Məhkəmə qərarları › İş №2(3-7)-427/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-427/2026

28.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-427/2026 28.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X3 (sədrlik edən və məruzəçi), X4 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi, Iddiaçı Azərbaycan Dövlət X6 (ADSEA) X5 Xidmətinin (RSMX) PHŞ-in X2 Xidmətinin Istismarı Idarəsi (Bərdə SMSII)nin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. ##.##.2025-ci il tarixli abonent kartından görünür ki, ##.##.2012-ci il tarixli ******** saylı müqavilə üzrə cavabdeh Cavabdeh sudan istifadəyə görə 2017-2025-ci illər üzrə cəmi 2.090,74 manat borcu yaranmışdır. Həmin borcun 346.2 manatı 2023, 2024 və 2025-ci illərə aiddir.

2. Iddiaçı tərəfin cavabdehə ünvanladığı məktubun surətindən görünür ki, borcun ödənilməsi ona bildirilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir.

3. Cavabdeh Cavabdeh ərizəsindən görünür ki, o, iddia müddəti ötdüyündən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat

4. Azərbaycan Dövlət X6 (ADSEA) X5 Xidmətinin (RSMX) PHŞ-in X2 Xidmətinin Istismarı Idarəsi (Bərdə SMSII)nin nümayəndəsi X1 rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində, cavabdeh Cavabdeh su təchizatı xidmətindən istifadəyə görə yaranmış 2086,74 manat borcun (abonentin 3799909000000) və ödənilmiş 40,87 manat dövlət rüsumu, cəmi 2127,61 manat tutularaq X5 Xidmətinin Publik Hüquqi Şəxsin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı X2 Xidmətinin Istismarı Idarəsi (bundan sonra Bərdə SMSII) tərəfindən cavabdeh Cavabdeh (abonent kodu 3799909000000) su təzhizatı sistemindən su buraxılması, tullantı sullarının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə ##.##.2025-ci il tarixinə 2086, 74 manat borcu yaranmışdır. Istehlakçının istifadə etdiyi su təzhizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan 1 ünvanında, ona məxsus evdə müvafiq olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Bərdə SMSII tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə ##.##.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir.

6. Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Mahir Niftəliyev) iddianın əsaslı olduğundan təmin edilməsi, Cavabdeh su təchizatı xidmətindən istifadəyə görə yaranmış 2086,74 manat borc (abonentin 3799909000000) və ödənilmiş 40,87 manat dövlət rüsumu, cəmi 2127 (iki min yüz iyirmi yeddi) manat 61 (altmış bir) qəpik tutularaq X5 Xidmətinin Publik Hüquqi Şəxsin hesabına ödənilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh Cavabdeh arasında müqavilə bağlanmış və hər iki tərəf üzərlərinə öhdəlik götürmüşdür. Iddiaçı cavabdeh Cavabdeh su ilə təmin etməklə üzərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə istifadə etdiyi suyun pulundan 2086,74 manat borclu qalmaqla öhdəliyi icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

8. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124, 284.1, 284.5.1, 284.5.2, 284.5.3-cü bəndlərinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

9. Ağdam Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun sübutlarını araşdırmadan sübutlara əsaslanmayaraq həmin maddi hüquq normasını pozmuşdur. Əgər məhkəmə qətnamə qəbul edərkən sübutlara əsaslanmış olsa idi, maddi hüquq normasına uyğun qətnamə qəbul edilərdi. Birinici instansiya məhkəməsi işə ədalətlə, faktlara və qanuna əsasən baxmamaqla maddi hüquq normasını düzgün tədbiq etməmişdir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüququları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini nəzərdə tutur. Məhkəmə həqiqəti araşdırmadığına görə hüquq və azadlıqların məhkəmədə müdafiəsi təmin edilməmişdir. Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinin tələbindən görünür ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. O, abonent kimi son beş il ərzində su təchizatı xidmətindən istifadəyə görə ödənişlərini artıqlaması ilə, yəni beş il ərzində 396 manat su təchizatı xidmətindən istifadəyə görə pul ödəməli olduğu halda 500 manat pul ödəmişdir. Onun son beş ildə su təchizatı xidmətindən istifadəyə görə heç bir borcu qalmamışdır. Iddia müddəti ötürülmüşdür. Mülki işə baxan hakim iddianı sadəcə iddiaçı tərəfin maraqları üçün təmin etmişdir. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ciil tarixli, 2(013)- ****/**** saylı qətnaməsi ilə tamamilə razı deyildir. Belə ki, o, ailə üzviləri lə birlikdə Bərdə rayonu, Təhlə kəndi ərazisində salınmış qəsəbədə məskunlaşmışdır. Mübahisə tərəflərinin Bərdə rayonu ərazisində olmasına baxmayaraq iddiaçı tərəfindən iddia ərizəsi Ağdam Rayon Məhkəməsinə göndərilmişdir. Ağdam Rayon Məhkəməsi tərəfindən 5 (beş) iş günü ərzində ona bildiriş göndərilməli olmasına baxmayaraq göndərilməmiş və ya təqdim edilməmişdir. Onun iddia tələbindən məlumatı olmadığı üçün iddiaya qarşı etirazını və sənədlərini təqdim edə bilməmişdir. Bu səbəbdən çəkişmə prinsipi pozulmuş və ədalətsiz qətnamə qəbul edilmişdir. Yalnız icra məmuru tərəfindən çağrılarkən barəsində məhkəmə qətnaməsi olduğunu bilmişdir. Qətnamədə qeyd edilir ki, iddiaçı üzərinə düşən öhdəliyi tam icra etmişdir. Bu həqiqəti əks etdirmir. Iddiaçı tərəf istehlakçıları təmiz, içməli su ilə təmin etməlidir. Lakin iddiaçı tərəf öhdəliyini düzgün yerinə yetirməmişdir. Məcburi köçkünlər qəsəbədə yerləşdirildikləri vaxtdan iddiaçı tərəfindən qəsəbəyə verilən su Qarabağ kanalından arx ilə gətirilib hovuza yığılmış və təmizlənmədən evlərə paylanmışdır. Həmin su tamamilə çirkli olmuş və üfunət iyi vermişdir. Sudan istifadə etmək mümkün olmadığı üçün əvvəldən qəsəbə sakinləri öz vəsaitləri hesabına qəsəbəyə plastik boru vasitəsi ilə artezian quyusundan içməli su çəkdirmişdir. (Fotoşəkillər əlavə edilib) Qəsəbə sakinləri içməli suyu həmin bulaqlardan götürür. Iddiaçı təşkilat tərəfindən içməli su adı ilə verilən sudan yalnız hamam və sairə məişət işlərində istifadə olunmuşdur. Ancaq buna baxmayaraq suyun qiyməti içməli su kimi hesablanır. Cavabdehin təsərrüfatında mal-qarası, həyətində hovuzu yoxdur. Həyəti suvarmaq üçün qəsəbə salınarkən layihə üzrə tikilən novlarla pulsuz verilən və istifadəsi çox asan olan suvarma suyundan istifadə etmişdir. Onların ailəsi ay ərzində orta hesabla 11 kub metr sayğacdan keçən su işlədir, bir il 132 kub metrdir. Iddiaçı tərəfin iki qat artıq götürdüyü qiymətlə (0,6 man/m3) hesablanmaqla belə il ərzində 79,2 manat pul ödəməli olur. Son beş ildə iddiaçı təşkilatın qoyduğu qiymətə əsasən o, 396 manat sudan istifadəyə görə pul ödəməlidir. Ancaq o, beş il ərzində sudan istifadəyə görə 500 manat pul ödəmişdir. Iddiaçı təşkilat tərəfindən 2086 manatlıq, yəni 3476 kubmetr suyun nəyə və nə vaxt sərf edildiyi barədə hər hansı bir sübut təqdim edilməyibdir. Iddiaçı tərəfin göstərdiyi borc son beş il ərzində yaranmamışdır. Həmin borc beş ildən əvvəl yarana bilər. Çünki su çirkli olduğu üçün iddiaçı təşkilat su krantlarını açıq saxlamağı xahiş etmişdir. Yəqin ki, borc həmin vaxt yaranıbdır. Birinci inistansiya məhkəməsi əgər iddiaçı tərəfindən sənədlər tələb edilsə idi, onda məlum olardı ki, o, beş il ərzində sudan istifadə haqqını artıqlaması ilə ödəmişdir, əgər borc var idisə beş ildən əvvələ yaranması sübut olunardı. Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinin tələbindən görünür ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. O hesab etmişdir ki, iddia müddəti ötürülmüşdür. Ona görə də, məhkəmə tərəfindən iddia müddəti tədbiq olunmalıdır. Məhkəmə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Hesab etmişdir ki, birinci instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış və həmin sübutlar əsasında hüquq normalarına müvafiq qiymət verməyərək Azərbaycan Respublikası MPM-nin 76 və 88-ci maddələrinin tələbləri pozmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qeyd olunan borc məbləği 2017-ci ildən hesablanmışdır. 2012-ci ildən müqavilə bağlanaraq su sayğacı qoyulduğunu və 2017-ci ildə ona məlum olmayan səbəbdən sayğac çıxarılaraq yerinə başqa sayğac qoyulduğunu bildirmişdir. Daha sonra 2025-ci ildə sayğac yenidən dəyişdirilmişdir və həmin sayğac qoyulduqdan sonra daha yüksək rəqəmlər qeyd olunmuşdur. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, son 3 ildə yığılan borcu ödəməyə razıdır.

12. Məhkəmə kollegiasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq yığılan borc məbləğinin illərin borcu olduğunu qeyd etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

13. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

14. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

15. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.

16. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

17. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

18. Maddə 75.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

19. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

Azərbaycan Respublikası Su Məcəlləsi:

20. Maddə 47. Suyunun keyfiyyəti müəyyən edilmiş sanitariya normalarına və dövlət standartlarına uyğun olan su obyektləri əhalinin içməli su və məişət ehtiyaclarını ödəmək üçün verilir. Əhalinin içməli su təchizatı, bir qayda olaraq, mərkəzləşdirilmiş su kəməri qurğuları vasitəsi ilə həyata keçirilir. Su kəməri olmadıqda əhalinin içməli su və məişət ehtiyaclarının ödənilməsi bilavasitə çayların, su quyularının, kəhrizlərin, bulaqların və digər su mənbələrinin suyundan yalnız qanunvericiliklə müəyyən edilmiş sanitariya normalarına uyğun olaraq istifadə edilə bilər. Əhalinin içməli su və məişət ehtiyaclarının ödənilməsi üçün yaşayış yerləri üzrə istifadə edəcəyi təbii su mənbələri qanunvericiliyə uyğun olaraq, HYPERLINK "https://eqanun.az/framework/4679" \o "Azərbaycan Dövlət X6" \t "_blank"müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə bələdiyyələr tərəfindən müəyyən edilir.

21. Maddə 98. Sudan istifadə haqqı müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası) orqanı tərəfindən müəyyən edilir. Sudan istifadə haqqı onun keyfiyyətindən, istifadəyə görə təyinatından (içməli su, texniki su, suvarma suyu və s.), su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə və nəql edilmə üsullarından və istehsal xərclərinin həcminə təsir edən digər amillərdən asılı olaraq ayrı-ayrı su təsərrüfatı sistemləri üzrə diferensiallaşdırılır.

“Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı:

22. Maddə 5.1. Istehlakçıların su təchizatı və kanalizasiya xidmətləri və sudan istifadə üçün müqavilə bağlanılmasını tələb etmək və su təchizatı və kanalizasiya xidmətləri və sudan istifadə üçün müqavilə bağlanılmasını tələb etmək hüquqları vardır.

23. Maddə 7.1. Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.

24. Maddə 7.2. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər.

25. Maddə 7.3. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir.

26. Maddə 7.13. Istifadə olunan suyun və axıdılan tullantı sularının dəyəri bank, poçt, internet və ya POS-terminal vasitəsilə ödənilir.

27. Maddə 7.14. Bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq istehlakçıya göndərilmiş (təqdim edilmiş) hesab üzrə ödənişlər həmin hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində tam həyata keçirilməlidir. Həmin müddət gecikdirildikdə, müqavilədə nəzərdə tutulduğu hallarda istehlakçı əsas borc məbləği ilə yanaşı, müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulunu (cərimə, penya) da ödəməlidir.

28. Maddə 7.15. Istehlakçı bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq ona göndərilmiş (təqdim edilmiş) hesab üzrə gecikdirilmiş ödənişləri (qalıq borclarını) STKM ilə qarşılıqlı razılaşma əsasında hissə-hissə ödəyə bilər. Bu zaman əhali qrupuna aid olan istehlakçılar istisna olmaqla, digər istehlakçılara müqavilədə nəzərdə tutulmuş qaydada gecikmiş ödəmələr (qalıq borclar) üzrə dəbbə pulu tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

30. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

37. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

38. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

39. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.

43. Iş materialları və tərəflərin izahatı ilə müəyyən edilir ki, tərəflər arasında ##.##.2012-ci il tarixli ******** saylı sudan istifadə müqaviləsi bağlanılmışdır. ##.##.2025-ci il tarixli abonent kartından görünür ki, ##.##.2012-ci il tarixli ******** saylı müqavilə üzrə cavabdeh Cavabdeh sudan istifadəyə görə 2017-2025-ci illər üzrə cəmi 2.090,74 manat borcu yaranmışdır. Həmin borcun 346.2 manatı 2023, 2024 və 2025-ci illərə aiddir. Iddiaçı yaranmış borcun cavabdeh Cavabdeh tutularaq ona ödənilməsi barədə iddia qaldırmışdır.

44. Məhkəmə kollegiyası apellyaisya şikayətinin iddia müddətinin ötürülməsi dəlilinə münasibətdə qeye edir ki, iş materialları ilə müəyyən edildir ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmamışdır. Apellyasiya icraatı zamanı isə iddiaçı iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir.

43. MM-nin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.Həmin məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Iş materiallarından görünür ki, iddiaçının tələbi 2017- 2025-ci illər ərzindən yaranmış 2.090,74 manat borcu tələbi ilə bağlıdır ki, həmin borcun 346.2 manatı 2023, 2024 və 2025-ci illərə aiddir.

44. MM-nin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Abonent saldosundan görünür ki, cavabdehin 2023, 2024 və 2025-ci illər üzrə yaranmış borcu 346.2 manat təşkil edir. Kollegiya hesab edir ki, iddiaçının hazırkı tələbi üzrə 2017-ci ildən 2023-cü il tarixədək hesablanmış borc hissəsində iddia müddəti tətbiq edilməklə həmin hissədə iddia tələbi təmin edilməməlidir.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən, yəni 2023, 2024 və 2025-ci illər üzrə yaranmış 346.2 manat borcu hissəsində təmin edilməli, qalan hissədə isə iddia tələbi iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh 346.2 (üç yüz qırx altı manat iyirmi qəpik) manat məbləğdə pul alınaraq iddiaçı Azərbaycan Dövlət X6 (ADSEA) X5 Xidmətinin (RSMX) PHŞ-in X2 Xidmətinin Istismarı Idarəsinə verilsin. Iddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin ediməsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar