Məhkəmə qərarları › İş №2(3-7)-470/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-470/2026

10.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-470/2026 10.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X1 ibarət tərkibdə, Məmmədov Miri Fazil oğlunun katibliyi, Cavadeh Cavabdeh iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ## ###### 2010-cu il qeydiyyat tarixli ******* nömrəli çıxarışdan görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh mülkiyyətindədir.

a)Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Tapdıq oğlundan 24000 manat, eləcə də ödədiyi 162 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə yaxın qohumdur və 2017-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində cavabdeh ondan 9000 ABŞ dolları borc alıb. Həmin pulun 1800 ABŞ dollarını qaytarmış 7.200 ABŞ dolları qaytarmamışdır. Cavabdeh borcunu qaytara bilmədiyi üçün Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən özünə məxsus 0.12 ha həyətyanı torpaq sahəsini təklif etmiş və o da qəbul etmişdir. ## #### 2017-ci il tarixdə ona torpağa dair çıxarışın əslini və qardaşı Nümayəndə adına 60 illik ümumi etibarnamə vermişdir. Qohum olduqlarına və cavabdehə inandığı üçün torpağı öz adına sənədləşdirməyə tələsməmişdir. 2025-ci ildə torpağı sənədləşdirmək istəyəndə onalra məlum olmuşdur ki, cavabdeh Cavabdeh qardaşının adına verdiyi etibarnaməni ləğv elətdirib. Cavabdehdən dəfələrlə 0.12 ha həyatyanı torpaq sahəsinin hazırkı qimyəti ilə 24000 manat tələb etsə də cavabdeh həmin pulu ona verməkdən imtina etmişdir. Ona görə də hazırkı iddia məhkəməyə müraciət etməli olmuşdur.

4. Şəmkir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim S.Yusifli) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiasının təmin edilməməsi və iş üzrə iddiaçı tərəfindən ödənilmiş 162 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir.

5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 739.1, 740-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 357, 361-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

6. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, pulu cavabdeh ondan alımış və torpaq üçün etibarnaməni və torpağın sənədlərinin əslinidə cavabdeh ona verib halallaşmışlar. Cavabdehin ona etibarnamə və sənədlərin əslini verməsi ona olan borcunun göstəricisidir.

8. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı İddiaçı ## #### 2026-cı ildə ölmüşdür. Ona görə də oğlu Hüquqi varis prosessual hüquq varisi kimi işə cəlb edilmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

10. Məhkəmə iclasında iştirak edən cavadeh Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, qardaşı Firdovsi Abbasovun iddiaçıya borcu olub. Torpaq sahəsini isə dostu Ayazla birlikdə şərikli almışlar. Qardaşı İddiaçı olan borcunu əvəzində torpağı iddiaçıya verməyi ondan xahiş etmiş, şəriki Ayazın pulunuda ödəyəcəyini demişdir. Ona görədə iddiaçının qardaşı Elmarın adına 60 il müddətə etibarnamə vermişdir. Özü şəxsən iddiaçıdan borc almamışdır. Bir müdət sonra şəriki Ayaz zəng edərək payına düşən torpağn pulunu Firdovsi ödəməkdən imtina ediyini bildirmiş, ona görə də həmin etibarnaməni ləğv etdirmişdir. Cavadeh Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

11. Iş üzrə iddiaçı İddiaçı prosessual hüquq varisi Hüquqi varis məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

15. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.(## ###### 2023-cü il tarixədək olan redaksiya)

16. Maddə 740. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (## ###### 2023-cü il tarixədək olan redaksiya)

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 124.1. Işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

24. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

28. Işin müəyyən olunmuş faktiki hallarından müəyyən olunur ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh 2021-ci ildə qaytarmaq şərtilə 9000 ABŞ dolları verməsini, sonuncunun həmin məbləğdən 1800 ABŞ dollar qaytardığını, 7200 ABŞ dolların əvəzində isə mülkiyyətində olan, Gədəbəy rayonu Slavyanka kəndində yerləşən 0,12 ha torpaq sahəsi verməsini və buna dair qardaşı Elmarın adına 60 il müddətə etibarnamə verdiyini, 2025-ci ildə torpağı adına keçirmək istədikdə isə cavabdehin həmin etibarnamənin ləğv etdirdiyini bilmişdir. Ona görədə hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etməmişdir. Yuxarıda da qeyd olunduğu kimi qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

29. Məhkəmə kollegiyasıda hesab edir ki, iddianı təmin etməkdə birinci instansiya məhkəməsi mahiyyət etibarıyla düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

30. Belə ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh 2017-ci ildə Moskva şəhərində 9000 ABŞ dolları verməsini iddia etsədə, lakin sonuncu buna dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh Cavabdeh da öz növbəsində bildirir ki, iddiaçıdan 9000 ABŞ dollar borc almamış, iddiaçı İddiaçıla qardaşı Firdovsi Abbasov arasında pul haq-hesabı olmuş, qardaşı Firdovsinin deməsinə görə də Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair iddiaçının qardaşı Elmirin adına 60 il müddətə etibarnamə vermiş, şəriki Ayazın payına düşən hissəni qardaşı Firdovsi ödəmədiyindən etibarnaməni ləğv etdirmişdir.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

33. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

34. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

35. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. Işə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanunhüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

36. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

37. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, yuxarıda da qeyd olunduğu kimi iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi sənədlər sübut baxımından iddianın əsaslı olması anlamını vermir. Belə olan təqdirdə isə iddiaçının cavabdehin mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin hazırkı bazar qiymətinə uyğun olaraq torpağın dəyərini, yəni 24000 manat tələb etməsinə heç bir hüquqi əsas yaranmır və birinci instansiya məhkəməsidə mahiyyət etibarıyla iddianı düzgün olaraq təmin etməmişdir.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar