Məhkəmə qərarları › İş №2(3-7)-502/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-502/2026

06.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-502/2026 06.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadından cavabdeh X1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Iddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 borclu olduğu 2223 (iki min iki yüz iyirmi üç) manat pulun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə rayon məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Cavabdeh Əzizov Möhsüm Mahmud oğlu məhkəməyə ərizə verərək Bərdə Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qiyabi qətnamənin ləğv edilməsini xahiş etmişdir. Daha sonra cavabdeh Əzizov Möhsüm Mahmud oğlu qiyabi qətnamənin ləğv edilməsinə ərizə vermək üçün prosessual müddətin buraxılmasının üzrlü hesab edilməklə bərpa edilməsinə dair müddətin bərpasına dair ərizə ilə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə (hakim Fərman Abdullayev) iddiaçı X2 cavabdeh Əzizov Möhsüm Mahmud oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsinə dair Əzizov Möhsüm Mahmud oğlunun ərizəsi təmin edilməmişdir. Cavabdeh Əzizov Möhsüm Mahmud oğlu həmin qərardaddan şikayət verərək, Bərdə Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bərdə rayon məhkəməsi onun ərizəsinə baxarkən naməlum səbəbdən hətta onu dinləməmiş və ona ərizəsi üzrə izahat vermək üçün söz verməmiş, məhkəmənin keçirdiyi ##.##.2025-ci il tarixli iclasda “məhkəmə tərkibinə etirazınız yoxdur ki?” sualından başqa ondan heç bir fikir soruşulmayıb və təxminən 2-3 dəqiqə ərzində hakim Fərman Abdullayev məhkəmə iclasını yekunlaşdırılmış hesab edərək müşavirə otağına girib-çıxaraq barəsində bu şikayəti verdiyi qərardadın nəticə hissəsini elan etmişdir. Qərardadda isə qeyd olunub ki, guya o, izahat verərək ərizəmin təmin olunmasını məhkəmədən xahiş etmişəm. Bu halları ərizəsi üzrə ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının audio-video yazısı təsdiq edə bilər. Odur ki, bu şikayətim üzrə obyektiv qərar qəbul edilməsi üçün sözügedən məhkəmə iclasının audio-video yazısına baxılmalı və ərizəm üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun formada məhkəmə iclası keçirilməli və ona ərizənin mahiyyəti üzrə ətraflı izahat vermək və sübutlar təqdim etmək şəraiti təmin olunmalıdır. Bərdə Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, hesab edir ki, Bərdə Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ləğv edilməli, cavabdeh tərəfindən verilmiş qiyabi qətnamənin ləğv edilməsinə ərizə vermək üçün prosessual müddətin buraxılmasının üzrlü hesab edilməklə bərpa edilməsinə dair müddətin bərpasına dair ərizəyə baxılması üçün iş Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh Əzizov Möhsüm Mahmud oğlu məhkəməyə iki ərizə təqdim edərək, birinci ərizədə Bərdə Rayon Məhkəməsinin *(***)- ***/**** nömrəli, ##.##.2025-ci il tarixli qiyabi qətnamənin ləğv edilməsini, ikinci ərizədə isə qiyabi qətnamənin ləğv edilməsinə ərizə vermək üçün prosessual müddətin buraxılmasının üzrlü hesab edilməklə bərpa bərpa edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə qiyabi qətnamənin ləğv edilməsinə ərizə vermək üçün prosessual müddətin bərpa edilməsinə dair ərizəyə münasibət bildirmədən *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardad ilə qiyabi qətnaməsinin ləğv edilməsinə dair ərizəyə baxaraq ərizəni təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəslərini rəhbər tutaraq, QƏRARA ALDİ: Bərdə Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadından cavabdeh X1 tərəfindən şikayət qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ləğv edilsin. Bərdə rayon məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qiyabi qətnaməsi cavabdeh X1 tərəfindən verilmiş qiyabi qətnamənin ləğv edilməsi ilə bağlı prosessual müddətin bərpasına dair ərizəyə baxılması üçün mülki iş Bərdə Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar