Məhkəmə qərarları › İş №2(3-7)-486/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-486/2026

28.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-486/2026 28.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X2 və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin artırılması və indeksləşdirilməsi tələbinə dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh ilə birgə nikahdan doğulmuş ## ###### 2011-ci il təvəllüdlü X1 üçün Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2016-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin artırılaraq, 300 manat sabit pul formasında müəyyən olunması, müəyyən olunacaq alimentin indeksləşdirilməsi, 60 manat mediasiya xərci və 500 manat vəkil xidmət haqqının cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ilə 2011-ci ildə faktiki olaraq evlənmişlər. ## ###### 2012-ciildə isə nikahlarını qeydə aldırmışlar. Birgə nikahlarından ## ###### 2011-ci ildə X1 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə münasibətləri əvvəllər normal olsada, sonradan pozulmuşdur. Bu səbəbdən Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2016-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuş, cavabdehlə birgə nikahdan doğulmuş ## ###### 2011-ci il təvəllüdlü X1 onun himayəmsində saxlanmış və uşağın saxlanılması üçün 90 manat sabit pul formasında aliment müəyyən olunmuşdur. Orxan adlı uşağın ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Uşaq məktəblidir, eləcədə hazırlığa gedir. Müəyyən olunmuş aliment isə uşağın ehtiyaclarını qarşılamır. Cavabdeh Cavabdeh taksi şirkətində işləyir, sonuncu yüksək əmək haqqı alsada uşağın saxlanması üçün əlavə heç bir maddi yardım göstərmir. Bu səbəbdən də məhkəmə qaydasında müəyyən olunmuş aliment məbləğinin artırılaraq hər ay 300 manat sabit pul məbləğində təyin olunmasını və təyin olunmuş aliment məbləğinin indeksləşdirilməsini istəyir. Şəmkir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə (hakim Ş.Məmmədova) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin artırılması və indeksləşdirilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Iddiaçı İddiaçı qərardaddan şikayət verərək ləğv olunmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Şikayətə dair iş üzrə tərəflərdən hər-hansı etiraz və ya izahatlar apellyasiya instansiyası məhkəməsinə daxil olmamışdır. Məhkəmə kollegiyası işə şifahi məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 232-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. Işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli № ** Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *- */**** nömrəli Qərarında dəyişikliklər edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli ** nömrəli Qərardakı hüquqi mövqeyinə görə, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir (Qərarın 8.4-3-cü bəndi). Yuxarıda da qeyd olunduğu kimi ## ###### 2011-ci il təvəllüdlü Orxan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi əsasında Cavabdeh hər ay 90 manat sabit məbləğdə alimentin İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Sonuncu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin hazırkı dövr üçün uşağın saxlanılmasına kifayət etmədiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Başqa sözlə, iddiaçının tələbi ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun artımına əsaslanmaqla indeksasiya xarakterli olmuşdur. Şərh olunanları məcmu halda qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Məsələ icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-nin 232-ci maddələri) həll edilə bilər. Ona görə də birinci instansiya məhkəməsinin işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verməkdə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1. maddəsinə görə isə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1. maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 398.0.1. və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar