Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-45/2026 09.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, Iddiaçı X4 iştirakı ilə, Iddiaçı X4 cavabdeh Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 1350 bağ yonca kipinin 2025ci il in yanvar ayına orta bazar qiyməti 5.3 manat olmaqla cəmi 7155 manat təşkil edir.
2. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarından görünür ki, Cavabdeh AR IXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın iki misli həddində, yəni 3600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı X4 məhkəmədə iddia qaldıraraq, cavabdeh Cavabdeh ona vurduğu 7155 manat pulun vurulmuş maddi zərər əvəzinin alınaraq ona ödənilməsinə, həmçinin hazırkı iddia ərizəsinə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 81 manatın cavabdeh Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayonunun Böyük Göyüşlü kəndində təsərrüfat işləri ilə məşğul olur. Fərdi təsərrüfatında mal qara saxlayır. 2024-cü ilin ######ın ## yanvarın 1-nə keçən gecə ona məxsus həyətində yonca kipindən ibarət böyük bir tayada yanğın hadisəsi baş vermişdir. Hadisə baş verən zaman onlar dərhal Fövqəladə Hallar Nazirliyinin tərkibində olan yanğın söndürmə xidmətinə məlumat verib. Yanğın güclü olduğundan yonca kipindən ibarət olan ot tayasını söndürmək mümkün olmadı. Bununla bağlı Polisə məlumat verib. Baş vermiş hadisə ilə bağlı araşdırmalara başlandı. Bu hadisənin baş verməsində, həmkəndlisi olan və yaxınlıqda qonşuluqda yaşayan, Böyük Göyüşlü kənd sakini Cavabdeh bu əməli törətməsi onda şübhələr yaratdı. ##.##.2024-cü ildə onun onlarla böyük mübahisəsi düşmüşdür. Mübahisə baş verən zaman Cavabdeh işlətdiyi ifadə "mən heyifimi sizdən çıxacam” cümləsi gecə saatlarında öz yerini tutdu. O, Cavabdeh Bərdə rayon polis şöbəsinə şikayət edib. Lakin onun şikayəti nədənsə, müəyyən dolayı yollarla uzanmağa başlandı. Bu hadisə ilə bağlı X7 müraciət etsə də, Bərdə rayon polis şöbəsində baş vermiş cinayət hadisəsi bağlı qalmışdır. Azərbycan Respublikasının Daxili Işlər Naziri cənab X2 şəhərində, vətəndaşların qəbulu keçirilən zaman o, cənab Nazirin qəbuluna yazılıb. Bərdə rayon polis şöbəsində, məlumat əldə olundu ki, o bu hadisə ilə bağlı şikayət edir. Bərdə rayon polis şöbəsinin əməkdaşları dərhal onu şöbəyə dəvət edərək, cinayətkarın tapıldığını bildirdilər. O, polis əməkdaşlarına etiraz edib qəbulda olacağını bildirib. Onlar isə ona bildirdi ki, siz cənab Nazirin qəbuluna düşməyin, biz onu məhkəmə qarşısına çıxararaq, layiqli cəzalandıracayıq. ##.##.2025-ci il tarixdə Cavabdeh Bərdə rayon məhkəməsinə gətirərək, Inzibati Xətalar Məcəlləsinin 157 ve 232-1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair qərar qəbul olunmuşdur. Cavabdeh ona 7-8 min manat dəyərində zərər vurmuşdur. Cavabdeh Sadiqov Orxan məhkəmə zalında izahat verərək, öz əməlini etiraf etmişdir. Bərdə rayon polis şöbəsində verdiyi izahatdan görünür ki, həqiqətəndə ona 7-8 min manat dəyərində zərər dəymişdir. Hadisə baş verən zaman 1350 ədəd yonca kipi yandırılmışdır. Həmin ərəfələr yonca kipinin bir ədədi 5.50 manat təşkil edirdi. O, məhkəmə zamanı polisə sual verib ki, siz hardan bilirsiniz ki, Cavabdeh ona 3600 manat dəyərində ziyan vurmuşdur. Onun sualı isə cavabsız qalmışdır. Polisin ona qarşı qərəzli mövqe tutması açıqaşkar ondan görünür ki, hadisə 6 ay bundan öncə baş versə də, cənab nazirin Bərdə şəhərində vətəndaşları qəbul edərkən, baş vermiş cinayyət hadisəsinin cənab nazirin gəlməsi ərəfəsi açılırsa hər şey açıq aşkar surətdə göz önündədir. Məhkəmədən onun xahişi ondan ibarətdir ki, onun iddia ərizəsi şəffaf obyektiv araşdıraraq, ədalət məhkəməsi olaraq, haqq ədalətin həmişə öndə olduğuna hüquqi qiymət versin. Yuxarıda şərh etdiyi səbəblərdən hazırki iddia ərizəsi ilə Bərdə rayon məhkəməsinə müraciət etməyi əsaslı, həm də Azərbaycan Respublikasının qanunvericilik aktları baxımından qanuni hesab edir.
5. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 1800 manat məbləğində pul və 38 manat ödənilmiş dövlət rüsumunun tutularaq, iddiaçı X4 xeyrinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarına əlavə ediliş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 Xidməti Qarabağ regional X5 Idarəsinin ##.##.2025-ci il tarixli “yanğın haqqında akt”ndan görünür ki baş vermiş yanğın hadisəsi nəticəsində X4 ümumilikdə 32.500 ton ot bağlamasının 10 tonu yanmışdır. 10 ton ot kipini qiyməti 1800 manat təşkil edir. Eyni zamanda Bərdə rayon məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarına əsasən müəyyən olunur ki, Cavabdeh vurulmuş zərərin iki misli həcmində, yəni 3600 manat məbləğində cərimə olunmuşdur.
7. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 386, 425, 442 və 448-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
8. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı X4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ona 7-8 min manat dəyərində zərər vurmuşdur. Cavabdeh Cavabdeh məhkəmə zalında izahat verərək, öz əməlini etiraf etmişdir. Bərdə rayon polis şöbəsində verdiyi izahatdan görünür ki, həqiqətəndə ona 7-8 min manat dəyərində zərər dəymişdir. Hadisə baş verən zaman 1350 ədəd yonca kipi yandırılmışdır. Həmin ərəfələr yonca kipinin bir ədədi 5.50 manat təşkil edirdi. O, məhkəmə zamanı polisə sual verib ki, siz hardan bilirsiz ki Cavabdeh ona 3600 manat dəyərində ziyan vurmuşdur. Onun sualı isə cavabsız qalmışdır. Polisin ona qarşı qərəzli mövqe tutması açıq-aşkar ondan görünür ki, hadisə 6 ay bundan öncə baş versə də, cənab Nazirin Bərdə şəhərində vətəndaşları qəbul edərkən, baş vermiş cinayət hadisəsinin cənab Nazirin gəlməsi ərəfəsi açılırsa hər şey açıq-aşkar surətdə göz önündədir. Məhkəmədən xahişi ondan ibarətdir ki, onun iddia ərizəsi şəffaf, obyektiv araşdıraraq, ədalət məhkəməsi olaraq, haqq ədalətin həmişə öndə olduğuna hüquqi qiymət verilsin. Hakim ona qarşı qərəzli mövqe tutmuşdur. Ona görə ki, cavabdeh onun həyətində olan 1350 ədəd yonca kipini qəsdən bilərəkdən yandırmışdır. Bu hadisə 2025-ci ilin yanvarın biri gecəsi baş vermişdir. Baş vermiş etiraf etdi. Hadisə zamanı ona 7155 manat ona zərər dəymişdir. Hadisə baş verən zaman hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin tərkibində olan, Bərdə yanğın söndürmə xidməti hadisə yerinə gəlmişdir. Bu işin saxtakarlığı ondan bəllidir ki, yanvar ayında baş vermiş cinayət hadisəsi may ayında açılmışdı, cənab Nazirin gəlişi ilə bağlı Bərdə yanğınsöndürmə xidmətinin protokolu ona görə saxtalaşdırılmışdır. Məhkəmə onun bu xahişini nəzərə almamışdır. O, həmin görüntülərin məhkəmə iclasında baxılmasını xahiş etmişdir. Məhkəmənin qətnaməsi qanunsuz və ədalətsizdir. Onun hüquqları və qanunla qorunan mənafeyi pozulmuşdur. Bu baxımdan hesab edir ki, məhkəmə tərəfindən işin halları çox şəffaf şəkildə araşdırılmalıdır. Lakin məhkəmə onun sübutlarını nəzərə almamışdır. Sadalanan xüsusatlardan və istinad olunan hüquq normalarından göründüyü kimi, hazırki iş üzrə birinci instansiya məhkəmisinin qəbul etdiyi qətnamə maddi və prosseual hüquq normalarının pozulması, düzgün tətbiq və təsvir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir.
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Iddiaçı X4 apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, 2025-ci ilin yanvar ayının ilk günü otları qonşu tərəfindən qəsdən yandırılmışdır. Polis əməkdaşlarını çağırmışdır. 5 ay sonra o, nazirin qəbulunda olduqdan sonra işinə baxılmış və günahkar olan Orxan cəzalandırılmışdır. Ona dəymiş ziyanın qarşısında 1800 manat pul təklif edilmişdir. FHN yanğınsöndürənləri və nümayəndələri hadisə yerində olmuşlar. FHN nümayəndəsi 32 ton yazmışdır, lakin 20 tonun mühafizə olunduğunu demişdir. Halbuki, ona məxsus yonca kipləri tamamilə yanmışdır.
12. Iş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəyi təqdirdə işə onun iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək ücün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Maddə 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir(hərəkət və ya hərəkətsizlikdir).
16. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. Maddə 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin,habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
18. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən qismən, iddia tələbinin təmin edilməmiş hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işdə iştirak edən şəxsi dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər qonşu olmaqla, Bərdə rayonunun Böyük Göyüşlü kəndində təsərrüfat işləri ilə məşğul olurlar. 2024-cü ilin ######ın ## yanvarın 1-nə keçən gecə iddiaçıya məxsus həyətində yonca kipindən ibarət böyük bir tayada yanğın hadisəsi baş vermişdir. Hadisə baş verən zaman Fövqəladə Hallar Nazirliyinin tərkibində olan yanğınsöndürmə xidmətinə məlumat verilmişdir. Bununla bağlı Polisə məlumat verilmiş və baş vermiş hadisə ilə bağlı araşdırmalara başlanılmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 Xidməti Qarabağ regional X5 Idarəsinin ##.##.2025-ci il tarixli “yanğın haqqında akt”ndan görünür ki baş vermiş yanğın hadisəsi nəticəsində X4 ümumilikdə 32.500 ton ot bağlamasının 10 tonu yanmışdır. 10 ton ot kipini qiyməti 1800 manat təşkil edir. Eyni zamanda Bərdə rayon məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarına əsasən müəyyən olunur ki, Cavabdeh vurulmuş zərərin iki misli həcmində, yəni 3600 manat məbləğində cərimə olunmuşdur.
30. Mülki qanunvericiliyin müddəalarına görə mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
31. Kollegiya qeyd edir ki, iddiaçıya dəymiş zərərin mövcud olması, mülki hüquq pozuntusunun cavabdeh Cavabdeh qanunsuz hərəkətləri nəticəsində əmələ gəlməsi və Cavabdeh təqsirli olması iş materialları və təqdim edilmiş sübutlar ilə təsdiqini tapmışdır. Dəymiş zərərin miqdarı iddiaçı tərəfindən təqdim edilmiş “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli mütəxəssis rəyi ilə 1350 bağ yonca kipinin 2025-ci il in yanvar ayına orta bazar qiyməti 5.3 manat olmaqla, cəmi 7155 manat olması müəyyən edilmişdir. Lakin aparılmış tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası FHN-nin X5 Xidməti Qarabağ regional X5 Idarəsinin ##.##.2025-ci il tarixli ”Yanğın haqqında akt”dan görünür ki, baş vermiş yanğın hadisəsi nəticəsində iddiaçı X4 ümumilikdə 32.500 ton ot bağlamasının 10 tonu yanmış, 22.500 ton isə mühafizə olunmuşdur ki, 10 ton ot bağlaması orta çəki hesabı ilə bir ədədi təxminən 25 kq-dan 400 ədəd ot bağlaması 4.50 manat hesabı ilə 1800 manat təşkil edir.
32. Kollegiya həmçinin qeyd edir ki, Bərdə rayon X6 Bölməsinin əldə etdiyi Bərdə Ticarət Mərkəzi MMC-dən daxil olmuş ##.##.2025-ci il tarixli ** nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, ##.##.2025-ci il tarixdə 1 ədəd yonca presinin orta bazar dəyəri 4.50 manat olmuşdur. Bu qiymətin X5 Idarəsinin yanğın haqqında aktda göstərdiyi qiymətlə eynilik təşkil etməsi, onun iddiaçı tərəfindən təqdim edilmiş mütəxəssis rəyindən daha mötəbər sübut kimi qəbul edilməsinə əsas verir.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı 1350 ədəd yonca kipini cavabdeh tərəfindən yandırılmasını, bu hadisə zamanı ona 7155 manat ona zərər dəyməsini bildirsə də, bu hal aparılmış istintaq dövründə də öz təsdiqini tapmamış, hazırki mülki iş üzrə isə iddiaçı bununla bağlı sübutlarını kollegiyaya təqdim edə bilməmiş, ona məxsus 1350 ədəd yonca kipinin yanması barədə dəlillərini sübuta yetirə bilməmişdir.
34. Halbuki, Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarından görünür ki, Cavabdeh AR IXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın iki misli həddində, yəni 3600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Mülki prosessual qanunvericiliyə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 77.1, 88, 217.4-cü maddələri). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.