Məhkəmə qərarları › İş №2(3-7)-466/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-466/2026

03.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-466/2026 03.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, İddiaçı İddiaçı nümayəndəsi (oğlu) nümayəndə2 və cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsi (vəkil) nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi (vəkil) vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin *** nömrəli reyestr kitabının ** nömrəli vərəqindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,06 hektar torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ ##.##.2021-ci il tarixdə daşınmaz əmlakın reyestrində 1521007791 nömrəsi ilə qeydə alınmışdır.

2. İşdə olan ##.##.2020-ci il tarixli ******* nömrəli; ##.##.2020-ci il tarixli ******* nömrəli; ##.##.2020-ci il tarixli ******* nömrəli; ##.##.2020-ci il tarixli ******* nömrəli; ##.##.2020-ci il tarixli ******* nömrəli; ##.##.2020-ci il tarixli ******* nömrəli; ##.##.2020-ci il tarixli ******* nömrəli; ##.##.2020-ci il tarixli ******* nömrəli; ##.##.2020-ci il tarixli ******* nömrəli; ##.##.2020-ci il tarixli ******* nömrəli; ##.##.2020-ci il tarixli ******* nömrəli; ##.##.2020-ci il tarixli ******* nömrəli; ##.##.2020-ci il tarixli ******* nömrəli; ##.##.2020-ci il tarixli ******* nömrəli və ##.##.2020-ci il tarixli ******* nömrəli qaimə fakturaların surətindən görünür ki, «M300» ağır beton növü məhsullarının alqı-satqısına dair ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək qaimə fakturalar tərtib edilmişdir.

3. Məhkəmə tikinti-texniki ekspertizasının ##.##.2025-ci il tarixli **/**** nömrəli rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,06 hektar torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin inşa olunmasına dair müvafiq icra hakimiyyəti orqanlarından icazə sənədləri olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»nın 4.1 və 4.2-ci bəndlərində uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilmişdir. ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin birinci və ikinci mərtəbə arası beton arakəsmənin bir hissəsinin çökmüş və bəzi hissələrdə beton materialının ovulub töküldüyü müəyyən edilmişdir. ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin birinci və ikinci mərtəbə arası beton arakəsmənin bir hissəsinin çökdüyü və bəzi hissələrdə beton materialının ovulub töküldüyünü nəzərə alaraq, fərdi yaşayış evinin tikintisində istifadə olunmuş beton materialının keyfiyyətsiz olduğu müəyyən edilmişdir. ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində tikinti işlərinin aparıldığı zaman yaşayış evinin zirzəmi mərtəbəsinin daxilində əlavə dayaq konstruksiyaların (əlavə möhkəmləndirmə işləri aparılmışdır) quraşdırıldığı müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh1 qarşı 35.472 manat 90 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsində fərdi yaşayış evi tikdirmək üçün ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək cavabdeh cavabdeh2 MMC-dən 115 m3 «M300» markalı beton alaraq tikintidə istifadə etmişdir. Həmin evin betonu töküldükdən 6 ay sonra zirzəminin rigerlərində və evin dam örtüyündə çatlar əmələ gəlmişdir. Bu barədə onun tərəfindən cavabdeh2 MMC-nin direktoru cavabdeh1 məlumat verilmiş və fərdi yaşayış evinə cavabdeh1 iştirakı ilə baxış keçirilmişdir. Baş vermiş həmin qüsurun aradan qaldırılması üçün əlavə dayaq konstruksiyalar qurulmuş və ##.##.2021-ci il tarixdə cavabdeh2 MMC-dən 27 m3 «M300» markalı beton ödənişsiz alınaraq, istifadə olunmuşdur. Həmin vaxtdan təxminən 9-10 ay müddət keçdikdən sonra ilk mərhələdə istifadə olunmuş betonun keyfiyyətsizliyi səbəbindən ovularaq tökülməsi müşahidə olunmuşdur. O, məcburiyyət qarşısında qalaraq, yük daşıyıcı dirəyin tamamilə çökməməsi üçün fərdi yaşayış evinə əlavə yük daşıyıcı konstruksiyalar birləşdirmiş və bu barədə öncədən cavabdeh2 MMC-nin rəhbəri cavabdeh1 məlumat vermişdir. cavabdeh2 MMC-nin rəhbərliyi əlavə konstruksiyaların lazım olan betonu ödənişsiz verməyə dair öhdəlik götürmüşdür. Onun tərəfindən tikintidə aparılmış əlavə bərkitmə konstruksiyalara 35.142 manat 90 qəpik məbləğində vəsait xərclənmişdir. Bərkitmə konstruksiyaların beton tökmə mərhələsi çatdıqda cavabdeh2 MMC-nin rəhbərliyi cavabdeh1 müxtəlif bəhanələr gətirərək beton verilməsini gecikdirmişdir. Lakin o, iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən təxminən 1 ay əvvəl cavabdeh2 MMC-nin rəhbəri cavabdeh1 maddi imkanı olmadığı üçün beton verilməsindən imtina etmişdir. Bununla da cavabdeh2 MMC-nin istehlakçıya keyfiyyətsiz beton satması səbəbindən ona maddi zərər dəymişdir.

6. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev) iddianın təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5385.1, 386.1, 567, 581 və 587.1.3-cü maddələrinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1 və 216-220-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı İddiaçı nümayəndəsi (vəkil) vəkil2 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iş üzrə məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyinə görə cavabdehlər tərəfindən iddiaçıya satılmış beton keyfiyyətsiz olmuşdur. Həmçinin, cavabdehin nümayəndəsi tərəfindən tikintiyə baxış keçirilmiş, betonun keyfiyyətsiz olması qəbul edilərək, əlavə ödənişsiz olaraq beton veriləcəyi barədə öhdəlik götürülmüşdür. Hətta 2 avtomaşın beton ödənişsiz olaraq iddiaçıya verilmişdir. Lakin, iddiaçı tərəfindən tikintidə məcburi dayaq-möhkəmləndirmə işləri aparıldıqdan sonra cavabdehlər beton verilməsi barədə öhdəliyini müxtəlif bəhanələrlə yerinə yetirməmişdir. İddiaçının məhkəməyə müraciət etməsindən təxminən 1 ay əvvəl cavabdehlər ödənişsiz beton verilməsindən imtina etmişlər. Göründüyü kimi iddiaçıya onun hüquqlarının pozulması və cavabdehin öz üzərinə götürdüyü öhdəliyini yerinə yetirməməsi məhkəməyə müraciət etməsindən 1 ay əvvəl məlum olmuşdur. Məhkəmə tərəfindən isə bu müddət malın qüsurlu olmasının aşkar olunduğu vaxtdan hesab edilərək, səhv nəticəyə gəlinmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi (oğlu) nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsində fərdi yaşayış evi tikdirmək üçün ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək cavabdeh cavabdeh2 MMC-dən 115 m3 «M300» markalı beton alaraq tikintidə istifadə etmişik. Həmin evin betonu töküldükdən 6 ay sonra zirzəminin rigerlərində və evin dam örtüyündə çatlar əmələ gəlmişdir. Bu barədə cavabdeh2 MMC-nin direktoruna məlumat verilmiş və fərdi yaşayış evinə cavabdeh1 iştirakı ilə baxış keçirilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyinə görə cavabdeh tərəfindən satılmış beton keyfiyyətsiz olmuşdur. Həmçinin, cavabdehin nümayəndəsi tərəfindən tikintiyə baxış keçirilmiş, betonun keyfiyyətsiz olması qəbul edilərək, əlavə ödənişsiz olaraq beton veriləcəyi barədə öhdəlik götürülmüşdür. Bu səbəbdən 3 avtomaşın beton ödənişsiz olaraq onlara verilmişdir. Lakin, tərəflərindən tikintidə aparılan məcburi dayaq-möhkəmləndirmə işlərindən sonra cavabdeh yenidən ödənişsiz beton verilməsi barədə öhdəliyini yerinə yetirməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin ediləməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsi (vəkil) nümayəndə1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, cavabdeh cavabdeh2 MMC və İddiaçı arasındakı mübahisə həmin şəxslər arasındakı alqı-satqı müqaviləsinin predmeti olan beton məhsulunun qüsurlu olması ilə əlaqədardır. cavabdeh2 MMC tərəfindən Ruxsarə Atayavaya satılmış beton məhsulu qüsurlu olmamış və mövcud standartlara cavab vermişdir. Tikintidə istifadə olunmuş beton məhsulunun yararalı olub-olmadığını, habelə ümumi tikilidəki qüsurların məhz istifadə edilmiş betonla əlaqələndirilməsi yalnız betonun laboratiya şəraitində öyrənilməsindən sonra mümkündür və məhz laboratoriya nəticələrinə uyğun müvafiq nəticəyə gəlmək mümkündür. Hazırki halda belə bir laboratoriya nəticəsi olmadan tikinti-texniki eksperti tərəfindən vizual müşahidə aparılmaqla, tikintidəki qüsurların beton məmulatı ilə əlaqədar olmasına dair rəy verilmişdir. Həmçinin, iddiaçı qeyd olunan qüsurların beton məmulatı ilə əlaqədar olmasını təsdiq edən başqa sübutlar təqdim edə bilmir. Qeyd olunanlardan göründüyü kimi iddiaçı İddiaçı öz iddia tələbinin əsaslılığını sübuta yetirə bilmir. İddiaçı öz iddia tələbinin əsaslılığını sübuta yetirsə belə, əşyanın qüsuları ilə bağlı qanunla müəyyənləşdirilmiş 2 il iddia müddətini ötürmüşdür. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

16. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

17. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

21. Maddə 587.1.3. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, əşyanı qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin.

«B.Mürsəlovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin Plenumunun 2020-ci il ## #### tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.

«Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin Plenumunun ##.##.2024-cü il tarixli Qərarında göstərilmişdir ki, kəsici müddət isə mülki hüququn həyata keçirilməsi üçün müəyyən edilmiş zaman kəsiyi olmaqla, hüququn pozulub-pozulmamasından asılı olmayaraq bu müddətin bitməsi hüquqa xitam verilməsi ilə nəticələnir.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli * saylı Qərarı

22. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

23. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

24. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 76.1. Sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

31. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

32. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

38. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

40. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Beləliklə, işin halları ondan ibarətdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər olmuş, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək cavabdeh cavabdeh2 MMC tərəfindən İddiaçı qüsurlu beton məhsulu satılmış, həmin qüsurun aradan qaldırılması üçün ##.##.2021-ci il tarixdə iddiaçıya əlavə ödənişsiz beton məhsulu verilmişdir. Lakin, İddiaçı satılmış həmin beton məhsulunun qüsurlarının aradan qaldırılması üçün 35.472 manat 90 qəpik məbləğində vəsait sərf etmiş, cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh1 qarşı 35.472 manat 90 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbini müddətin ötürülməsi əsası ilə təmin etməmişdir.

43. Kollegiya qeyd edir ki, iddia müddəti mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair ## #### 2013-cü il tarixli qərarında da göstərmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. ... Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.

45. Qanunvericiliyin normalarının tələbindən göründüyü kimi alqı-satqı müqaviləsi üzrə satılmış malda zamənat müddətləri (qarantiya və yararlılıq müddətləri) qanunla və tərəflər arasındakı razılaşdırılmış müddətlərlə məhdudlaşdırılır. Həmin müddətin qarantiya və ya yararlılıq müddəti kimi təsbit edilib-edilməməsindən asılı olmayaraq, istər qanunla, istərsə də tərəflər arasındakı razılaşma ilə müəyyən olunmuş müddət ərzində satılmış malda qüsur aşkar edildiyi halda qüsurun aşkar edildiyi andan, belə müddətlər qanunla və ya tərəflər arasındakı razılaşma ilə müəyyən olunmadığı halda isə Mülki Məcəllənin 589.2-ci maddəsinin tələbi baxımından əşyanın alıcıya verildiyi gündən alıcı satıcıya qarşı iki il ərzində tələb irəli sürmək hüququna malikdir və həmin müddət kəsici müddətdir.

46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı İddiaçı cavabdeh tərəfindən təqdim edilmiş malın qüsurlu olmasından ## #### 2021-ci il tarixdə xəbərdar olsa da, ## ### 2025-ci il tarixdə yəni, dörd ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçının ## #### 2023-cü il tarixində hazırki tələbdən irəli hüquqları aradan qalxmışdır.

47. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

50. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” ## ###### 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

51. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər olmuş, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək cavabdeh cavabdeh2 MMC tərəfindən İddiaçı qüsurlu beton məhsulu satılmış, həmin qüsurun aradan qaldırılması üçün ##.##.2021-ci il tarixdə iddiaçıya əlavə ödənişsiz beton məhsulu verilmişdir. Lakin, İddiaçı satılmış həmin beton məhsulunun qüsurlarının aradan qaldırılması üçün 35.472 manat 90 qəpik məbləğində vəsait sərf etməsini bildirmiş, cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh1 qarşı 35.472 manat 90 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbini müddətin ötürülməsi əsası ilə təmin etməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. İşə apellyasiya instansiyasında baxılarkən müəyyən edilmişdir ki, iddiaçı İddiaçı cavabdeh tərəfindən təqdim edilmiş malın qüsurlu olmasından ## #### 2021-ci il tarixdə xəbərdar olsa da, ## ### 2025-ci il tarixdə yəni, dörd ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçının ## #### 2023-cü il tarixində hazırki tələbdən irəli hüquqları aradan qalxmışdır. Məhkəmə kollegiyası bu istiqamətdə araşdırma apararkən müəyyən etmişdir ki, qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi alqı-satqı müqaviləsi üzrə satılmış malda zəmanət müddətləri (qarantiya və yararlılıq müddətləri) qanunla və tərəflər arasındakı razılaşdırılmış müddətlərlə məhdudlaşdırılır. Həmin müddətin qarantiya və ya yararlılıq müddəti kimi təsbit edilib-edilməməsindən asılı olmayaraq, istər qanunla, istərsə də tərəflər arasındakı razılaşma ilə müəyyən olunmuş müddət ərzində satılmış malda qüsur aşkar edildiyi halda qüsurun aşkar edildiyi andan, belə müddətlər qanunla və ya tərəflər arasındakı razılaşma ilə müəyyən olunmadığı halda isə Mülki Məcəllənin 589.2-ci maddəsinin tələbi baxımından əşyanın alıcıya verildiyi gündən alıcı satıcıya qarşı iki il ərzində tələb irəli sürmək hüququna malikdir və həmin müddət kəsici müddətdir. Yəni kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Həmçinin kəsici müddətin bitməsi hüququn aradan qalxması, yaxud həmin hüquqa xitam verilməsi ilə nəticələnir. Hazırki halda istər iddia ərizəsi, istərsə də iddiaçının nümayəndəsinin məhkəmələrdə verdikləri izahatlarla iddiaçı İddiaçı malın qüsurlu olmasından ən gec halda ##.##.2021-ci il tarixdə xəbərdar olduğu, dörd ilə yaxın müddətdə ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi müəyyən edilmişdir. Halbuki, iddiaçı İddiaçı hazırki iddia tələbindən irəli gələn hüquqları ##.##.2023-cü il tarixdə aradan qalxmış və bununla da iddiaçının qeyd olunan tələbə subyektiv hüququnu itirmişdir. Hazırkı mübahisə üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbə dair təqdim olunmuş sübutlar məhkəmə kollegiyası tərəfindən təhlil edilərkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur.

52. Beləliklə, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər formal xarakter daşımaqla hazırkı işin hallarına münasibətdə əsassızdır.

54. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı İddiaçı nümayəndəsi (vəkil) vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar