Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-418/2026 14.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınun hakimləri-X4 (sədrlik edən məruzəçi), X2 və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi, Iddiaçı İddiaçı qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X3, cavabdehlər cavabdeh2 və cavabdeh1 iştirakı ilə, Iddiaçı İddiaçı QSC-nin cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı «pul tələbinə» dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. ## ###### 2023-cü il tarixli ***L************ saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Şəmilov Faiq Ismixan oğluna 120 ay müddətinə, * saylı əlavədə müəyyən olunmuş qrafik üzrə qaytarmaq şərti ilə, 200.000 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinın 4.2.3-cü bəndinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1%-i məbləğində cərimə ödəməlidir.
2. Şəmilov Faiq Ismixan oğlu ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma əsasında 11 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833 faiz olmaqla 2000 manat məbləğində kredit götürmüşdür.
3. Şəmilov Faiq Ismixan oğlu ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişi biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833 olmaqla 4000 manat məbləğində kredit götürmüşdür.
4. Şəmilov Faiq Ismixan oğlu ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişi biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,9167 olmaqla 8000 manat məbləğində kredit götürmüşdür.
5. Şəmilov Faiq Ismixan oğlu ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişi biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 12 ay müddətinə aylıq faiz dərəcəsi 2,0833 olmaqla 1600 manat məbləğində kredit götürmüşdür.
6. Şəmilov Faiq Ismixan oğlunun ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma üzrə 589.55 manat məbləğində kredit borcu, 82,65 manat məbləğində faiz borcu, 24.41 manat məbləğində cərimə borcu olmaqla, cəmi 696.61 (altı yüz doxsan altı manat altmış bir qəpik) manat, ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 3238.15 manat məbləğində kredit borcu, 387.36 manat məbləğində faiz borcu, 119.16 manat cərimə olmaqla cəmi 3744.67 (üç min yeddi yüz qırx dörd altmış yeddi qəpik) manat, ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 6143.11 manat məbləğində kredit borcu, 892.04 manat məbləğində faiz borcu və 246.96 manat məbləğində cərimə borcu olmaqla cəmi 7282.11 (yeddi min iki yüz səksən iki manat on bir qəpik) manat, ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 852,9 manat məbləğində kredit borcu, 95.92 manat məbləğində faiz borcu, 34.30 manat məbləğində cərimə olmaqla cəmi 983.12 (doqquz yüz səksən üç manat on iki qəpki) manat məbləğində borcu, hər dörd müqavilə üzrə cəmi 12706.51 (on iki min yeddi yüz altı manat əlli bir qəpik) manat məbləğində pul vəsaiti borcu yaranmışdır.
7. Azərbaycan Respublikası DIN-in BPQMI-nin MAPS şöbəsinin ##.##.2025- ci il tarixli arayışının surətindən görünür ki, Şəmilov Faiq Ismixan oğlu ##.##.2025-ci il tarixdə ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılıb.
8. Şəmilov Faiq Ismixan oğlu vəfat etmiş, onun vərəsələrinin müəyyən edilməsi üçün dövlət orqanlarına sorğular verilmişdir. Sorğulara cavab olaraq Tərtər rayonu, Xoruzlu kəndində mərhum Şəmilov Faiq Ismixan oğlunun mülkiyyətində olan 5.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olduğu, həmin topraq sahəsində mərhumun anası cavabdeh4, həyat yoldaşı cavabdeh3, oğlanları cavabdeh2, cavabdeh1 istifadəsində olduğu məlum olmuşdur.
9. Mülki işdə olan İddiaçı qapalı səhmdar cəmiyyətinin ## #### 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Şəmilov Faiq Ismixan oğlunun ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişi- biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 589.55 manat məbləğində kredit borcu, 82,65 manat məbləğində faiz borcu, 24.41 manat məbləğində cərimə borcu olmaqla, cəmi 696.61 (altı yüz doxsan altı manat altmış bir qəpik) manat, ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 3238.15 manat məbləğində kredit borcu, 387.36 manat məbləğində faiz borcu, 119.16 manat cərimə olmaqla cəmi 3744.67 (üç min yeddi yüz qırx dörd altmış yeddi qəpik) manat, ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 6143.11 manat məbləğində kredit borcu, 892.04 manat məbləğində faiz borcu və 246.96 manat məbləğində cərimə borcu olmaqla cəmi 7282.11 (yeddi min iki yüz səksən iki manat on bir qəpik) manat, ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 852,9 manat məbləğində kredit borcu, 95.92 manat məbləğində faiz borcu, 34.30 manat məbləğində cərimə olmaqla cəmi 983.12 (doqquz yüz səksən üç manat on iki qəpki) manat məbləğində borcu yaranmışdır.
10. Tərtər RIHB-nın Xoruzlu kənd IƏD üzrə nümayəndəliyinin ** saylı ## ### 2025-ci il tarixli arayışının surətindən görünür ki, Şəmilov Faiq Ismixan oğlu və onun ailə üzvlərinin 5.20 ha pay torpaq sahəsi verilmişdir. Şəmilov Faiq Ismixan oğlu ## ###### 2024-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra ona və ailə üzvlərinə verilmiş pay torpaq sahəsininin ona aid hissəsi də, anası cavabdeh4, həyat yoldaşı cavabdeh3, uşaqları cavabdeh2 və cavabdeh1 tərəfindən istifadə edilir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
11. Iddiaçı İddiaçı qapalı səhmdar cəmiyyəti cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişi- biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 589.55 manat məbləğində kredit borcu, 82,65 manat məbləğində faiz borcu, 24.41 manat məbləğində cərimə borcu olmaqla, cəmi 696.61 (altı yüz doxsan altı manat altmış bir qəpik) manat, ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 3238.15 manat məbləğində kredit borcu, 387.36 manat məbləğində faiz borcu, 119.16 manat cərimə olmaqla cəmi 3744.67 (üç min yeddi yüz qırx dörd altmış yeddi qəpik) manat, ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 6143.11 manat məbləğində kredit borcu, 892.04 manat məbləğində faiz borcu və 246.96 manat məbləğində cərimə borcu olmaqla cəmi 7282.11 (yeddi min iki yüz səksən iki manat on bir qəpik) manat, ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 852,9 manat məbləğində kredit borcu, 95.92 manat məbləğində faiz borcu, 34.30 manat məbləğində cərimə olmaqla cəmi 983.12 (doqquz yüz səksən üç manat on iki qəpki) manat məbləğində borcun, hər dörd müqavilə üzrə cəmi 12706.51 (on iki min yeddi yüz altı manat əlli bir qəpik) manat məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 128 (yüz iyirmi səkkiz) manat 12 qəpik (on iki) qəpik cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
12. Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şəmilov Faiq Ismixan oğluna zamin cavabdeh3 ilə «xxxx» QSC ilə bağladığı ##.##.2023-cü il tarixli ***L************ saylı uzunmüddətli və təminat müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 200000 (iki yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma ilə müəyyən оlunur. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Şəmilov Faiq Ismixan oğlu «xxxx» QSC ilə bağladığı ##.##.2024-cü il tarixli ***R********** saylı krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 11 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində krеdit götürmüşdür. Şəmilov Faiq Ismixan oğlu uzun müddüətli kredit və təminat müqaviləsinin 1.12-ci bəndinin tələbini pоzaraq krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri ##.##.2024-cü il tarixdən banka qaytarmamışdır. Şəmilov Faiq Ismixan oğlu götürdüyü krеdit bоrcundan 1410.45 manat ödəmiş, onun 589.55 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Şəmilov Faiq Ismixan oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 207 gün üçün hesablanmış faiz borcu 82.65 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.2 % məbləğində cərimə ödəməlidir. ##.##.2025-ci il tarixə 207 gün üçün hеsablanmış cərimə 24.41 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Şəmilov Faiq Ismixan oğlu «xxxx» QSC ilə bağladığı ##.##.2024-cü il tarixli ***R********** saylı krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 (dörd min) manat məbləğində krеdit götürmüşdür. Şəmilov Faiq Ismixan oğlu uzun müddətli kredit və təminat müqaviləsinin 1.12ci bəndinin tələbini pоzaraq krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri ##.##.2024-cü il tarixdən banka qaytarmamışdır. Şəmilov Faiq Ismixan oğlu götürdüyü krеdit bоrcundan 761.85 manat ödəmiş, onun 3238.15 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Şəmilov Faiq Ismixan oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 184 gün üçün hesablanmış faiz borcu 387.36 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.2% məbləğində cərimə ödəməlidir. ##.##.2025-ci il tarixə 184 gün üçün hеsablanmış cərimə 119.16 manat təşkil edir. Bundan əlavə uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Şəmilov Faiq Ismixan oğlu «xxxx» QSC ilə bağladığı ##.##.2024-cü il tarixli ***R********** saylı krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 (səkkiz min) manat məbləğində krеdit götürmüşdür. Şəmilov Faiq Ismixan oğlu uzun müddüətli kredit və təminat müqaviləsinin 1.12-ci bəndinin tələbini pоzaraq krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri ##.##.2024-cü il tarixdən banka qaytarmamışdır. Şəmilov Faiq Ismixan oğlu götürdüyü krеdit bоrcundan 1856.89 manat ödəmiş, onun 6143.11 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Şəmilov Faiq Ismixan oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 201 gün üçün hesablanmış faiz borcu 892.04 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.2 % məbləğində cərimə ödəməlidir. ##.##.2025-ci il tarixə 201 gün üçün hеsablanmış cərimə 246.96 manat təşkil edir. Bundan sonra, uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Şəmilov Faiq Ismixan oğlu «xxxx» QSC ilə bağladığı ##.##.2024-cü il tarixli ***R********** saylı krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1600 (min altı yüz) manat məbləğində krеdit götürmüşdür. Şəmilov Faiq Ismixan oğlu uzun müddüətli kredit və təminat müqaviləsinin 1.12-ci bəndinin tələbini pоzaraq krеdit sazişi biznes krediti və girov barədə qarışıq razılaşma üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri ##.##.2024-cü il tarixdən banka qaytarmamışdır. Şəmilov Faiq Ismixan oğlu götürdüyü krеdit bоrcundan 747.1 manat ödəmiş, onun 852.9 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Şəmilov Faiq Ismixan oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 201 gün üçün hesablanmış faiz borcu 95.92 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.2% məbləğində cərimə ödəməlidir. ##.##.2025-ci il tarixə 201 gün üçün hеsablanmış cərimə 34.3 manat təşkil edir. Uzunmüddətli krеdit və təminat müqaviləsinin 12.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Şəmilov Faiq Ismixan oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh cavabdeh3 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit və təminat müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Şəmilov Faiq Ismixan oğlu ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit və təminat müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Şəmilov Faiq Ismixan oğlu vəfat etmiş, onun vərəsələrinin müəyyən edilməsi üçün dövlət orqanlarına sorğular verilmişdir. Sorğulara cavab olaraq Tərtər rayonu Xoruzlu kəndində mərhum Şəmilov Faiq Ismixan oğlunun mülkiyyətində olan 5.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır, həmin torpaq sahəsinin hazırda mərhumun anası cavabdeh4, həyat yoldaşı cavabdeh3, oğlanları cavabdeh2 və cavabdeh1 istifadəsində olduğu məlum olmuşdur. Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Göründüyü kimi, Şəmilov Faiq Ismixan oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun zaminlərə qarşı tələb hüququ yaranması üçün əsasdır.
13. Tərtər Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Maya Məmmədova) iddiaçı İddiaçı qapalı səhmdar cəmiyyətinin iddiasının təmin edilməsi, cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 müştərək qaydada iddiaçı İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişi- biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 589.55 manat məbləğində kredit borcu, 82,65 manat məbləğində faiz borcu, 24.41 manat məbləğində cərimə borcu olmaqla, cəmi 696.61 (altı yüz doxsan altı manat altmış bir qəpik) manat, ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 3238.15 manat məbləğində kredit borcu, 387.36 manat məbləğində faiz borcu, 119.16 manat cərimə olmaqla cəmi 3744.67 (üç min yeddi yüz qırx dörd manat 67 altmış yeddi qəpik) manat, ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 6143.11 manat məbləğində kredit borcu, 892.04 manat məbləğində faiz borcu və 246.96 manat məbləğində cərimə borcu olmaqla cəmi 7282.11 yeddi min iki yüz səksən iki manat 11 on bir qəpik) manat, ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişi biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 852,9 manat məbləğində kredit borcu, 95.92 manat məbləğində faiz borcu, 34.30 manat məbləğində cərimə olmaqla cəmi 983 (doqquz yüz səksən üç) manat 12 (on iki) qəpik məbləğində borc, hər dörd müqavilə üzrə cəmi 12706.51 (on iki min yeddi yüz altı manat 51 əlli bir qəpik) manat məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 128 (yüz iyirmi səkkiz) manat 12 qəpik (on iki) qəpik pul vəsaitinin tutulması qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mirasın aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsələrin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum Şəmilov Faiq Ismixan oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsələri cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 vərəsə kimi ondan miras qalmış əmlakı faktiki qəbul etmişdir. Lakin cavabdeh mirasqoyanın öhdəliyini icra etməmişlər. Odur ki, ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişi- biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 589.55 manat məbləğində kredit borcu, 82,65 manat məbləğində faiz borcu, 24.41 manat məbləğində cərimə borcu olmaqla, cəmi 696.61 (altı yüz doxsan altı manat altmış bir qəpik) manat, ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 3238.15 manat məbləğində kredit borcu, 387.36 manat məbləğində faiz borcu, 119.16 manat cərimə olmaqla cəmi 3744.67 (üç min yeddi yüz qırx dörd manat 67 altmış yeddi qəpik) manat, ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 6143.11 manat məbləğində kredit borcu, 892.04 manat məbləğində faiz borcu və 246.96 manat məbləğində cərimə borcu olmaqla cəmi 7282.11 yeddi min iki yüz səksən iki manat 11 on bir qəpik) manat, ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 852,9 manat məbləğində kredit borcu, 95.92 manat məbləğində faiz borcu, 34.30 manat məbləğində cərimə olmaqla cəmi 983 (doqquz yüz səksən üç) manat 12 (on iki) qəpik məbləğində borc, hər dörd müqavilə üzrə cəmi 12706.51 (on iki min yeddi yüz altı manat 51 əlli bir qəpik) manat məbləğində pul cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.
15. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 421.2, 423.2, 427.3, 442, 445.1, 448.1, 470.1, 472.1, 472.2, 1146, 1151.1, 1255, 1306.1, 1307-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
16. Tərtər Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh cavabdeh1 apelyasiya şikayəti verərək, Tərtər rayon Məhkəməsi tərəfindən elan edilmiş e-2 (***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ona və ailə üzvlərinə (anası cavabdeh3, nənəsi cavabdeh4 və qardaşı cavabdeh2) qarşı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək mərhum atası Şəmilov Faiq Ismixan oğlunun iddiaçı bankdan götürdüyü kreditlərin cəmi 12 706,51 (on iki min yeddi yüz altı manat 51 qəpik) manat məbləğində pul vəsaitinin qaytarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən çıxarılmış qətnaməyə əsasən ailə üzvlərinin hamısı həmin kredit məbləğini müştərək qaydada ödəməlidir. Hesab edir ki, həmin qətnamə heç bir əsas olmadan qəbul edilmişdir. Belə ki, qətnamədə onların cavabdeh kimi hamısının cəlb edilməsi üçün məhkəmənin heç bir əsası olmamış, bank tərəfindən verilmiş iddianı sadəcə təkrarlayaraq qətnamə qəbul edilmişdir. Qətnamənin qəbul edilməsi kimi və onların hamısınn cavabdeh olaraq qəbul edilməkləri üçün əsas ünvan 1 ünvanında yerləşən və qismən birgə mülkiyyət hüququ ilə atasına məxsus olan 5.20 ha torpaq sahəsinin mövcud olması və guya həmin torpaq sahəsindən onların hamısının istifadə etməkləridir. Məhkəmə tərəfindən həmin torpağın kimə məxsus olması, həmin torpaq sahəsinin faktiki olaraq hansı hissəsinin atasına məxsus olması araşdırılmamışdır. Faktiki olaraq həmin torpaq sahəsində onların ailə üzvlərindən başqa, onun mərhum babasının, mərhum bibisinin, əmisi və onun ailə üzvlərinin də payı vardır. Qardaşı cavabdeh2 həmin torpaq sahəsinə ümumiyyətlə heç bir aidiyyatı yoxdur. Onlar atalarından qalmış mirası qəbul etməmişdirlər. Mirası qəbul etmədiyi üçün də, atasının varisi hesab edilə bilməzdilər. Məhkəmə qətnamədə qeyd edir ki, vərəsələr miras qoyanın qoyduğu mirasın həcmində kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə prosesində isə, yuxarıda qeyd etdiyi kimi, nə əmlakın hüquqi sahibləri araşdırılmamış, nə mirasın dəyəri, nə mirasa nisbətdə “Cavabdehlərin” kreditor qarşısında öhdəliyi aydınlaşdırılmamışdır. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə tərəfindən mirasın kimin tərəfindən qəbul edilməsi, hansı vaxtdan etibarən nəyə əsasən əsaslanaraq qəbul etməklərinə dair heç bir sübut təqdim etməmişdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Vəfat etmiş şəxsin hərəkət və ya hərəkətsizliyi olmur. Digər tərəfdən əgər iddiada deyildiyi kimi, onlar borclu kimi qəbul edirsə məhkəmə, belə olan halda borclu yəni mirası qanuna uyğun olaraq qəbul etmiş və ya edən şəxs müəyyən edilməli və bundan sonra borcluya qarşı faiz hesablanmalıdır. Miras deyilən əmlakın faktiki sahiblərinin kim olduğunu müəyyən edilməmişdir. Miras deyilən əmlakın dəyəri müəyyən edilməmiş, vərəsələrin kim ola biləcəyi müəyyən edilməmiş, əmlak dəyəri olmadığından vərəsə müəyyən edilsə də, vərəsənin öhdəlik həddi müəyyən edilməmişdir. Mərhum şəxsin ailə tərkibi, birinci dərəcəli vərəsələrin siyahısı müəyyən edilməmişdir. ünvan 1ndi ərazisində mərhum Şəmilov Faiq Ismixan oğlunun mülkiyyətində 5.20 ha torpaq sahəsinin olması qeyd edilsə də, faktiki olaraq həmin torpaq sahəsi üzərində mülkiyyət sənədi qətnamədə qeyd edilməmiş, həmin əmlak üzərində mülkiyyət hüququna malik şəxslər araşdırılmamış, həmin şəxslərin miras əmlakına aidiyyat dərəcəsi araşdırılmamışdır. Qətnamədə vərəsələrin öhdəlik həcminin miras payına mütənasib olması qeyd edilsə də, mirasın kimə məxsus olamsı aydınlaşdırılmadan bütün borc məbləğinin birgə ödənilməsinə dair qətnamə elan edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiasının iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, torpaq sahəsinin 8 nəfərin adına olduğunu bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq, mirasdan imtina ilə bağlı notariusa müraciət etməmişlər. Əlavə olaraq isə cavabdeh4 1-ci qrup əlil olduğunu bildirmişdir.
20. Məhkəmə kollegiasının iclasında iştirak edən cavabdeh X1 apellyasiaya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
21. Məhkəmə kollegiasının iclasında iştirak edən iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:(##.##.2025-ci il tarixədək olan redaksiyada)
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 443. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
26. Həmin Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
28. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
29. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
30. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.
31. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.
32. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
33. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
34. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
35. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
36. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
42. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
43. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
44. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. Hazırkı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Tərtər Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.
49. X6 Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də, kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.
50. Daha sonra Plenum qeyd etmişdir ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin müddətinin bitməsi, əks hal razılaşdırılmadığı təqdirdə tərəflər arasında müqavilə münasibətlərinin sona çatmasına səbəb olmur, tərəflər arasında öhdəlik münasibətləri davam edir, kreditor yenə də borcludan müqavilədən irəli gələn öhdəliklərin icrasını tələb etmək səlahiyyətinə malik olur. Bu baxımdan kredit müqaviləsi üzrə borclunun ölümü də tərəflər arasında mövcud olan müqavilə münasibətlərini başa çatdırmır və əsas borca görə faizlər hesablanmaqda davam edə bilər.
51. Işin məhkəmə baxışında müəyyən edilmiş halları ilə müəyyən olunur ki, Şəmilov Faiq Ismixan oğluna «xxxx» QSC ilə bağladığı ##.##.2023-cü il tarixli ***L************ saylı uzunmüddətli və təminat müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 200000 (iki yüz min) manat məbləğində krеdit хətti açılmışdır və cavabdeh3 həmin öhdəliyin icrası üçün zamin durmuşdur. Həmin müqavilə əsasında bağlanmış ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişi- biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 589.55 manat məbləğində kredit borcu, 82,65 manat məbləğində faiz borcu, 24.41 manat məbləğində cərimə borcu olmaqla, cəmi 696.61 (altı yüz doxsan altı manat altmış bir qəpik) manat, ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 3238.15 manat məbləğində kredit borcu, 387.36 manat məbləğində faiz borcu, 119.16 manat cərimə olmaqla cəmi 3744.67 (üç min yeddi yüz qırx dörd manat 67 altmış yeddi qəpik) manat, ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 6143.11 manat məbləğində kredit borcu, 892.04 manat məbləğində faiz borcu və 246.96 manat məbləğində cərimə borcu olmaqla cəmi 7282.11 yeddi min iki yüz səksən iki manat 11 on bir qəpik) manat, ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 852,9 manat məbləğində kredit borcu, 95.92 manat məbləğində faiz borcu, 34.30 manat məbləğində cərimə olmaqla cəmi 983 (doqquz yüz səksən üç) manat 12 (on iki) qəpik məbləğində borc, hər dörd müqavilə üzrə cəmi 12706.51 (on iki min yeddi yüz altı manat 51 əlli bir qəpik) manat borcu yaranmışdır. Şəmilov Faiq Ismixan oğlu ##.##.2024-cü il tarixdə vəfat etmiş və onun və ailə üzvlərinin adına olan 5.20 ha pay torpaq sahəsini anası cavabdeh4, arvadı cavabdeh3 və uşaqları cavabdeh2 və cavabdeh1 istifadə edir.
52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh kimi hamısının cəlb edilməsi üçün məhkəmənin heç bir əsasının olmaması barədə dəlilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlərdir (övladlığa götürənlər). Həmin Məcəllənin 1269-cu maddəsinə görə vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, mirasdan imtina edilməsinə bu Məcəllənin 1256-cı maddəsində müəyyənləşdirilən müddət ərzində yol verilir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Iş materialları ilə müəyyən olunur ki, cavabdehlər miras qoyanın birinci növbə vərəsələridir və onlar kreditor qarşısında birgə borclu kimi çıxış edirlər.
57. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli Qərarında qeyd etdiyi mövqeyiə görə, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il ## ####### tarixli Qərarı).
58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə tərəfindən həmin torpağın kimə məxsus olması, həmin torpaq sahəsinin faktiki olaraq hansı hissəsinin atasına məxsus olmasının araşdırılmaması, faktiki olaraq həmin torpaq sahəsində onların ailə üzvlərindən başqa, onun mərhum babasının, mərhum bibisinin, əmisi və onun ailə üzvlərinin də payının olması, qardaşı cavabdeh2 həmin torpaq sahəsinə ümumiyyətlə heç bir aidiyyatının olmaması, onların atalarından qalmış mirası qəbul etməmələri və mirası qəbul etmədikləri üçün də, atasının varisi hesab edilə bilməmələri dəlili ilə bağlı qeyd edir ki, Şəmilov Faiq Ismixan oğlu və onun ailə üzvlərinin 5.20 ha pay torpaq sahəsi verilmişdir. Şəmilov Faiq Ismixan oğlu ## ###### 2024-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra ona və ailə üzvlərinə verilmiş pay torpaq sahəsininin ona aid hissəsi də, anası cavabdeh4, həyat yoldaşı cavabdeh3, uşaqları cavabdeh2 və cavabdeh1 tərəfindən sahiblik və istifadə edilir. Bundan başqa məhkəmə kollegiyasında iştirak edən cavabdeh1 məhkəmə kollegiyasının sualına cavab olaraq mirasdan imtina ilə bağlı notariusa müraciət etmədiklərini qeyd etmişdir. MM-nin 1243.2-ci maddəsinə əsasən, vərəsə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
59. Kollegiya həmçinin qeyd edir ki, MM-nin miras açılan vaxt, yəni ##.##.2025-ci il tarixdə qüvvədə olmuş 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Vərəsələrin miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə ödəməsi ilə bağlı Ali Məhkəmənin formalaşdırdığı vahid məhkəmə təcrübəsinə əsasən, əsas borclunun vəfatından sonra onun vərəsəlik qaydasında keçə biləcək miras əmlakının olması, həmin əmlakın vərəsələri tərəfindən qanunla müəyyən olunmuş müddətdə qəbul edilməsi, vərəsəlik işinin açılması və sair kimi halların mövcudluğu vərəsələr tərəfindən sübuta yetirilməlidir. Hazırkı halda cavabdehlər tərəfindən miras qoyanın borclarının mirasdan çox olmasını təsdiqləyəcək sübutlar məhkəməyə təqdim edilməmişdir.
60. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınun MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Tərtər Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.