Məhkəmə qərarları › İş №2(3-7)-473/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-473/2026

23.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-473/2026 23.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X5 (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Ağdam Hərbi Prokurorluğunun cinayət işinin başlamasının rədd edilməsi barədə ## ###### 2024-cü il tarixli qərarının surətindən görünür ki, araşdırma zamanı Cavabdeh Hüseyn oğlu izahat verərək, “...İddiaçı ona görüşlərinin səhəri gün Bakı şəhərində 8 km bazarının yaxınlığında ona 2000 manat pul vermişdir.....İddiaçı isə ona avtomobilin təmiri üçün vermiş olduğu 2000 manat pulu istədikdə, o, İddiaçı həmin avtomobilin dəyərinin 18000 manat deyil 13000 manat civarında olduğunu, ona yalandan səhv məlumat verdiyini, 200 manat pulu da məhz həmin avtomobilin təmirinə xərclədiyini bildirərək 2000 manat pulu verməmişdir.”

2. Ağdam Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh ondan aldığı 5200 manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 70 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələblərinin təmin edilməsi, cavabdeh Cavabdeh - 5200 /beş min iki yüz/ manat pulun və dövlət rüsumu kimi ödənilmiş 70 /yetmiş manat/ manatın tutularaq iddiaçı İddiaçı xeyrinə verilməsi qət edilmişdir.

3. Ağdam Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçılardan İddiaçı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh ondan aldığı 18.000 manat məbləğində pulun və məhkəmə xərci olaraq ödənilmiş 144 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Ağdam Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən, cavabdehlərdən Cavabdeh münasibətdə təmin edilməsi, cavabdeh Cavabdeh - 18.000 /on səkkiz min/ manat pul və dövlət rüsumu kimi ödənilmiş 144 /bir yüz qırx dörd / manat pul tutularaq birgə iddiaçılar İddiaçı və X3 xeyrinə verilməsi, tələbin qalan hissəsi təmin edilməməsi qət edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat

4. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh 2000 (iki min) manat əsas borc məbləğinin, gecikdirilmiş müddətə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439-cu maddəsinə əsasən hesablanacaq dəbbə pulunun (faizlərin) alınaraq ona verilməsi, məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi 2023-cü ilin mart ayından tanıyır, bu tanışlıq sonradan yoldaşlıq səviyyəsinə çatmışdır. Cavabdeh təxminən aprel ayının axırlarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsinin Çağırış bölmə rəisinin övladının xəstəliyinə görə hərbi xidmətdən saxlamaq məqsədi ilə 6000 (altı min) manat pul istədiyini və həmin məbləğdən 4000 (dörd min) manat verdiyini, 2000 (iki min) manat çatmadığını bildirmişdir. Bu məqsədlə cavabdeh iddiaçıdan 2000 (iki min) manat borc istəmiş və may ayının sonlarında qaytaracağını demişdir. Iddiaçı cavabdehə 2000 (iki min) manat vermiş, lakin avabdeh borc məbləğini razılaşdırılmış müddətdə qaytarmamış, indiyədək öhdəliyini icra etməmişdir. Ağdam Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə 18000 (on səkkiz min) manat ödənilməsi qərara alınmışdır. Ağdam Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə 5200 (beş min iki yüz) manat tutulması qət edilmişdir. Iş materiallarında olan razılaşma və podrat müqavilələri və şahid ifadələrindən də göründüyü kimi, cavabdeh iddiaçını müxtəlif bəhanələrlə aldatmışdır.

6. Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Mahir Niftəliyev) iddianın təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin əsassız varlanması, iddiaçıya zərər vurması, pul ödəməsi barədə üzərinə hər hansı bir öhdəlik götürməsi məhkəmə baxışında müəyyən olunmamışdır. Cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri mövcud olmamışdır. Iddiaçı cavabdehə 2023-cü ildə 2000 manat pul verdyini bildirmişdir. Işə baxılarkən məlum olmuşdur ki, Ağdam Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli 2(013)- ****/**** saylı və ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qətnamələri ilə İddiaçı tələbləri təmin edilərək Cavabdeh müvafiq olaraq 5200 manat və ödənilmiş dövlət rüsumu əvəzində 70 manat alınaraq İddiaçı, həmçinin 18000 manat və ödənilmiş dövlət rüsumu əvəzində 144 manat alınaraq İddiaçı və X3 verilməsi qət edilmişdir. Həmin işlərə baxılarkən İddiaçı Cavabdeh ona əlavə olaraq 2000 manat borcunun olması barədə hər hansı bir fikir bildirməmişdir. Bundan başqa iş materiallarında olan Ağdam Hərbi Prokurorrluğunun ***C-** saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2024-cü il tarixli qərarından məlum olmuşdur ki, İddiaçı Cavabdeh 2000 manat pulunu geri ala bilməməsi ilə bağlı şikayət etmişdir. Həmin vaxt izahat verən Cavabdeh R.İ.Əmədovdan aldığı avtomobilin nasazlığı ilə bağlı işlərin görülməsi ilə əlaqədər sonuncudan 2000 manat aldığını və cəmi 7300 manat təmirə xərc çəkdiyini bildirmişdir. Cavabdeh İddiaçı 2000 manat borc aldığını etiraf etməmişdir. Göründüyü kimi iddiaçı cavabdehə 2000 manat borc verdiyini bildirsə də, bu halı məhkəmədə sübut edə bilməmişdir. Məhz həmin səbəblərdən məhkəmə belə hesab edir ki, iddia təmin oluna bilməz.

8. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 739.1, 739.2-ci bəndlərinə istinad etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin tamamilə ləğv edib, tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh 2023-cü ildə başqa şəxsə məxsus torpaq sahəsini ona satmaq və ev tikmək adı ilə ondan 1800 manat pul alaraq onu aldatmışdır. Belə ki, bibisi nəvəsi X2 ona bildirdi ki, Bakı şəhərində Orxan adlı bir dostu var, Orxanın tanıdığı Ilqar adlı şəxs Abşeron rayonu Hökməli qəsəbəsi-At yalı deyilən ərazidə 3 sot torpaq sahəsi və mişar daşından yarımtikili ev var, satır. ##.##.2023-cü itarixdə Orxanla birlikdə həmin əraziyə baxmağa getmiş, həyətyanı sahəyə baxmışlar. Şərtilərinə əsasən ##.##.2023-cü il torpaq tarixdə Bakı şəhəri Nəsimi rayonu restoranda Ilqarla görüşmüşdür. Ilqar 15 ildir ki, sahəsinin bələdiyyə sənədlərinin olduğunu, yarımtikili evini 18000 manata satdığını bildirmişdir. O isə nəğd pulunun olmadığını, BMV X5 maşınını pulla qiymətləndirib verə biləcəyini bildirmiş və razılaşmışlar. Ilqar özünü podratçı şirkətin müdiri kimi təqdim etmiş və bildirmişdir ki, ev də tikə bilər. ##.##.2023-cü il tarixdə notariat ofisinə getmələri barədə razılaşmışlar, həmin gün o, notariat ofisinə getmiş, Ilqara zəng etmiş, Ilqar isə ona təcili Ağdama getməli olduğunu, Orxana etibarnamə verdiyini, onunla müqavilə bağlayacağını bildirmişdir. Şəxsiyyət vəsiqəsi yararsız olduğundan, dostum, müharibə veteranı X4 zəng edib çağırmış və podrat müqaviləsinə Namiq və Ilqarın yerinə Orxan imza etmişdir. Podratçının hesabına 1000 manat pul köçürmüş, sonra 17000 manatın iki günə köçürülməsi öhdəliyi götürülmüşdür. ##.##.2023-cü ildə Ilqar Imişli rayonuna gəlmiş və ona 17000 manat pul ödəmişdir. Ilqar podrat müqaviləsinin arxasına əlyazması ilə “evin tikilməsilə əlaqədar 18000 manat mənə tam ödənildi” sözlərini yazıb imza etmişdir. Lakin Ilqarın ona göstərdiyi torpaq sahəsinin başqa sahibi çıxdı. Ilqar da verdiyi pulu qaytarmaqdan yayınırdı. Tələbinə əsasən Ilqar avtomobilini geri qaytardı, lakin 18000 manat pulumu qaytarmayacağını bildirdi. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh əvvəllər dələduzluğa görə məhkum olunub. O bu barədə Imişli rayon polis şöbəsinə ərizə vermiş, araşdırma aparılaraq ## ###### 2023-cü il tarixli qərarla cinayət işi başlanması rədd edilərək ona bu mübahisə ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Qətnamədə göstərilir ki, cavabdehlə aralarında olan pul mübahisələrinə əvvəllər məhkəmədə baxılarkən iddiaçı 2000 manat borcun olması barədə fikir irəli sürməmişdir. Cavabdeh 2000 manat borcu ona qaytaracağına söz verdiyinə görə o, həmin məbləği deməmişdir. Sonradan cavabdeh 2000 manat pulu verməkdən boyun qaçırdığına görə o, yeni iddia qaldırmışdır. Bundan əlavə, cavabdeh Ağdan Hərbi Prokurorluğunun ##.##.2024-cü i tarixli qərarında ondan 2000 manat əlavə pul aldığını etiraf etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

11. Cavabdeh Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq etirazını onunla əsaslandırmışdır ki, İddiaçı verdiyi iddia ərizələrində hər iki dəfə pulu 2023-cü ilin aprel ayında verdiyini göstərmişdir. Lakin, həmin işlərə baxılarkən və verdiyi iddia ərizələrində, habelə ondan müxtəlif instansiyalara yazdığı şikayət ərizəsində oğlunun hərbi xidmətdən saxlanılması üçün ondan 2000 manat aldığı barədə bir kəlmə də, göstərməmişdir. Çünki, onun ondan bu əsasa görə pul alması olmamışdır. X1 ##.##.2000-ci ildə anadan olmuş, ##.##.2016-cı ildə şərbi komissiyadan keçmiş və hərbi xidmətə yararlı hesab edilmişdir. İddiaçı bildirir ki, 2023-cü ildə o, oğlunun xəstəliyi ilə əlaqədar onu hərbi xidmətdən saxlamaq üçün ondan 2000 manat pul istəmişdir. Artıq 2016-cı ildə xidmətə yaralı hesab edilmiş oğlunun hərbi xidmətdən saxlamaq üçün 2023-cü ildə necə onu hərbi xidmətə yararsız edə bilərdi. Oğlu da hərbi xidmətə çağırış zamanı həkim komissiyasından keçmiş və hərbi xidmətə yararlı hesab olunmuşdur. Eyni zamanda oğlunun hərbi xidmətdən saxlanılması üçün rüşvət verməyi barədə Hərbi Prokurorluğa yazdığı ərizəsi üzrə aparılan araşdırma zamanı da onun ərizəsində göstərdiyi xüsusatlar təsdiq olunmadığından cinayət işinin başlanmasının rədd olunması barədə qərrar qəbul olunmuşdur. Iddiaçı ondan oğlunun hərbi xidmətdən saxlanılması üçün 2000 manat pul istəməyini və həmin pulun ondan almağını təsdiq edən sübut nə iddia ərizəsində göstərəməmiş və nə də məhkəmə iclasında təqdim edə bilməmişdir. Bu səbəbdən apellyasyia şikayətinin dəlilləri əsassız olduğuna görə verilmiş apellyasiya şikayətini təmin edilməməsi və Ağdam Rayon Məhkəməsinin 2(013)- ****/**** №-li, ##.##.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiasının iclasında iştirak edən Iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

13. Iş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

17. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

18. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

19. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

25. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

26. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.

31. Belə ki, işin faktiki halları kimi müəyyən edilmişdir ki, iddiaçı 2023-cü ilin təxminən aprel ayının axırlarında cavabdehin ondan 2000 (iki min) manat borc istədiyini və may ayının sonlarında qaytaracağını bildirdiyini, cavabdehə 2000 (iki min) manat verdiyini, lakin cavabdehin borc məbləğini razılaşdırılmış müddətdə qaytarmadığını qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

32. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin əsassız varlanması, iddiaçıya zərər vurması, pul ödəməsi barədə üzərinə hər hansı bir öhdəlik götürməsi məhkəmə baxışında müəyyən olunmamışdır. Cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri mövcud olmamışdır. Iddiaçı cavabdehə 2023-cü ildə 2000 manat pul verdyini bildirmişdir. Işə baxılarkən məlum olmuşdur ki, Ağdam Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli 2(013)- ****/**** saylı və ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qətnamələri ilə İddiaçı tələbləri təmin edilərək Cavabdeh müvafiq olaraq 5200 manat və ödənilmiş dövlət rüsumu əvəzində 70 manat alınaraq İddiaçı, həmçinin 18000 manat və ödənilmiş dövlət rüsumu əvəzində 144 manat alınaraq İddiaçı və X3 verilməsi qət edilmişdir. Həmin işlərə baxılarkən İddiaçı Cavabdeh ona əlavə olaraq 2000 manat borcunun olması barədə hər hansı bir fikir bildirməmişdir. Bundan başqa iş materiallarında olan Ağdam Hərbi Prokurorrluğunun ***C-** saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2024-cü il tarixli qərarından məlum olmuşdur ki, İddiaçı Cavabdeh 2000 manat pulunu geri ala bilməməsi ilə bağlı şikayət etmişdir. Həmin vaxt izahat verən Cavabdeh R.İ.Əmədovdan aldığı avtomobilin nasazlığı ilə bağlı işlərin görülməsi ilə əlaqədər sonuncudan 2000 manat aldığını və cəmi 7300 manat təmirə xərc çəkdiyini bildirmişdir. Cavabdeh İddiaçı 2000 manat borc aldığını etiraf etməmişdir. Göründüyü kimi, iddiaçı cavabdehə 2000 manat borc verdiyini bildirsə də, bu halı məhkəmədə sübut edə bilməmişdir. Məhz həmin səbəblərdən məhkəmə belə hesab edir ki, iddia təmin oluna bilməz.

33. Birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşmayan məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız MPMin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir.

34. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. Ilkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. Iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

35. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsi iddiaçının, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür.

36. Iş materiallarına əlavə olunmuş Ağdam Hərbi Prokurorluğunun cinayət işinin başlamasının rədd edilməsi barədə ## ###### 2024-cü il tarixli qərarının surətindən görünür ki, araşdırma zamanı Cavabdeh Hüseyn oğlu izahat verərək, “...İddiaçı ona görüşlərinin səhəri gün Bakı şəhərində 8 km bazarının yaxınlığında ona 2000 manat pul vermişdir.....İddiaçı isə ona avtomobilin təmiri üçün vermiş olduğu 2000 manat pulu istədikdə, o, İddiaçı həmin avtomobilin dəyərinin 18000 manat deyil 13000 manat civarında olduğunu, ona yalandan səhv məlumat verdiyini, 2000 manat pulu da, məhz həmin avtomobilin təmirinə xərclədiyini bildirərək 2000 manat pulu verməmişdir.”

37. Kollegiya qeyd edir ki, Ağdam Hərbi Prokurorluğunun cinayət işinin başlamasının rədd edilməsi barədə ## ###### 2024-cü il tarixli qərarından göründüyü kimi, cavabdeh özü Raul Hüseynovun ona 2000 pul verməsini etiraf etmişdir. Lakin, həmin pulun ona borc deyil, avtomobilin təmirinə xərcləməsi ilə bağlı verildiyini qeyd etsə də, cavabdeh Cavabdeh iddiaçının verdiyi pul məbləğini avtomobilin təmirinə xərcləməsi ilə bağlı verilməsini təsdiqləyəcək heç bir mötəbər sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Cavabdeh Ağdam Hərbi Prokurorluğunda verdiyi izahatında, İddiaçı ona görüşlərinin səhəri gün Bakı şəhərində 8 km bazarının yaxınlığında ona 2000 manat pul verməsini, lakin İddiaçı ona avtomobilin təmiri üçün vermiş olduğu 2000 manat pulu istədikdə, o, İddiaçı həmin avtomobilin dəyərinin 18000 manat deyil 13000 manat civarında olduğunu, ona yalandan səhv məlumat verdiyini, 2000 manat pulu da, məhz həmin avtomobilin təmirinə xərclədiyini bildirərək 2000 manat pulu vermədiyini bildirmişdir. Cavabdeh həmin pulun borc kimi yox, avtomobilin təmiri üçün aldığını qeyd etsə də, sonradan həmin pulu iddiaçının tələb etməsini bildirməsi onu təsdiqləyir ki, iddiaçı həmin pulu ona avtomobilin təmiri üçün deyil, borc kimi vermişdir. Əks təqdirdə, cavadbehin dediyi kimi iddiaçı pulu avtomobilin təmiri üçün vermiş olsaydı, iddiaçı həmin pulu tələb etməzdi. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin 2000 manat pulu borc kimi deyil, avtomobilin təmiri üçün alması barədə arqumentləri əsassızdır və iş materialları, o cümlədən özünün izahatı ilə təkzib olunur. Bu baxımdam məhkəmə kollegiyası hüsab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbini 2000 manat hissəsində təmin etməməklə bağlı gəldiyi nəticə düzgün olmamışdır.

38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Ağdam Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli 2(013)- ****/**** saylı və ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı işlərə baxılarkən İddiaçı Cavabdeh ona əlavə olaraq 2000 manat borcunun olması barədə hər hansı bir fikir bildirməməsi ilə bağlı mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Ağdam Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı qətnaməsindən görünür ki, iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh pensiya almasına kömək etmək məqsədilə vermiş olduğu 5200 manat məbləğində pulu tələb etmişdir. Həmçinin Ağdam Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qətnaməsindən görünür ki, iddiaçı İddiaçı evin tikilib ona verilməsi ilə bağlı verdiyi 18.000 manat məbləğində pulun ona verilməsi ilə bağlı olmuşdur. Iddiaçının həmin mülki işlərə baxılan zaman cavabdehə verdiyi 2000 manat pul məbləğində münasibət bildirməməsi hazırki iddia tələbinin təmin edilməməsi üçün əsas ola bilməz.

39. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

40. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

41. MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, MPM-in 88, 217, 218, 372.1-ci maddələrinin tələblərinə riayət edilməmişdir.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin qismən ləğv edilməsi üçün hüquqi əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni 2000 manatın təmin edilməməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Iddia tələbi həmin hissədə təmin edilməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi qismən, yəni 2000 manatın təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh Cavabdeh 2000 (iki min) manat tutularaq iddiaçı İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar