Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-400/2026 03.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Notarial qaydada təsdiq edilmiş ## ##### 2025-ci il tarixli borc müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 10000 manat məbləğində borc pul verir. Borc alan isə borcu ##.##.2025-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürür.
2. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubunda ##.##.2025-ci il tarixli borc müqaviləsinə əsasən ona olan 9500 manat məbləğində borc pulun dərhal qaytarılması təklif olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 9500 (doqquz min beş yüz) manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 116 manat, eləcə də vəkilə xidmət haqqı kimi ödənilən 400 manat məbləğində vəsaitin tutulub iddiaçı İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh 10000 (on min) manat miqdarında borc pul vermişdir. Bu barədə onlar, yəni iddiaçı cavabdeh Cavabdeh arasında ## ##### 2025-ci il tarixində Gəncə şəhər * saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiqlənərək borc müqaviləsi bağlanmışdır. Cavabdeh Cavabdeh 10000 manat borc məbləğini ##.##.2025-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Lakin cavabdeh Cavabdeh 10000 manat məbləğində borc pulundan 500 manat qaytarmışdır. İddiaçı dəfələrlə cavabdehdən pulunu tələb etməyinə baxmayaraq o, öz üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bundan başqa cavabdeh Cavabdeh pulun qaytarılması barədə pretenziya göndərilmişdir, lakin cavabdeh borcu qaytarmaqdan yayınır və ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Leyla Hüseynzadə), iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh 9500 (doqquz min beş yüz) manat məbləğində borc pulun və 116 (yüz on altı) manat dövlət rüsumunun, 400 (dörd yüz) manat vəkilə xidmət haqqı olaraq ödənilmiş məbləğin tutularaq, iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 425.1, 442 və 739.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, o, iddiaçı ilə formal olaraq borc müqaviləsi imzalamışdır. Əslində iddiaçı ilə onun arasında heç bir razılaşma və heç bir öhdəlik olmamışdır. Onunla iddiaçının bacısı Şahid arasında yaxın münasibətlər olmuş, iddiaçının bacısı onu aldadaraq müqaviləyə qol çəkdirmişdir. Bunu iddiaçının bacısı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə etdiyi müraciətində, eyni zamanda da Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin TB-də verdiyi ifadəsində də təsdiq etmişdir. Ona görə də Şahid şahid qismində dindirilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, o, cavabdeh Cavabdeh 10000 manat miqdarında borc pul vermişdir. Bu barədə onlar, yəni iddiaçı cavabdeh Cavabdeh arasında ## ##### 2025-ci il tarixində Gəncə şəhər * saylı notariat ofisinin xüsusi notariusu Məhərrəm Talıbov tərəfindən təsdiqlənərək borc müqaviləsi bağlanmışdır. Cavabdeh Cavabdeh 10000 manat borc məbləğini ##.##.2025-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Lakin cavabdeh Cavabdeh 10000 manat məbləğində borc pulundan cəmi 500 manat qaytarmışdır. O, dəfələrlə cavabdehdən pulunu tələb etmişdir. Sonra cavabdeh Cavabdeh pulun qaytarılması barədə pretenziya göndərilmişdir, lakin cavabdeh borcu qaytarmamışdır. Ona görə də, məhkəmənin qətnaməsi ilə razıdır, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid Əvəz qızı ifadəsində göstərmişdir ki, o, qardaşı İddiaçı pul vermiş, qardaşı da öz növbəsində həmin 10000 manat məbləğində pulu kredit müqaviləsi əsasında cavabdeh Cavabdeh vermişdir. Borc müqaviləsi bağlanan zaman o da tərəflərin yanında olmuşdur. Cavabdeh həmin borcdan 500 manat məbləğində pul qaytarmış, qalan 9500 manatı isə qaytarmaqdan imtina etmişdir. O, polis əməkdaşı olan Cavabdehla üç ay qeyri-rəsmi birlikdə yaşamışlar. Elnurla bağlı polis idarəsində verdiyi ifadə formal xarakter daşımışdır. Belə ki, cavabdeh işdən xaric edilməsin deyə onun xahişi əsasında ifadə vermişdir. Bunu təsdiq edən cavabdehə məxsus video görüntü də mövcuddur. Məhkəməyə təqdim olunmuşdur. Cavabdeh onun qardaşına olan 9500 manat borcu qaytarmamışdır.
12. İş üzrə cavabdeh ##.##.2026, ##.##.2026 və ##.##.2026-cı il tarixlərdə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə, ona məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almasına baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
18. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
19. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
20. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına
25. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
34. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
36. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçı İddiaçı Əziz oğlu ilə cavabdeh Cavabdeh arasında ##.##.2025-ci il tarixdə borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı ##.##.2025-ci il tarixədək qaytarmaq şərtilə cavabdehə 10000 məbləğində borc pul vermişdir. Cavabdeh Cavabdeh həmin borcdan 500 manatını qaytarmış, 9500 manat məbləğində isə borcu qalmışdır.
39. Birinci instansiya məhkəməsi iddia tələbini araşdıraraq, iddiaçı tərəfindən cavabdehə borc verildiyini müəyyən etmiş və iddia tələbini təmin etmişdir.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, cavabdehin iddiaçıdan 10000 manat borc pul alması barədə iş materiallarında borc müqaviləsi mövcuddur. Lakin, cavabdeh həmin müqavilənin formal bağlandığını, iddiaçıya borcunun olmadığını bildirsə də, kollegiyanın iclaslarına gəlməmiş, borcunun olmamasını təsdiq edəcək hər hansı sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
42. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanunhüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
43. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
44. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
45. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh tərəfindən iddianın təkzib edilməsi barədə hər hansı sübut məhkəmə kollegiyasına təqdim edilməmişdir. Belə olan halda borcun olmaması barədə apellyator tərəfindən irəli sürülən dəlillər təsdiqini tapmamışdır. Artıq yuxarıda qeyd edildiyi kimi iş materiallarında borc müqaviləsi də mövcuddur.
46. Bundan başqa məhkəmə kollegiyasının iclasında dinlənilmiş CD diksdə olan video görüntülərdə cavabdeh Cavabdeh İddiaçı 9500 manat məbləğində borcunun qaldığını, həmin pulu sentyabr ayına kimi ödəyəcəyini, borcu ödəmədiyi halda İddiaçı ona qarşı məhkəmədə mülki iddia qaldırmağına etirazının olmadığını bildirmişdir. Həmçinin, görüntüdə Cavabdeh göstərmişdir ki, iddiaçının bacısı Şahid polisdə onun lehinə ifadə verməsi formal xarakter daşımışdır.
47. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
50. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh 10000 (on min) manat miqdarında borc pul vermişdir. Bu barədə iddiaçı ilə cavabdeh Cavabdeh arasında ## ##### 2025-ci il tarixində Gəncə şəhər * saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiqlənərək borc müqaviləsi bağlanmışdır. Cavabdeh Cavabdeh 10000 manat borc məbləğini ##.##.2025-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüş, lakin, cavabdeh 10000 manat məbləğində borc pulundan 500 manat qaytarmış, qalan hissəsini isə qaytarmamışdır. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyasının araşdırılması ilə müəyyən edilmişdir ki, iddiaçı İddiaçı Əziz oğlu ilə cavabdeh Cavabdeh arasında ##.##.2025-ci il tarixdə borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı ##.##.2025-ci il tarixədək qaytarmaq şərtilə cavabdehə 10000 məbləğində borc pul vermişdir. Cavabdeh Cavabdeh həmin borcdan 500 manatını qaytarmış, 9500 manat məbləğində isə borcu qalmışdır. Cavabdeh apellyasiya şikayətində həmin müqavilənin formal bağlandığını, iddiaçıya borcunun olmadığını bildirsə də, kollegiyanın iclaslarına gəlməmiş, borcunun olmamasını təsdiq edəcək hər hansı sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Bundan başqa bu istiqamətdə araşdırma aparılmışdır. Məhkəmə kollegiyasının iclasında dinlənilmiş CD diksdə olan video görüntülərdə cavabdeh Cavabdeh İddiaçı 9500 manat məbləğində borcunun qaldığını, həmin pulu sentyabr ayına kimi ödəyəcəyini, borcu ödəmədiyi halda İddiaçı ona qarşı məhkəmədə mülki iddia qaldırmağına etirazının olmadığını bildirmişdir. Həmçinin, görüntüdə Cavabdeh göstərmişdir ki, iddiaçının bacısı Şahid polisdə onun lehinə ifadə verməsi formal xarakter daşımışdır. Göründüyü kimi, cavabdeh Cavabdeh borcun ödənilməsi ilə bağlı məhkəmələrə heç bir subut təqdim etməmişdir.
51. Beləliklə, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər formal xarakter daşımaqla hazırkı işin hallarına münasibətdə əsassızdır.
53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.