Məhkəmə qərarları › İş №2(3-7)-446/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-446/2026

11.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-446/2026 11.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İlyasov Babək Həsən oğluna qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh İlyasov Babək Həsən oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ## ###### 2019-cu il tarixli ****sBKX/** saylı kredit müqaviləsindən görünür ki, bank (iddiaçı) borcalana (cavabdehə) illik 29 faiz olmaq şərtilə 84 ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit) ## ###### 2026-cı il tarixinədək kredit ayırır. Kreditin ilkin limiti 500 AZN (beş yüz manat) təyin edilir. Borcalana bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. ödəniş kartının istifadə müddəti 60 aydır.

2. “xxxx” KB ASC tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İlyasov Babək Həsən oğlunun ****sBKX/** saylı kredit müqaviləsi üzrə 451,01 AZN əsas, 47,32 AZN faiz, 32,41 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 530,74 AZN borcu yaranmışdır.

3. İddiaçı tərəfindən cavabdehə göndərilmiş ## #### 2025-ci il tarixli bildirişdən görünür ki, İlyasov Babək Həsən oğluna borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 3 iş günü müddətində ödənilməsi təklif olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir.

4. Azərbaycan Respublikası Mərkəzi X3 Portalının ## ###### 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, “xxxx” KB ASC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 AZN dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir.

5. İddiaçı “xxxx” KB ASC məhkəmə kollegiyasına vəsatət ünvanlayaraq, tələb hüququnu satın almış Hüquqi varis ASC-nin işə cəlb edilməsini xahiş etmiş, “tələb hüququnun satılması haqqında” müqaviləni və ** saylı əlavənin surətini təqdim etmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh İlyasov Babək Həsən oğluna qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İlyasov Babək Həsən oğlundan İddiaçı ASC-nin xeyrinə 451,01 AZN (dörd yüz əlli bir manat-01 qəpik) əsas borc, 47,32 AZN (qırx yeddi manat- 32 qəpik) faiz borcu və 32,41 AZN (otuz iki manat-41 qəpik) cərimə olmaqla, cəmi 530,74 AZN (beş yüz otuz dörd manat-74 qəpik) məbləğində kredit borcunun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN (otuz manat) məbləğində vəsaitin və 40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” KB ASC ilə cavabdeh İlyasov Babək Həsən oğlu arasında bağlanmış ## ###### 2019-cu il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədləri üçün illik 29 faizədək olmaq şərtilə 60 ay müddətinə 500 AZN (beş yüz manat) kredit təyin edilir (limiti artırılıb). Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə ## ###### 2025-ci il tarixinə “xxxx” KB ASC-yə 451,01 AZN (dörd yüz əlli bir manat-01 qəpik) əsas, 47,32 AZN (qırx yeddi manat-32 qəpik) faiz, 32,41 AZN (otuz iki manat-41 qəpik) cərimə, 0 AZN (sıfır manat) komisyon haqqı borcu olmaqla, cəmi 530,74 AZN (beş yüz otuz dörd manat-74 qəpik) borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

8. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Həsən Qəniyev) iddianın təmin edilməsi, cavabdeh İlyasov Babək Həsən oğlundan, ## ###### 2019-cu il tarixli kredit müqaviləsi üzrə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 451,01 AZN (dörd yüz əlli bir manat-01 qəpik) əsas borc, 47,32 AZN (qırx yeddi manat-32 qəpik) faiz borcu və 32,41 AZN (otuz iki manat-41 qəpik) cərimə borcu olmaqla, cəmi 530,74 AZN (beş yüz otuz dörd manat-74 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun və 40 qəpik bank xərcinin pul əvəzi, ümumilikdə cəmi 561,14 AZN (beş yüz altmış bir manat-14 qəpik) məbləğdə pul vəsaiti tutulması qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh İlyasov Babək Həsən oğlu kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı “xxxx” KB ASC cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 331, 385.1, 442, 448 və 739-cu maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

11. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh İlyasov Babək Həsən oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ## #### 1992-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. ## #### 1993-cü il tarixinədək valideynləri ilə birgə Kəlbəcər rayonunun Çorman kəndində yaşamışdır. 1993-cü il tarixindən Bakı şəhərində yaşayır. Ailəlidir və 2 övladı var. Birinci Qarabağ müharibəsi zamanı-1993-cü il tarixində Kəlbəcər rayonunun ermənilər tərəfindən işğalı zamanı ağır travma almış, 3-cü qrup gözdən əlildir, rəsmi iş yeri yoxdur və olmamışdır. İddiaçı “xxxx” KB ASC ilə cavabdeh İlyasov Babək Həsən oğlu arasında bağlanmış ##.##.2019-cu il tarixli, *****sBKX/** nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 5 il müddətinə (##.##.2024-cü il tarixinədək) illik 29 %-lə 500.0 azn dəyərində kredit kartı verilmişdir. İddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. ##.##.2019-cu il tarixli, *****sBKX/** nömrəli kredit müqaviləsinin “yenidən tərtib olunmuş və skan edilmiş” surətinin 1-ci səhifəsinə, 2 və 6-cı səhifələrindəki imzalara baxmaq kifayət edər ki, onun məqsədli şəkildə saxtalaşdırıldığı, kredit müddətinin 84 aya qədər artırılması aydın olsun. 2-ci səhifədəki imza onun iradəsinin ifadəsi deyildir. Bank işçisinin imzaları arasında da fərqlilik vardır. Məlumat üçün bildirir ki, ##.##.2019-cu il tarixli, *****sBKX/** nömrəli kredit müqaviləsi üzrə öhdəliyini ##.##.2025-ci il tarixinə qədər icra etmişdir. Qeyd edilən kredit müqaviləsi və kredit kartı üzrə hesabı bank tərəfindən qeyri-aktiv edildiyindən bir müddət heç bir əməliyyat apara bilməmişdir. ##.##.2019cu il tarixli, *****sBKX/** nömrəli kredit müqaviləsi üzrə mübahisələrə dair iddia ərizəsinə əlavə edilmiş ##.##.2025-ci il tarixli bildiriş ünvan 1 ünvanında yerləşən sürətli poçt xidməti üzrə fəaliyyət göstərən “GARANT POST” xidməti vasitəsi ilə ****** nömrəli yol qaiməsi əsasında, ##.##.2025-ci il tarixində İlyasov Babək Həsən oğlunun yalnız qeydiyyata olduğu, 33 ildir yaşamadığı Kəlbəcər rayonunun Çorman kəndinə göndərilib və guya ona çatdırılıb. Bu sənəd saxtadır, həqiqəti əks etdirmir, saxta sənədlərə istinadən iddia tələbinin təmin edilməsi qanun pozuntusudur. Kəlbəcər Rayon Məhkəməsi tərəfindən qeyd edilən mülki işə baxılarkən maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilməklə, mülkiprosessual hüquq normalarının tələbləri pozulmuşdur.

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatı və mövqeyi

14. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

15. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

16. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

17. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

18. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

19. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.

20. Maddə 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.

21. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

22. Maddə 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.

23. Maddə 746-2.1. İstehlak krediti müqaviləsi yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilir.

24. Maddə 386.1 Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Maddə 399.4 Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

26. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

27. Maddə 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

28. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 448.1 Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

30. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

35. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

36. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, ## ###### 2019-cu il tarixli ****sBKX/** saylı kredit müqaviləsindən görünür ki, bank (iddiaçı) borcalana (cavabdehə) illik 29 faiz olmaq şərtilə 84 ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit) ## ###### 2026-cı il tarixinədək kredit ayırır. Kreditin ilkin limiti 500 AZN (beş yüz manat) təyin edilir. Borcalana bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. “xxxx” KB ASC tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İlyasov Babək Həsən oğlunun ****sBKX/** saylı kredit müqaviləsi üzrə 451,01 AZN əsas, 47,32 AZN faiz, 32,41 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 530,74 AZN borcu yaranmışdır. Cavabdeh İlyasov Babək Həsən oğlu kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. İşə baxan məhkəmə iddia tələbini təmin etməkdə haqlı olmuşdur.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Apellyasiya şikayətinin kredit müqaviləsi üzrə öhdəliklərin icra etməsi və bank qarşısında heç bir öhdəliyinin olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, maliyyə arayışından görünür ki, İlyasov Babək Həsən oğlunun ****sBKX/** saylı kredit müqaviləsi üzrə 451,01 AZN əsas, 47,32 AZN faiz, 32,41 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 530,74 AZN borcu yaranmışdır. Bank kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə yerinə yetirsə də, cavabdeh öz öhdəliyini lazımınca yerinə yetirməmişdir. Cavabdeh tələb olunan borcun ödənilməsinə dair heç bir mötəbər sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Kəlbəcər rayonunun Çorman kəndində 33 ildir yaşayış olmaması, bu səbəbdən də pretenziya məktubunun cavabdeh tərəfindən alınmaması ilə bağlı qeyd edir ki, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün cavabdehə pretenziya məktubunun göndərildiyi görünür. İş materiallarında preteziyanın təqdim edilməsi ilə bağlı poçt qəbzində borclunun pretenziya qəbzini imzaladığı da görünür. İddiaçı pretenziya məktubunu borclunun məlum olan sonuncu yaşayış yerinə və ya qeydiyyatda olduğu yer üzrə göndərməkdə haqlı olmuşdur.

44. Məhkəmə kollegiyası cavabdehin ailə vəziyyəti, maddi imkanının aşağı olması, əlil və işsiz olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh müqavilə şərtləri ilə razı olarkən mövcud riskləri də, qəbul etmişdir. Onun öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsi kreditorun hüquqlarını pozmaqla onun mənafeyinə cidd ziyan vura bilər.

45. Apellyasiya şikayətinin məhkəmənin maddi və prosessual hüquq normalarının tələbini pozması ilə bağlı dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh İlyasov Babək Həsən oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar