Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-424/2026 13.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSI Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Iddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Xocalı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli 2 (***)-***/**** nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Şahid cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 2755.64 manat vəsaitin iddiaçı Şahid xeyrinə tutulması qət edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 1100 (min yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi tanıyır, iş yoldaşı olmaqla münasibətləri yaxşı olmuşdur. Cavabdeh ona müraciət edərək, xəstəsinin olduğunu, xəstəni müalicə etdirmək üçün pula eytiyacı olduğunu bildirmişdir. O, pulunun olmadığını cavabdehə demişdir. Cavabdeh ondan xahiş etmişdir ki, sonuncu tanışlarından pul tapıb cavabdehə versin. O, Şahid 1100 (bir min yüz) manat borc götürərək cavabdehə vermişdir. Cavabdeh pulu 1 ay müddətinə qaytaracağına söz vermişdir. O, Şahid borcunu qaytara bilməmiş, bu səbəbdən Xaliq Fəridə qarşı məhkəmədə iddia qaldırmış və Xaliqin iddiası təmin edilmişdir. Hazırda həmin pul onun əmək haqqından tutulur. Cavabdeh isə ondan aldığı pulu bu günə kimi qaytarmamışdır.
4. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Mahir Niftəliyev), iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh 1100 (bir min yüz) manat pulun alınaraq, iddiaçı İddiaçı verilməsi, cavabdeh Cavabdeh 31 manat dövlət rüsumunun tutulması qət edilmişdir.
5. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427 və 475.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, o, İddiaçı 1100 manat almışdır. Ancaq İddiaçı Şahid pul borcu olmuşdur. O, Fəriddən aldığı 1100 manatı ona qaytaran zaman Fərid ona bildirmişdir ki, həmin pulu Şahid alıb ona vermişdir, pulu təcili Xaliqin özünə qaytarıb versin. Fəridlə birlikdə Xaliq müəllimlə görüşmüş və ona bildirmişdir ki, 1100 manatı o qaytaracaq, onu Fəriddən istəməyin. Bu qaydada razılaşma oldu. O da Fəridin göstərişi ilə 1100 manatı Şahid vermişdir. Onun İddiaçı borcu qalmayıbdır. İddiaçı iddia ərizəsində 1100 manat pulu atasının xəstə olması səbəbi ilə aldığını göstərsə də, məhkəmə iclasında kredit adı ilə aldığını bildirərək ziddiyytəli izahat vermişdir. Onun göstərdiklərini şahid qismində məhkəmə iclasında dindirilən Şahid da təsdiq etmişdir. Belə ki, Şahid ifadəsində göstərmişdir ki, İddiaçı 2023-cü ilin dekabr ayında ondan 1100 manat və 2024-cü ilin aprel ayında isə 2500 manat borc pul almışdır. Şahid borc tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə Şahid iddiasını təmin etmişdir. Xocalı Rayon Məhkəməsində işə baxılan zaman İddiaçı də izahat vermişdir. O, izahat verən zaman Şahid 1000 manat və 1500 manat, cəmi 2500 manat borclu olduğunu etiraf etmişdir. Bir daha qeyd edir ki, onun İddiaçı borcu yoxdur. O, Fəridə olan borcunu Fəridin təkidi ilə Şahid verməklə ödəmişdir. Həmçinin, 1100 manatı Fərid, Şahid alıb ona vermişdir. Şahid 1100 manatı aldığı üçün həmin məbləği məhkəmədə mübahisələndirməmişdir. Əgər 1100 manat pul 2500 manat pulun daxilində olsa idi, İddiaçı bunu Xocalı Rayon Məhkəməsində qeyd edərdi. Bundan əlavə Şahid birinci instansiya məhkəməsində iclas zamanı verdiyi ifadə qətnamədə düzgün qeyd edilməyibdir. Onun göstərdiyi halları Xaliq müəllim məhkəmə iclasında təsdiq etmişdir. Məhkəmə onun təqdim etdiyi sübuta əhəmiyyət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçı İddiaçı bankdan kredit götürərəkən o, sonuncuya zamin durmuşdur. Fərid onu zaminlikdən çıxaracağını demişdir. Fərid Şahid 1100 manat alaraq Naib Rüstəmova vermişdir. Fərid Naibin adına kredit götürüb onu zaminlikdən çıxaracağını demişdir. Fəridin verdiyi 1100 manat məbləği o, Şahid qaytarmışdır. O, Fəriddən aldığı 1100 manatı ona qaytaran zaman Fərid bildirmişdir ki, həmin pulu Şahid alıb ona vermişdir, pulu təcili Xaliqin özünə qaytarıb versin. O da Fəridin göstərişi ilə 1000 manat pulu Şahid vermişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, cavabdeh Cavabdeh tanıyır, iş yoldaşı olmaqla münasibətləri yaxşı olmuşdur. Cavabdeh ona müraciət edərək xəstəsinin olduğunu, xəstəni müalicə etdirmək üçün pula eytiyacı olduğunu bildirmişdir. O, cavabdehə pulu olmadığını bildirmişdir. Cavabdeh ondan xahiş etmişdir ki, tanışlarından pul tapıb ona versin. O da Şahid 1100 (bir min yüz) manat borc götürərək cavabdehə vermişdir. Cavabdeh pulu 1 ay müddətinə qaytaracağına söz vermişdir. O, Şahid borcunu qaytara bilməmiş, bu səbəbdən Xaliq ona qarşı məhkəmədə iddia qaldırmış və Xaliqin iddiası təmin edilmişdir. Hazırda həmin pul onun əmək haqqından tutulur. Cavabdeh isə aldığı pulu bu günə kimi qaytarmamışdır. Ona görə də apellyasiya şikayətin təmin edilməməsini və Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, tərəflərin hər ikisini tanıyır. Balə ki, Fərid və Elgiz yanğınsöndürən işləyirlər, o da onların keçmiş rəisləri olmuşdur. Fəridin ona borcu olmuşdur. Fərid ona bildirmişdir ki, borcu olduğu məbləği Elgiz ona qaytaracaqdır. Xocalı Rayon Məhkəməsinin qətnaməsindən sonra Elgiz ona 1100 manat pul vermişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
17. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına
22. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
28. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
32. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
34. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Beləliklə, işin halları ondan ibarətdir ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı 1100 manat məbləğdə borc pul almış, lakin hazırki vaxtadək həmin pulu geri qaytarmamışdır. Həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyasında işə baxılarkən cavabdeh qeyd edilən pulu İddiaçı göstərişi ilə Şahid qaytardığını bildirmiş və bu halı işdə şahid qismində iştirak edən Şahid da təsdiq etmişdir. Lakin, bununla belə həmin pulun cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı qaytarılması öz tədiqini tapmamışdır.
37. Birinci instansiya məhkəməsi iddia tələbini araşdıraraq, iddiaçı tərəfindən cavabdehə borc verildiyini müəyyən etmiş və iddia tələbini təmin etmişdir.
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, cavabdehin iddiaçıdan 1100 manat borc pul alması iş materialları və izahatlarla ilə öz təsdiqini tapır. Lakin, cavabdeh iddiaçıya borcunun olmadığını bildirsə də, bunu təsdiq edəcək hər hansı sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
40. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. Işə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanunhüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
41. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
42. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
43. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh tərəfindən iddianın təkzib edilməsi barədə hər hansı sübut məhkəmə kollegiyasına təqdim edilməmişdir. Belə olan halda borcun olmaması barədə apellyator tərəfindən irəli sürülən dəlillər təsdiqini tapmamışdır.
44. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1,372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.