Məhkəmə qərarları › İş №2(3-7)-413/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-413/2026

04.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-413/2026 04.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi, cavabdeh Cavabdeh nümayəndəsi Hüseynov Aqil Mehvalı oğlunun iştirakı ilə, iddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh(bundan sonracavabdeh) qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı “Mercedes Benz-S55 minik” markalı, **-LA-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisidir. Cavabdehin idarə etdiyi “Daewoo Gentra” markalı, **-KY-*** nömrə nişanlı avtomobillə iddiaçının idarə etdiyi “Mercedes Benz-S55 minik markalı, **-LA-*** dövlət nömrə nişanlı avtomobil ## #### 2024-cü il tarixdə Sumqayıt şəhəri, S.Vurğun küçəsində toqquşmuşdur. ##.##.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla müəyyən olunur ki, ## #### 2024-cü il tarixdə saat 20:00-da Sumqayıt şəhəri ərazisində “Mercedes Benz-S55 minik” markalı, **-LA-*** dövlət nömrə nişanlı avtomobilin zədələnməsi ilə nəticələnmiş yol nəqdliyyat hadisəsində Cavabdeh(hazırki iş üzrə cavabdeh) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yol nəqliyyatı hadisəsi zamanı vurduğu ziyana görə 5000 manat, məhkəməyə iddia ərizəsi verməsi üçün ödədiyi 70 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar araşdırma aparılmış və tərəflərdən heç birinin əməlində cinayət tərkibinin əlamətləri olmadığı üçün toplanmış material üzrə "cinayət işinin başlanmasının rədd edilməsi barədə" Sumqayıt ŞPİ-nin TŞnin təhqiqatçısı, R X2 tərəfindən ##.##.2024-cü il tarixdə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərarla "Cinayət işinin başlanması rədd edilsə də, hər iki tərəfin əməlində inzibati xətanın tərkib əlamətlərinin olması göstərilmişdir. Həmin qərarda göstərilir ki, "Mersedes Bens S 55" markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, yəni iddiaçı və cavabdehin əməllərində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin tərkib əlamətləri var və buna görə də həmin maddə ilə onlar barəsində tərtib edilmiş protokol nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin görülməsindən ötrü Sumqayıt ŞPİnin DYPŞ-nə göndərilmişdir. Lakin Sumqayıt ŞPİ-nin TŞ-nin NK-*/**** saylı, ##.##.2024cü il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi barədə" qərarı ilə razılaşmayan iddiaçı zərər çəkmiş şəxs qismində Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə ##.##.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında tərtib edilmiş protokola açıq məhkəmə iclasında tərəflərin iştirakı ilə baxılmış və araşdırma zamanı baş vermiş yol-nəqliyyat hadisəsində iddiaçının təqsirsiz olması və Cavabdeh isə həmin hadisədə təqsirli olması öz təsdiqini tapmışdır. Buna görə də Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə iddiaçının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan da göründüyü kimi baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirkardır. Onun təqsiri üzündən yol nəqliyyat hadisəsi baş vermiş və hadisə zamanı iddiaçının avtomobili əzilmişdir. Hadisə zamanı iddiaçının avtomobilinə təxminən 5000 manat ziyan dəymişdir. Gədəbəy Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) *(***)-***/**** nömrəli iş üzrə qəbul etdiyi ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Z.Rəsulov) iddia tələbinin təmin edilməsi, Cavabdeh vurulmuş maddi ziyana görə 5000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 manat və ekspertiza xərcinin əvəzi olaraq 250 (iki yüz əlli) manat məbləğində pulun Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, sözügedən yol nəqliyyatı hadisəsinin baş verməsində Cavabdeh təqsirinin olması qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edildiyindən bu hal sübut olunmuş hesab olunmalı və yenidən sübut etmə predmeti olmamalıdır. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ƏEM/O**-***/** saylı ekspert rəyinə əsasən, baş vermiş yol nəqliyyatı hadisəsi nəticəsində İddiaçı mülkiyyətidə olan “Mercedes Benz S55 minik” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5310 manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir. Belə olan halda həmin zərər cavabdehin təqsirli hərəkətləri nəticəsindən yarandığından iddiaçı ona vurulmuş zərərin əvəzinin ödənilməsində haqlıdır. İddiaçıya vurulmuş zərər 5310 manat məbləğində təşkil etsə də, iddiaçı iddia tələbində 5000 manat məbləğində zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının verdiyi tələbdən kənarə çıxmır və iddiaçının verdiyi tələb həcmində qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə mövqeyini Azərbaycan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1, 107-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə araşdırması zamanı heç bir əsas olmadan iddiaçı tərəfindən təqdim edilmiş olan servis aktı işin mahiyyəti üzrə həllində əsas sübut kimi qiymətləndirilmişdir. Məhkəmə heç bir ekspertiza aparmamış, işin faktiki halları araşdırılmamışdır. Belə ki, baş vermiş yol nəqliyyat hadisəsinin video görüntüləri, eyni zamanda foto şəkillər də mövcuddur. Lakin məhkəmə tərəfindən bu halların heç biri nəzərə alınmamışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak cavabdehin nümayəndəsi Hüseynov Aqil Mehvalı oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, iddiaçı apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən, məhkəmə aktının əsaslılığı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi tərəflər arasında mövcud mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə qeyd edir ki, hazırkı işdə bu əsaslar müəyyən edilir. Çünki baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə zərər dəyməsi, həmin hadisə baş verərkən cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələblərinin pozulması və bu hərəkətlərinə görə onun inzibati məsuliyyətə cəlb edilməsi işin mübahisəsiz hallarıdır. Ona görə də, iddiaçı baş vermiş delikt nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Apellyasiya şikayətində göstərilən dəlillərlə bağlı Məhkəmə qeyd edir ki, ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş və ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdeh isə ekspert rəyini şübhə altına salacaq sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar