Məhkəmə qərarları › İş №2(3-7)-40/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-40/2026

14.04.2026 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-40/2026 14.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X3 (sədrlik edən və məruzəçi), X4 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi, Iddiaçı iddiaçı2 nümayəndəsi X5 iştirakı ilə, Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh MMC-yə qarşı müqavilə şərtlərinin dəyişdirilməsi, əmlakın qanunsuz sahiblikdə olan hissəsindən çıxarılma və maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## #### 2024-cü il tarixli 2(125)- ****/**** nömrəli qətnaməsindən iddiaçılar iddiaçı1 və iddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. 202011000134-05101-****** reyestr nömrəli əmlaka hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri Dədə Qorqud küçəsində yerləşən ** nömrəli qeyri-yaşayış sahəsinə iddiaçı2 mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində ##.##.2021-ci il tarixdə 1521028253 nömrəsi ilə qeydə alınmışdır;

2. ##.##.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, iddiaçı2 Gəncə şəhəri Dədə Qorqud küçəsində yerləşən ** nömrəli qeyri-yaşayış sahəsinin 216 kv. m. hissəsindən 182,4 kv. m. hissəsini Cavabdeh MMC-yə icarəyə vermişdir

3. ##.##.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, iddiaçı2 Gəncə şəhəri Dədə Qorqud küçəsində yerləşən ** nömrəli qeyri-yaşayış sahəsini iddiaçı1 bağışlamışdır;

4. Gəncə Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli 2(125)- ****/*** nömrəli qətnaməsindən görünür ki, iddiaçı iddiaçı1 cavabdeh Cavabdeh MMC-yə qarşı «qeyriyaşayış sahəsindən əşyalarla birlikdə çıxarılma, qeyri yaşayış sahəsinin tam şəkildə boşaldılaraq təhvil verilməsi və maddi zərərin ödənilməsi» tələbinə dair iddiası təmin edilməmişdir;

5. Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh MMC iddianı qismən, yəni tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.1-ci bəndinin «Icarəçi Icarəyəverənə ##.##.2024-cü il tarixdən ##.##.2024cü il tarixə qədər 1.325 manat (Ö.M.V daxil) və ##.##.2024-cü il tarixdən sonra 1.628 manat (Ö.M.V daxil) icarə haqqı ödəyəcək» kimi dəyişdirilməsinə dair hissədə etiraf etmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış ##.##.2022-ci il tarixli *M-*** nömrəli icarə müqaviləsinin predmetindən kənarda qalan 33.6 kvadrat metr ofis sahəsindən ##.##.2022- ci il tarixdən ##.##.2022-ci il tarixədək olan müddət ərzində Cavabdeh MMC tərəfindən qanunsuz istifadə nəticəsində vurulmuş zərərin əvəzi qismində 2856,34 manat vəsaitin, tərəflər arasında imzalanmış icarə müqaviləsinin qüvvədə olduğu ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək olan müddət ərzində cavabdeh tərəfindən ödənilən icarə haqqı məbləğinin düzgün hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödəmə şəklində cavabdehdən iddiaçı2 xeyrinə tutulması, ##.##.2022-ci il tarixli *M-*** nömrəli icarə müqaviləsinin predmetindən kənarda qalan 33.6 kvadrat metr ofis sahəsindən ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan müddət ərzində Cavabdeh MMC tərəfindən qanunsuz istifadə nəticəsində vurulmuş zərərin əvəzi qismində 5193,36 manat vəsaitin, ##.##.2024-cü il tarixdən etibarən hazırkı mülki iş üzrə məhkəmə qətnaməsi icra olunan tarixədək, yəni qanunsuz istifadə sahəsi boşaldılaraq «icarəyə verənə» təhvil verildiyi tarixədək icarə haqqı məbləğinin özgəsinin əmlakından qanunsuz istifadə nəticəsində yaranmış zərər hesab olunaraq, hər ay 216 manat 39 qəpik həcmində hesablanmaqla, Cavabdeh MMC-dən iddiaçı1 xeyrinə tutulması, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ##.##.2022-ci il tarixli *M-*** nömrəli icarə müqaviləsinin predmetindən kənarda qalan və Cavabdeh MMC-nin qanunsuz sahibliyində olan 33.6 kv.m ofis sahəsinin dərhal boşaldılaraq, iddiaçı1 təhvil verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması, ##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixədək olan müddət ərzində cavabdeh tərəfindən ödənilən icarə haqqı məbləğinin birdəfəlik ödəmə şəklində Cavabdeh MMC-dən tutularaq, iddiaçı1 ödənilməsi, iddiaçı2la Cavabdeh MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli *M-*** nömrəli icarə müqaviləsi şərtlərinin dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Daha sonra iddiaçılar iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, iddiaçı iddiaçı2 ilə Cavabdeh MMC arasında imzalanmış ##.##.2022-ci il tarixli, *M-*** nömrəli «Icarə müqaviləsi»nin predmetindən kənarda qalan 33,6 kvadrat metr ofis sahəsindən ##.##.2022-ci il tarixindən ##.##.2022-ci il tarixədək olan müddət ərzində Cavabdeh MMCnin qanunsuz istifadəsi nəticəsində yaranmış 2.856 manat 34 qəpik məbləğində zərərin Cavabdeh MMC-dən tutularaq, iddiaçı2 ödənilməsi, Cavabdeh MMC tərəfindən ##.##.2022ci il tarixli, *M-*** nömrəli «Icarə müqaviləsi»nin predmetindən kənarda qalan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 33,6 kvadrat metr sahəsindən Cavabdeh MMCnin ##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixədək qanunsuz istifadəsi nəticəsində yaranmış 5193 manat 36 qəpik məbləğində zərərin Cavabdeh MMC-dən birdəfəlik ödəmə şəklində tutularaq, X1 ödənilməsi, ##.##.2024-cü il tarixdən hazırki mülki iş üzrə məhkəmə qətnaməsi icra olunan tarixədək (yəni qanunsuz istifadə sahəsi boşaldılaraq, icarəverənə təhvil verilən tarixədək) icarə haqqı məbləğinin özgəsinin əmlakından qanunsuz istifadəsi nəticəsində yaranmış zərər hesab olunaraq, hər ay 216 manat 39 qəpik həcmində hesablanmaqla Cavabdeh MMC-dən tutularaq, iddiaçı1 ödənilməsi, Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən ** nömrəli qeyri-yaşayış sahəsinin ##.##.2022-ci il tarixli *M-*** nömrəli icarə müqaviləsinin predmetindən kənarda qalan və hazırda Cavabdeh MMC-nin qanunsuz sahibliyində olan 33.6 kv.m ofis sahəsinin dərhal boşaldılaraq iddiaçı1 təhvil verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması, iddiaçı1 mülkiyyətində olan Gəncə şəhəri Dədə Qorqud küçəsində yerləşən ** nömrəli 202011000134-05101-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair Cavabdeh MMC ilə bağlanmış ##.##.2022-ci il tarixli *M-*** nömrəli icarə müqaviləsinə: 1) müqavilənin preambulasında «icarəyəverən» qismində iddiaçı1 – Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov pr., döngə 8, ev 3 (ş/v: AA3058696, ##.##.2021, ASAN-Gəncə, Fin: 3ATEN7W7) qeyd olunması; 2) müqavilənin 1.1-ci bəndinin redaksiyasını «Icayə verən, ƏMDK-nin yanında DƏDRX-nin Gəncə şəhəri Ərazi Idarəsi tərəfindən ##.##.2022-ci il tarixdə verilmiş 202011000134-05101-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 216 kv. m. olan qeyri-yaşayış sahəsinin 182,4 kv. m. hissəsini Icarəçiyə verməyi, Icarəçi isə obyekti qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürür» kimi dəyişdirmək; 3) müqavilənin 3.1-ci bəndinin redaksiyasını «Icarəçi Icarəyəverənə hər ay 3.525 manat (Ö.M.V daxil) icarə haqqı ödəyəcək» kimi dəyişdirmək; 4) müqavilənin 3.2-ci bəndinin redaksiyasını «tərəflər arasında razılaşdırılmış 3.525 manat (Ö.M.V daxil) icarə haqqı ##.##.2024-cü il tarixdən hesablanacaq» kimi dəyişdirmək; 5) müqavilənin 5.1.4-cü bəndinin redaksiyasını «Icarəçinin təqsiri olmadan obyekt və ya onun hər hansı hissəsi və ya avadanlıq təyinatı üzrə istifadə edilməyə yararsız vəziyyətə düşdükdə, onları ağlabatan müddətdə istifadəyə yararlı vəziyyətə gətirmək» kimi dəyişdirmək; 6) müqavilənin 5.1.5-ci bəndinin redaksiyasını «obyektə dair Icazə və Sığorta qüvvəsini itirdikdə və ya ləğv edildikdə Icarəyə verən qüvvəsini itirmiş və ya ləğv edilmiş Icazə və Sığortanı bərpa etməlidir» kimi dəyişdirmək; müqavilənin 5.1.7-ci, 5.1.8-ci, 5.1.12-ci və 5.1.13-cü və 5.1.14-cü bəndlərinin ləğv olunması; 8) müqaviləyə 5.2.3-cü bəndi aşadıkı redaksiyada əlavə etmək: «5.2.3. Dövlət tərəfindən tənzimlənən qiymətlər, tariflər, ödənişlər və ya amortizasiya normaları dəyişdikdə, inflyasiyanın sürəti kəskin artdıqda, habelə Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş başqa hallarda icarə məbləğinin həmin artımlara müvafiq surətdə artırılmasını tələb etmək»; 9) müqaviləyə 5.2.4cü bəndi aşağıdakı redaksiyada əlavə etmək “5.2.4 Icarəyə verənin razılığı olmadan Icarəçi tərəfindən obyektdə edilmiş dəyişikliklərin, əlavələrin və əlavə olunmuş qurğuların Icarəçinin vəsaiti hesabına sökülməsini və ya aradan qaldırılmasını Icarəçidən tələb etmək”; 10) müqaviləyə 5.2.5-ci bəndi aşağıdakı redaksiyada əlavə etmək «5.2.5 Icarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalara müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən mülkiyyət hüququ əldə etmək»; 11) müqavilənin 5.4.4-cü bəndinin redaksiyasını «bu müqavilədə qeyd edilmiş icarə müddətini keçməmək şərti ilə və Icarəverənin yazılığı razılığı ilə obyekti tam və ya qismən subicarəyəyə vermək»; 12) müqavilənin 6.1.10-cu bəndinin ləğv olunması; 13) müqavilənin 7.1-ci bəndinin redaksiyasını «Icarəçi öz fəaliyyəti ilə əlaqədar olaraq Icarəyəverənin razılığı ilə obyekti zəruri avadanlıqlarla, elektrik cihazları, qurğularla və digər daşınar əşyalarla (bundan sonra «əşya» təmin və təchiz etmək hüququna malikdir. Icarəyəverənin razılığı olmadan quraşdırılmış əşyalara mülkiyyət hüququ müqaviləyə xitam verildikdən sonra Icarəyəverənə keçir» kimi dəyişdirmək; 14) müqavilənin 7.2-ci bəndinin ləğv olunması; 15) müqavilənin 8.2-ci bəndinin redaksiyasını «bu cür dəyişiklik təmir və abadlaşdırma işləri üçün Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən dövlət və yerli özünüidarə etmə orqanlarının razılıq və icazələri tələb olunarsa, bu icazələrin alınmasını Icarəçi təmin etməlidir» kimi dəyişdirmək; 16) müqavilənin 8.3-cü, 9.8-ci və 11.2-ci bəndlərinin ləğv olunması; 17) müqavilənin 12.4-cü bəndinin redaksiyası «Icarəyəverən müqavilənin 12.2-ci bəndində göstərilən halda əlavə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müqaviləni birtərəfli qaydada ləğv edə bilər» kimi dəyişdirmək; 18) müqavilənin 12.5-ci bəndinin redaksiyası «Tərəflər bu müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozduqda və digər tərəfin xəbərdarlığına baxmayaraq, həmin pozuntular aradan qaldırılmazsa, tərəf digər tərəfin xəbərdarlığına baxmayaraq, həmin pozuntular aradan qaldırılmazsa, tərəf dərhal digər tərəfi xəbərdar etməklə bu müqaviləni birtərəfli qaydada ləğv edə bilər» məzmunlu dəyişikliklər edilməklə yeni icarə müqaviləsinin bağlanması, iddiaçı2 tərəfindən ödənilmiş 49 manat məbləğində dövlət rüsumunun və iddiaçı1 tərəfindən ödənilmiş 72 manat dövlət rüsmunun Cavabdeh MMC-dən mütənasib qaydada tutularaq, birgə iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

8. Iddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, iddiaçı iddiaçı1 ümumi sahəsi 216 kv.m olan və Gəncə şəhəri Dədə Qorqud küçəsində yerləşən ** nömrəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Həmin qeyri-yaşayış sahəsini iddiaçı1 atası iddiaçı2 bağışlama yolu ilə əldə etmiş və ##.##.2022-ci il tarixdə əmlaka mülkiyyət hüquqlarına dair dövlət reyestrindən müvafiq çıxarış almışdır. Sözügedən daşınmaz əmlakın mülkiyyətçisi iddiaçı2 ilə Cavabdeh MMC arasında notariat qaydada ##.##.2022-ci il tarixli, *M-*** nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə X7 şəhəri Dədə Qorqud küçəsi ev 19 ünvanında yerləşən, ümumi sahəsi 216 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin 182,4 kv.m hissəsini icarəyə verməyi, Cavabdeh MMC isə həmin sahəni qəbul edib, əvəzində hər ay 1175 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. iddiaçı1 sözügedən daşınmaz əmlaka mülkiyyət hüquqlarını əldə etdikdən sonra Cavabdeh MMC-yə bağlanmış icarə müqaviləsinə dəyişikliklər etmək barədə təklif göndərmişdir. Tərəflər arasında aparılmış danışıqlar aralarında fikir ayrılığı səbəbilə öz nəticəsini verməmişdir. Belə ki, iddiaçı1 tərəfindən sahəyə əyani baxış keçirildikdə məlum olmuşdur ki, sahənin müqavilədə nəzərdə tutulduğu kimi 182,4 kv.m. hissəsi deyil, ümumilikdə 216 kv.m hissəsi istifadə olunmaqdadır. Buna görə də iddiaçılar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh MMC-nin Gəncə şəhəri Dədə Qorqud küçəsində yerləşən 19 nömrə qeyri-yaşayış sahəsindən müqavilədə nəzərdə tutulan qaydada deyil, həmin müqavilədən nəzərdə tutulan ölçüdən kənar hədlərdə istifadə etməsinə dair kifayət qədər sübutlar, eləcə də video qeydlər mövcuddur.

9. ##.##.2024-cü il tarixdə birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə tərəfindən mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, ümumi ölçüsü 216 kv.m olan əmlakın Cavabdeh MMC-yə icarəyə verilmiş və Cavabdeh MMC-nin qanuni istifadəsində olan 182,4 kv.m hissəsi əsas giriş istiqamətindəndir. Gəncə şəhəri Dədə Qorqud küçəsində yerləşən ** nömrəli qeyri-yaşayış sahəsinin texniki sənədlərdə göstərilən, bir-birindən və digər ərazilərdən təcrid olunmuş cəmi ölçüsü 33,6 kv.m olan 2 otağına həmin əmlakın icarədə olan 182,4 kv.m hissəsindən keçmədən çatmaq mümkün deyildir. Gəncə şəhəri Dədə Qorqud küçəsində yerləşən ** nömrəli qeyri-yaşayış sahəsinin cəmi ölçüsü 33,6 kvadrat metr olan 2 otağının açarları Cavabdeh MMC-nin əməkdaşlarındadır və yalnız Cavabdeh MMC-nin əməkdaşları tərəfindən qapıların açılmasından sonra otaqlara daxil olmaq mümkündür. Həmin 33,6 kv.m sahə boş olsa da icarəyə verilmiş və market kimi istifadə edilən 182,4 kv. m. sahənin bir hissəsindəki rəflərin qarşısında dağınıq şəkildə mal toplanmışdır və qeyd olunan səbəbdən rəflərə çatmaq mümkün deyildir.

10. Gəncə Şəhər Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev) iddiaçı1 və iddiaçı2 iddiası qismən təmin edilərək, iddiaçı1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsində yerləşən ** nömrəli, 216 kvadrat metr ölçüdə qeyri-yaşayış sahəsinin 33,6 kv.m. hissəsinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən boşaldılması; Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsində yerləşən ** nömrəli, 216 kvadrat metr ölçüdə qeyri-yaşayış sahəsinin 33,6 kvadrat metr hissəsindən istifadə ilə əlaqədar ##.##.2024-cü il tarixdən qətnamə icra edildiyi, yəni qeyd olunan ərazi boşaldıldığı tarixədək hər ay 216 (iki yüz on altı) manat 39 (otuz doqquz) qəpik məbləğində pul vəsaiti tutulub iddiaçı1 ödənilməsi; iddiaçı2 ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ##.##.2022-ci il tarixli *M-*** nömrəli icarə müqaviləsinin 3.1-ci bəndinin «Icarəçi Icarəyəverənə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixə qədər 1.325 (bir min üç yüz iyirmi beş) manat (Ö.M.V daxil) və ##.##.2024-cü il tarixdən sonra 1.628 (bir min altı yüz iyirmi səkkiz) manat (Ö.M.V daxil) icarə haqqı ödəyəcək» kimi dəyişdirilməsi; iddiaçı1 və iddiaçı2 iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddiaçı1 cavabdeh MMC-yə qarşı «qeyri-yaşayış sahəsindən əşyalarla birlikdə çıxarılma, qeyri-yaşayış sahəsinin tam şəkildə boşaldılaraq, təhvil verilməsi və maddi zərərin əvəzinin ödənilməsi» tələbində dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Gəncə Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Qeyri-yaşayış, yaxud yaşayış sahəsinin zəbt edilməsi ilə əlaqədar münasibətlər isə davam edən və dəyişən münasibətdir. Digər tərəfdən hazırki iddia tələbi və onun əsası əvvəlki iddia tələbindən fərqlidir. Bundan başqa, ##.##.2024-cü il tarixdə daşınmaz əmlakın yerində müayinəsi zamanı Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsində yerləşən ** nömrəli qeyri yaşayış sahəsinin ümumi ölçüsü 216 kv metr olan əmlakın texniki sənədlərdə göstərilən, birbirindən və digər ərazilərdən təcrid olunmuş cəmi ölçüsü 33,6 kv metr olan 2 otağının açarlarının Cavabdeh MMC-nin əməkdaşlarında olması və yalnız cavabdeh MMC-nin əməkdaşları tərəfindən qapıların açılmasından sonra otaqlara daxil olmağın mümkünlüyü müəyyən edilmişdir. Digər tərəfdən cavabdehin iddianı təkidlə qeyri-yaşayış sahəsindən çıxarılmasına dair hissədə qəbul etməməsi və qeyd olunan sahənin əhəmiyyətli olmasını bildirməsi həmin sahədən istifadənin təzahür formasıdır. Belə ki, həmin sahənin mülkiyyətçi tərəfindən boş, yaxud istifadəsiz saxlanılması cavabdehin mənafeyinə onun istifadədə marağı olduğu halda toxuna bilər. Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsində yerləşən ** nömrəli qeyri-yaşayış sahəsinin ümumi ölçüsü 216 kv metr olan əmlakın cavabdeh MMC-yə icarəyə verilmiş və cavabdeh MMC-nin qanuni istifadəsində olan 182,4 kv metr hissəsi əsas giriş istiqamətindən olduğuna və həmin sahədən keçmədən mübahisəli 33,6 kv metr sahəyə çatmaq mümkün olmadığına görə cavabdeh MMC-nin icazəsi olmadan, yaxud servitut qaydaları müəyyənləşdirilmədən qeyd olunan sahənin istifadəsi mümkün deyildir. Yəni yerləşdiyi istiqamətlə və icarədarın (cavabdeh MMC-nin) şərait yaratmaması ilə əlaqədar mübahisəli ərazinin mülkiyyətçinin qıfılı altında istifadəsiz saxlanılması, yalnız mülkiyyətçinin özü ilə əlaqədar olan xüsusatdır. Həmin sahənin istifadəsiz saxlanılması digər şəxslərin, eləcə də cavabdeh MMC-nin maraqlarına təsir göstərmir. Əks yanaşma iddiaçı1 mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər. Göründüyü kimi mülki işin məhkəmə iclasında müəyyən edilmiş faktiki halları ilə iddiaçı1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsində yerləşən ** nömrəli 216 kv metr ölçüdə qeyri-yaşayış sahəsinin 33,6 kv metr hissəsinin cavabdeh MMC-nin istifadəsində olduğu müəyyən edilir. Göstərilənlərdən əlavə məhkəmə qeyd etmişdir ki, mülki dövriyyənin hər bir iştirakçısı öz hüquqlarını və vəzifələrini vicdanla yerinə yetirməli, öz hərəkətlərinin məsuliyyətini dərk etməli, yaratdığı nəticələri qəbul etməlidir. Hazırki halda Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsində yerləşən ** nömrəli 216 kv metr ölüçədə qeyriyaşayış sahəsinin 33,6 kv metr hissəsinin cavabdeh MMC-nin qıfılı altında saxlanılması və ötən müddət ərzində mülkiyyətçinin tələbinə baxmayaraq, həmin sahənin açarlarının verilməməsi mülki dövriyyənin iştirakçısı qismində cavabdeh MMC-nin hüquqi nəticə yaradan hərəkətidir. Bundan başqa, işdə olan iddiaçı2la cavabdeh MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli *M-*** nömrəli icarə müqaviləsinin 3.6-cı bəndində tərəflər razılığa gəmişlər ki, icarə müqaviləsinin bağlandığı andan 3 il keçdikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi inflyasiya dərəcəsi nəzərə alınmaqla, icarə haqqının məbləğinə yenidən baxıla bilər. Göründüyü kimi tərəflər müqavilənin dəyişdirilməsinə dair iradəni aşkar bəyan etmişlər və həmin müddət ərzində müqavilə şərtlərinin birtərəfli dəyişdirilməsi yolverilməzdir. Lakin mülki işin məhkəmədə tədqiqi zamanı cavabdeh MMC-nin nümayəndəsi iddianı «müqavilə şərtlərinin dəyişdirilməsi» tələbinə dair hissədə qismən, yəni icarə müqaviləsinin 3.1-ci bəndinin «Icarəçi Icarəyəverənə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixə qədər 1325 manat (Ö.M.V daxil) və ##.##.2024-cü il tarixdən sonra 1628 manat (Ö.M.V daxil) icarə haqqı ödəyəcək» kimi dəyişdirilməsi hissəsində etiraf etmişdir. Cavabdeh MMC-nin nümayəndəsinin iddianı qismən etiraf etməsi qanuna zidd deyildir, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də məhkəmə hesab edib ki, cavabdeh MMC-nin nümayəndəsinin iddianı qismən etiraf etməsi qəbul olunmalı, iddia «müqavilə şərtlərinin dəyişdirilməsi» tələbinə dair hissədə yalnız cavabdehin etirafı həcmində təmin edilməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 152.1, 152.5, 157.2, 157.4, 157.8, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə, o cümlədən Mülki Prosessual Məcəllənin 52.5, 191.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən narazı qalan iddiaçılar iddiaçı1 və iddiaçı2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ## #### 2024-cü il tarixli ,2(125)-2815/2024 qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icarə haqqında qanunun müddəalarından görünür ki, iddiaçı iddiaçı1 iddia tələbləri tamamilə qanun çərçivəsindədir və həqiqətən də qanunla nəzərdə tutulan halları və tələblərə uyğunluğu vardır. Iddiaçının tələblərindən biri infilyasiyanın nəzərə alınaraq artırılması olmuşdur ki, bu tələbin qismən təmin edilməsi məhkəmə qaydasında baş tutmuşdur. Mülki işin araşdırılması gedişatında iddiaçı tərəfindən müvafiq qiymətləndirici tərəfindən əldə edilmiş rəy təqdim edilərək iddiaçının qiymət artımının əsasları məhkəmənin də, cavabdehin də, nəzərinə çatdırılmışdır. Bununla belə cavabdeh məhkəm iclasında müəyyən qədər icarə haqqı artımına dair iddianın etirafına getsə də, bu günədək icarə ödənişi hələ də keçmiş tariflər üzrə aparılır. Cavabdehin bu hərəkəti isə öz növbəsində onu ifadə edir ki, etiraf məhkəmənin gözündən pərdə asmaq məqsədi güdmüşdür. Necə ki, məhkəmənin yerli baxışına görə qanunsuz zəbt olunmuş 33.6 kv.m sahəni boşaldıb, məhkəmə baxdıqdan sonra isə yenidən ora ərzaq məhsullarını doldurmuşlar. Icarə predmetini təşkil edən əmlaka dair mülkiyyət hüquqları atası iddiaçı2 qızı iddiaçı1 keçdikdən sonra tərəflər arasında imzalanan müqavilənin yeni redaksiyada imzalanması ilə əlaqədar iddiaçı1 tərəfindən cavabdehə müraciət edilmişdir. Nəzərdə tutulan dəyişiklərin layihəsi rəsmi ünvanlanmış məktub şəklində ifadə olunmaqla cavabdehin nəzərinə çatıdırılmışdır. Sözügedən dəyişikliklərin məzmununda həmçinin icarə haqqının artırılmasının məqsədəuyğunluğu nəzərdə tutulmuşdur. Həm də, əvvəllər müəyyənləşdirilmiş icarə haqqının məbləği ümumiyyətlə bazar qiymətlərinə uyğun olmamışdır. Bundan əlavə, həmin icarə müqaviləsində qanunvericiliyə zidd olan və icarəyəverənin vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirən və onun üçün əlverişsiz olan müddəalar öz əksini tapmışdır ki, həmin müddəalara da, yenidən baxılaraq, tərəflərin hüquq bərabərliyi prinsipi əsasında və hər iki tərəf üçün əlverişli olan şəkildə təsdiqlənməsi düzgün olardı. Qeyd olunanlarla bağlı iddiaçı tərəfindən ## ###### 2024-cü il tarixində cavabdehə “Icarə müqaviləsinin şərtlərinin dəyişdirilməsinə dair “Təklif” ünvanlanmışdır. Həmin təklifə əsasən, iddiaçı iddiaçı1 tərəfindən müqaviləyə hazırki iddia ərizəsinin iddiaçı1 münasibətdə olan 5-ci bəndində qeyd edilmiş məzmunda olan dəyişikliklərin edilməsi təklif olunmuş, lakin, cavabdeh tərəfindən həmin təkliflərə münasibət bildirilməmişdir. Işin mübahisəsiz halıdır ki, hər iki iddiaçının mülkiyyətçi olduğu dövrdə cavabdeh Cavabdeh MMC tərəfindən icarə predmetini təşkil edən qeyriyaşayış sahəsinin 33.6 kv.m sahəsi qanunsuz olaraq yəni müqavilədən kənar istifadə edilmişdir və hazırda da bu cür istifadəsi davam etməkdədir. Müqavilənin şərtlərinə görə, iddiaçı2 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 216 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin 182.4 kv. m. hissəsini icarəyə verməyi, Cavabdeh MMC isə həmin sahəni icarəyə götürüb, 1175 AZN (min yüz yetmiş beş manat) (Ö.M.V. daxil) icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Lakin, obyektin 182.4 kv.m. hissəsinin icarəyə verilməsi nəzərdə tutulsa da, obyekt təhvil alınan gündən tam həcmdə, yəni 216 kv.m. hamısı istifadə olunmaqdadır. Belə olan halda, icarə müqaviləsinə əsasən icarəyə verilməsi nəzərdə tutulmayan, lakin faktiki olaraq cavabdeh tərəfindən icarə hüquqları əsasında istifadə olunan obyektin 33.6 kv.m. hissəsinə görə əldən çıxmış faydanın ödənilməsi zəruridir. Məhkəmə tərəfindən qiymətləndiricinin rəyi nəzərə alınmamış və iddiaçı tərəfindən təqdim edilmiş bu sübuta münasibət bildirilməmişdir. Hazırki mülki iş üzrə iddiaçılardan iddiaçı2 tərəfindən ödənilmiş 49 AZN və iddiaçı1 tərəfindən 72 AZN məbləğində ödənilmiş dövlət rüsumu məbləğinin cavabdehdən tutulması məhkəmədən xahiş edilsə də, məhkəmə tərəfindən iddia tələbinin həmin 5-ci bəndinə münasibət bildirilməmişdir. iddiaçı2 ona görə birgə iddiaçı qismində çıxış edir ki, əmlak ilk başda mülkiyyət hüquqları ilə ona məxsus olmuş və hazırda mübahisələndirilən icarə müqaviləsi də, məhz iddiaçı2 mülkiyyətçi olduğu zaman imzalanmışdır və hazırki iddia tələbləri bir məqamda (yəni iddiaçı2 mülkiyyətində olan zaman) onun əmlak hüquqlarına toxunduğu üçün iddiaçı2 birgə iddiaçı qismində çıxış etməlidir. Beləliklə, bir iddiaçılardan iddiaçı2 2 məqama görə hazırki işdə iştirakçıdır. 1. Əmlak hüquqları iddiaçı1 aid olsa da, hələ də icarə müqaviləsinin tərəfi kimi iddiaçı2 adı keçir və cavabdeh israrla yeni mülkiyyətçi ilə yeni müqavilə şərtləri əsasında müqavilə bağlamaq istəmir; 2. Əmlak hələ iddiaçı2 məxsus olan dövrdə də cavabdeh tərəfindən həmin əmlakın 33.6 kv.m hissəsi özbaşına zəbt kimi istifadə edilirdi. Hər iki halla əlaqədar iddia tərəfimizdən iddia tələbi formalaşdırılmış olsa da təəssüflər olsun ki, Gəncə şəhər məhkəməsi tərəfindən iddiaçı2 münasibətdə nəinki iddia tələbi təmin edilməmiş, heç ümumiyyətlə iddiaçı2 iddiasına məhkmə tərəfindən münasibət bildirilməmişdir, iddia tələbinin hansı səbəbə görə ona məxsus olan hissədə rədd edilməsi əsaslandırılmamışdır. Hesab edir ki, iddiaçı2 münasibətdə ümumiyyətlə birbaşa Avropa Konvensiyasının müddəları (Ədalətli məhkəmə araşdırılması hüququnun) pozuntusu baş vermişdir. Məhkəmə iddiaçı2 1-ci bənddə əks edilmiş “cavabdehlə imzalanmış ## ###### 2022-ci il tarixli *M-*** saylı Icarə müqaviləsinin predmetindən kənar qalan 33.6 kv.m ofis sahəsindən ##.##.2022-ci il tarixindən ##.##.2022ci il tarixədək olan müddət ərzində cavabdehin qanunsuz istifadəsi nəticəsinə yaranmış 2856.34 AZN məbləğində zərərin cavabdeh tutularaq iddiaçı iddiaçı2 ödənilməsi” məzmunlu iddia tələbini araşdırmamış, bu tələbə hüquqi qiymət verməmişdir. Halbuki, bu hal işin faktiki halını təşkil etmişdir. Digər bir məqam iddiaçı2 mülkiyyətçi olduğu dövrdən sonra əmlak hüquqları qızı iddiaçı1 keçəndən sonra da, yenə eyni zəbt vəziyyətinin davam etməsi olmuşdur. Yəni 33.6 kv.m. sahənin iddia tələbinin iddiaçı1 aid olan hissəsinin 1-ci bəndində qeyd edildiyi kimi ##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixinədək olan müddət ərzində qanunsuz istifadəsi nəticəsində yaranmış 5193.36 AZN məbləğində zərərin ödənilməsi ilə əlaqədardır. Məhkəmə tərəfindən iddiaçı1 münasibətdə də, onun “cavabdehlə imzalanmış ## ###### 2022-ci il tarixli *M-*** saylı Icarə müqaviləsinin predmetindən kənar qalan 33.6 kv.m ofis sahəsindən ##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixədək olan müddət ərzində cavabdehin qanunsuz istifadəsi nəticəsinə yaranmış 5193.36 AZN məbləğində zərərin cavabdeh tutularaq iddiaçı iddiaçı1 ödənilməsi” məzmunlu iddia tələbini araşdırmamış, bu tələbə hüquqi qiymət verməmişdir. Halbuki, bu hal işin faktiki halını təşkil etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mülki işin araşdırılması zamanı məhkəmə tərəfindən işin müəyyən edilmiş və mübahisəsiz olan halı və iddiaçılardan iddiaçı1 əsas tələbi tərəflər arasında imzalanmış müqavilənin bəzi müddəalarının dəyişdirilməsi olmuşdur. Buna zurərət ondan yaranmışdır ki, cavabdeh könüllü şəkildə yeni mülkiyyətçi ilə müqavilənin imzalanmasından imtina edir, çünki, yeni müqavilə bağlanacağı halda artıq cavabdeh məcbur olacaq ki, müqaviləni yeni ikitərəfli şəkildə qarşılıqlı razılaşdırılmış şərtlərlə bağlasın. Ona görə də, cavabdeh yeni mülkiyyətçi, yəni iddiaçı1 ilə müqavilənin bağlanmasından geri çəkilir. Digər tərəfdən isə ata və qızı süni şəkildə yükləyirlər ki, aralarında müqavilə var, bilirdiniz və guya ki, ata- iddiaçı2 əmlakı iddiaçı1 bağışlamanı qərəzli şəkildə həyata keçirib. Halbuki, dəfələrlə cavabdehə bildirişmişdir ki, əmlakın alışı məhz pandemiya dövrünə təsadüf etdiyi üçün onun rəsmiləşdirilməsi iddiaçı1 adına mümkün olmamışdır və hətta əmlak alınanda artıq öncəki mülkiyyətçi tərəfindən icarə ilə yüklü edilmişdir. Yəni Məmmədovlar ailəsi bu əmlakı satın alan zaman o, artıq bir neçə il idi ki, cavabdehin icarəsində idi. Beləliklə, şərt və şəraitin hər necə olmasından asılı olmayaraq hesab edirik ki, bir halda ki, əmlakın mülkiyyətçisi dəyişib, icarə hüquq münasibətinin digər tərəfi yeni icarədar ilə müqavilə bağlamlıdır. Faktiki olaraq hazırda olan hal budur ki, cavabdeh hələ də, icarə haqqı öədnişini keçmiş mülkiyyətçiyə ödəməkdə davam edir. Yeni mülkiyyətçinin isə müqavilə şərtlərinin yenilənməsinə dair təklifini görməzdən gəlirlər. Hesab edirəm ki, iddiaçılardan iddiaçı1 münasibətdə icarə hüquq münasibətləri hazırda faktiki və hüquqi şəkildə öz təsdiqini tapmaqla pozuntularla tətbiq edilir. Məhkəmə isə iddiaçının 4-cü tələbinə heç bir şəkildə mövqe bildirməməklə maddi hüquq normalarının davam edən pozuntusunun aradan qaldırılmasına yardımçı olmamaqla, ədaləti bərpa etmək vəzifəsini icra etməmişdir.

15. Cavabdeh MMC apellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, iddiaçı iddiaçı1 eyni tələblə 2023-cü ildə Gəncə Şəhər Məhkəməsinə müraciət etsə də, məhkəmə işin hallarını hüquq normalarına uyğun qiymətləndirərək iddiaçı iddiaçı1 iddiasını rədd etmişdir. Məhkəmənin qəbul etdiyi qətnamədən isə iddiaçı ümumiyyətlə apellyasiya şikayəti vermədiyindən, qətnamə qanuni qüvvəyə minmişdir. Yəni, preyudisial əhəmiyyətə malik olan məhkəmə qətnaməsi hazırkı işdə nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi prosessual hüquq normasının tələbini pozmuş və eyni faktiki halları təkrarən, lüzumsuz olaraq araşdırmış onların yenidən sübut edilməsi və barəsində yenidən, tamam fərqli nəticəyə gəlməklə hüquqi müəyyənlik prinsipinə zidd olan, cavabdehin məhkəmə müdafiəsi hüququnu pozan qətnamə qəbul etmişdir. Bundan başqa, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 33,6 kvadrat metr hissəsini Cavabdeh MMC faktiki olaraq istifadə etmir. Həmin hissənin texniki göstəricisi belədir ki, bir-birindən və digər ərazilərdən təcrid olunmuş cəmi ölçüsü 33,6 kv metr olan 2 otağına həmin əmlakın icarədə olan 182,4 kv metr hissəsindən keçmədən çatmaq mümkün deyildir. Belə ki, həmin hissə boş sahədir və sözügedən sahədən istifadə edilmir. Ona görə də istifadə edilməyən boş sahəyə görə Cavabdeh MMC-dən hər hansı bir təzminat və icarə haqqının icarə müqaviləsində nəzərdə tutulmuş icarə haqqından artıq miqdarda tələb edilməsi əsassızdır. Iddiaçı tərəfin iddia ərizəsində göstərdiyi icarə haqqının müqavilənin 3.1-ci bəndinin redaksiyasını «Icarəçi Icarəyəverənə hər ay 3525 manat (Ö.M.V daxil) icarə haqqı ödəyəcək» kimi dəyişdirmək tələbi də əsasızdır. Iddiaçı tərəf bu tələbi qoyarkən rəsmi statistik infilyasiya göstəricisinə əsaslanmamış, heç bir rəsmi statistik hesabat təqdim etməmişdir. Gəncə Şəhər Məhkəməsi qətnaməsində göstərmişdir ki, guya cavabdeh MMC-nin nümayəndəsi nümayəndə2 iddianı qismən etiraf edərək, izahatında göstərmişdir ki, Cavabdeh MMC mübahisə predmeti olan icarə müqaviləsinin 3.1-ci bəndinin «Icarəçi Icarəyəverənə ##.##.2024-cü il tarixdən ##.##.2024 cü il tarixə qədər 1325 manat (Ö.M.V daxil) və ##.##.2024-cü il tarixdən sonra 1.628 manat (Ö.M.V daxil) icarə haqqı ödəyəcək» kimi dəyişdirilməsinə razıdır. Cavab olaraq bildirir ki, nümayəndə nümayəndə2 belə bir ifadə işlətməmiş, nə də iddianı qismən etiraf etməmişdir. Odur ki, nümayəndənin izahatı təhrif edilmiş, yəni dəyişdirilmiş formada qətnamədə göstərilmişdir. Əksinə, nümayəndə nümayəndə2 izahatında bildirmişdir ki, iddiaçı tərəfə barışıq üçün təklifləri budur ki, iddiaçı tərəf faktiki olaraq Cavabdeh MMC-nin istifadəsində olmayan 33,6 kv metr olan hissəni Cavabdeh MMC-yə icarəyə verəcəyi təqdirdə (rəsmi icarə müqaviləsi ilə) əvəzində cavabdeh tərəf yəni Cavabdeh MMC isə icarə haqqının ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixə qədər 1325 manat (Ö.M.V daxil) və ##.##.2024-cü il tarixdən sonra 1628 manat (Ö.M.V daxil) icarə haqqı ödəməyə razıdır. Iddiaçının tələb etdiyi icarə haqqı məbləğinin qeyri-real həcmdə artımı və icarə haqqının 3525 manat məbləğində müəyyən edilməsi əsaslı və ağlabatan yanaşma hesab edilə bilməz. Hesab edir ki, məhkəmə icarəyə verənin hazırkı davranışının vicdanlılığını qiymətləndirməlidir.

Apellyasiya instansiyasında birinci icraat

16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) ##.##.2025-ci il, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakimlər – İ.T.Həsənov (sədrlik edən və məruzəçi), G.İ.Cavadova, R.A.Məcidov), iddiaçılar iddiaçı1 və iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi yoxlanılan, yəni idda tələbinin təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

Kassasiya instansiyasında icraat

17. Iddiaçılar X14 və iddiaçı1 (vəkil nümayəndə1) ayrı ayrılıqda kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinin ləğv edərək iş üzrə iddiaçının iddia tələbinin tam həcmdə təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərarı ilə iddiaçı iddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli iş üzrə ## ##### 2025-ci il tarixli tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı2 nümayəndəsi X5 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

20. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir. Sədrlik edənin suallarına cavab olaraq iddiaçı iddiaçı1 bildirmişdir ki, cavabdeh müqavilə bağlandığı vaxtdan 33 kv.m hissədən istifadə edir. Müqavilədə hər üç ildən bir infilyasiya nəzərə alınaraq icarə haqqının ona mütənasib indeksləşdirilməsi nəzərdə tutulsa da, məhkəmə tərəfindən həmin bənd nəzərə alınmamışdır. Cavabdehin zəbt edilmiş 33 kv.m hissədən çıxarılmasını istəyir.

21. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, icarə müqaviləsini o, bağlamışdır. Lakin müqavilənin mətnini xırda-xırda yazdıqları üçün onun xəbəri olmamışdır. Müqaviləni imzaladıqdan sonra diqqətlə oxuduqda görmüşdür ki, müqavilədə 220 kvadrat metrdir və 33 kvadrat metr hissədən xəbəri olmamışdır. O da, həmin 33 kvadrat metrin kompensasiyasını istəyir. Icarə haqqını ümumi 180 kvadrat metr üçün 1000 manata razılaşmışlar. Qarşı tərəflə müqaviləsini əslində 220 kvadrat metr üçün bağlamağı nəzərdə tutmuş, amma 180 kvadrat metr üçün bağlanmışdır. Müqavilədə 33 kvadrat metr göstərilməmişdir, həmin hissəni bağlayıb ona təhvil verilməsini istəyir. Müqavilə bağlayarkən əlavə ikinci qapı da, açmışlar və razılaşmışlar ki, qeyri-rəsmi olaraq onların istifadəsi üçün yer verəcəklər, lakin müqavilə bağlandıqdan sonra yer verməmişlər.

22. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh MMCnin etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, Statistika Komitəsinin rəsmi portalından əldə etdiyi infilyasiya dərəcəsinə əsasən 3 il ərzində 21,8 % infilyasiya olunmuşdur. Həmçinin aralarında bağlanmış icarə müqaviləsinin şərtində də, 3 ildən bir infilyasiya dərəcəsini nəzərə alınmaqla icarə haqqı ilə məsələyə yenidən baxılması nəzərdə tutulmuşdur. Qeyd olunan infilyasiya dərəcəsi nəzərə alınmaqla 1175 manatın üzərinə 21,8 % infilyasiya dərəcəsini gəldikdə 1431 manat edir. Amma buna baxmayaraq onlar qarşı tərəflə konflikt istəmirlər. Hətta birinci instansiya məhkəməsində infilyasiyadan da artıq məbləğ, 1628 manat təklif etmişlər ki, əməkdaşlığı davam etdirsinlər. 2025-ci ildən sonra növbəti infilyasiya dərəcəsi 2028-ci ildə baxılacaq. Onda da, neçə faizlə infilyasiya dərəcəsi müəyyən olunsa, eyni qaydada davam ediləcək.

23. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

24. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

25. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.

26. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

27. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

28. Maddə 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər:

29. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

30. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

31. Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.

32. Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.

33. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

34. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

40. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

41. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

42. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

43. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

44. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

45. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçılar tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

49. Işin faktik halları kimi müəyyən edilmişdir ki, Gəncə şəhəri Dədə Qorqud küçəsində yerləşən ** nömrəli qeyri-yaşayış sahəsinə iddiaçı2 mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində ##.##.2021-ci ildə 1521028253 nömrəsi il tarixdə qeydə alınmışdır. iddiaçı2 və Cavabdeh MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı2 həmin qeyri-yaşayış sahəsinin 216 kv.m hissəsindən 182,4 kv.m hissəsini Cavabdeh MMC-yə icarəyə vermişdir. Daha sonra iddiaçı2 ##.##.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə qeyri-yaşayış sahəsini iddiaçı1 bağışlamışdır və həmin əmlak hazırda sonuncunun mülkiyyətindədir. Iddiaçılar iddiaçı1 və iddiaçı2 qeyri yaşayış sahəsinin cavabdehin çıxarılması, eləcə də müqavilə şərtlərində dəyişiklik edilməsi və maddi ziyanın əvəzinin ödənilməsi barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

50. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçılar apaellyasiya şikayətində qeyd edirlər ki, cavabdeh məhkəm iclasında müəyyən qədər icarə haqqı artımına dair iddianın etirafına getsə də, bu günədək icarə ödənişi hələ də keçmiş tariflər üzrə aparılır. Məhkəmənin yerli baxışına görə qanunsuz zəbt olunmuş 33.6 kv.m sahəni boşaldıb, məhkəmə baxdıqdan sonra isə yenidən ora ərzaq məhsullarını doldurmuşlar. Birinci instansiya məhkəməsi qətnamədə iddiaçı1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsində yerləşən ** nömrəli, 216 kvadrat metr ölçüdə qeyri-yaşayış sahəsinin 33,6 kv.m. hissəsinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən boşaldılmasını, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsində yerləşən ** nömrəli, 216 kvadrat metr ölçüdə qeyri-yaşayış sahəsinin 33,6 kvadrat metr hissəsindən istifadə ilə əlaqədar ##.##.2024-cü il tarixdən qətnamə icra edildiyi, yəni qeyd olunan ərazi boşaldıldığı tarixədək hər ay 216 (iki yüz on altı) manat 39 (otuz doqquz) qəpik məbləğində pul vəsaiti tutulub iddiaçı1 ödənilməsini qət etmişdir və həmin müddəaların icrası qətnamə qanuni qüvvəsini alandan sonra mükündür ki, iddiaçıların bu halı apellyaisya şikayətində qeyd etməsi başa düşülən deyil.

51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əvvəllər müəyyənləşdirilmiş icarə haqqının məbləğinin ümumiyyətlə bazar qiymətlərinə uyğun olmaması, bundan əlavə, həmin icarə müqaviləsində qanunvericiliyə zidd olan və icarəyəverənin vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirən və onun üçün əlverişsiz olan müddəalar öz əksini tapması və həmin müddəalara da, yenidən baxılaraq, tərəflərin hüquq bərabərliyi prinsipi əsasında və hər iki tərəf üçün əlverişli olan şəkildə təsdiqlənməsinin düzgün olması dəlilləri ilə bağlı qeyd edir ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.6-cı bəndinə əsasən onlar razılığa gəlmişlər ki, icarə müqaviləsinin bağlandığı andan 3 il keçdikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi inflyasiya dərəcəsi nəzərə alınmaqla, icarə haqqının məbləğinə yenidən baxıla bilər. Idaiaçıların istinad etdiyi icarə haqqının məbləği ümumiyyətlə bazar qiymətlərinə uyğun olmaması, müqavilədə qanunvericiliyə zidd olan və icarəyəverənin vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirən və onun üçün əlverişsiz olan müddəalar öz əksini tapması ilə bağlı qeyd olunmalıdır ki, müqavilə bağlanarkən tərərlər öz iradələrini ifadə etmişlər. Müqavilədə əks olunmuş icarə haqqıda tərəflərin razılaşdırdığı hallardandır. Lakin həmin qiymətin bazar qiymətlərinə uyğun olması ilə bağlı qanunvericilikdə heç bir göstəriş yoxdur və icarə haqının məbləğinin müəyyən olunması tərəflərin istəyi və arzusuna uyğun olaraq həyata keçirilir. Odur ki, müqavilə bağlanarkən müəyyənləşdirilmiş icarə haqqının sonradan bazar qiymətinə uyğun olmaması ilə bağlı dəyişdsirilməsinə dair tələbin hüquqi əsası yoxdur. Müqavilədə qanunvericiliyə zidd olan və icarəyəverənin vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirən və onun üçün əlverişsiz olan müddəalar öz əksini tapması ilə bağlı kollegiya qeyd edir ki, həmin şərtlərin nədən ibarət olması iddiaçılar tərəfindən əsaslandırılmamışdır. Bu Baxımdan kollegiya apellyasiya şikayətinin həmin dəlillərini əsassız hesab edir.

52. Apellyasiya şikayətinin iddia tələbinin 4-cü bəndinə qiymət verilməməsi dəlili ilə bağlı qeyd olunmalıdır ki, iddia tələbinin 4-cü bəndi müqavilənin şərtlərinin və icarə haqqının dəyişdirilməsi ilə bağlıdır. Kollegiya bununla bağlı qeyd edir ki, müqavilənin şərtləri yuxarıda qeyd edildiyi kimi, icarəçi ilə icarəyevənin iradə ifadəsinə uyğun olaraq razılaşdırılmış şərtdir və müqavilə müddəti ərzində həmin şərtin dəyişdirilməsi yalnız tərəflərin razılığı ilə mümkündür. Belə ki, MM-nin 421-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin məcəllənin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Kollegiya hesab edir ki, iddiaçıların hazırkı dəlilləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.

53. Həmçinin iddiaçı müqavilədə nəzərdə tutulmuş müddət başa çatmamış icarə məbləğinin artırılmasını tələb etməkdə haqlı olmamışdır. Bununla belə, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi iddianı qismən, yəni tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.1-ci bəndinin «Icarəçi Icarəyəverənə ##.##.2024-cü il tarixdən ##.##.2024- cü il tarixə qədər 1.325 manat (Ö.M.V daxil) və ##.##.2024-cü il tarixdən sonra 1.628 manat (Ö.M.V daxil) icarə haqqı ödəyəcək» kimi dəyişdirilməsinə dair hissədə etiraf etmiş, məhkəmə də iddianın qismən etirafını qəbul etmişdir. Başqa sözlə, həmin hissədə MPMnin 52 və 191-ci maddələrinə istinadən cavabdehin etirafı əsasında iddia təmin edilmişdir.

54. Məhkəmə kollegiya apellyasiya şikayətinin “cavabdehlə imzalanmış ## ###### 2022-ci il tarixli *M-*** saylı Icarə müqaviləsinin predmetindən kənar qalan 33.6 kv.m ofis sahəsindən ##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixədək olan müddət ərzində cavabdehin qanunsuz istifadəsi nəticəsinə yaranmış 5193.36 AZN məbləğində zərərin cavabdeh tutularaq iddiaçı iddiaçı1 ödənilməsi” məzmunlu iddia tələbini araşdırmaması, həmin tələbə hüquqi qiymət verməməsi ilə bağlı qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə görə 216 kv.m qeyri yaşayış sahəsinin 182,4 kv.m hissəsi cavabdehə icarəyə verilmiş olsa da, lakin sonuncu faktiki olaraq qeyri yaşayış sahəsindən bütövlükdə, yəni icarə obyekti olmayan 33,6 kv.m hissədən də istifadə etmişdir. Lakin icarəyevərən keçən müddət ərzində cavabdehin həmin sahədən istifadəsini mübahisələndirməmişdir. Bu baxımdan, cavabdehin həmin 33,6 kv.m hissədən istifadəsini icarəyəverənin (mülkiyyətçinin) iradəsinə zidd şəkildə istifadə kimi qiymətləndirilə bilməz. Belə ki, icarəyəverən iddiaçı2 qeyri-yaşayış sahəsinin 182,4 kv.m hissəsinə dair cavabdehlə icarə müqvailəsi bağlamış olsa da, əslində öz iradə ifadəsi ilə qeyri-yaşayış sahəsini bütövlükdə cavabdehin sahiblik və istifadəsinə vermişdir. Mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri - mülkiyyətçinin iradəsidir. Hazırkı halda, mülkiyyətçinin razılığı əsasında əmlaka sahiblik və ondan istifadə edən şəxsin hərəkətləri qanunsuz hesab edilə və cavabdeh Cavabdeh MMC-nin qeyri-yaşayış sahəsinin icarə müqaviləsində nəzərdə tutulmayan 33,6 kv.m hissəsindən sahiblik və istifadəsi iddiaçının əmlakından məhrum edilməsi nəticəsində zərərin əvəzinin ödənilməsi kimi qiymətləndirilə bilməz. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

55. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsində yerləşən ** nömrəli qeyri yaşayış sahəsinin ümumi ölçüsü 216 kv metr olan əmlakın texniki sənədlərdə göstərilən, bir birindən və digər ərazilərdən təcrid olunmuş cəmi ölçüsü 33,6 kv metr olan 2 otağının açarlarının Cavabdeh MMC-nin əməkdaşlarında olması və yalnız cavabdeh MMC-nin əməkdaşları tərəfindən qapıların açılmasından sonra otaqlara daxil olmaq mümkünsüzdür. Sahənin planından da, görünür ki, 33,6 kv metr ofis sahəsinin giriş-çıxışı yalnız icarəyə verilmiş Qonaq zalından keçməklə mümkündür, ofisin bilavasitə küçəyə ayrıca çıxışı yoxdur. Bu vəziyyət ofisin boşaldılıb iddiaçı iddiaçı1 təhvil verildiyi halda belə ondan istifadəni mümkünsüz edir. Məhkəmə kollegiya yeni yaranmış bu şəraitə uyğun olaraq icarə müqaviləsinin şərtlərinin, həmçinin icarə haqqının məbləği ilə bağlı şərtin dəyişdlirilməsinin mükünlüyü ilə bağlı qeyd edir ki, MM-nin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Iddiaçı hazırkı tələbində Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən ** nömrəli qeyri-yaşayış sahəsinin ##.##.2022-ci il tarixli *M-*** nömrəli icarə müqaviləsinin predmetindən kənarda qalan və hazırda Cavabdeh MMC-nin qanunsuz sahibliyində olan 33.6 kv.m ofis sahəsinin dərhal boşaldılaraq iddiaçı1 təhvil verilməsi öhdəliyinin Cavabdeh MMCnin üzərinə qoyulmasını tələb etmişdir. Cavabdehin isə həmin hissəni icarəyə götürməklə bağlı iradə ifadəsi yoxdur. Belə olan halda, yeni yaranmış bu şəraitə uyğun olaraq icarə müqaviləsinin şərtlərinin, həmçinin icarə haqqının məbləği ilə bağlı şərtin dəyişdlirilməsi tərəflərin iradəsinə zidd olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə müqavilə şərtlərini dəyişdirməməklə düzgün nəticəyə gəlmişdir.

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni idda tələbinin təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi: Iddiaçılar iddiaçı1 və iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi yoxlanılan, yəni idda tələbinin təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar