Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-496/2026 01.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) Hakimlər X2 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə X1 qızının katibliyi ilə LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. ##.##.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh2 36 ay müddətinə illik 20% ödəmək şərtilə 14800 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. ##.##.2015-ci il tarixli, 250006711 /ZM nömrəli kredit müqaviləsinin surətindən görünür ki, cavabdeh1 və cavabdeh3 ##.##.2015-ci il tarixli, ********* nömrəli kredit (restrukturizasiya) müqaviləsi üzrə cavabdeh2 ilə eyni məsuliyyəti öz üzərinə götürmüşdür.
3. Kredit Müqaviləsi üzrə bağlanmış ##.##.2016-cı il tarixli Əlavə sazişdən görünür ki, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 13566,24 ABŞ dolları manat təşkil etmiş, kreditin müddəti ##.##.2020-ci il tarixədək müəyyən edilmişdir.
4. ##.##.2015-ci il tarixli, ********* saylı kredit və zaminlik müqaviləsi üzrə bağlanmış ##.##.2017-ci il tarixli Əlavə sazişdən görünür ki, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 14122,78 ABŞ dolları təşkil etmiş, kreditin müddəti ##.##.2023-cü il tarixədək müəyyən edilmişdir.
5. ##.##.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə bağlanmış ##.##.2017ci il tarixli Əlavə saziş üzrə ödəniş cədvəlinin surətindən görünür ki, kredit müqaviləsi üzrə borcun son ödənilmə tarixi ##.##.2023-cü il müəyyən edilmişdir.
6. ##.##.2024-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdeh2, cavabdeh3 və cavabdeh1 borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir.
7. LPO İddiaçı ASC-nin ##.##.2024-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış ##.##.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh2 borcu əsas borc qismində 11934 ABŞ dolları 31 sent, ##.##.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 5171 ABŞ dolları 37 sent, cərimə qismində 3425 ABŞ dolları 45 sent, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu qismində 652 ABŞ dolları 38 sent, cəmi 21183 ABŞ dolları 51 sent məbləğində təşkil edir.
8. cavabdeh3 etiraz ərizəsindən görünür ki, Azərbaycan Respublikasının 477-ci maddəsinə əsasən iddianın ona qarşı imtina edilməsini xahiş etmişdir.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh2 arasında bağlanmış ##.##.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdeh2 ##.##.2024-cü il tarixində banka olan borcu ödənilməmiş əsas borc qismində 11221,50 ABŞ dolları, faiz borcu qismində isə 4862,65 ABŞ dolları, 5% hesablanmaqla faiz borcu 603,16 ABŞ dolları təşkil edir.
a) Birinci instansiya məhkəməsində icraat
10. LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı Cəmi borcu 21.183,51 (iyirmi bir min bir yüz səksən üç ABŞ dolları 51 sent) ABŞ dolları- bundan 11.934,31 (on bir min doqquz yüz otuz dörd ABŞ dolları 31 sent) ABŞ dolları əsas, 5.171,37 (beş min bir yüz yetmiş bir ABŞ dolları 37 sent) ABŞ dolları faiz, 3.425,45 (üç min dörd yüz iyirmi beş ABŞ dollar 45 sent) ABŞ dollarıcərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 652,38 (altı yüz əlli iki ABŞ dolları 38 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 198,04 (bir yüz doxsan səkkiz manat 04 qəpik) manat dövlət rüsumunun cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ********* №-li ## ###### 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə 14.800 (on dörd min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh cavabdeh2 kredit verilərkən cavabdeh3 və cavabdeh1 ilə Bank arasında *********/ZM saylı ## ###### 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. ********* №-li ## ###### 2015-ci il tarixli kredit müqaviləsinə ## ###### 2016-cı il tarixdə Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalann Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 13.566,24 (on üç min beş yüz altmış altı ABŞ dolları 24 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən ##.##.2020-ci il tarixədək uzadılır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 (on) % ödənilir. Əlavə Sazişə əsasən cavabdeh3 və cavabdeh1ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra ********* №-li ## ###### 2015-ci il tarixli Kredit müqaviləsinə ## #### 2017-ci il tarixdə ** nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (budan sonra “restrukturizasiya edilmiş kredit”) 14.122,78 (on dörd min bir yüz iyirmi iki ABŞ dolları 78 sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 13.103,51 (on üç min bir yüz üç ABŞ dolları 51 sent) ABŞ dolları əsas borc, 791,55 (yeddi yüz doxsan bir ABŞ dolları 55 sent) ABŞ dolları faiz borcu və 227,72 (iki yüz iyirmi yeddi ABŞ dolları 72 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2023-cü il tarixədək uzadılır və illik 8 (səkkiz) faiz ödənilir. Əlavə Sazişə əsasən cavabdeh3 və cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə ************* saylı ##.##.2024-cü il tarixli və ************* saylı ##.##.2024-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh cavabdeh2 ##.##.2024-cü il tarixə kredit üzrə cəmi borcu 21.183,51 (iyirmi bir min bir yüz səksən üç ABŞ dolları 51 sent) ABŞ dolları təşkil edir. Bundan 11.934,31 (on bir min doqquz yüz otuz dörd ABŞ dolları 31 sent) ABŞ dolları əsas, 5.171,37 (beş min bir yüz yetmiş bir ABŞ dolları 37 sent) ABŞ dolları faiz, 3.425,45 (üç min dörd yüz iyirmi beş ABŞ dollar 45 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 652,38 (altı yüz əlli iki ABŞ dolları 38 sent) ABŞ dolları faiz borcu təşkil edir.
12. Qazax Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (E.F.Mansırov) iddia tələbi qismən təmin edilməsi, cavabdeh2 ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borcun əvəzi qismində 11221,50 (on bir min iki yüz iyirmi bir ABŞ dolları 50 sent) ABŞ dolları əsas borc, cərimə qismində 20 (iyirmi) ABŞ dolları, müqavilənin bitdiyi tarixdən – ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 603,16 (atı yüz üç ABŞ dolları 16 sent) ABŞ dolları faiz borcu, cəmi 11844 ABŞ dolları 66 sent məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 150,40 manat məbləğində pul vəsaiti tutulması, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, cavabdeh2 LPO İddiaçı ASC-yə əsas borcu 11221 ABŞ dolları 50 sent təşkil edir və qanunun tələbinə görə həmin məbləğ restrukturizasiya olunmalıdır. Cavabdehlərin LPO İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərlərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etməmələri və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, həmçinin iş üzrə təyin edilmiş ekspertiza rəyindən də göründüyü kimi, cavabdeh cavabdeh2 iddiaçıya əsas borc qismində 11221 ABŞ dolları 50 sent borcu yarandığı təsdiq olunur.
14. Məhkəmə hesab etmişdir ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli Fərmanına uyğun olaraq cavabdeh2 yalnız əsas borc məbləği iddiaçının xeyrinə tutulmalı, kredit müqaviləsi müddətinə hesablanmış faiz borcunun tutulması tələbinə dair hissədə təmin olunmamalıdır.
15. Məhkəmə iş materiallarına əsasən qeyd etmişdir ki, işdə olan sübutlarla cavabdeh2 LPO İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 11221 ABŞ dolları 50 sent, müqavilənin bitdiyi tarixdən – ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış 603 ABŞ dolları 16 sent məbləğində borcunun yarandığı təsdiq olunur. Lakin LPO İddiaçı ASC zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə müddətinin başa çatdığı ##.##.2023-cü il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminliyə xitam verilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur.
16. Məhkəmə öz mövqeyini «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli Fərmanına, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli Fərmanının 6.2 və 6.3, 8.9-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 445.1, 445.2, 445.7, 448.1, 462.1, 467, 471.1, 472.2, 477.0.4, -ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216- 220, 227, 358-360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bankın cavabdehdən əsas borc üzrə 11.934,31 (on bir min doqquz yüz otuz dörd ABŞ dolları 31 sent) ABŞ dolları və faiz borcu üzrə 5.171,37 (beş min bir yüz yetmiş bir ABŞ dolları,37 sent) ABŞ dollarıpulun tutulmasına dair iddia tələbi Bank ilə cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin müddəalarına və qüvvədə olan qanunvericiliyin tələblərinə əsaslanır, iş materiallarına əlavə edilmiş sənədlərlə bu tələbin əsaslılığı sübuta yetirilir. Müvafiq qanunvericiliyə əsasən, cavabdeh cavabdeh2 tərəfindən öhdəliklərin icra edilməməsi nəticəsində tələb edilən 5.171,37 (beş min bir yüz yetmiş bir ABŞ dolları,37 sent) ABŞ dolları məbləğində faizin tutulması zəruri və hüquqi baxımdan əsaslıdır. Lakin birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutlara düzgün şəkildə diqqət yetirməmiş, cavabdehin adına Mərkəzi Bankın səhifəsində “Problemli kreditlərin kompensasiyasına dair” çıxarışın mövcud olduğunu özlüyündə təsdiq etməklə, səhvən həmin kreditin Prezidentin Fərmanının təsiri altına düşdüyü qənaətinə gəlmiş və 5.171,37 (beş min bir yüz yetmiş bir ABŞ dolları, 37 sent)ABŞ dollarıməbləğində faiz borcunu təmin etməmişdir. Hazırda mübahisələndirilən kredit öhdəliyi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ## ###### 2019-cu il tarixli Fərmanının təsiri altına düşmür. Belə ki, cavabdeh2 adına “Problemli kreditlərin kompensasiyasına dair” çıxarış mövcuddur. (Hazırkı şikayətə qoşma kimi əlavə edilir). Lakin çıxarışa nəzər yetirdikdə məbləğ olaraq orda yalnız “Güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsinin” 570.56 manat olduğu görünür. Məlum olduğu kimi, respublika üzrə ##.##.2015-ci il və ##.##.2015-ci il tarixlərdə baş vermiş 1ci və 2-ci devalvasiya hadisəsindən sonra Banklar tərəfindən müştərilərə güzəştlər tətbiq edilmişdir. Problemli Kreditlərin kompensasiyasına dair çıxarışda “Güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi”nin qarşısında qeyd edilən həmin 570,56 manat məbləğ də devalvasiyadan sonra İddiaçı ASC-nin öz müştərisinə etdiyi güzəştin məbləğidir. “Problemli kreditlərin kompensasiyasına dair” çıxarışa nəzər yetirdikdə görünür ki, cavabdeh2 “cəmi hesablanmış kompensasiya” hissəsində ##.##.2015-ci il tarixinə xarici valyutada əsas kredit borclarına hesablanmış kompensasiya məbləği “0” göstərilir. Eyni zamanda, ##.##.2015-ci il tarixə xarici valyutada əsas kredit borclarına hesablanmış kompensasiya məbləği də “0” göstərilir. Bu da bir daha onu sübut edir ki, sözügedən kredit öhdəliyi Prezidentin Fərmanının təsiri dairəsinə düşməmişdir. Çünki Fərmanın 8.1-ci bəndində göstərilir ki, fiziki şəxslərin xarici valyutada 10000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi başa düşülür. Fərmanda aydın şəkildə qeyd edilir ki, fiziki şəxlərin bütün banklara və ləğvetmə prosesində olan banklarda mövcud olan əsas kredit borclarının qalıq məbləğinin cəmi 10.000 ABŞ Dollara və ya millivalyutada 17.000 manatadək olmalıdır. İddiaçı ASC ilə cavabdeh2 arasında bağlanmış Kredit müqaviləsi 1-ci devalvasiyanın baş verdiyi tarixdən, yəni ##.##.2015-ci il tarixdən 33 gün əvvəl ##.##.2015- ci il tarixdə bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə 14.800 (on dörd min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Bu da onu göstərir ki, cavabdeh cavabdeh2 əsas kredit borcunun qalıq məbləği tək ləğvetmə prosesində olan İddiaçı ASC-də ##.##.2015-ci il tarixə 14.800 ABŞ Dolları təşkil etmişdir. Eyni zamanda, bildiririk ki, Fərmanın heç bir maddəsində fərmanın təsiri dairəsinə düşən və restrukturizasiya olunmayan kredit müqavilələri üzrə faiz, cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014cü il ## ###### tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış faiz məbləği borclarının məhkəmələr tərəfindən silinməsi səlahiyyətləri göstərilməmişdir. məhkəmə iddiaçı Bank tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır. Qanunda cərimə məbləğinin azaldılması imperativ norma kimi qeyd edilməmişdir və qanunu tətbiq edən orqanın öhdəliyinə buraxılmışdır. Eyni zamanda maddədə “tənasübsüz” deyilərkən bu anlayışın hansı meyarlar əsasında müəyyən edilməsi qeyd edilməsə də, amma hüquqi düşüncə və mülki qanunvericilkdə ağlabatanlıq anlayışına əsasən bu norma tətbiq edilərkən əsas borcun cəriməyə olan nisbətinin ağlabatanlığının nəzərə alınması maddənin ruhundan duyulur. Məhkəmənin qeyd etdiyi əsaslandırıcı məqam üzrə bildirilir ki, burada məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də, bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamış və bununla da qətnamənin məzmununda qeyrimüəyyənlik yaratmışdır. Eyni zamanda bildiririk ki, cavabdeh tərəfindən müqavilə imzalanarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına cavabdeh razılığını bildirmişdir. Qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarından biri kimi Dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərərlərin qarşısını almaq, məqsədi güdmüşdür. Məhkəmə, öz qətnaməsində MMnin 448.1-ci maddəsinə istinad etməmiş, ümumiyyətlə cavabdehin risk dairəsinə aid olan öhdəlikləri düzgün müəyyən etməmişdir. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən 3.425,45 ABŞ dolları cərimə məbləğinin azaldılaraq 20 ABŞ dolları saxlanılması əsaslı hesab edilə bilməz. Bank tərəfindən cavabdehə kredit ##.##.2015-ci tarixdə, yəni bankın fəaliyyət göstərdiyi dövrdə verilmişdir. Həmin dövrdə Bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirmişdir. Cavabdehin öhdəliyini vaxtında icra etməməsi bankın bu fəaliyyətləri həyata keçirməsinə mane olmuş və belə olan halda iddiaçının əldən çıxmış fayda olaraq cavabdehdən 5%-lik məbləği tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmə, iddiaçının bu hüququnu əsassız yerə tam təmin etməyərək, onun mənafeyini pozmuşdur. Mübahisələndirilən qətnamədə birinci instansiya məhkəməsi digər hissələrdə əsas, 5 faiz borc məbləğlərini azaldarkən ekspert rəyinə istinad etmiş, lakin özünün bu istinadını əsaslandırmamışdır. İddia ərizəsində göstərilən məbləğlərlə ekspertin tərtib etdiyi rəydəki məbləğlər arasında böyük fərq vardır. Ödənişlər üzrə silinmələr ekspert tərəfindən düzgün hesablanmamışdır. Bank tərəfindən iddiaərizəsinə sübut kimi əlavə edilən sənədlər arasında ödəniş qrafiki, hesabdan çıxarışlar və maliyyə arayışı mövcuddur. Ödəniş qrafikində müştərinin kredit borcu üzrə ödənişlərinin ən geci hansı tarixdə icra etməli olduğu göstərilib ki, bu tarixdən sonra müştəriyə nisbətdə öhdəliyin icrasını gecikdirdiyinə görə müqavilədə qeyd edilən qaydada və miqdarda faiz, cərimələr yazılır. Hesabdan çıxarışda isə müştərinin etdiyi ödənişlər, həmin ödənişlərin edildiyi tarixlər və açıqlamaları qeyd edilmişdir. Bu borclar peşəkar maliyyəçilər tərəfindən hesablandıqdan və yoxlanıldıqdan sonra maliyyə arayışı tərtib edilir. Ekspert rəyi isə üçüncü şəxs tərəfindən təqdim edilən subyektiv fikirdir və qanunvericilik bu rəyin yanlış olması ehtimalını qəbul edir (əks halda əlavə və təkrar ekspertiza barədə müddəalar olmazdı). Bu müddəaların olmasına baxmayaraq, ekspert rəyini bu cür əsaslandırmadan, sadəcə qeyd-şərtsiz şübhəsiz olan sübut kimi yanaşması ilə məhkəmə ekspert rəyini özü üçün məcburi bir sənədə çevirib, onu tədqiq etməyərək, Mülki Prosessual Məcəllənin 103-cü maddəsinin 1-ci bəndini pozmuş olur (Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir).
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və digər cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 477. Zaminliyə xitam verilməsi 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Hazırkı işdə iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətində qətnaməni təmin edilməyən hissədə mübahisələndirərək iddialarının tam təmin olunmasını xahiş etdiyindən, qətnamənin əsaslılığı iddianın təmin edilməyən hissələrinə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddianın faiz borcunun tutulmasının rədd edilməsi və cərimə borcunun tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilməlidir.
26. İşin hallarından görünən odur ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə illik 20% dərəcəsi ilə 14800 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda, kreditin verilməsi ilə bağlı digər cavabdehlər ilə Bank arasında Zaminlik müqaviləsi bağlanmışdır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış ##.##.2017-ci il tarixli, ** saylı Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyinin məbləği 14.122.78 ABŞ dolları hesablanmışdır. Kredit qalığının tərkibini 13.103.51 SBŞ dolları əsas, 791.55 ABŞ dolları faiz, 227.72 ABŞ dolları cərimə borcu təşkil etmişdir. Kreditin müddəti ##.##.2023-cü il tarixinədək uzadılmışdır. İddiaçı qeyd edir ki, ##.##.2024-cü il tarixə kredit üzrə cəmi borc 21.183.51 ABŞ dolları olmuş, bundan 11.934.31 ABŞ dolları əsas, 5171.37 ABŞ dolları faiz, 3425.45 ABŞ dolları cərimə, illik 5% lə hesablanmış əldən çıxmış fayda isə 652.38 ABŞ dolları təşkil edir.
27. İddiaçı apelyasiya şikayətində ona əsaslanır ki, məhkəmə faiz borcunu tutumamaqla, illik 5% əldən çıxmış faydanın tutulmasında ekspert rəyinə əsaslanmaqla, eləcə də cərimə borcunu tənasübsüz şəkildə azaltmaqla düzgün nəticəyə gəlməmişdir. 28.Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tələb edilən əsas borc məbləğini 11221,50 ABŞ dolları, qalıq borca illik 5% gecikdirilmiş faiz borcuna görə 603.16 ABŞ dolları məbləğində müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş üzrə iki dəfə müvafiq məhkəmə ekspertizası keçirilmiş və qeyd edilən məbləğlər ekspert rəyində əksini tapmışdır. Məhkəmə kollegiyası ekspert rəyinə tənqidi yanaşılması üçün heç bir əsas görmür. Bu xüsusda iddiaçı tərəfin ekspert rəyinin subyektiv əsaslara söykəndiyi barədə dəlilini əsassız hesab edir.
29. Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmçinin özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.
30. Bununla yanaşı, kollegiya hesab edir ki, işə baxan məhkəmə tələbin faiz borcunun tutulması hissəsində təmin etməməklə düzgün olmayan nəticəyə gəlmişdir.
31. İşə baxan məhkəmə tələbi bu hissədə rədd edərkən ona əsaslanmışdır ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli Fərmanına uyğun olaraq cavabdeh2 yalnız əsas borc məbləği iddiaçının xeyrinə tutulmalı, kredit müqaviləsi müddətinə hesablanmış faiz borcunun tutulması tələbinə dair hissədə təmin olunmamalıdır.
32. Məhkəmə kollegiyası tərəfindən ünvanlanan sorğuya Azərbaycan Respublikası Mərkəzi Bankının ##.##.2026-cı il tarixli, *-*-**/*-****/**** saylı sorğuya cavab məktubundan görünür ki, cavabdeh2 ilə LPO İddiaçı ASC arasında bağlanmış ##.##.2015-ci il tarixli kredit müqaviləsi Fərmanın təsir dairəsinə düşməmiş, cavabdehə kompensasiya məbləği hesablanmamış və sözügedən kredit müqaviləsi restruktizasiya olunmamışdır.
33. Göründüyü kimi, faiz borcunun tutulmaması üçün hüquqi əsaslar yoxdur.
34. Belə olan təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kredit müqaviləsinə görə müqavilə faizi ilə hesablanmış faiz borcunu tələb etməkdə haqlı olmuşdur.
35. Tələb edilən faiz məbləğinə gəldikdə isə, kollegiya hesab edir ki, iş üzrə keçirilən ekspertiza ilə həmin məbləğin 4862.65 ABŞ dolları olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğ əsas götürülməli və cavabdeh cavabdeh2 iddiaçının xeyrinə 4862.65 ABŞ dolları faiz borcu da tutulmalıdır.
36. Bundan başqa, işə baxan məhkəmə tələb edilən cərimə məbləğini 20 ABŞ dolları müəyyən etməklə tənasübsüz şəkildə azaltmış, cərimə məbləğini simvolik həddə müəyyən etmişdir. Qanunveriliciyə müvafiq olaraq, cərimə pulunun miqdarı müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Bu hallar nəzərə alındıqda, müəyyən edilir ki, işə baxan məhkəmə cərimə məbləğini azaldarkən kreditorun mənafelərini nəzərə almamışdır. Bnunla belə, bankın tələb etdiyi 3425.45 ABŞ dolları məbləğində cərimə də mütənasib deyildir. Odur ki, kollegiya hesab edir ki, bu cərimə məbləği 340 ABŞ dolları məbləğinədək azaldılmalıdır.
37. Şərh olunanlara əsasən, məhkəmə kollegiyasının mövqeyinə görə apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh cavabdeh2 faiz borcunun tutulmasının rədd edilməsi və cərimə borcunun tutulması hissədində ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi cavabdeh cavabdeh2 faiz borcunun tutulması və cərimə borcunun tutulması hissədində qismən təmin edilməli, cavabdeh cavabdeh2 iddiaçının xeyrinə 4862.65 ABŞ dolları faiz borcu və 340 ABŞ dolları cərimə borcu tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi qismən, cavabdeh2 faiz borcunun tutulmasının rədd edilməsi və cərimə borcunun tutulması hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul ediləklə, iddia tələbi ismən təmin edilsin. Cavabdeh cavabdeh2 iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 4862.65 ABŞ dolları faiz borcu və 340 ABŞ dolları cərimə borcu tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.