Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-529/2026 02.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X3 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh2 və üçüncü şəxs “İnşaat Konstruksiyaları” MMC-nə qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən üçüncü şəxs “İnşaat Konstruksiyaları” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “İnşaat Konstruksiyaları” MMC-nin baş direktoru X4 (İcraçı) ilə cavabdeh1 (Payçı) arasında bağlanmış ## ######## 2021-ci il tarixli, ****** nömrəli müqavilədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 8-ci mərtəbə, ümumi sahəsi 209.1 kv.m olan, ** №-li izolə olunmuş 4 otaqdan ibarət mənzili pay kimi verir. Müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahəsi üçün 2000 AZN təyin edilir. Cəmi 209.1 kv.m sahəsi üçün 418200 AZN təşkil edir.
2. cavabdeh1 tərəfindən X2 verilən ##.##.2025-ci il tarixli etibarnamədən görünür ki, cavabdeh1 “İnşaat Konstruksiyaları” MMC tərəfindən inşa edilmiş müqaviləyə əsasən ona məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 8- ci mərtəbə, ümumi sahəsi 209.1 kv.m olan, ** №-li izolə olunmuş 4 otaqdan ibarət mənzilə dair sənədləri təqdim etməyi, onun adına özəlləşdirməyi, sənədləşdirməyi, bütün idarə və təşkilatlarda, bankda nümayəndəsi olmağı, İH-də, FHN-də onu təmsil etməyi, ƏMDK-i yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi idarəsinə sənədləri təqdim etməyi, çıxarış, forma № * almağı, alqı-satqı, bağışlanma, dəyişdirmə müqaviləsi bağlamağı, aldığına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi İddiaçı etibar etmişdir.
3. X1 tərəfindən notarial qaydada təsdiq edilmiş ##.##.2025-ci il tarixli ərizədən görünür ki, o, əri cavabdeh1 adına olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 8-ci mərtəbə, ümumi sahəsi 209.1 kv.m olan, ** №-li izolə olumuş 4 otaqdan ibarət mənzilin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir iddiası və tələbi olmayacaq.
4. cavabdeh1 tərəfindən “İnşaat Konstruksiyaları” MMC-nə ünvanlanmış ərizədən görünür ki, o, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 8-ci mərtəbə, ümumi sahəsi 209.1 kv.m olan, ** №-li izolə olumuş 4 otaqdan ibarət mənzilin İddiaçı satılmasına, bağışlanmasına, dəyişdirilməsinə etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir iddiası və tələbi olmayacaq. Ərizəsini öz imzası ilə təsdiq edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, ## ######## 2021-ci il tarixli, ****** nömrəli müqaviləyə əsasən “İnşaat Konstruksiyaları” MMC ilə cavabdeh1 arasında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov və A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində, ümumi sahəsi 209,1 kv.m olan və 4 otaqdan ibarət ** №-li izolə olunmuş mənzilə maneələrin aradan qaldırılması, təhvil verilməsi öhdəliyinin cavabdehlər cavabdeh2 və cavabdeh1 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ## ######## 2021-ci il tarixli, ****** nömrəli müqaviləyə əsasən “İnşaat Konstruksiyaları” MMC ilə cavabdeh1 arasında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov və A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasından pay barədə müqavilə imzalamışlar. Həmin müqavilənin əsas predmetini Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov və A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində, ümumi sahəsi 209,1 kv.m olan və 4 otaqdan ibarət ** №-li izolə olunmuş mənzil təşkil edir. Sözügedən mənzilin ödənişi cavabdehlərdən biri olan cavabdeh1 tərəfindən aparılsa da, faktiki ödəniş onun tərəfindən olmuş və mənzil ona məxsusdur. Lakin, cavabdeh cavabdeh1 müxtəlif bəhanələrlə mənzilin açarını təhvil verməkdən yayınır. Hər dəfə müxtəlif bəhanələr gətirməklə ümumi tanışlıqları olan cavabdeh2 ilə aralarında borc verildiyini və həmin mənzilə görə onun da pay hüququnu əsas gətirərək mənzilə süni maneələr yaradıldığını bildirmişdir. Buna görə də, mənzilə aid sənədləşmə işlərinin onun iradəsindən asılı olmadığını bildirərək cavabdeh2 da olduğunu qeyd etmişdir. Həmçinin “İnşaat Konstruksiyaları” MMC də mənzilin ona verilməsinə etiraz etməmişdir. Ona görə də, hazırki tələblə məhkəməyə müraciət etmişdir.
7. Ağstafa Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi ilə (hakim Natiq Abbasov) iddianın təmin edilməsi, ## ######## 2021-ci il tarixli, ****** nömrəli müqaviləyə əsasən “İnşaat Konstruksiyaları” MMC ilə cavabdeh1 arasında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov və A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində, ümumi sahəsi 209,1 kv.m olan və 4 otaqdan ibarət ** №-li izolə olunmuş mənzilə maneələrin aradan qaldırılması, mənzilin, onun sənədlərinin əsillərinin və açarının iddiaçı İddiaçı təhvil verilməsi öhdəliyi cavabdehlər cavabdeh2 və cavabdeh1 üzərinə qoyulması qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, “İnşaat Konstruksiyaları” MMC-nin baş direktoru X6 (İcraçı) ilə cavabdeh1 (Payçı) arasında bağlanmış ## ######## 2021-ci il tarixli, ****** nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 8- ci mərtəbə, ümumi sahəsi 209.1 kv.m olan, ** №-li izolə olunmuş 4 otaqdan ibarət mənzili cavabdeh1 pay kimi vermişdir. Müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahəsi üçün 2000 AZN, cəmi 209.1 kv.m sahəsi üçün 418200 AZN təşkil etmişdir. İş üzrə iddiaçı mübahisəli mənzilin ödənişinin cavabdehlərdən biri olan cavabdeh1 tərəfindən aparılsa da, faktiki ödənişin onun tərəfindən olmasını və mənzilin ona məxsus olmasını, lakin cavabdeh cavabdeh1 müxtəlif bəhanələrlə mənzilin açarını təhvil verməkdən yayınmasını, hər dəfə müxtəlif bəhanələr gətirməklə ümumi tanışlıqları olan cavabdeh2 ilə aralarında borc verildiyini və həmin mənzilə görə onun da pay hüququnu əsas gətirərək mənzilə süni maneələr yaradıldığını, ona görə də hazırki tələblə məhkəməyə müraciət etməsini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə da iddia tələbini qəbul edib ifadəsində iddiaçı ilə cavabdeh cavabdeh1 arasında borc mübahisəsi olmasını, hal-hazırda tərəflər arasında borc mübahisəsinin öz həllini tapmasını, hazırda mənzilin sənədlərinin itməsini, lakin cavabdeh tərəfindən həmin sənədlərin tapılaraq iddiaçıya veriləcəyini, mənzilin iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etməmələrini bildirmişdir. Göründüyü kimi, “İnşaat Konstruksiyaları” MMC-nin baş direktoru X6 (İcraçı) ilə cavabdeh1 (Payçı) arasında bağlanmış ## ######## 2021-ci il tarixli, ****** nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 8-ci mərtəbə, ümumi sahəsi 209.1 kv.m olan, ** №-li izolə olunmuş 4 otaqdan ibarət mənzili cavabdeh1 pay kimi verilsə də mənzilin dəyəri tərəflər arasında olan razılığa əsasən iddiaçı tərəfindən ödənilmişdir. cavabdeh1 isə həmin mənzili iddiaçıya təhvil verməsi barədə öz üzərinə öhdəlik götürmüşdür. Həmin öhdəlik isə cavabdeh1 tərəfindən X7 verilən ##.##.2025-ci il tarixli etibarnamə ilə rəsmiləşdirilmişdir. Belə ki, qeyd edilən etibarnamənin də məzmunundan göründüyü kimi, cavabdeh1 “İnşaat Konstruksiyaları” MMC tərəfindən inşa edilmiş müqaviləyə əsasən ona məxsus qeyd olunan mənzilə dair sənədləri təqdim etməyi, onun adına özəlləşdirməyi, sənədləşdirməyi, bütün idarə və təşkilatlarda, bankda nümayəndəsi olmağı, İH-də, FHN-də onu təmsil etməyi, ƏMDK-i yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi idarəsinə sənədləri təqdim etməyi, çıxarış, forma № * almağı, alqı-satqı, bağışlanma, dəyişdirmə müqaviləsi bağlamağı, aldığına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi İddiaçı etibar etmişdir. cavabdeh1 isə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, müxtəlif bəhanələrlə mənzilin açarını təhvil verməkdən yayınmış, hər dəfə müxtəlif bəhanələr gətirməklə ümumi tanışlıqları olan cavabdeh2 ilə aralarında borc verildiyini və həmin mənzilə görə onun da pay hüququnu əsas gətirərək mənzilə süni maneələr yaratmışdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 286.1, 425.1, 442-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
10. Ağstafa Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən üçüncü şəxs “İnşaat Konstruksiyaları” MMC apellyasiya şikayəti verərək, Ağstafa rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində qeyd edilmişdir ki, "mənzilin dəyəri tərəflər arasında olan razılığa əsasən iddiaçı tərəfindən ödənilmişdir". Onlar bu halı qətiyyən qəbul etmirlər. İşin materiallarında iddiaçının və ya cavabdeh cavabdeh1 "İnşaat Konstruksiyaları" MMC-nin bank hesabına və ya xəzinəsinə 418.200 AZN ödəməsini təsdiq edən heç bir sübut yoxdur. İkincisi, işin diqqətdən qaçan ən mühüm faktiki halı odur ki, nə iddiaçı İddiaçı, nə də cavabdeh cavabdeh1 mənzillə bağlı heç bir zaman "İnşaat Konstruksiyaları" MMC-yə müraciət etməmiş və şirkətin rəhbərliyi ilə hər hansı bir danışıq aparmamışlar. Sözügedən müqavilənin rəsmiləşdirilməsi Natiq adlı şəxsin MMC-ni aldatması nəticəsində baş vermişdir. Natiq adlı şəxs mənzilin dəyərinin qısa müddətdə ödəniləcəyini vəd edərək müqavilənin yazılmasına nail olmuşdur. Sənədlər Natiq adlı şəxsə təqdim edilsə də, sonradan nə vəd edilən ödəniş MMC-nin hesabına köçürülmüş, nə də sənədlərin əsilləri şirkətə qaytarılmışdır. Hazırda "İnşaat Konstruksiyaları" MMC tərəfindən aldatma yolu ilə əldə edilmiş həmin müqavilələrin ləğv edilməsi ilə bağlı zəruri hüquqi addımlar atılmaqdadır. Üçüncüsü,mübahisə predmetinə çevrilən mənzil "İnşaat Konstruksiyaları" MMC tərəfindən heç vaxt nə iddiaçıya, nə də cavabdehə təhvil verilməmişdir. Mənzilin faktiki və hüquqi nəzarəti, eləcə də açarları yalnız şirkətdədir. Birinci instansiya məhkəməsi işin hallarına səthi yanaşmış və ətraflı şəkildə araşdırma aparmadan mənbəyi bəlli olmayan sənədlərə istinad etməklə iddia tələbinin təmin edilən hissəsində düzgün olmayan bir qənaətə gəlmişdir. Məhkəmə öz qətnaməsində Məcəllənin normalarına istinad etsədə, qeyd edilən normalar məhkəmə qətnaməsinin nəticə hissəsində iddianın təmin edilən hissəsi ilə ziddiyyət təşkil edir. Belə ki, qətnamənin əsaslandırıcı hissəsi iddia tələbinin rədd edilməsinə yönəlsə də, nəticə hissəsində iddia tələbinin təmin edilməsi qət edilmişdir. Məhkəmə, iddiaçının ödənişi tam şəkildə etmədiyini və müqavilə şərtlərinə uyğun olmadığını nəzərə almamışdır. Bu, müqavilə azadlığı prinsipinə ziddir (Mülki Məcəllə, 550.1). Məhkəmə MMC-yə ödəniş edilmədiyi halda, cavabdeh cavabdeh1 verdiyi etibarnaməni əşya üzərində sərəncam kimi qəbul etmişdir. Mənzil şirkət tərəfindən tərəflərə ümumiyyətlə təhvil verilmədiyi halda və dəyəri ödənilmədiyi üçün cavabdeh1 mənzilə dair heç bir əşya hüququ yaranmamışdır. Təhvil verilməyən əmlaka sərəncam vermək (etibarnamə ilə dövr etmək) qeyri-mümkündür. Məhkəmə müqavilənin Natiq adlı şəxs tərəfindən şirkət aldadılaraq (ödəniş ediləcəyi yalan vədi ilə) əldə edildiyini və əsillərinin geri qaytarılmadığını nəzərə almamışdır. Aldatma yolu ilə əldə edilmiş sənəd iddiaçıya, heç vaxt ona təhvil verilməmiş MMC-nin əmlakını tələb etmək hüququ verə bilməz. Məhkəmə yalnız iddiaçı ilə cavabdeh arasındakı"şifahi borc" öhdəliyinə hüquqi qiymət vermiş, lakin təməl öhdəliyin (418.200 AZN ödənilməsi) icra edilməməsini gözardı etmişdir. Qanunvericiliyə əsasən, ödəniş öhdəliyi icra edilmədiyi halda əmlakın təhvil verilməsi öhdəliyi yarana bilməz İşin hallarından görünür ki, sözügedən mənzilin hər hansı formada iddiaçıya münasibətdə sahiblik hüququ yaratmaq üçün formal olaraq məhkəməyə müraciət edilmişdir. Məhz iddia ərizəsinin Ağstafa rayon məhkəməsində baxılması üçün Ağstafa rayonunda qeydiyyatda olan digər cavabdehidə işə cəlb etmişlər. Halbuki, həmin cavabdehin belə hazırkı iddiaya hər hansı bir aidiyyatı olmamışdır
12. cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, Ağstafa Rayon Məhkəməsi qərar vermişdir ki, ## ######## 2021-ci il tarixli, ****** nömrəli müqaviləyə əsasən "İnşaat Konstruksiyaları" MMC ilə cavabdeh1 arasında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov və A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində, ümumi sahəsi 209,1 kv.m olan və 4 otaqdan ibarət ** №-li izolə olunmuş mənzilə maneələr aradan qaldırılsın, mənzilin, onun sənədlərinin əsillərinin və açarının iddiaçı İddiaçı təhvil verilməsi öhdəliyi cavabdehlər cavabdeh2 və cavabdeh1 üzərinə qoyulsun. Bu mənzil qohumu və dostu olan Vəliyə məxsus olmuşdur. O, onun təmir işlərində həmişə kömək etmişdir. Bir müddət əvvəl eşitmişdir ki, Vəli mənzili Quvat adlı şəxsə satıb. Həmin vaxt o, mənzildə təmir işləri aparırdı. Vəli ona heç bir məlumat vermədiyindən o, Quvatı mənzilə buraxmamışdır. Sonradan Vəli ona mənzili Quvata satdığını bildirmişdir. Həmin ərəfədə Quvat onları məhkəməyə vermişdir. Onların arasında heç bir mübahisə qalmadığından və mənzili Quvata təhvil verdiklərindən iddianı qəbul etmişlər. Mənzil iddiaçının sərəncamındadır. Təmiri də saxlamışlar. Mənzilin şəkillərini də məhkəməyə təqdim etmişdir. MTK-nın o mənzilə heç bir aidiyyatı yoxdur. Mənzili addan-ada keçirtməkdə pul qazanmaq üçün onlarla razılaşmırlar. Mənzilin açarı onlarda olub. Açarı Quvata təhvil vermişlər. Apellasiya şikayətində MTK yalan yazıb. Mənzilin dəyəri də tam ödənilib və MTK maliyyə arayışı da verib. Arayış işdə var.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə bildirişi ilə onıara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəyi təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
14. Bununla yanaşı əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Vəkil/Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və II hissələri:
15. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. Maddə 144-1.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir.
17. Maddə 144-1.2. Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış mülkiyyətçi tikiləcək binanın tərkib hissələrinin sayına və sahəsinə mütənasib olaraq həmin torpaq sahəsini bu Məcəllənin 144.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bölünmə planı əsasında paylara bölə bilər və bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququnun qeydə alınmasını tələb edə bilər.
18. Maddə 144-1.3. Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış şəxs bölünmə planına əsasən yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra sərəncam verə bilər.
19. 144-1.4. Bölünmə planına əsasən mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və tərkib hissələri əldə edən şəxslərin xeyrinə bu Məcəllənin 147-ci maddəsinə uyğun olaraq təminat qeydi aparılmalıdır.
20. Maddə 144-1.5. Bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların alqı-satqı şərtləri, təminat qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəlikləri və 147.2-ci maddəsində nəzərdə tutulan razılıqları, habelə bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra torpaq sahəsində müvafiq paya və tərkib hissəyə mülkiyyət hüququnun xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı açıq-aydın ifadə edilməlidir.
21. Maddə 144-1.6. Xeyrinə təminat qeydi aparılmış şəxs tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissənin bağlı olduğu pay ilə əlaqədar hüquqlarını və öhdəliklərini yazılı formada sifarişli poçt göndərişi vasitəsilə torpaq sahəsinin mülkiyyətçisini məlumatlandırmaqla notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında üçüncü şəxsə ötürə bilər. Müqavilədə digər müddəalarla yanaşı, hüquqların və öhdəliklərin ötürüldüyü məqamda mövcud olmuş həcmi və həmin həcmdə ötürülməsi, aparılmış təminat qeydində hüquqların və öhdəliklərin ötürüldüyü üçüncü şəxsin xeyrinə müvafiq dəyişikliklərin edilməsinə dair hər iki tərəfin razılıqları aydın şəkildə ifadə edilməlidir. Belə hüquqlar və öhdəliklər onların üçüncü şəxsə ötürüldüyü məqamda mövcud olmuş həcmdə və şərtlərlə ötürülməlidir. Notarius bu müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə, habelə təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə torpaq sahəsinin mülkiyyətçisinə göndərməlidir. Belə müqavilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış təminat qeydində müvafiq dəyişikliklərin edilməsinə dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq qeydiyyat hərəkətləri aparılır.
22. Maddə 147.1. Torpaq sahəsi (üzərindəki tikilmiş və ya tikintisi başa çatmayan tikinti obyektləri də daxil olmaqla) ilə bağlı hər hansı hüququn əldə edilməsinə yönəlmiş tələbləri təmin etmək məqsədilə daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi barədə təminat qeydi aparıla bilər. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylarla əlaqədar təminat qeydinin aparılmasının xüsusiyyətləri bu maddənin tələbləri nəzərə alınmaqla, bu Məcəllənin 144-1-ci maddəsində müəyyən olunur.
23. Maddə 147.2. Təminat qeydinin aparılması üçün torpaq sahəsinin mülkiyyətçisi ilə torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxs arasında notarial formada bağlanılmış müqavilə tələb olunur. Müqavilədə digər müddəalarla yanaşı, torpaq sahəsinin mülkiyyətçisinin öz mülkiyyətində olan torpaq sahəsi barədə təminat qeydinin aparılmasına və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin həmin torpaq sahəsi barədə öz xeyrinə təminat qeydinin aparılmasına dair razılıqları, habelə müvafiq tələblər yerinə yetirildikdən sonra müqavilədən irəli gələn hüquqların xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı aydın şəkildə ifadə edilməlidir.
24. Maddə 147.3. Təminat qeydi daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı vaxtdan yaranır.
25. Maddə 147.4. Torpaq sahəsi barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış təminat qeydinin öz hüquqi qüvvəsini saxladığı müddətdə həmin torpaq sahəsi barədə növbəti təminat qeydi aparıla bilməz.
26. Maddə 147.5. Daşınmaz əmlakın dövlət reyestrini aparan orqanın və notariusların torpaq sahəsi barədə təminat qeydinin aparılması ilə bağlı hərəkətləri bu Məcəllə, “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.
27. Maddə 147.6. Notarius təminat qeydinin aparılması üçün bağlanılması nəzərdə tutulan müqavilənin qanunauyğunluğunu müəyyən etdikdən sonra onu notariat qaydasında təsdiq edib daşınmaz əmlakın dövlət reyestrinə göndərir və daşınmaz əmlakın dövlət reyestrində 3 gün ərzində təminat qeydi aparılır.
28. Maddə 147.7. Torpaq sahəsi barədə təminat qeydinin öz hüquqi qüvvəsini saxladığı müddətdə həmin torpaq sahəsinə və ya ona olan hüquqa dair bağlanan müqavilələr və (və ya) digər formada verilən sərəncamlar təminat qeydinin əsası olmuş tələbin həyata keçirilməsinə təsir etdiyi və ya mane olduğu hissədə etibarsızdır. Həmin qayda sərəncamın məcburi icra və ya həbsin qoyulması qaydasında və ya əmlak inzibatçısı tərəfindən iflas prosesi zamanı verildiyi halda da tətbiq edilir.
29. Maddə 147.8. Daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi barədə aparılmış təminat qeydi aşağıdakı hallarda öz hüquqi qüvvəsini itirir: 147.8.1. xeyrinə təminat qeydi aparılmış şəxsin bu Məcəllənin 147.2-ci maddəsində nəzərdə tutulan müqavilədən irəli gələn hüquqları bu Məcəlləyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqda; 147.8.2. bu Məcəllənin 147.2-ci maddəsində nəzərdə tutulan müqavilə bu Məcəllənin 421-424-cü maddələrinə uyğun olaraq ləğv edildikdə; 147.8.3. aparılmış təminat qeydində bu Məcəllənin 144-1.6-cı maddəsində nəzərdə tutulan müqavilə əsasında hüquqların və öhdəliklərin ötürüldüyü üçüncü şəxsin xeyrinə müvafiq dəyişikliklər edildikdə.
30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
31. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
32. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
33. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
34. Maddə 334.2. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir.
35. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
36. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
37. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
38. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
39. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun:
40. Maddə 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur;[41] 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.
41. Maddə 9.2. Qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir. 9.2-1. Hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası (məqsədli təyinatı) dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılır. Araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir.
42. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
43. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
49. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
50. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
51. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
52. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
53. Hazırkı apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.
55. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il ## ##### tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il ## ##### və T.Qasımovanın şikayəti üzrə 2020-ci il # ###### tarixli Qərarları).
56. Kollegiya həmçinin qeyd edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2004-cü il tarixli Qərarı).
57. İş materiallarında olan “İnşaat Konstruksiyaları” MMC-nin baş direktoru X4 (İcraçı) ilə cavabdeh1 (Payçı) arasında bağlanmış ## ######## 2021-ci il tarixli, ****** nömrəli müqavilə ilə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 8-ci mərtəbə, ümumi sahəsi 209.1 kv.m olan, ** №-li izolə olunmuş 4 otaqdan ibarət mənzili pay kimi verməsi qeyd edilmişdir. Həmin müqavilə tikintisi başa çatmayan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binası barəsində bağlanmışdır. Lakin, mülki qanunvericiliyin tələbinə uyğun olaraq həmin müqavilə notariat qaydasında təsdiqlənmənməmişdir. Halbuki, Mülki Məcəllənin 144-1.4-ci maddəsinə əsasən bölünmə planına əsasən mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və tərkib hissələri əldə edən şəxslərin xeyrinə bu Məcəllənin 147-ci maddəsinə uyğun olaraq təminat qeydi aparılmalıdır.
58. Göründüyü kimi, “İnşaat Konstruksiyaları” MMC-nin baş direktoru X4 (İcraçı) ilə cavabdeh1 (Payçı) arasında bağlanmış ## ######## 2021-ci il tarixli, ****** nömrəli müqavilə əqdin forma və məzmunu ilə bağlı mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməmiş, qanunvericiliyin tələbinə uyğun olaraq notariat qadasında təsdiqlənməmiş və nəticə etibarilə əhəmiyyətsiz əqd olmuşdur. Belə olan halda cavabdeh1 qeyd olunan mübahisəli mənzilə sərəcncam hüququ yaranmadığından həmin mənzil barəsində də hər hansı əqd bağlamaq ixtiyarı olmamışdır.
59. MM-nin 144-1.6-cı maddəsinə əsasən, xeyrinə təminat qeydi aparılmış şəxs tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissənin bağlı olduğu pay ilə əlaqədar hüquqlarını və öhdəliklərini yazılı formada sifarişli poçt göndərişi vasitəsilə torpaq sahəsinin mülkiyyətçisini məlumatlandırmaqla notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında üçüncü şəxsə ötürə bilər. Müqavilədə digər müddəalarla yanaşı, hüquqların və öhdəliklərin ötürüldüyü məqamda mövcud olmuş həcmi və həmin həcmdə ötürülməsi, aparılmış təminat qeydində hüquqların və öhdəliklərin ötürüldüyü üçüncü şəxsin xeyrinə müvafiq dəyişikliklərin edilməsinə dair hər iki tərəfin razılıqları aydın şəkildə ifadə edilməlidir. Belə hüquqlar və öhdəliklər onların üçüncü şəxsə ötürüldüyü məqamda mövcud olmuş həcmdə və şərtlərlə ötürülməlidir. Notarius bu müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə, habelə təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə torpaq sahəsinin mülkiyyətçisinə göndərməlidir. Belə müqavilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış təminat qeydində müvafiq dəyişikliklərin edilməsinə dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq qeydiyyat hərəkətləri aparılır.
60. Həmçinin iş materialları ilə o da, müəyyən edilmişdir ki, “İnşaat Konstruksiyaları” MMC-dən pay hüququnun alınması ilə bağlı sadə yazılı formada müqavilə bağlanmışdır. cavabdeh1 ilə İddiaçı arasında həmin hüququn ötürülməsi ilə bağlı nə sadə yazılı formada, nə də ki, notarial qaydada təsdiqlənmiş hər hansı müqavilə mövcud deyildir.
61. Qeyd edilənlərə əsasən, kollegiya belə nəticəyə gəlir ki, tərəflər arasında əqdin forma və məzmunu ilə bağlı mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməmiş, bu səbədən onların arasında olan əqd etibarsız olduğundan və etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, heç bir hüquqi nəticə doğurmadığından iddiaçının, həmçinin cavabdeh cavabdeh1 mübahisəli mənzilə dair hər hansı hüququ yaranmamışdır. Bu baxımdan 3-cü şəxs “İnşaat Konstruksiyaları” MMC-nin apellyasiya şikayəti əsaslıdır və təmin edilməlidir.
62. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
63. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
64. MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi təmin edilməməlidir.
66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Ağstafa Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən üçüncü şəxs “İnşaat Konstruksiyaları” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı ## ######## 2021-ci il tarixli, ****** nömrəli müqaviləyə əsasən “İnşaat Konstruksiyaları” MMC ilə cavabdeh1 arasında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov və A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində, ümumi sahəsi 209,1 kv.m olan və 4 otaqdan ibarət ** №-li izolə olunmuş mənzilə maneələrin aradan qaldırılmasına, təhvil verilməsi öhdəliyinin cavabdehlər cavabdeh2 və cavabdeh1 üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.