Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-580/2026 28.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “şərəf-ləyaqətin ləkələnməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin *(***)- **/**** saylı, ## ###### 2023-cü il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş şikayəti yoxlayaraq, MÜƏYYƏN ETDİ Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “şərəf-ləyaqətin ləkələnməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən onun və qızlarının şərəf və ləyaqətini ləkələyən yanlış məlumatı kütləvi informasiya vasitəsi ilə təkzib etməsi və 10000 manat məbləğində dəymiş mənəvi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir Qətnamədən narazı qalan iddiaçı İddiaçı apelyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayəti qeyri-mümkün hesab edilməli və Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, şikayət yoxlanılarkən müəyyən edilmişdir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə qanunverciliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, eləcə də iddiaçı İddiaçınin dövlət rüsumunu ödəməkdən azad olan şəxs olmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.4-cümaddəsinə görə apellyasiya və kassasiya şikayətlərindən bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Iddiaçı İddiaçı apellyasiya şikayətində alimentin tutulması dair iddia olmasına istinad edərək dövlət rüsumunu ödəməmişdir. Halbuki, iddia tələbi “şərəf-ləyaqətin ləkələnməsi və mənəvi ziyanın ödənilməsi” ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Ağstafa Rayon Məhkəməsinin qətnaməsi ## ###### 2023-cü il tarixli çıxarılsa da, iddiaçı tərəfindən ##.##.2026-cı il tarixdə qətnamədən apellyasiya şikayəti verilmişdir. Iş materiallarında olan reyetrdən görünür ki, ##.##.2023-cü il tarixdə qətnamə iddiaçının ünvanına göndərilmişdir. Birinci instansiya məhkəməsi həmçinin qətnamənin iddiaçı tərəfindən alınıb-alınmaması və müddətin ötürülməsini aydınlaşdırlmamış, apellyasiya şikayətinin 361.3-cü maddəsinin tələbinə uyğun verilməsini yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasənapellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARA ALDİ: Ağstafa Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2023-cü il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün işlə birlikdə Ağstafa Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-7)-580/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-580/2026
28.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver