağlanmasını ifadə etsə də, borc öhdəliyinin xitamı deyil, həmin öhdəliyin yeni valyutada və yeni şərtlərlə davam etdirilməsi anlamına gəlir.

29. Kassasiya məhkəməsi qeyd etmişdir ki, Bu hal ABŞ dolları ilə verilmiş kreditin ## ###### 2017-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə # ####### 2024-cü il tarixə 9007,46 manat əsas, 5224,77 manat faiz borcu, 5355,91 manat cərimə borcu gecikdirilmiş vaxt üçün hesablanmış 1227,50 manat faiz borcu olmaqla cəmi 20815,64 manat borcdan 9007,46 manat əsas borc hissəsinin tələb olunmasında da özünü təzahür etdirir.

30. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara obyektiv, hərtərəfli və tam qiymət verilməmiş, restrukturizasiya olunmuş kredit öhdəliyinin hüquqi mahiyyəti düzgün müəyyən edilməmiş, nəticədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri pozulmuşdur.

31. Eyni zamanda, məhkəmə kollegiyası nəzərə alır ki, iş üzrə faktiki halların tam və düzgün müəyyən edilməsi, kredit münasibətlərinin davam edib-etmədiyinin aydınlaşdırılması, restrukturizasiya sənədlərinin və ödənişlərin hüquqi qiymətləndirilməsi kassasiya instansiyasının səlahiyyətlərinə aid olmayıb, apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilməlidir.

32. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1, 390.1, 425.1, 442, 443.1, 445.1, 445.2.1, 445.2.2, 448.1, 449.1, 739.1, 742.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1, 217.3, 407.2, 416., 416.2, 418.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsində ikinci icraat

Proses iştirakçılarının izahatları

33. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Abdinov Tofiq İsmayıl oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etdi.

34. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh kredit və restruktizasiya ilə bağlı müqavilələrdəki imzaların ona məxsus olduğunu bildirdi.

Tətbiq edilən hüquq

35. Azərbayan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

57. Kollegiya qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.

58. Hazırkı işdə iddia tələbi rədd edildiyindən, iddiaçı qətnaməni tam mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, kassasiya instansiyası məhkəməsinin qərarında qeyd etdiyi göstərişləri nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməlidir.

60. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2012ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.

61. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərə istinad edərək, hazırkı mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tаrixli, *(***)-***/**** nömrəli qətnaməsini tam hissədə yoxlayaraq aşağıdakıları qeyd edir.

36. Kassasiya kollegiyası öz qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara obyektiv, hərtərəfli və tam qiymət verilməmiş, restrukturizasiya olunmuş kredit öhdəliyinin hüquqi mahiyyəti düzgün müəyyən edilməmiş, nəticədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri pozulmuşdur.

62. Eyni zamanda, məhkəmə kollegiyası nəzərə alır ki, iş üzrə faktiki halların tam və düzgün müəyyən edilməsi, kredit münasibətlərinin davam edib-etmədiyinin aydınlaşdırılması, restrukturizasiya sənədlərinin və ödənişlərin hüquqi qiymətləndirilməsi kassasiya instansiyasının səlahiyyətlərinə aid olmayıb, apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilməlidir.

63. İşdən müəyyən olunur ki, tərəflər arasında ##.##.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə 9000 ABŞ dolları kredit verilmişdir. Sonradan, ## ###### 2017-ci ildə həmin kredit restruktizasiya edilmiş və cavabdehin borcu 13262.57 manat təşkil etmişdir.Hazırda İddiaçı cavabdehdən 9007.46 manat pul tələb edir. Cavabdeh tələb edilən məbləğə etiraz bildirmir, eyni zamanda borcun olmaması və ya daha az olması barədə hər hansı əks-sübut da mövcud deyil.

64. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən tərəflər arasında kredit müqaviləsinin davam edib etməməsini aydınlaşdırmamış, bu hallar hərtərəfli təhlil edilməmişdir.

65. Kollegiya qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir.

66. Apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan qətnamənin ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tаrixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. Cavabdeh Cavabdeh iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 9007.46 manat pul və ödənilmiş 110.08 manat dövlət rüsumu tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar