Məhkəmə qərarları › İş №2(3-7)-428/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-428/2026

14.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-428/2026 14.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri;- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi İsmayılov Orxan Mehman oğlu və cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı kredit borcunun qaytarılması barədə iddiası üzrə Daşkəsən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-***/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 6723,40 manat əsas, 444,48 manat faiz, 598 manat cərimə olmaqla cəmi 7.765.88 (yeddi min yeddi yüz altmış beş manat səksən səkkiz qəpik) alınıb iddiaçı İddiaçı MMC-nin hesabına ödənilməsi və ödənilmiş 97.66 manatı dövlət rüsumun cavabdehdən alınıb iddiaçı İddiaçı MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti məhkəməyə ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə daxil olmuş, Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-***/**** saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh Cavabdeh tərəfindən verilən şikayət ərizəsi məhkəməyə ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə daxil olmuş, Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-***/**** saylı qərardadı ilə Daşkəsən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-2(030)- ***/**** saylı qərardadı ləğv edilmiş və iş üzrə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəyə baxılması ## ###### 2026-cı il tarixə təyin edilmişdir. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-***/**** saylı qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddət cavabdeh Cavabdeh münasibətdə üzürlü hesab olunaraq bərpa edilmişdir. Həmin qərardaddan iddiaçı İddiaçı MMC tərəfindən verilən şikayət ərizəsi məhkəməyə ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan müddətin ötürülməsi barədə gətirilən dəlillər əsassızdır. Çünki iddiaçının nümayəndəsi tərəfindən Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e- 2(030)– ***/**** saylı qətnaməsi qəbul edildikdən sonra cavabdehin isitfadəsində olan 077-583- 33-33 mobil telefon nömrəsinə telefon zəngi edilib, o cümlədən whatsapp mesenceri vasitəsi ilə cavabdehə yazaraq hər iki rabitə əlaqəsi zamanı cavabdehə qətnamə barədə məlumat verilib və cavabdeh borcunu etiraf edib, yaxın müddətdə borcunu tam şəkildə ödəyəcəyi barədə bir neçə dəfə vədlər verərək həmin vədləri yerinə yetirməyib. Cavabdeh qətnamədən xəbərdar olub, iddiaçının nümayəndəsi tərəfindən də ona qətnamə göndərilib. Həmin yazışmanın fotosu bu şikayət ərizəsinə əlavə edilir. Cavabdehin qətnamədən apellyasiya şikayəti vermək müddətinin üzrlü səbəbdən ötürməsi əsassız və yalan iddiadır. Cavabdehin qətnamədən apellyasiya şikayəti vermək müddətini üzrlü səbəbdən ötürməsi barədə gətirdiyi dəlillərin heç biri mötəbər deyil. Çünki cavabdeh qətnaməni alıb, xəbərdar olub və qəsdən, bilərək, vaxt udmaq və qətnamənin icrasını gecikdirmək üçün müxtəlif üsullara əl atmaq cəhdlərini edib. Məhkəmə tərəfindən cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti vermək barədə ərizə araşdırılarkən iş üçün əhəmiyyəti olan hallar sübut edilməyib. Məhkəmənin hazırda barəsində şikayət verilən ##.##.2026-cı il tarixli e-*(***)-***/**** saylı qərardadında göstərilən " iş üzrə Daşkəsən Rayon Məhkəməsinin qətnaməsi ##.##.2025-ci il tarixdə çıxarılmışdır. Qətnamənin surəti ##.##.2025-ci il tarixdə poçt vasitəsilə cavabdeh Cavabdeh göndərilmişdir. Lakin, o, qeydiyyatda olduğu ünvanda yaşamadığından qətnamə məhkəməyə geri qaytarılmışdır. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş və şikayət ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh apellyasiya şikayətinin ##.##.2026-cı il tarixdə verilməsini belə izah etmişdir ki, “ASAN” imzasını bərpa elətdirdikdən sonra qətnamədən ##.##.2026-cı il tarixdə xəbərdar olmuşdur. Məhkəmə buraxılmış müddəti o halda bərpa edir ki, buraxılmış müddət üzürlü səbəblərdən baş vermiş olsun. Yəni, şikayətin vaxtında verilməməsi şəxsin iradəsindən asılı olmayan səbəblərlə əlaqəli olsun. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, ötürülmüş müddət bərpa edilməklə cavabdehin şikayət vermək hüququnun həyata keçirilməsinə imkan yaradılmalıdır." fikirləri tam əsassızdır. Çünki qanunvericilikdə tərəfin elektron kabinetin imkanlarından istifadə etmək üçün əldə etdiyi elektron imza və asan imza kimi texniki vasitələrin həmin texniki vasitələri təqdim edən qurumun səbəbkar olmadığı qüsurlara görə müəyyən hərəkətləri etmək və ya etməməkdən azad edilməsi anlayışı yoxdur. "ASAN İmza" nömrəsinin sertifikatı bitməzdən aylar öncə vətəndaşa sistem tərəfindən dəfələrlə bildirişlər gəlir və ona nömrənin sertifikatını yeniləmək təklif edilir. İddiaçının laqeydliyi səbəbindən istifadəsində olan "ASAN İmza" nömrəsinin işlək olmaması apellyasiya şikayəti vermək müddətinin iddiaçıdan asılı olmayan səbəbdən üzrlü səbəb kimi ötürülməsinə əsas ola bilməz. Cavabdeh tərəfindən məhkəmənin qəbul etdiyi qərardadlarla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinə və Məhkəmə Hüquq Şurasına yazdığı mahiyyətdən uzaq şikayət məktubları məhkəməyə təzyiq vasitəsi kimi qəbul edilməlidir. Daşkəsən Rayon Məhkəməsinin hakimi Kənan Vəliyev tərəfindən həmin məktublardan sonra qərardad dəyişdirilib. Bu barədə iddiaçının ərizələri məhkəmə tərəfindən qəbul edilməyib. “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ## ###### 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Odur ki, Daşkəsən Rayon Məhkəməsinin iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iş üzrə Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025- ci il tarixli e-2(030)–***/**** saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin cavabdeh Cavabdeh münasibətdə üzürlü hesab olunaraq bərpa edilməsi barədə ##.##.2026-cı il tarixli e- *(***)-***/**** saylı qərardadı qanunsuz və əsassız olduğu üçün ləğv edilərək, Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025- ci il tarixli e2(030)–***/**** saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin cavabdeh Cavabdeh münasibətdə üzürlü hesab olunaraq bərpa edilməsi barədə ərizəsinin rədd edilməsi barədə yeni qərardad çıxarılması xahiş edilmişdir. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-***/**** saylı qərardadı ilə şikаyət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)- ***/**** saylı qərardadı ilə şikayət mümkün hesab edilmiş və yazılı icraat qaydasında baxılması üçün təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)- ***/**** saylı qərardadı ilə iş üzrə şifahi icraat qaydasına keçilməsi və işə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı İddiaçı nümayəndəsi İsmayılov Orxan Mehman oğlu şikayətin dəlillərini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirmişdir ki, cavabdehə münasibətdə girov müqaviləsi yoxdur, borc müqaviləsi vardır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh şikayətə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılaraq, verdiyi apellyasiya şikayətinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirmişdir ki, uşağı xəstə olduğu üçün təcili pula ehtiyacı olmuşdur. Kredit götürmüş əvəzində 20.000 manat dəyərində qızıl-zinət əşyaları girov qoymuşdur. 2023-cü ildə bir dəfə kredit götürmüş, 2024-cü ildə girov müqaviləsi olmuşdur. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayətə təmin edilməməli, Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına təqdim edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Daşkəsən Rayon Məhkəməsinin qətnaməsi ##.##.2025-ci il tarixdə çıxarılmışdır. Qətnamənin surəti ##.##.2025-ci il tarixdə poçt vasitəsilə cavabdeh Cavabdeh göndərilmişdir. Lakin, o, qeydiyyatda olduğu ünvanda yaşamadığından qətnamə məhkəməyə geri qaytarılmışdır. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş və şikayət ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh apellyasiya şikayətinin ##.##.2026-cı il tarixdə verilməsini belə izah etmişdir ki, “ASAN” imzasını bərpa elətdirdikdən sonra qətnamədən ##.##.2026-cı il tarixdə xəbərdar olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iş materiallarından görünür ki, qətnamənin surəti ##.##.2025-ci il tarixdə poçt vasitəsilə cavabdeh Cavabdeh göndərilmişdir. Lakin, o, qeydiyyatda olduğu ünvanda yaşamadığından qətnamə məhkəməyə geri qaytarılmışdır. Lakin, cavabdeh bundan sonra qətnamənin surətinin ona verilməsi barədə məhkəməyə müraciət etməmişdir. Cavabdehin qətnamənin nə vaxt və hansı qaydada əldə etməsini təsdiq edən sübut iş üzrə mövcud deyildir. Məhkəmə kollegiyası hesab etmişdir ki, şikayətin baxılması üçün anlaşılan və praktik imkandan məhrum etməklə cavabdehin ədalət mühakiməsinə çatım hüquqlarının mahiyyətini əhəmiyyətli dərəcədə pozmuş olar və bu səbəbdən cavabdehin verilmiş apellyasiya şikayəti vermə müddətini bərpa etməklə işə baxan məhkəmə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilməlidir. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilməlidir. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə görə, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 133.3-cü maddəsinə görə, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). «K.N.Qarayevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi isə «Miraqall Eskolano və digərləri İspaniyaya qarşı» işi üzrə ## ###### 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımların və şikayətlərin verilməsi üçün riayət edilməli müddət məhdudiyyətini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. Apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikasının MPM-in 134-cü maddəsində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının MPM-in 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının MPM-in 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra Azərbaycan Respublikasının MPM-in 135.2-ci maddəsində göstərilir ki, Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Azərbaycan Respublikasının MPM-in 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh Cavabdeh yekun məhkəmə aktı qəbul edilərkən məhkəmə iclasında iştirak etməmiş, ona göndərilmiş qətnamə isə məhkəməyə geri qaytarılmışdır. “ASAN” imzasını bərpa elətdirmək barədə dəlilləri isə özündə onun elektron kabinetdən istifadə etmək imkanlarında məhrum olmasını təsdiq edir və mübahisələndirilən qətnamənin ona təqdim edilməməsini sübut edir. Mübahisələndirilən məhkəmə qətnaməsinin cavabdehə təqdim edilməsi barədə işdə heç bir sübut və dəlil yoxdur. Məhkəmə qətnaməsi haqqında ##.##.2005-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarının 6.13-cü bəndində qeyd edilmişdir ki, məhkəmə qətnaməsi MPM-nin 227-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə tərtib edilməli, işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməli və elektron kabinetdə yerləşdirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası, hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanun düzgün tətbiq edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 397-400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iş üzrə Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025- ci il tarixli e-2(030)–***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki iş Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına təqdim edilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar