Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-445/2026 18.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X2 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı müəyyən olunmuş alimentin dəyişdirilərək cavabdehdən hər ay bütün növ gəlirinin ¼ hissədə alimentin alınıb ona verilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Iddiaçı X4 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, müəyyən olunmuş alimentin dəyişdirilərək cavabdehdən hər ay bütün növ gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırilmışdır ki, Tovuz Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında ## ###### 2019-cu ildə Tovuz rayon Qeydiyyat şöbəsində *** nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra ## ###### 2021-ci il təvəllüdlü X1 onun yanında saxlanılmış və ## ###### 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay əmək haqqının hissəsində aliment tutularaq ona verilməsi qət olunmuşdur. Cavabdeh Cavabdeh əmək haqqından əlavə digər gəlirləri də var. Lakin sözügedən qətnamədə qeyd olunmadığına görə onun digər gəlirlərindən aliment tutulmur. Ona görə də, hesab edir ki, cavabdeh Cavabdeh tutulan aliment məbləğinin dəyişdirilərək ## ###### 2021-cı ildə anadan olmuş Lena adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay bütün növ gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin alinib ona verilməsinə dair qətnamə qəbul edilməlidir. Tovuz Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli (hakim Z.Hünmətov) qətnaməsi ilə iddia təmin edilərək, həmin məhkəmənin *(***)-***/**** saylı, ## #### 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş, ## ###### 2021-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin tutulma üsulunun dəyişdirilməsi; ## ###### 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq, hər ay əmək haqqının (bütün növ gəlirin) ¼ hissəsində aliment tutularaq İddiaçı ödənilməsi; Cavabdeh dövlət rüsumunun əvəzi kimi 25 (iyirmi beş) manat və mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə ağır xəstəliyini nəzərə almadan iddiaçının xeyrinə yüksək məbləğdə alimentin tutulması barədə qətnamə çıxarmışdır. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdehin əmək haqqından və digər qazancından ¼ hissədə alimentin tutulmasını istəyir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir. Iş materiallarında olan: Tovuz Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında ##.##.2019-cu ildə Tovuz rayon Qeydiyyat şöbəsində *** nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması; Nikah pozulduqdan sonra ## ###### 2021-ci il təvəllüdlü X1 iddiaçı İddiaçı yanında saxlanılması; ## ###### 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh ## ######## 2023-cü il tarixdən başlayaraq, hər ay əmək haqqının ¼ hissəsində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdırarıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə uyğun hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi Tovuz Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə ## ###### 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh ## ######## 2023-cü il tarixdən başlayaraq, hər ay əmək haqqının ¼ hissədə aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Göründüyü kimi tərəflərin birgə nikahlarından anadan olmuş ## ###### 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh ## ######## 2023-cü il tarixdən başlayaraq, hər ay əmək haqqının ¼ hissəsində aliment tutularaq İddiaçı ödənilməsinə dair artıq qanuni qüvvəyə minmiş qətnamə var. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.6. maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin arbitraj məhkəməsinin qərarının tanınmasından və ya məcburi icrasının təmin edilməsindən imtina etdiyi hallar istisna olmaqla, arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olarsa iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Nəzərə alınmalıdır ki, qanunda predmetin və əsasların eyniliyi dedikdə, onların hərfən eyni ifadə olunması deyil, məzmun və mahiyyəti etibarilə eyniliyi başa düşülür. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə aktının müstəsnalığı bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Bu cür yanaşma ilk növbədə hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla, qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Bir dəfə həll edilmiş işə təkrar baxılmasının yolverilməzliyi prinsipi onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Əks yanaşma proses iştirakçısının yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradar və bu hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldar. Məhkəmə kollegiyası yuxarıda aparılan təhlilin yekunu olaraq belə nəticəyə gəlir ki, iddiaçının hazırkı iddia tələbi məzmun və mahiyyət baxımından Tovuz Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qanuni qüvvəyə minmiş qətnaməsində göstərilən tələblə (hər ay əmək haqqının ¼ hissəsində aliment tutulmasına münasibətdə) eynidir. Başqa sözlə, hazırkı iddianın predmeti Tovuz Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)- ***/**** nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə həll edilən məsələ barədə məhkəməyə təkrar müraciətdir. Belə ki, ailə qanunvericiliyi alimentin qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin hissəsində (AM-76-cı mad.) və sabit pul məbləğində olmaqla (AM 78-ci mad.) iki qaydada tutulmasını nəzərdə tutmuşdur. Tovuz Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçının bir uşağının saxlanılması üçün cavabdehdən hər ay əmək haqqının ¼ hissəsində aliment tutulması qət edilmiş, həmin qətnamənin əsasslandırıcı hissəsində cavabdehin qazancının (gəlirinin) ¼ hissəsində alimentin tutulmalı olması qeyd edilsədə, qət etdi hissədə cavabdehin əmək haqqısından ¼ hissədə alimentin tutulması qət edilmişdir. Iddiaçı isə hazırkı tələbində cavabdehin bütün növ gəlirlərinin ¼ hissəsində alimentin tutulmasını xahiş etmişdir. Alimentin hissə ilə tutulması zamanı Ailə Məcəlləsi cavabdehin qazancından və əmək haqqından ayrı-ayrı tutmaları nəzərdə tutmadığı üçün Tovuz Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə tutulan əmək haqqının ¼ hissəsi özlüyündə onun digər gəlirlərini də etiva edir. Anlaşılmaz olduğu halda iddiaçının qətnamədə yanlışlığın (əmək haqqı, yaxud bütün gəlirlərinin) aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.5. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2.4. maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 384, 402-ci və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Hazırkı iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-7)-445/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-445/2026
18.05.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver