Məhkəmə qərarları › İş №2(3-7)-406/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-406/2026

16.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-406/2026 16.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh3, cavabdeh5, cavabdeh4 və cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi tələbi barədə” mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tаrixli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh cavabdeh2 oğlunun nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Iddiaçı İddiaçı məhkəmədə iddia qaldıraraq, ona məxsus olan, ümumi dəyəri 5300 manat olan 3 baş iribuynuzlu heyvanın və ümumi dəyəri 8570 manat olan 41 baş xırdabuynuzlu heyvanın özbaşınalıqla ələ keçirilməsinə görə ümumlikdə ona vurulmuş 13870 manat maddi ziyanın cavabdehlər cavabdeh1, cavabdeh3, cavabdeh5, cavabdeh4 və cavabdeh2 tərəfindən müştərək qaydada ona ödənilməsi, cavabdehlər tərəfindən özbaşınalıqla ələ keçirilmiş, ona məxsus olan 20 baş doğar qoyundan 5 il ərzində əldə edəcəyi gəlir (əldən çıxmış fayda) olaraq 85 baş balanın ümumi dəyəri olan 24.183 manat məbləğində zərərin cavabdehlər cavabdeh1, cavabdeh3, cavabdeh5, cavabdeh4 və cavabdeh2 tərəfindən müştərək qaydada ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025-cı il tаrixli *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Zamiq Rəsulov) iddianın təmin edilməsi, cavabdeh1, cavabdeh3, cavabdeh5, cavabdeh4 və cavabdeh2 müştərək qaydada vurulmuş maddi ziyana görə 13.870 (on üç min səkkiz yüz yetmiş) manat məbləğində pul tutulub İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməməsi, cavabdeh1, cavabdeh3, cavabdeh5, cavabdeh4 və cavabdeh2 müştərək qaydada 131 (bir yüz otuz bir) manat 61 (altmış bir) qəpik məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh cavabdeh2 oğlunun nümayəndəsi (vəkili) Vəkil tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti baxılması üçün mülki iş ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəm kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş məhkəmə baxışından çıxarılaraq, birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəməyə daxil olmuş, məktubdan görünür ki, İddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh3, cavabdeh5, cavabdeh4 və cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi tələbi barədə” mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh cavabdeh2 oğlunun nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətləri mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. ##.##.2025-cı il tarixli, 2(042)-1338/2025 saylı qətnaməsindən cavabdehlər cavabdeh1 və cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətləri və buraxılmış müddətin bərpa edilməsi barədə ərizələr məhkəməyə daxil olmuşdur. Odur ki, cavabdehər cavabdeh1 və cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətlərinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq üçün və buraxılmış müddətin bərpa edilməsi barədə ərizələrə baxılması üçün *(***)-****/**** saylı işin Gədəbəy Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı izahatında mülki işin uzadılmamasını xahiş etmişdir. Cavabdehlərə məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Lakin cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsi ilə ərizə ünvanlayaraq, işlə bağlı digər cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verdiklərini bildirmişlər və buna dair sənədləri məhkəməyə təqdim edəcəklər. Odurki, bununla əlaqədar məhkəmə iclasını qısa müddətə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərardadı ləğv edilməli və mülki iş məhkəmə baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarmaq səlahiyyəti vardır. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384.0.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)- ***/**** saylı qərardadı ləğv edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icraatına olan *(*-*)-***/**** saylı mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə geri qaytarılsın. Qərardad elan olnduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar