Məhkəmə qərarları › İş №2(3-7)-501/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-501/2026

17.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-501/2026 17.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar Quliyev İlqar Nizami oğlunun, iddiaçı1 cavabdehlər cavabdeh1, cavabdeh2 İlqar oğluna qarşı iş üzrə (Açar sözlər: vurulmuş maddi və mənəvi ziyanının əvəzinin ödənilməsi) Hakimlər X6 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə X3 qızının katibliyi, Cavabdehlər cavabdeh1 və cavabdeh2 İlqar oğlunun ilə, İddiaçılar Quliyev İlqar Nizami oğlunun, iddiaçı1 cavabdehlər cavabdeh1, cavabdeh2 İlqar oğluna qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bərdə Rayon Polis Şöbəsinin müstəntiqi, R X8 cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, ## ######## 2024-cü il tarixdə Bərdə rayon Mustafağalı kəndində yaşayan iddiaçı1 Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Yadigar adlı şəxsin ona məxsus Chevrolet Cruze markalı, **-VI-*** dövlət qeydiyyat nişanlı avtomobilə qəsdən maddi ziyan yetirməsi barədə məlumat vermişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 186 və 221-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Qərarla iddiaçı1 avtomobilinə dəymiş maddi ziyanla bağlı mülki iddia qaydasında müvafiq rayon məhkəməsinə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır.

2. Bərdə Rayon Polis Şöbəsinin baş təhqiqatçısı, R Bayramov Vüsal İsmayıl oğlunun ##.##.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, cavabdeh2 İlqar oğlu izahatında Yadigar iddiaçı1 idarə etdiyi avtomobilin ön və arxa şüşələrini, damını, həmçinin ön kapotunu qəsdən əzməklə avtomobilə ziyan vurduğunu, özü isə avtomobilin sağ qabaq qapısına təpiklə vurduğunu bildirmişdir. Qeyd edilən qərardan görünür ki, cavabdeh1 izahatında sərxoş halda olduğu üçün Chevrolet Cruz markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin ön şüşəsini sındırdığını, sonra avtomobilin damına çıxaraq avtomobilin damını qəsdən təpikləyib əzdiyini bildirmişdir.

3. Bərdə Rayon Polis Şöbəsinin baş təhqiqatçısı, R Bayramov Vüsal İsmayıl oğlunun ##.##.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, cavabdeh1 və cavabdeh2 İlqar oğlunun barəsində AR İXM-in 232-1-ci maddəsilə müvafiq tədbir görülməsi üçün qərarın surəti Bərdə Rayon Polis Şöbəsinə göndərilmişdir. cavabdeh1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək Bərdə Rayon Məhkəməsinə göndərilmişdir.

4. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarı ilə ## ###### 2025-ci il tarixli MN №******* saylı protokol və ona əlavə olunmuş sənədlər Bərdə Rayon Polis Şöbəsinə geri qaytarılmışdır. Həmin qərarda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, inzibati xəta haqqında materiallarda iddiaçı1 məxsus olan “Chevrolet Cruze” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulduğu bildirilsə də həmin ziyanın hesablanmasına dair müvafiq qiymətləndirici rəyi məhkəməyə tam təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, təqdim edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır.

5. “xxxx” MMC tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli qüsur aktından görünür ki, Chevrolet Cruze markalı, **-VI-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan ümumi xidmət haqqı 1950.00 manat, ümumi ehtiyat hissələrinin dəyəri 2599.00 manat olmaqla cəmi 4549.00 manat təşkil edir.

6. Ödəniş qəbzindən görünür ki, iddiaçı Quliyev İlqar Nizami oğlu məhkəmədə iddia qaldırmaq üçün 135 manat dövlət rüsumu ödəmişdir.

7. “xxxx” MMC tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli, ***/E nömrəli mütəxxəssis rəyindən görünür ki, "Chevrolet Cruze" markalı ** VL *** dövlət nömrə nişanlı avtomobilin saz vəziyyətə gətirilməsi üçün lazım olan ehtiyat hissələrinin təmiri, dəyişdirilməsi, zəruri olan hissələrin qiyməti və dəymiş ziyanın məbləği 4549 manat olaraq müəyyən edilmişdir.

8. ƏN-V ****** nömrəli etibarnamədən görünür ki, iddiaçı1 Chevrolet Cruze markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir.

9. AB911449 seriya nömrəli X10 Şəhadətnaməsindən görünür ki, Chevrolet Cruze markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil Quliyev İlqar Nizami oğlunun mülkiyyətinə qeydiyyata alınmışdır.

10. “CASPİAN VALUATION” MMC-nin ##.##.2026-cı il tarixli rəyindən görünür ki, ehtiyat hissələrinə ( ön şüşə, arxa şüşə, germetik, dam və stik germmetik) 564 manat ziyan dəymiş, işçilik haqqı isə 1700 manat təşkil edir. Ümumilikdə ziyan 2264 manat müəyyən edilmişdir.

11. “CASPİAN VALUATION” MMC tərəfindən ## ###### 2026-cı il tarixdə verilmiş ekspertiza rəyinin dəqiqləşdirilməsi məktubunda isə qapının təmiri və rənglənməsinin 250 manat təşkil etdiyi qeyd edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçılar Quliyev İlqar Nizami oğlu, iddiaçı1 cavabdehlər cavabdeh1, cavabdeh2 İlqar oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quliyev İlqar Nizami oğlunun mülkiyyətində olan Chevrolet Cruze markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın dəyəri olan 4549 manat pulun, onlara dəymiş ziyan olan 10.451 manat ziyanın, cəmi 15.000 manat və dövlət rüsumu 135 manat olan pulun cavabdehlər cavabdeh1 və cavabdeh2 İlqar oğlundan müştərək qaydada alınıb onlara verilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.

13. İddiaçılar Quliyev İlqar Nizami oğlu, iddiaçı1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə digər iddiaçı iddiaçı1 onun doğma dayısıdır. Dayısının Bərdə rayonunda adına torpaq sahəsi var. Dayısı həmin torpaq sahəsində əkin işləri ilə məşğul olub ailəsinin dolanışığını təmin edirdi. Sahəyə rahat şəkildə gedib gəlməsi üçün o, adına olan Chevrolet Cruze markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobili dayısına sürmək üçün etibarnamə ilə vermişdir. Hazırki iş üzrə cavabdeh cavabdeh1 qismən tanıyır. Avqust ayının 25-dən 26-sına keçən gecə tarixində dayısı və ailəsi cavabdeh2 İlqar oğlunun şadlıq məclisində olublar. Məclisdə dayısı oğlu Rüfət Hüsüzadə oynayarkən səsləndirilən mahnı 4 dəfə dayandırılmışdır. Dayısıda bu səbəbdən söz-söhbət yaranacağını görüb oğlu Hüsüzadə Rüfəti məclisdən uzaqlaşmaq qərarına gəlmişdir, ailə üzvlərilə birlikdə evə geri qayıtmışdır. Niyə məhz onların ailəsi oynayarkən mahnının 4 dəfə dayandırılmasını Natiqdən soruşmaq üçün onunla telefon əlaqəsi yaradıb. 2-3 saat sonra isə Natiq və oğlu Rüfət arasında telefon əlaqəsi zamanı mübahisə yaranmış, bundan sonra oğlu Natiqin ünvanına getmişdir. Oğlu hadisə yerinə gedərkən ona məxsus olan və hazırda dayısının istifadəsində olan həmin avtomobili götürərək gedib. Söhbət zamanı dava düşüb. Bir nəfər tanış adam Rüfəti onlardan aralaşdırıb kənara aparıb ki, davanı sakitləşdirsin, heç kim birbirinə zərər verməsin. Rüfət maşından yaxın adamın vasitəsilə uzaqlaşandan sonra görüblər ki, Rüfətə heç nə edə bilmirlər, 4-5 nəfərdən ibarət bu dəstə əllərində müxtəlif küt alətlərlə maşına zərər vurmuşlar. Maşınına 4549 manat zərər vurulduğuna dair servisdən möhürlü sənəd verilib. Həmin servis sənədində maşının nə qədər zərər gördüyü və təmirinə nə qədər xərc çəkildiyi açıq-aydın görünür. Dəmirçi işi: dam dəyişdirilməsi, arxa baqaj təmiri, arxa sağ qapının təmiri - 700 manat. Armatur işi: salonun sökülüb yığılması, baqaj, kapot - 200 manat. Rəngsaz işi: dam, baqaj, arxa sağ qapı, kapot - 950 manat. Patpres dəyişməsi: ön və arxa - 100 manat, original ön şüşə (1 ədəd) - 585 manat, original arxa şüşə (1 ədəd) - 450 manat, germetik (2 ədəd x 25 manat) - 50 manat, dam (1 ədəd) - 650 manat, stik germetik (2 ədəd x 22 manat) - 44 manat, kapot (1 ədəd) - 820 manat. Maşına cəmi vurulan ziyan 4549 manat təşkil edir. Bu şəxslər maşınını əziblər, bundan sonra da Hacılar kəndində yaşayan, həmin dəstədə olan Məftun adlı şəxs maşını sürərək oradan uzaqlaşdırıb 150 metr kənarda saxlayıb. Maşını uzaqlaşdırmaqda məqsəd xuliqanlıq etdikləri yerdən guya iz itirmək olub, günahlarında peşman olmaq əvəzinə Rüfətə də müxtəlif şər və böhtan dolu sözlər deyiblər. Bu gün də Rüfətə böhtan atmağa davam edirlər, hətta izahat verərkən də Rüfətə şər atmaqdan çəkinməyiblər. Bu hadisənin səhərisi gün, ##.##.2024-cü il tarixdə dayısı iddiaçı1 Bərdə RPŞə bu barədə ərizə ilə müraciət etmişdir. Həmin şəxslər bölməyə çağırılıb izahatları alınsa da, onlara yenə də deyirlər ki, get nə edirsən et, sənə ayda 5-10 manat zərərdən pul ödəyəcəyik, vəssalam, bizə heç nə edə bilməzsiniz. iddiaçı1 oğlu kursantdır, gələcəyin hərbçisidir, bu vətənə xidmət etmək üçün hal-hazırda təhsil alır. Bu şəxslər də onun gələcəyini məhv edəcəkləri ilə onu hədələyərək onu şər və böhtanla ləkələyib hətta məktəbdən qovduracaqlarını bildirərək onlara 4549 manat zərəri tələb etməkdən çəkindirməyə çalışırlar. ## ######## 2024-cü ildə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh maşınına zərər vurmaqla dayısına ciddi zərər vurmuşdur. Belə ki, dayısı kənd təsərrüfatı ilə məşğul olaraq ailəsini dolandırmağa çalışırlar. Bu məqsədlə 30.000 manat kredit götürüb istixana düzəldərək xiyar-pomidor əkmişdi. Həmçinin dayısı ona məxsus torpaq sahəsində kələm də əkmişdir. Evdə qoca xəstə nənəsi var. Bütün ailənin yükü dayısının çiynindədir. Dayısı bütün təsərrüfat işlərini həmin maşınla həll edirdi. Əkdiyi məhsulları həmin maşınla bazara aparıb satırdı. Avqust ayında bu hadisə baş verdikdən sonra isə dayısının bütün işləri məhv olmuşdur. Yaşağıdı stress və gərginlik onlarda travma yaratmışdır. Maşını xarab olduğu üçün kənd təsərrüfatı işlərində xeyli ləngimə baş verir, əkdiyi məhsullar batmışdır. Əvvəllər istehsal elədiyi məhsuları maşınla bazara aparıb yaxşı qiymətə satıb qazanc əldə eləyə bildiyi halda bu dəfə maşın olmadığı üçün əlində qalan çox az məhsulu öz həyətində çox ucuz qiymətə satmalı olmuşdur ki, bu da dayısının təsərrüfatına xeyli zərər vermişdir. Bu zərəri aradan qaldırmaq üçün sentyabr ayında gedib yenidən 10.000 manat kredit götürməli olmuşdur.Cavabdeh cavabdeh1 ona ağır maddi və mənəvi ziyan vurmuşdur. Maşınını əzmiş, vurduğu maddi zərəri tələb etməməyi üçün dayısı oğlunun gələcəyini məhv etməklə hədələyərək dayısını şantaj edərək onlara ağır stress yaşatmışdır. Maşını əzdiyi üçün dayısının bütün təsərrüfat işləri geri qalmış, əkdiyi məhsulun çox hissəsi batmış, qalan hissədən isə götürdüyü qazanc azalmış, başqa sahələrdə də xərcləri birə-beş artmışdır. Aylardır ki, dayısı həm mənəvi cəhətdən, həm də maddi cəhətdən zərərə məruz qalır. Cavabdehdən zərəri ödəməsini tələb etdikdə isə zərəri ödəmək fikrinə qəti şəkildə yanaşmır, hələ lağla bildirir ki, “ayda 5-10 manat pul ödəyəcəm, bəsindir”. Bunun üçündə maşınına dəymiş olan 4549 manat pulu və vurulan 10.451 manat pulun cəmi 15.000 manat pulun cavabdehdən alımasını istəyir.

14. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim B.Y.Məhərrəmov) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər cavabdeh1 və cavabdeh2 İlqar oğlundan müştərək qaydada 4549 (dörd min beş yüz qırx doqquz manat) manat alınaraq iddiaçı Quliyev İlqar Nizami oğluna ödənilməsi, cavabdehlər cavabdeh1 və cavabdeh2 İlqar oğlundan müştərək qaydada ödənilmiş dövlət rüsumunun 65.49 (altmış beş manat qırx doqquz qəpik) manat hissəsinin alınaraq Quliyev İlqar Nizami oğluna ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan 69.51 (altmış doqquz manat əlli bir qəpik) manat hissəsi iddiaçı Quliyev İlqar Nizami oğluna aid edilməsi qət edilmişdir.

15. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə İddiaçı iddiaçı1 cavabdeh cavabdeh1 münasibətdə iddia tələbinə “mənəvi zərərin tutulması" hissəsində icraata xitam verilməsi qərara alınmışdır.

16. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər cavabdeh1 və cavabdeh2 İlqar oğlu tərəfindən təqsirli hərəkətlərin edilməsi məhkəmə baxışı zamanı sübuta yetirilmişdir. Belə ki, cavabdehlər iddiaya etirazda və ifadələrində nəqliyyat vasitəsinə zərər vurduqlarını mübahisələndirməmişlər. Əksinə, məhkəmə hazırlıq iclasında cavabdeh1 avtomobilin üstünə çıxıb, maşını təpiklə vurduğunu, cavabdeh2 İlqar oğlu isə avtomobilin qapısından təpiklə vurduğunu bildirmişlər. Cavabdehlərin təqsirli hərəkətləri “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” ## ###### 2024-cü il tarixli və ##.##.2024-cü il tarixli Qərarlarla da təsdiq olunur. Həmin qərarlarda cavabdehlərin cinayət tərkibinin olmaması müəyyən edilsə də, iddiaçı1 ona dəymiş maddi ziyanla bağlı mülki iddia qaydasında rayon məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Maddi ziyanın cavabdehlərin təqsirli hərəkətləri nəticəsində vurulduğu, yəni səbəbli əlaqənin mövcudluğu həmçinin mülki icraat çərçivəsində təsdiq edilmişdir. Belə ki, Cinayət işinin başlanması haqqında qərardan, Qüsur aktından, iddiaçı iddiaçı1, cavabdehlər cavabdeh1 və cavabdeh2 İlqar oğlunun izahatlarında bu hal öz əksini tapır. Məhkəmə bu halı da tərəflər arasında mübahisə edilməyən hal kimi qəbul edir. Vurulmuş maddi ziyanın həcminə gəldikdə, iddiaçılar Chevrolet Cruze markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyanın əvəzini “xxxx” MMC tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli Qüsur aktına istinadən 4549 manat həcmində tələb etmişlər. Cavabdehlər tərəfindən isə iddiaya etiraz ərizələrində və məhkəmə hazırlıq iclasında bu məbləğin şişirdilmiş olduğu mübahisə edilmişdir. Ziyanın məbləğinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə tərəfindən tərəflərin razılığı ilə qiymətləndirici cəlb edilmişdir. Qiymətləndirilmənin aparılması hər iki tərəfin razılığı ilə “xxxx” MMC-yə həvalə edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli, ***/E nömrəli mütəxəssis rəyi ilə avtomobilə dəymiş ziyanın məbləği 4549 manat kimi qiymətləndirilmişdir. Məhkəmə qeyd edir ki, Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı iddiaçı1 iddia tələbinə münasibətdə subyektiv hüququnun olmaması müəyyən edilmişdir. Qeyd edilən qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmiş və qanuni qüvvəyə minmişdir. Mənəvi zərərə münasibətdə məhkəmə hesab edir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərərin məbləğinin müəyyən edilməsi üçün konkret meyarlar qanunvericiliklə müəyyən edilməmişdir. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsirləri aiddir. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək, az olması isə aşağı olmasını şərtləndirir. Hazırki, iddia tələbi üzrə iddiaçı Quliyev İlqar Nizami oğluna iddiaçının cavabdehlər tərəfindən onda dərin mənəvi sarsıntı yaradan heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdehlər cavabdeh1 və cavabdeh2 İlqar oğlunun təqsirli, hüquqa zidd hərəkətləri nəticəsində iddiaçı X1 maddi ziyan dəymişdir. Odur ki, iddia tələbi qismən təmin edilməlidir, cavabdehlər cavabdeh1 və cavabdeh2 İlqar oğlundan müştərək qaydada 4549 manat pul alınaraq iddiaçı Quliyev İlqar Nizami oğluna ödənilməlidir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21,3, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və apellyasiya şikayətinin qismən təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tələb olunan ziyan düzgün hesablanmamış müştərək qaydada 4549 manatın iddiaçıya ödənilməsi məqsədə uyğun deyil. İddiaçıya məxsus olan avtomobilin kapotunun üstünə çıxmış, hesab edir ki, bunun dəyər qiyməti maksimum 500 manatdır. Tələb olunan məbləğlə razılaşmır. Bunun üçün də hesab edir ki, Bərdə rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(021)- ****/**** saylı qətnaməsi leğv edilməli, apellyasiya məhkəməsində yeni qətnamə qəbul olunmalıdır. bApellyasiya şikayətinin dəlilləri

20. Digər cavabdeh cavabdeh2 İlqar oğlu qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və apellyasiya şikayətinin qismən təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tələb olunan ziyan düzgün hesablanmamış müştərək qaydada 4549 manatın iddiaçıya ödənilməsi məqsədə uyğun deyil. Tələb olunan məbləğlə razılaşmır. Bunun üçün də hesab edir ki, Bərdə rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, apellyasiya məhkəməsində yeni qətnamə qəbul olunmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

1. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 İlqar oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etdi.

24. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər iddiaçılara rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Hazırkı işdə iddia qismən təmin edildiyindən, apellyasiya şikayətlərində cavabdehlər qətnaməni özlərinə münasibətdə zərər məbləğinin müəyyən olunması hissəsində mübahisələndirdiklərindən qətnamə mübahisələndirilən hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh1 və cavabdeh2 İlqar oğlunun ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

28. İşin hallarının tədqiqindən müəyyən edilir ki, ziyan vurulmuş avtomobil İlqar Quliyevin mülkiyyətindədir, ziyan vurulan vaxtı isə iddiaçı1 qanuni istifadəsində olmuşdur. İşin hallarından müəyyən edilir ki, avtomobilə münaqişə zəmnində hər iki cavabdeh ziyan vurub. Lakin onların vurduqları ziyanın həcmi fərqli olmuşdur. Belə ki, cavabdehlərdən cavabdeh2 avtomobilin qapısına təpik zərbəsi vurmuş, qalan zədələri isə digər cavabdeh cavabdeh1 vurmuşdur.

29. İşə baxan məhkəmə mübahisənin bu halına hüquqi qiymət verməmiş, cavabdehlərin məsuliyyət həcmlərinə uyğun ziyan məbləğini müəyyən etməmişdir.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin ziyanın miqdarı və hər iki cavabdehə münasibətdə müəyyən edilməsi ilə bağlı qiymətləndirmə təyin etmiş, “CASPİAN VALUATION” qiymətləndirici təşkilatın ##.##.2026-cı il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ehtiyat hissələrinə ( ön şüşə, arxa şüşə, germetik, dam və stik germmetik) 564 manat ziyan dəymiş, işçilik haqqı isə 1700 manat təşkil edir. Ümumilikdə ziyan 2264 manat müəyyən edilmişdir.

31. ## ###### 2026-cı il tarixdə verilmiş ekspertiza rəyinin dəqiqləşdirilməsi məktubunda isə qapının təmiri və rənglənməsinin 250 manat təşkil etdiyi qeyd edilmişdir.

32. Məhkəmə kollegiyası qanunvericiliyin qeyd olunan müddəalarından çıxış edərək, həmçinin işin hallarını və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq hesab edir ki, ziyan müştərək deyil, hər bir cavabdehə münasibətdə vurduğu ziyana uyğun olaraq bölünməlidir.

33. Belə ki, işin mübahisələndirilməyən hallarından müəyyən edilir ki, Yadigar Kərimov avtomobilin ön və arxa şüşələrini sındırmış, damını, həmçinin kapotunu əzmiş, cavabdeh2 isə sağ qabaq qapısına təpiklə vurararq əzmişdir.

34. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh2 yalnız qapıya dəymiş ziyanın məbləği, yəni 250 manat, cavabdeh1 isə avtomobilə dəymiş digər ziyan məbləği, yəni 2014 manat tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

35. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 65.49 manat hissəsi müştərək qaydada cavabdehlər cavabdeh1 və cavabdeh2 İlqar oğlundan alınaraq iddiaçı Quliyev İlqar Nizami oğluna ödənilməlidir. Dövlət rüsumunun qalan 69.51 manat hissəsi iddiaçıya aid edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdehlər cavabdeh1 və cavabdeh2 İlqar oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin qismən təmin edilsin. Cavabdeh cavabdeh1 2014 (iki min on dörd) manat alınaraq iddiaçı Quliyev İlqar Nizami oğluna ödənilsin. Cavabdeh cavabdeh2 İlqar oğlundan 250 (iki yüz əlli) manat alınaraq iddiaçı Quliyev İlqar Nizami oğluna ödənilsin. Cavabdehlər cavabdeh1 və cavabdeh2 İlqar oğlundan müştərək qaydada ödənilmiş dövlət rüsumunun 65.49 (altmış beş manat qırx doqquz qəpik) manat hissəsi alınaraq Quliyev İlqar Nizami oğluna ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 69.51 (altmış doqquz manat əlli bir qəpik) manat hissəsi iddiaçı Quliyev İlqar Nizami oğluna aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar