Məhkəmə qərarları › İş №2(3-7)-582/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-582/2026

22.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-582/2026 22.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, aldatma) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi vəkil3, cavabdeh cavabdeh4 vəkili və nümayəndəsi vəkil1 iştirakı ilə, Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, Şəmkir Rayonu * saylı Notariat Kontoruna və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir Ərazi Idarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestr qeydinin ləğv edilməsi və pul tələbinə" dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. Şəmkir rayon Könüllü Bələdiyəsininin qərarından görünür ki, Könüllü kənd sakini X1 Gəncə-Qazax avtomağistralının “Ipək Yolu”nun sağ tərəfindən, “Azpetrol” yanacaq doldurma məntəqəsi ilə üzbə-üz sahibkarlıq məqsədi ilə gələcəkdə yeni-yeni iş yerlərinin açılmasını nəzərə alıb, kommersiya ilə məşğul olmaq üçün 1 ha torpaq sahəsinin ona satılması üçün sənədləşdirilməsi qərara alınmışdır.

2. ##.##.2006-cı il tarixli 4Ə-*** reyestr nömrəli alqısatqı müqaviləsinin surətindən görünür ki, X1 rayon Könüllü Bələdiyəsinə məxsus Şəmkir rayonu, Könüllü kəndində yerləşən 1 ha torpaq sahəsini 4000 (dörd min) manata almışdır.

3. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH, ******* saylı, ##.##.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Könüllü kəndində yerləşən istifadə növü sahibkarlıq olan 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh3 adına qeydiyyata alınmışdır.

4. ##.##.2024-cü il tarixli etibarnamədən görünür ki, cavabdeh3 tərəfindən cavabdeh4 onun bütün daşınmaz əmlakını satmaq barədə müqaviləni bağlamağı, müqavilədə imza etməyi, həmin müqavilənin bağlanılmasınadək və bundan sonra irəli gələn hüquq və vəzifələrinin icrası ilə əlaqədar onu bütün aidiyyəti orqanlarda təmsil etməyi, sənədləri almağı, təqdim etməyi dəyişdirməyi və digər zəruri hərəkətləri icra etməyi etibar etmişdir.

5. Şəmkir rayon * saylı notariat ofisində X7 tərəfindən verilmiş ərizədən görünür ki, o əri cavabdeh3 məxsus Şəmkir rayonu, Könüllü kəndində yerləşən 1 ha torpaq sahəsinin satılmasına etiraz etməmiş və razılığını bildirmişdir.

6. ##.##.2024-cü il tarixli 4Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Iddiaçı cavabdeh3 ona məxsus Şəmkir rayonu, Könüllü kəndində yerləşən 1 ha torpaq sahəsini 10000 (on min) manata almışdır. Müqavilə Iddiaçı və cavabdeh3 nümayəndəsi cavabdeh4 tərəfindən imzalanmışdır.

7. Rabitəbank ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, SB****** saylı qəbzin surətindən görünür ki, 10000 (on min) manat məbləğ Şəmkir rayon * saylı notariat ofisinin depozit hesabına köçürülmüşdür.

8. ##.##.2024-cü il tarixli ************ qeydiyyat nömrəli çıxarışdan görünür ki,1 hektar torpaq sahəsi xüsusi mülkiyyət əsasında Iddiaçı məxsus olmaqla, təyinatı kənd təsərrüfat torpaqlarıdır.

9. Daşınmaz Əmlakın qiymətləndirilməsinə dair ##.##.2024-cü il tarixli arayışdan görünür ki, Iddiaçı satılan torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) kənd təsərrüfatı təyinatlı torpaqlardır.

10. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Daşınmaz əmlakın dövlət reyestrindən # ######## 2024-cü il tarixli çıxarış Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmununa uyğun olaraq tərtib edilmişdir. Bildirilir ki, "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmununda torpaq sahəsinin məqsədli istifadə növünün göstərilməsi nəzərdə tutulmamışdır. Torpaq məcəlləsinin müvafiq maddəsinə əsasən Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla) 1 faizindən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilər. Hal-hazırda ************ reyestr nömrəli 1.0 ha torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar, məqsədli istifadə növü sahibkarlıqdır.

11. Iddiaçı ilə cavabdeh4 ilə söhbət aparılır, söhbət zamanı cavabdeh4 bildirir ki, həqiqətəndə satdığı torpağın əvəzi olaraq Iddiaçı 75000 manat məbləğində pul almışdır.

a) Birinci instansiya məhkəməsində icraat

12. Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, Şəmkir Rayonu * saylı Notariat Kontoruna və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir Ərazi Idarəsinə qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdeh cavabdeh3 65000 (altmış beş min) manat məbləğində pulun və ödənilmiş 285 (iki yüz səksən beş) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Iddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, cavabdeh cavabdeh3 onun qardaşıdır. Cavabdeh cavabdeh3 mülkiyyətində Şəmkir rayonu Könüllü kəndinin ərazisində 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Cavabdeh cavabdeh3 həmin torpaq sahəsinin təyinatının kənd təsərüfatı olmasını bildirsədə torpaq sahəsinin istifadə növünün sahibkarlıq məqsədi olduğunu ona bildirmişdir. O, da həmin topraq sahəsində sahibkarlıq məqsədi ilə istifadə etmək üçün cavabdeh cavabdeh3 satın almaq qərarına gəlmişdir. Cavabdeh cavabdeh3 ilə 1 hektar torpaq sahəsini 75000 manat məbləğində satışı ilə razılaşmışlar. Lakin cavabdeh cavabdeh3 75000 manat pulu tam olaraq hamsını alqı-satqı müqaviləsində göstərməməyi sadəcə müqavilədə 10000 manat qeydə almaqlarını bildirmişdir. O da cavabdeh qardaşı olduğu üçün ona etibar edib onunla razılaşmışdır. Cavabdeh cavabdeh3 digər cavabdeh cavabdeh4 etibarnamə verərək həmin torpaq sahəsini ##.##.2024cü il tarixdə Şəmkir Rayon * saylı notariat kontorunda bağlanılmış alqı-satqı müqaviləsinə əsasən ona satmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında ** saylı Şəmkir ərazi idarəsində çıxarış aldıqda torpağın təyinatın kənd təsərrüfatı olduğunu ancaq istifadə növü barədə heç bir qeydin olmadığını gördükdə bu barədə dərhal ** saylı Şəmkir Ərazi idarəsinin əməkdaşlarına müraciət edib məlumat əldə etdikdə ona bildirildi ki, torpağın təyinatı ancaq kənd təsərrüfatıdır, həmin torpaq sahəsində heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Bundan sonra o cavabdeh cavabdeh3 məsələni aydınlaşdırmaq üçün müraciət etdikdə sonuncu ona torpaq sahəsini sahibkarlıq təyintlı olduğunu bildirmiş, o, da cavabdeh cavabdeh3 məsələni özünün aydılaşdırmağını tələb etdikdə sonuncu onun tələbindən imtina etmişdir. Bundan sonra cavabdehlər cavabdeh3 və cavabdeh4 müraciət etdib toprağın alınması üçün verdiyi 75000 manat pulun geri qaytarılması tələb etmişdir. Lakin cavabdeh cavabdeh3 həmin pulu geri qaytarmayacağını bildirmişdir. Cavabdehlərə müqavilədən göstərilən 10000 manatdan başqa 65000 manat məbləğində pul verməyini məhkəməyə təqdim edəcəyi sübutlarla təsdiq edəcəkdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi onun iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Ona görədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

14. Daha sonra iddiaçının nümayəndəsi (vəkil) vəkil3 Nazim qızı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək: -Şəmkir rayon * saylı Notariat ofisində tərtib edilmiş ##.##.2024-cü il tarixli 4Ə**** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; -##.##.2024-cü il tarixli 4Ə-**** reyestr nömrəli müqavilə əsasında Iddiaçı adına verilmiş dövlət reyestrində ##.##.2024-cü il tarixdə ************ nömrə ilə qeydiyyata alınmış reyester qeydinin ləğv edilməsi; -cavabdehlər cavabdeh4 və cavabdeh3 iddiaçı Iddiaçı verdiyi 75.000 (yetmiş beş min) manat məbləğində pulun və ödənilmiş 315 (üç yüz on beş) manat məbləğində dövlət rüsumunun cavabdehlər cavabdeh4 və cavabdeh3 alınıb iddiaçı Iddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim N.A,Heydərova) iddia qismən təmin edilmiş, Şəmkir rayon * saylı Notariat ofisində tərtib edilmiş ##.##.2024-cü il tarixli 4Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, ##.##.2024-cü il tarixli 4Ə-**** reyestr nömrəli müqavilə əsasında Iddiaçı adına qeydiyyata alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ************ reyestr nömrəli, ##.##.2024-cü il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli Çıxarış (reyestr qeydi) ləğv edilsin. Cavabdeh cavabdeh3 10000 (on min) manat pul alınaraq Iddiaçı verilmiş, cavabdeh cavabdeh4 65000 (altmış beş min) manat pul alınaraq Iddiaçı verilsin. Ödənilmiş 315 (üç yüz on beş) manat məbləğində dövlət rüsumu cavabdehlər cavabdeh3 və cavabdeh4 müştərək qaydada alınıb iddiaçı Iddiaçı verilməsi qət edilmişdir.

16. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərdi ki, iddiaçı onun əmisidir. Ruslan onun əmisi oğludur. Iddiaçı ona zəng edib sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və yanacaqdoldurma stansiyasi inşa etmək üçün torpaq sahəsi axtardığını bildirmişdir. O, da cavabdeh3 torpaq sahəsi satdığını bildirmişdir. Iddiaçıda həmin torpaq sahəsini cavabdeh3 almışdır.

17. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərdi ki, iddiaçı onun atasıdır. Ruslan onun əmisi oğludur. Atası 75000 manata torpaq sahəsini əmisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün almışdır. Lakin sonradan onlar bilmişdir ki, həmin torpağın təyinatı ancaq kənd təsərrüfatlıdır həmin torpaq sahəsində heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Halbuki əmisi onları əmin etmişdir ki, həmin torpağın üzərində yanacaqdoldurma məntəqəsi inşa etdirib gəlir qazana bilər.

18. Məhkəmə qeyd etmişdir ki, aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır.

19. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: -Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; - Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il # ###### tarixli Qərarı).

20. Beləki, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əqdin aldatma nəticəsində bağlandığını iddia edən tərəf aldatma əməlini sübut etməyə borcludur.

21. Məhkəmə qeyd etmişdir ki, göründüyü kimi, iddiaçı aldadılması əsası ilə bağlanmasına notarial qaydada razılıq verdiyi əqdi o zaman mübahisələndirə bilərki, aldadan və aldadıcı hərəkətlərə yol verən müqavilənin digər tərəfi olsun. Hazırkı halda həm iddiaçı, həm də cavabdeh müqavilə tərəfləridir.

22. Məhkəmə iş üzəgəldiyi qənaəti belə izah etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ##.##.2024-cü il tarixdə cavabdeh cavabdeh3 ilə Şəmkir rayonu, Könüllü kəndində yerləşən 1 ha torpaq sahəsinin 75000 manata satılması barədə və həmin məbləğin hamsının alqı-satqı müqaviləsində göstərilməməsi barədə razılaşmış, bundan sonra iddiaçı ##.##.2024-cü il tarixli 4Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsi üzrə 10000 (on min) manat pulu müqavilə tərəfi kimi X2, qalan 65000 (altmış beş min) manat pulu isə onun oğlu cavabdeh4 vermişdir. Iddiaçı torpaq sahəsini cavabdehdən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti ilə satın almış, məqsədi torpaq sahəsinin üzərində yanacaqdoldurma stansiyasi inşa etdirib gəlir əldə etmək olmuşdur. Lakin cavabdehlər iddiaçıya torpağın təyinatı ilə bağlı düzgün məlumat verməyərək, qohumluq münasibətlərindən irəli gələn etibarından suiistifadə edərək alqı-satqı müqaviləsini iddiaçını aldadaraq bağlamışlar. Ona görə də iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır.

23. Məhkəmə araşdırması zamanı müəyyən edilən hallara əsasən məhkəmə hesab etmişdir ki, Şəmkir rayonu, Könüllü kəndində yerləşən 1 ha torpaq sahəsinin iddiaçı Iddiaçı cavabdeh3 tərəfindən satılmasına dair alqı-satqı müqaviləsi iddiaçının etibarından sui-istifadə edilərəq və aldadılaraq bağlanılmışdır. Belə ki, iddiaçı Iddiaçı torpağın təyinatı barədə satıcı tərəfindən obyektiv və həqiqi məlumat verilsəydi həmin müqavilə iddiaçı tərəfindən bağlanılmazdı. Belə ki, cavabdehlər torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğunu bilmişlər, dərk etmişlər ki, kənd təsərrüfatı təyinatlı torpaq üzərində iddiaçının niyyətli olduğu kimi heç bir kommersiya məqsədli (kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş tikili istisna olmaqla) tikili inşa edilə və fəaliyyət göstərə bilməz, lakin torpağın alqı-satqısı üzrə müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı onlar bu barədə vicdanlılıq vəzifəsinə zidd olaraq alıcıya yalnış məlumat verərək, onu inandırmışlar ki, satılacaq torpaq üzərində kommersiya obyekti inşa etdirməyi mümkün olacaq, çünki onlara aydın olmuşdur ki əksini, yəni iddiaçıya real vəziyyəti çatdıracaqları halda, idddiaçı sözügedən müqaviləni bağlamaqdan imtina edəcək və onlar əldə edə biləcəkləri külli miqdarda gəlirdən məhrum olacaqdırlar. Iddiaçı isə cavabhdehlərlə dərin etimad münasibətində olduğundan cavabdehlərin ona göstərdikləri və bəyan etdikləri halları dəqiqləşdirmədən müqavilənin bağlanmasına razılıq vermişdir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir ki, müqavilədə göstərilməsə də, torpaq sahəsininin əvəzi olaraq cavabdeh cavabdeh4 iddiaçıdan 75000 manat pul almışdır. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş videgörüntülərdə bu halı cavabdeh4 özü də təsdiq etmişdir. Məhkəmə iclası zamanı ona verilmiş suallara cavab olaraq cavabdeh4 bildirmişdir, həmin görüntülərdə digər torpağın alqısatqısı24. ilə bağlı söhbət aparılır, lakin o, məhkəməyə göstərdiyi halların təsdiq edilməsi üçün heç bir mötəbər sübüt təqdim edə bilməmiş, iddiaçı ilə bağladığı hər hansı bir digər müqavilə təqdim edə bilməmişdir. Cavabdeh bu xüsusat üzrə göstərdiklərinin təsdiq edilməsi üçün heç bir əsaslı və ağlabatan arqument gətirə bilməmişdir.

25. Məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını ehtiva edir. Beləliklə, məhkəmə torpağa dair alqı-satqı müqaviləsini etibarsız hesab edərkən tərəflərin hüquqi statusunu ilkin vəziyyətə qaytarmalıdır.

26. Məhkəmə iddianın pul tələbi hissəsi ilə bağlı qeyd etmişdir ki, iş materiallarından görünür ki, ##.##.2024-cü il tarixli 4Ə-**** reyestr nömrəli alqısatqı müqaviləsi Iddiaçı ilə cavabdeh3 arasında bağlanılmış, lakin cavabdeh3 əvəzinə etibarnamə əsasında onun oğlu cavabdeh4 tərəfindən imzalansa da müqavilə üzrə alıcı Iddiaçı, satıcı isə cavabdeh3 olmuşdur. Buna görə də alqı-satqı müqaviləsi üzrə ödənilmiş 10000 (on min) manat məbləğində pulun reqress qaydasında qaytarılmasını iddiaçı Iddiaçı cavabdeh cavabdeh3 tələb etmək hüququ var.

27. Məhkəmə belə hesab etmişdir ki, iddia tələbi 75000 manat pulun tələb edilməsi hissəsində cavabdeh3 qarşı və cavabdeh4 qarşı ayrı-ayrılıqda qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

28. Məhkəmə hesab etmişdir ki, müqavilədə göstərilmiş 10000 (on min) manat məbləğində pul cavabdeh, yəni müqavilə tərəfi olan cavabdeh3 alınaraq iddiaçı Iddiaçı geri qaytarılmalıdır.

29. Həmçinin məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlmişdir ki, müqavilədə göstərilmədən 65000 (altmış beş min) manat məbləğində pulun ödənilməsinə dair iddiaçı Iddiaçı ilə digər cavabdeh cavabdeh4 arasında yaranmış hüquq münasibətləri əsassız varlanma ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdeh cavabdeh4 hərəkətləri əsaslı olmadığından, o, heç bir hüquqi əsas olmadan əldə etdiyi 65000 (altmış beş min) manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır.

30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 144.1, 337, 337.2, 337.4,337.5, 339.2,339.3, 339.6, 567, 1091.1, 1091.2, 1093.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1,78.1, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

31. Cavabdeh cavabdeh4 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qətnamənin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən həmin maddi hüquq normaları düzgün tədbiq edilib, onların tələblərinə əməl edilməklə, mübahisə üzrə ədalətli və qanuni nəticəyə gəlinməsi mümkün olunduğu halda, məhkəmə tərəfindən həmin maddi hüquq normaları düzgün tədbiq edilməməklə səhvə yol verilmişdir. Belə ki, məhkəmə qətnaməsindən görünür ki, məhkəmə iddianı təmin edərkən belə qənaətə gəlmişdir ki, guya o, kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, istifadə növünün sahibkarlıq olmasını yalandan iddiaçıya bildirməklə onu aldadıb torpaq sahəsini ona satmışdır. Ancaq, məhkəmə nəzərə almamışdır ki, mübahisəli 1 hektar torpaq sahəsi Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmaqla, istifadə növü sahibkarlıq olmuş və sahibkarlıq məqsədi ilə vətəndaşa satılmışdır. Hətta onlara verilən mülkiyyət hüququ haqqında Çıxarışda da torpaq sahəsinin istifadə növünün sahibkarlıq məqsədli olması yazılmışdır. Onlar iddiaçıya da əvvəldən bildirmişlər ki, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olsa da, istifadə növü sahibkarlıqdır. Torpaq sahəsinin sənədləridə əvvəldən iddiaçıya verilmiş və iddiaçı bir neçə gün sənədlərlə tanış olmuş, torpaq sahəsinə baxmış və ondan sonra alqı-satqı müqaviləsi bağlanmışdı. Hesab edirlər ki, həmin prosessual hüquq normalarının tələbinə məhkəmə tərəfindən düzgün əməl edilməmişdir. Belə ki, həmin prosessual hüquq normalarının tələblərinə əsasən məhkəmə tərəflərin təqdim etdiyi sübutları araşdırmalı, onlardan istifadə etməli, eyni zamanda hər tərəf məhkəmədə tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalı, Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır MPM-nin 88-ci maddəsinin tələbinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şəmkir rayon Məhkəməsinin ##.##.2026-cıil tarixli *(***)-****/**** saylı Qətnaməsindən görünür ki, məhkəmə onların təqdim etdikləri sübutların, yəni mübahisəli torpaq sahəsi ilə bağlı Bələdiyyə sənədlərini və Çıxarışların heç birini tam və obyektiv araşdırmamış, hüquqi qiymət verməmiş, öz qətnaməsini yalnız iddiaçının heç bir sübutla təsdiq edilməyən və mötəbər sübut kimi qəbul edilə bilməyən yalan ifadələri üzərində qurmuşdur. Hesab edirlər ki, məhkəmə yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə əməl etməmiş, sübutları tam və hərtərəfli araşdırmamış, sübutları mötəbərliyinə görə qiymətləndirməmiş, habelə öz qətnaməsini iş üzrə müəyyənedilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

1. Iddiaçı apelyasiya şikayətinə etiraz verərək bildirmişdir ki, apellyasiya şikayətində göstərilən maddi və prosessual hüquq normalarının pozulmasına dair iddialar həqiqəti əks etdirmir. Məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş və işin hallarına uyğun hüquqi nəticə çıxarılmışdır. Şikayət verən tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və ya əsassız olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmiş, yalnız məhkəmənin gəldiyi nəticə ilə razılaşmadığını ifadə etmişdir. Halbuki məhkəmə qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanunla müəyyən edilmiş əsaslar mövcud deyildir. Apellyasiya şikayətində göstərilir ki, “Şəmkir rayon məhkəməsində işə baxılarkən işin haları düzgün araşdırılmamış, iş üzrə tam, hərtərəfli, obyektiv araşdırılma aparılmamış, işin faktiki haları axıradək araşdırılmamış, izahatının alınması zəruri olan sözügedən torpağın alqı-satqını həyata keçirən Şəmkir rayon * saylı Notariat Kontorunun notariusu, eləcə də Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir Ərazi Idarəsinin sənədləşməni həyata keçirən əməkdaşı məhkəməyə dəvət olunub onların izahatları alınmamış, iddiaçının, eləcə də onun vəkilinin uydurma fikirlərinə əsaslanıb iddianın təmin edilməsinə dair qanunsuz qətnamə çıxarmışdır.” Bu halla bağlı qeyd edirik ki, işə baxılması zamanı məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələblərinə tam riayət edilmiş, tərəflərin prosessual hüquqları təmin olunmuş, çəkişmə və tərəflərin bərabərliyi prinsipləri gözlənilmişdir. Belə ki, Iş üzrə ##.##.2025, ##.##.2025, ##.##.2025 və ##.##.2025-ci il tarixlərdə məhkəmə hazırlıq iclasları təyin edilmiş, tərəfimizdən bütün sübutlar, vəsatətlər təqdim edilmiş, həmçinin iddia tələbləri ilə bağlı digər zəruri məsələlər aydınlaşdırılmışdır. Cavabdeh cavabdeh4 ##.##.2025-ci il tarixdə məhkəməyə elektron kabineti vasitəsi ilə ərizə ünvanlayaraq ərizəsində bildirmişdir ki, o, və atası olan digər cavabdeh cavabdeh3 iddia tələblərini qəbul etmirlər, məhkəmənin hazırlıq iclasında iştirak edə bilmirlər, iş üzrə əlavə sübutları və vəsatətləri yoxdur, məhkəmə hazırlıq iclasının onların iştirakı olmadan keçirilib, mülki işin məhkəmə baxış iclasına təyin edilməsini xahiş etmişdir. Bundan sonra iş üzrə ##.##.2025-ci il tarixdə məhkəmə baxış iclası keçirilmiş, iddiaçı və onun vəkili, cavabdeh cavabdeh4, eyni zamanda cavabdehlər cavabdeh4 və cavabdeh3 vəkilləri məhkəmə iclasında iştirak etmiş, bütün məsələlər müzakirə edilmiş, sübutlar tədqiq edilmiş, şahidlər ifadə vermiş, həmçinin tərəflər ətraflı şəkildə mahiyyəti üzrə dinlənilmişdir. Məhkəmə bütün iclaslarda bizimlə hər məsələni aydın şəkildə müzakirə etmiş, hüquqi xarakterli mübahisəmizin mahiyyətini, məsələnin nə olmasını, nədən qaynaqlanmasını, tərəflər arasında hansı növdə münasibətlərin qurulmasını, bütün sübutları müzakirə etmiş və tərəf olaraq bizlərə bərabər imkanlar vermişdir ki, istənilən məsələ barədə müvafiq addımlar ataq. Eyni zamanda bizim hazırlıq iclasında bildirdiyimiz faktlar, dəlillərimiz, onların aydın məzmunu məhkəmənin elektron kabinetinə də tərəfin aramızda yaranmış hüquq münasibətinin xarakterini müəyyən edə biləcəyi həddə yerləşdirilmişdir, cavabdeh məhkəmə iclasına gəlməsə belə elektron sistem vasitəsilə bizim bütün təqdim etdiyimiz sübutlarımı, dəlillərimizi aydın görmək imkanında olmuşdur. Bununla da sübuta yetirilir ki, cavabdeh tərəflə iddiaçı tərəfə bərabər prossesual imkanlar tanınmışdır. Cavabdeh tərəf hazırda şikayətdə qeyd etdiyi hallarla bağlı məhkəməyə hər hansı bir vəsatət təqdim etməmişdir. Eyni zamanda, cavabdehin iştirakını tələb etdiyi inzibati orqanlar tərəf olaraq məhkəmə tərəfindən məhkəmə iclaslarına məhkəmə bildirişi əsasında dəvət edilmiş, lakin məhkəmə iclaslarında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə iclasları zamanı məhkəmə işə həmin tərəflərin iştirakı olmadan baxılmasını tərəflərlə müzakirə etmiş və tərəflər (cavabdeh tərəf də daxil olmaqla) bununla bağlı hər hansı bir etiraz və yaxud hər hansı bir faktın müəyyən edilməsi əlavə bir vəsatət məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə tərəfindən iş üzrə zəruri olan sübutlar da müvafiq orqanlardan tələb edilərək götürülmüş və məhkəmə iclasında tərəflərin iştirakı ilə bir-bir tədqiq edilmişdir. 399.1-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, alqı-satqı zamanı iddiaçı Iddiaçı mən aldatmadığım halda, alqı-satqı, eləcə də alqı satqıdan əvvəl sözügedən torpaqla bağlı bütün proseslər, hər şey iddiaçının gözünün qabağında olmaqla sənədləşdirilməsinə, iddiaçı Iddiaçı mənə yanacaqdoldurma məntəqəsi tikəcəyi barədə heç bir söz demədiyi və mənə yalnız sahibkarlıq məqsədi ilə aldığını bildirməsinə baxmayaraq əsassız olaraq bizim mənafeyimizə zidd qətnamə çıxarmışdır. Həmin torpağı biz Orucdan sahibkarlıq məqsədi ilə almışıq, iddiaçıya da torpağı satanda demişəm ki, torpağın təyinatı sahibkarlıqdır. Iddiaçı mənə nə də atama deməyib ki, orada yanacaqdoldurma məntəqəsi tikəcəm. Eyni zamanda iddiaçı ilə alqı satqıdan qabaq mən torpağın bütün sənədlərini ona vermişəm, həmin sənədlər ilə o tanış olub, heç bir etirazı olmayıb.” Bu göstərilənlərlə bağlı qeyd edirik ki, cavabdeh cavabdeh4 birinci instansiya məhkəməsinin məhkəmə iclasında özü izahat verərək bildirmişdir ki, onlar iIddiaçının həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyini bilmişdir. Onlar elə başa düşmüşlər ki, həmin torpaq sahəsində yanacaqdoldurma stansiyası inşa etdirib fəaliyyətə verilməsi mümkündür, buna görə də iddiaçı torpağı onlardan almışdır. Onların iddiaçının həmin torpağa dair gələcək planlarından xəbərləri olmuşdur. Ümumilikdə cavabdehin izahatları ilə bağlı məhkəmə iclas protokolu və məhkəmə iclaslarının audio-video qeydləri nəzərdən keçirildikdə, apellyasiya şikayətində göstərilən halların əksinin məhz cavabdehin özü tərəfindən məhkəmə araşdırması zamanı bildirildiyi aydın şəkildə müəyyən olunur. Belə ki, cavabdeh məhkəmə iclaslarında faktiki halları təhrif etməyə və məsuliyyətdən yayınmağa yönəlmiş izahatlar verməyə çalışsa da, ona ünvanlanmış suallara verdiyi cavablar, təqdim edilmiş sübutların tədqiqi zamanı həmin sübutlara münasibəti, eləcə də məhkəmə araşdırması gedişində sərgilədiyi mövqe onun şikayətdə irəli sürdüyü iddialarla ziddiyyət təşkil etmişdir. Nəticə etibarilə, cavabdeh öz izahatlarında baş vermiş həqiqi halları birbaşa olmasa da, dolayı yolla etiraf etmiş və iş üzrə müəyyən edilmiş faktiki halları təkzib edə bilməmişdir. Apellyasiya şikayətində işin faktiki halları ilə bağlı cavabdeh cavabdeh4 tərəfindən göstərilmişdir ki, “Şəmkir rayon Könülü kənd sakini X1 rayonu Könülü bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı Qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Könülü Bələdiyyəsindən 1 (bir) ha (10000 kv) torpaq sahəsi almışdır. Şəmkir rayon Könülü Bələdiyyəsinin sözügedən bələdiyyə torpağının Şəmkir rayonu Könülü kənd sakini X1 verilməsinə dair Qərarın nəticə hissəsində qeyd olunmuşdur ki, “Şəmkir rayon Könülü kənd sakini X1 Gəncə-Qazax avtomagistralının “Ipək Yolu”-nun sağ tərəfindən “Azpetrol” yanacaq doldurma məntəqəsi ilə üzbə-üz sahibkarlıq məqsədi ilə gələcəkdə yeniyeni iş yerlərinin açılmasını nəzərə alıb, kommersiya ilə məşğul olmaq üçün 01(1) hektar torpaq sahəsinin ona satılması üçün sənədləşdirilsin”. Şəmkir rayon Icra Hakimiyyəti Başçısının Memarlıq və Tikinti şöbəsinin rəyi də vardır ki, Şəmkir rayonunun Könülü kənd sakini X1 Şəmkir rayonunun Könülü kəndində yerləşən 1 ha torpaq sahəsində tikinti işlərininin aparılmasına etiraz etmir. Iş materia larında eləcə də rəsmi sənəd vardır ki, ##.##.2006-cı il tarixli, 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsi ilə X1 rayon Könülü bələdiyyəsinə məxsus, Şəmkir rayonunun Könülü kəndində yerləşən 1 ha torpaq sahəsini alqı-satqı edərək almışdır. Sözügedən torpaq sahəsini mənim atam cavabdeh3 ##.##.2006-cı il tarixli müqaviləyə əsasən torpağın sahibi X1 4000 AZN-ə almışdır. Bildirirəm ki, 2024-cü ilin avqust ayının 22-də iddiaçı olan əmim Iddiaçı Isə oğlu özünün istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonu ilə mənim istifadə etdiyim 051 941-57- ** nömrəli mobil telefonuma zəng vurub mənim əmim oğlu, iddiaçının da digər qardaşının oğlu şahid2 ona deməsinə görə bizim yəni atam cavabdeh3 Isa oğlunun adına Gəncə-Qazax avtomagistral yolunun Şəmkir rayonunun Könülü kəndi ərazisinə aid olan “Ipək yolu”nun sağ tərəfindən “Azpetrol” yanacaqdoldurma məntəqəsi ilə üzbə-üz sahibkarlıq məqsədi ilə gələcəkdə yeni iş yerlərinin açılması məqsədi ilə 1.0 (bir) hektar bələdiyyə torpaq sahəsi olduğunu məndən soruşduqda, mən əmimə dedim ki, doğrudur, həqiqətən də həmin torpağı atam Şəmkir rayonunun Könülü kənd sakini X1 almışdır, həmin torpaq sahəsini aldıqdan sonra dövlət qeydiyyatına aldırıb sonra Çıxarış da almışıq. Həmin vaxtı mübahisə predmeti olan torpaq sahəsinin hansı təyinatlı, yəni kənd təsərrüfatlı və ya kommersiya təyinatlı olması ilə bağlı aramızda heç bir söz-söhbətimiz olmamışdır. Bundan sonra ##.##.2024-cü il tarixdə iddiaçının öz şəxsi avtomobili ilə mənimlə birlikdə sözügedən torpaq sahəsinə getdik, idddiaçı torpağı gəzib baxdıqdan sonra yerini bəyəndi. Torpağın yerinə baxıb onun avtomobl ilə birlikdə geri qayıdanda əmim olan iddiaçı mənə dedi ki, torpağın sənədlərini ona verim, mən sənədləri ona verməyib dedim ki, torpağın sənədlərinin surətlərini sənə verəcəm, Iddiaçı mənə dedi ki, onda bu gün torpağın ilkin sənədlərini, eləcə də atanın adına olan Çıxarışı öz telefonunla çəkib mənim istifadə etdiyim vatsapıma atarsan, dedim ki, yaxşı torpaqla bağlı Orucun adına olmuş Könülü bələdiyyəsinin qərarını, müqaviləni və atamın adına olan çıxarışı və 1 hektar torpaqla bağlı nə sənədim varsa hamısını sənin telefonunun vatsapına atacam. Iddiaçı dedi ki, Oruc Bayramovun adına olan Şəmkir rayon Könülü bələdiyyəsinin qərarını, protikolunu da vatsapıma atarsan, mən də dedim ki, yaxşı mən bütün sənədləri sənin vatsapına ataram, özün araşdırarsan, torpağı almaq istəsən özün mənimlə əlaqə saxlayarsan. Biz birlikdə Şəmkir şəhərinə tərəf maşınla evimizə qayıdarkən, iddiaçı məndən sözügedən torpağı neçəyə satmaq istədiyimizi soruşdu. Mən ona dedim ki, 1.0 hektar torpağın satış qiyməti 75000 manatdır. Iddiaçı mənə dedi ki, “mən tək deyiləm fikirləşim, məsləhətləşim, cavabını bildirəcəm”. Təxminən 5-7 gün sonra iddiaçı mənim möbil telefonuma zəng vurub bildirdi ki, “razıyam torpağın sənədləri də qaydasındadır, torpağı alqı-satqı edək. Belə başa düşdüm ki, o vatsapına göndərdiyim torpağın sənədlərini əvvəlcədən mənə bildirdiyi özünün bildiyi kimlərləsə məsləhətləşib razilaşıb, ona görə də dərhal razılığını bildirib, alqısatqıya getməyimizi dedi. Təkararən bildirirəm ki, alqı-satqıya getdiyimiz həmin torpaq sahəsinin təyinatı ilə bağlı iddiaçı ilə yenə də aramızda heç bir sözsöhbət olmadı. Iddiaçı ilə alqı-satqı üçün razılaşdığımız həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı və ya kommersiya məqsədli olması barədə nə iddiaçı məndən heç nə soruşmayıb, nə də mən ona heç nə bildirməmişəm. Eləcə də mənə deməyib ki, bələdiyyə torpağını yanacaqdoldurmə məntəqəsi açmaq üçün alır. Bu arqument iddaçının özü və vəkili tərəfindən sonradan bilərəkdən məqsədli şəkildə uydurulmuş, özünü müdafiə məqsəd ilə otraya atılmışdır. Atam cavabdeh3 Isa oğlunun adına olan həmin torpaq sahəsinin rəsmi sənədlərində qeyd olunur ki, sözügedən bələdiyyə torpaq sahəsi Şəmkir rayon Könülü kənd sakini X1 Gəncə-Qazax magistral avtomobil yolunun “Ipək yolu”nun sağ tərəfindən “Azpetrol” yanacaq doldurma məntəqəsi ilə üzbə-üz sahibkarlıq məqsədi ilə gələcəkdə yeni iş yerləri açılmasını nəzərə alınıb kommersiya ilə məşğul olmaq üçün 1.0 ha torpaq sahəsinin ona satılması üçün razılaşdıqdan sonra Şəmkir rayon * saylı Notariat Kontorunda alqı-satqı etmişik, Qətnamədə qeyd olunur ki, guya alqısatqı zamanı o sənədlərin notariusda alqı-satqıya hazırlamaq üçün sənədlərin toplanmasını, hazırlanmasını mənə havələ etmiş, guya heç nədən xəbəri olmamış, yalnız alqısatqıya imza etmişdir. Iddiaçının dedikləri absurddur. Ona görə ki, notarius sənədləşmə apararkən bizi ətraflı sorğu sual verib sonra imza etdirir. Məhkəmə işə baxarkən notariusu məhkəməyə dəvət edib bu qeyd olunan ziddiyyətli haları araşdırmamışdir. Torpağın sənədlərini bir həftə əvvəldən iddiaçının telefonuna göndərdiym halda bu xüsusatı məhkəməyə bildirdiyim halda, məhkəmə bu xüsusata heç bir hüquqi qiymət vermədi və araşdırmadı. Apelysiya instasiyası məhkəməsinin nəzərinə çatdırıram ki, işin faktiki haları bu qeyd etdiklərimdən ibarətdir. Cavabdeh kimi hesab edirik ki, Apelyasiya məhkəməsində bizim apelyasiya şikayətimizə baxılarkən iddiaçının özü və vəkilinin uydurduğu güya alqı satqıdan əvvəl iddiaçı ilə mənim aramda torpağın təyinatı üzrə torpağın kommersiya məqsədli olub, olmaması barədə uydurmalarını güya mənim onları aldatdığımı bildirməsi ilə əlaqədar tam hərtərəfli obyektiv araşdırma aparılacaq əsl həqiqət üzə çıxacaq və iddiaçın məhkəməyə heç bir mötəbər sübutlar təqdim etmədiyi nəzərə alınıb, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxaracaqdır.” Işin faktiki halları ilə bağlı iddiaçı Iddiaçı birinci instansiya məhkəməsində bildirmişdir ki, o, özü sahibkarlıq fəaliyyəti ilə məşğuldur, Iddiaçı ilə cavabdeh3 arasında bağlanılmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi nəticəsində yaranmışdır, doğma qardaşı cavabdeh3 tərəfindən ona satılmış 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məqsədli təyinatının yalnız kənd təsərrüfatı xarakterli torpaq sahəsi olmasından və torpağın istifadə təyinatının yalnız kənd təsərrüfatı xarakterli fəaliyyəti olmamalı olmasından məlumatsız olmuşdur, alqı-satqı əqdi üzrə razılaşma əldə edilməmişdən öncə onlar öz aralarında bununla bağlı şifahi razılaşmışlar. Qardaşı cavabdeh3 və eyni zamanda hazırda digər cavabdeh olan qardaşı oğlu cavabdeh4 həmin iddiaçının torpaq sahəsinin istifadə növünün təyinatının sahibkarlıq məqsədi olduğunu bildirmişdir və bu faktı özləri də təsdiq edə bilər. O, cavabdehərə alqı-satqı barədə əqd bağlamamışdan öncə dəfələrlə almaq üçün tikinti məqsədli torpaq sahəsi axtarmasını, həmin torpaq sahəsində yanacaq doldurma məntəqəsi, bu mümkün olmadıqda başqa sahibkarlıq xarakterli tikintilər tikmək və torpağı təkcə o niyyətlə almaq istəməsini, torpaq sahəsinin məqsədli təyinatının tikinti layihlərinə uyğun olanı axtarmasını, tapacağı halda alacağını bildirmişdir. Həmin vaxt qardaşı Rasim ona birdirmişdir ki, hazırda onun mülkiyyətində onun istədiyi məqsədlərlə məşğul olmaq üçün istifadə təyinatı sahibkarlıq olan və istənilən tikinti layihələrinin aparılmasına icazə verilən iddia ərizəsində adı qeyd edilən toraq sahəsi var, həmin torpaq sahəsində istədiyi tikinti layihələrini tikib, istədiyi sahibkarlıq fəaliyyətini həayata keçirə bilər. Bundan sonra o, elə öz qardaşının torpaq sahəsini almaq qərarına gəlmişdir. Qardaşı ilə aralarında olan illərin etibarlı və səmimi münasibəti nəticəsində onun bir sözünə inanmış və düşünmüşdür ki, elə qardaşının torpağını alsın ki, torpaq satılsın və xeyirini qardaşı götürsün. Onların münasibətləri elə bir formada olmuşdur ki, onların bir-birinin sözünə hər hansı inamsızlığı, etimadsızlığı olmamışdır, bir-birilərinin sözü hər şeyin üstündə araşdırmağa belə ehtiyac duyulmadan önəmli olmuşdur və bunu da qardaşı bilmişdir. Hətta danışıq zamanı o qardaşına torpaq sahəsindən məqsədli istifadə təyinatını dəqiq və ətraflı şəkildə bilib bilməməsini soruşmuş, qardaşı isə öz cavabında bununla bağlı heç bir problem olmadığını, əminliklə torpaq sahəsinin məqsədli təyinatının sahibkarlığın olması, tikinti məqsədləri üçün nəzərdə tutulmasını, sahibkarlıqla bağlı istənilən tikinti layihələrinin həyata keçirilməsinin mümkün olması, hər bir şey barədə ətraflı məlumatlı olmasını, onun satdığı birinci torpaq sahəsi olmadığını, hazırki vaxta qədər xeyli torpaq sahəsi satmasını, hər birininin istifadə təyinatını məqsədini və növünü müvafiq orqanlarla dəqiqləşdirib satmasını, hazırda ona satacağı torpağın da sənədlərində həmin torpaq sahəsinin məqsədli təyinatının sahibkarlığın olması, tikinti məqsədləri üçün nəzərdə tutulmasını, hər hansı başqa bir halın mümkün olmadığını demişdir. O, bunu ona görə soruşmuşdur ki, qardaşı dəfələrlə başqa şəxslərlə torpaq sahəsinin satışını həyata keçirtmişdir. Bundan sonra həmin torpaq sahəsinin satış qiymətininin dəyərinin 75.000 (yetmiş beş) min manat olması barədə razılaşmışlar. Bundan sonra torpağı almaq məqsədi ilə qardaşı oğlu cavabdeh4 75.000 (yetmiş beş) min manat məbləğində pul vermişdir. Pul verdikdən sonra qardaşı oğlu müqaviləni notariat qaydada rəsmiləşdirmək qərarına gəlmişlər və birlikdə Şəmkir rayonu * saylı Notariat Kontoruna getmişlər. Orada olan zaman Ruslanın gənc və aktiv olması ilə bağlı bütün hərəkətlərin edilməsini ona həvalə etmişdir. Torpaq sahəsi iə bağlı notariat orqanında bütün hərəkətləri, müraciətləri Ruslan etmiş, o, isə yalnız görülmüş notariat hərəkətinin sonunda heç bir sənədi oxumadan sadəcə göstərilən yerlərə imza etmişdir. O, hər şeyin qaydasında olmasını və sadəcə rəsmiləşdirmələrin formal olaraq həyata keçirilməsini düşünmüşdür. Qardaşından aldığı qeyd edilən torpaq sahəsinin aralarında rəsmişləşdirilən alqı-satqı müqaviəsində 10.000 (on) min manat göstərilməsi ilə bağlı isə qeyd edir ki, bunu da cavabdeh tərəf özü belə göstərmək istəmişdir, yəqin ki, dövlət vergisinin daha aşağı məbləğdə olması üçün belə etmişdir. O, alqı-satqı məbləğinin o məbləğdə qeyd edillməsini görməmişdir, yəni xüsusi diqqət yetirməmişdir. Müqavilədən kənar qaydada 65.000 (altmış beş) min manat məbləğində pul ödəməsi ilə bağlı videogörüntüləri təqdim edəcəkdir. Alqı-satqı olduqdan qısa bir müddət sonra o, müvafiq orqanlardan çıxarış aldıqdan sonra qardaşından aldığı həmin torpaq sahəsinin istifadə məqsədinin onun aldığı zaman qardaşı tərəfindən ona deyilən istifadə məqsədli olmadığını bilmiş, dərhal bu barədə qardaşı ilə əlaqə saxlamış və niyə belə etməsininin səbəbini soruşmuş, qardaşı öz cavabında onun torpaq sahəsinin təyinatının hələdə onun ona satdığı məqsədlə, yəni tikinti xarakterli sahibkarlıq məqsədli olmasını və istədiyi növdə olan layihə üzrə tikinti apara bilməsinin mümkün olmasını demişdir, qardaşına bir daha bildirmişdir ki, ondan aldığı torpaq sahəsinin təyinatı və istifadə qaydası onun aldığı zaman istədiyi təyinat və istifadə qaydalarının məqsədlərinə uyğun deyil, bu zaman qardaşı bildirmişdir ki, yəqin ki, yeni qanunda dəyişiklik olub, əvvəllər elə olmamışdır, gündə bir qanun çıxır və digər başqa əsassız bahənələr gətirmiş, qardaşından aralarında olan əqd əsasında ondan aldığı pulları geri qaytarmasını tələb etmiş, lakin iddiaçının qardaşı hazırda pulu olmamasını və həmin 75.000 (yetmiş beş) min manat pulu qaytara bilməməsini, onun satdığı torpağının hələdə o dediyi təyinat üzrə, yəni sahibkarlıq məqsədi ilə istədiyi növ lahiyədə tikinti ilə məşğul ola bilməsinin mümkün olmasını demişdir. Aralarında bağlanmış alqı-satqı müqaviləsindən heç 10 gün müddət keçməmiş aidiyyatı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Əgər qardaşı tərəfindən aldanmasaydı, yəni aldığı torpaq sahəsinin istədiyi istifadə məqsədlərinə uyğun olmadığını, sahibkarlıq məqsədli tikinti tikilməsinin həmin torpaq sahəsində tikilməsinin dövlət tərəfindən qadağan edilməsini bilsəydi iddiaçı heç vaxt aldığı həmin torpaq sahəsi barədə hər hansı bir əqdi bağlamağa razılıq verməzdi və bunun belə olmağı da qarşı tərəfə tam aşkar idi, yəni qarşı tərəf bilirdi ki, digər təyinat məqsədli torpaq sahəsinin onun tərəfindən alınması mümkün deyil. Qardaşı üzərinə düşən vəzifəsini vicdanla yerinə yetirməmişdir. Cavabdeh cavabdeh3 həmin torpaq sahəsinin təyinatının kənd təsərüfatlı təyinatlı torpaq sahəsinin olması və orada sahibkarlıq məqsədli istənilən tikinti təyinatları aparılmasının mümkün olmamasını bildirsədə torpaq sahəsinin istifadə növünün qeyd edilən təyinat məqsədinə uyğun olmadığı müəyyən edilmiş və bununla da onun qanunla qorunan hüquqları pozulmuşdur. Qardaşı əslində bildiyi və ya bilməsə belə bilməli olduğu məsələ barədə yanlış məlumat verərək ondan fayda götürmüş, müqavilə və müqavilədən kənar ondan aldığı pulla əsasız olaraq varlanmış, onu böyük zərərə uğratmış, üzərinə öhdəlik olaraq qoyulmuş müqavilə predmeti barədə verilməli və müəyyən edilməli olan məlumatı ona verməmiş, başqa məzmunlu məlumatlarla ona predmetin istifadə təyinatını doğru bildirməmişdir.Cavabdehlər müqavilənin bağlanmasına dair hələ müəyyən söhbətlər gedərkən ona torpaq sahəsinə dair özlərində olan çıxarışı təqdim etmişlər ki, həmin çıxarışda o “sahibkarlıq” sözünü ötəri bir şəkildə görüb əmin olmuşdur ki, torpaqın təyinatı sahibkarlıqla bağlıdır. Lakin sonradan bu barədə heç bir dəqiqləşdirmə aparmamışdır. Hesab edir ki, tərəflər arasında bağlanılmış müqavilə etibarsız hesab edilməli və hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Həmçinin işin faktiki halları ilə bağlı tərəfimdən birinci instansiya məhkəməsində bildirilmişdir ki, iddia ərizəsi üzrə irəli sürülən tələb Iddiaçı ilə cavabdeh3 arasında bağlanılmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi nəticəsində yaranmışdır. Iddia ərizəsində tərəflər arasında hazırki mübahisənin yaranmasına səbəb olan münasibətlərin necə, nə zaman, hansı qaydada və hansı məzmunda olması öz əksini tapmışdır. Iddia ərizəsində qeyd edilənlərdən əlavə olaraq bildirir ki, iddiaçı Iddiaçı doğma qardaşı cavabdeh3 tərəfindən ona satılmış 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məqsədli təyinatının yalnız kənd təsərrüfatı xarakterli torpaq sahəsi olmasından və torpağın istifadə təyinatının yalnız kənd təsərrüfatı xarakterli fəaliyyəti olmamalı olmasından məlumatsız olmuşdur. Tərəflər arasında alqı-satqı əqdi üzrə razılaşma əldə edilməmişdən öncə hər iki tərəf bununla bağlı aralarında satıcı satacağı predmet, alıcı alacağı predmet barədə, onun istifadə təyinatının məqsədi və digər zəruri göstəriciləri barədə şifahi razılaşmışlar. Iddiaçının qardaşı cavabdeh3 və eyni zamanda hazırda digər cavabdeh olan qardaşı oğlu cavabdeh4 həmin iddiaçının torpaq sahəsinin istifadə növünün təyinatının sahibkarlıq məqsədi olduğunu bildirmişdir və bu faktı özləri də təsdiq edə bilər. Iddiaçı onlara alqı-satqı barədə əqd bağlamamışdan öncə dəfələrlə almaq üçün tikinti məqsədli torpaq sahəsi axtarmasını, həmin torpaq sahəsində yanacaq doldurma məntəqəsi, bu mümkün olmadıqda başqa sahibkarlıq xarakterli tikintilər tikmək və torpağı təkcə o niyyətlə almaq istəməsini, torpaq sahəsinin məqsədli təyinatının tikinti layihlərinə uyğun olanı axtarmasını, tapacağı halda alacağını bildirmişdir. Həmin vaxt qardaşı Rasim iddiaçıya birdirmişdir ki, hazırda onun mülkiyyətində onun istədiyi məqsədlərlə məşğul olmaq üçün istifadə təyinatı sahibkarlıq olan və istənilən tikinti layihələrinin aparılmasına icazə verilən iddia ərizəsində adı qeyd edilən toraq sahəsi var, həmin torpaq sahəsində istədiyi tikinti layihələrini tikib, istədiyi sahibkarlıq fəaliyyətini həayata keçirə bilər. Bundan sonra iddiaçı elə öz qardaşının torpaq sahəsini almaq qərarına gəlmişdir. Iddiaçı qardaşı ilə aralarında olan illərin etibarlı və səmimi münasibəti nəticəsində onun bir sözünə inanmış və düşünmüşdür ki, elə qardaşının torpağını alsın ki, torpaq satılsın və xeyirini qardaşı götürsün. Hər iki tərəf bir-biri ilə elə münasibətdə və inamda olmuşdur ki, onların bir-birinin sözünə hər hansı inamsızlığı, etimadsızlığı olmamışdır, birbirilərinin sözü hər şeyin üstündə araşdırmağa belə ehtiyac duyulmadan önəmli olmuşdur və hər iki tərəf münasibətin bu dərəcədə etibarlı və güvənilir olmasını dərk etmişdir. Bu faktı da hər iki tərəf məhkəmə iclasında təsdiq edə bilər. Hətta danışıq zamanı iddiaçı qardaşına torpaq sahəsindən məqsədli istifadə təyinatını dəqiq və ətraflı şəkildə bilib-bilməməsini soruşmuş, qardaşı isə öz cavabında bununla bağlı heç bir problem olmadığını, əminliklə torpaq sahəsinin məqsədli təyinatının sahibkarlığın olması, tikinti məqsədləri üçün nəzərdə tutulmasını, sahibkarlıqla bağlı istənilən tikinti layihələrinin həyata keçirilməsinin mümkün olması, hər bir şey barədə ətraflı məlumatlı olmasını, onun satdığı birinci torpaq sahəsi olmadığını, hazırki vaxta qədər xeyli torpaq sahəsi satmasını, hər birininin istifadə təyinatını məqsədini və növünü müvafiq orqanlarla dəqiqləşdirib satmasını, hazırda ona satacağı torpağın da sənədlərində həmin torpaq sahəsinin məqsədli təyinatının sahibkarlığın olması, tikinti məqsədləri üçün nəzərdə tutulmasını, hər hansı başqa bir halın mümkün olmadığını demişdir. Iddiaçı qardaşından ona görə soruşmuşdur ki, qardaşı dəfələrlə başqa şəxslərlə torpaq sahəsinin satışını həyata keçirtmişdir. Bundan sonra tərəflər həmin torpaq sahəsinin satış qiymətininin dəyərinin 75.000 (yetmiş beş) min manat olması barədə razılaşmışlar. Bundan sonra iddiaçı torpağı alması məqsədi ilə qardaşı oğlu cavabdeh4 75.000 (yetmiş beş) min manat məbləğində pul vermişdir. Pul verdikdən sonra iddiaçı qardaşı oğlu müqaviləni notariat qaydada rəsmiləşdirmək qərarına gəlmişlər və birlikdə Şəmkir rayonu * saylı Notariat Kontoruna getmişlər. Orada olan zaman iddiaçı qardaşı oğlu Ruslanın gənc və aktiv olması ilə bağlı bütün hərəkətlərin edilməsini ona həvalə etmişdir. Torpaq sahəsi iə bağlı notariat orqanında bütün hərəkətləri, müraciətləri Ruslan etmiş, iddiaçı isə yalnız görülmüş notariat hərəkətinin sonunda heç bir sənədi oxumadan sadəcə göstərilən yerlərə imza etmişdir. Iddiaçı hər şeyin qaydasında olmasını və sadəcə rəsmiləşdirmələrin formal olaraq həyata keçirilməsini düşünmüşdür. Qardaşından aldığı qeyd edilən torpaq sahəsinin aralarında rəsmişləşdirilən alqı-satqı müqaviəsində 10.000 (on) min manat göstərilməsi ilə bağlı isə qeyd edir ki, bunu da cavabdeh tərəf özü belə göstərmək istəmişdir, yəqin ki, dövlət vergisinin daha aşağı məbləğdə olması üçün belə etmişdir, daha doğrusu iddiaçı cavabdeh tərəfin məbləğin belə məbləğdə qeyd edilməsini onların öz istəyinin elə olması ilə əsaslandırmışdır. Iddiaçı alqısatqı məbləğinin o məbləğdə qeyd edillməsini görməmişdir, yəni xüsusi diqqət yetirməmişdir. Iddiaçının müqavilədən kənar qaydada 65.000 (altmış beş) min manat məbləğində pul ödəməsi ilə bağlı sübut məhkəmə iclasında iddiaçı tərəfindən təqdim ediləcəkdir. Tərəflər arasında alqısatqı olduqdan qısa bir müddət sonra iddiaçı müvafiq orqanlardan çıxarış aldıqdan sonra qardaşından aldığı həmin torpaq sahəsinin istifadə məqsədinin onun aldığı zaman qardaşı tərəfindən ona deyilən istifadə məqsədli olmadığını bilmiş, dərhal bu barədə qardaşı ilə əlaqə saxlamış və niyə belə etməsininin səbəbini soruşmuşdur. Iddiaçının qardaşı öz cavabında onun torpaq sahəsinin təyinatının hələdə onun ona satdığı məqsədlə, yəni tikinti xarakterli sahibkarlıq məqsədli olmasını və istədiyi növdə olan layihə üzrə tikinti apara bilməsinin mümkün olmasını demişdir. Iddiaçı qardaşına bir daha bildirmişdir ki, ondan aldığı torpaq sahəsinin təyinatı və istifadə qaydası onun aldığı zaman istədiyi təyinat və istifadə qaydalarının məqsədlərinə uyğun deyil, bu zaman qardaşı bildirmişdir ki, yəqin ki, yeni qanunda dəyişiklik olub, əvvəllər elə olmamışdır, gündə bir qanun çıxır və digər başqa əsassız bahənələr gətirmişdir. Iddiaçı qardaşından aralarında olan əqd əsasında ondan aldığı pulları geri qaytarmasını tələb etmiş, lakin iddiaçının qardaşı hazırda pulu olmamasını və həmin 75.000 (yetmiş beş) min manat pulu qaytara bilməməsini, onun satdığı torpağının hələdə o dediyi təyinat üzrə, yəni sahibkarlıq məqsədi ilə istədiyi növ lahiyədə tikinti ilə məşğul ola bilməsinin mümkün olmasını demişdir. Aralarında bağlanmış alqı-satqı müqaviləsindən heç 10 gün müddət keçməmiş iddiaçı adiyyatı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Iddiaçı hazırda cavabdeh olan qardaşından aldığı predmetin əsas xüsusiyyətləri, yəni torpaq sahəsinin təyinatı üzrə istifadə məqsədləri ilə bağlı iddiaçını aldadaraq iddiaçının tamamilə yanılmağına səbəb olmuşdur. Iddiaçı artıq alqı-satqı predmeti üzrə aldadıldığını və yanıldığını, əqd üzrə nəniki gözlədiyi faydanı, eyni zamanda xeyli miqdarda zərərə düşməyini, bu halın onun maddi vəziyyətini artıq ağırlaşdırcağını başa düşmüşdür. Əgər iddiaçı qardaşı tərəfindən aldanmasaydı, yəni aldığı torpaq sahəsinin istədiyi istifadə məqsədlərinə uyğun olmadığını, sahibkarlıq məqsədli tikinti tikilməsinin həmin torpaq sahəsində tikilməsinin dövlət tərəfindən qadağan edilməsini bilsəydi iddiaçı heç vaxt aldığı həmin torpaq sahəsi barədə hər hansı bir əqdi bağlamağa razılıq verməzdi və bunun belə olmağı da qarşı tərəfə tam aşkar idi, yəni qarşı tərəf bilirdi ki, digər təyinat məqsədli torpaq sahəsinin iddiaçı tərəfindən alınması mümkün deyil. Qarşı tərəf satıcı olaraq üzərinə düşən vəzifəsini vicdanla yerinə yetirməmişdir. Cavabdeh cavabdeh3 həmin torpaq sahəsinin təyinatının kənd təsərüfatlı təyinatlı torpaq sahəsinin olması və orada sahibkarlıq məqsədli istənilən tikinti təyinatları aparılmasının mümkün olmamasını bildirsədə torpaq sahəsinin istifadə növünün qeyd edilən təyinat məqsədinə uyğun olmadığı müəyyən edilmiş və bununla da onun qanunla qorunan hüquqlarım pozulmuşdur. Qarşı tərəf iddiaçıya əslində bildiyi və ya bilməsə belə bilməli olduğu məsələ barədə yanlış məlumat verərək iddiaçıdan fayda götürmüş, müqavilə və müqavilədən kənar iddiaçıdan aldığı pulla əsasız olaraq varlanmış, iddiaçını böyük zərərə uğratmış, üzərinə öhdəlik olaraq qoyulmuş müqavilə predmeti barədə verilməli və müəyyən edilməli olan məlumatı iddiaçıya verməmiş, başqa məzmunlu məlumatlarla ona predmetin istifadə təyinatını doğru deməmişdir. Iddiaçı hazırda həmin torpaq sahəsində müqavilə bağlayan zaman gözlədiyi və istədiyi istifadə məqsədi ilə istifadə edə bilmir. Hesab edirlər ki, tərəflər arasında bağlanılmış müqavilə etibarsız hesab edilməli və tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Cavabdehlərin istəyi ilə alqı-satqı müqaviləsində 10000 manat göstərilmiş, cavabdehlərin özünə isə müqavilədən kənar 65000 manat verilmişdir. Iddiaçı torpaq sahəsinin təyinatı barədə məlumatlı olsa idi, o həmin torpaq sahəsini almazdı. Alqı-satqı müqaviləsi cavabdeh3 əvəzinə etibarnamə əsasında onun nümayəndəsi olan oğlu cavabdeh4 ilə bağlanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq müəyyən edilmişdir ki, iddiaçı ##.##.2024-cü il tarixdə cavabdeh cavabdeh3 ilə Şəmkir rayonu, Könüllü kəndində yerləşən 1 ha torpaq sahəsinin 75000 manata satılması barədə və həmin məbləğin hamsının alqı-satqı müqaviləsində göstərilməməsi barədə razılaşmış, bundan sonra iddiaçı ##.##.2024-cü il tarixli 4Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsi üzrə 10000 (on min) manat pulu müqavilə tərəfi kimi X2, qalan 65000 (altmış beş min) manat pulu isə onun oğlu cavabdeh4 vermişdir. Iddiaçı torpaq sahəsini cavabdehdən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti ilə satın almış, məqsədi torpaq sahəsinin üzərində yanacaqdoldurma stansiyasi inşa etdirib gəlir əldə etmək olmuşdur. Lakin cavabdehlər iddiaçıya torpağın təyinatı ilə bağlı düzgün məlumat verməyərək, qohumluq münasibətlərindən irəli gələn etibarından sui-istifadə edərək alqı-satqı müqaviləsini iddiaçını aldadaraq bağlamışlar. Ona görə də iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilən hallara əsasən məhkəmə yekun olaraq hesab etmişdir ki, Şəmkir rayonu, Könüllü kəndində yerləşən 1 ha torpaq sahəsinin iddiaçı Iddiaçı cavabdeh3 tərəfindən satılmasına dair alqı-satqı müqaviləsi iddiaçının etibarından sui-istifadə edilərəq və aldadılaraq bağlanılmışdır. Belə ki,iddiaçı Iddiaçı torpağın təyinatı barədə satıcı tərəfindən obyektiv və həqiqi məlumat verilsəydi həmin müqavilə iddiaçı tərəfindən bağlanılmazdı. Belə ki, cavabdehlər torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğunu bilmişlər, dərk etmişlər ki, kənd təsərrüfatı təyinatlı torpaq üzərində iddiaçının niyyətli olduğu kimi heç bir kommersiya məqsədli (kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş tikili istisna olmaqla) tikili inşa edilə və fəaliyyət göstərə bilməz, lakin torpağın alqı-satqısı üzrə müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı onlar bu barədə vicdanlılıq vəzifəsinə zidd olaraq alıcıya yalnış məlumat verərək, onu inandırmışlar ki, satılacaq torpaq üzərində kommersiya obyekti inşa etdirməyi mümkün olacaq, çünki onlara aydın olmuşdur ki əksini, yəni iddiaçıya real vəziyyəti çatdıracaqları halda, idddiaçı sözügedən müqaviləni bağlamaqdan imtina edəcək və onlar əldə edə biləcəkləri külli miqdarda gəlirdən məhrum olacaqdırlar. Iddiaçı isə cavabhdehlərlə dərin etimad münasibətində olduğundan cavabdehlərin ona göstərdikləri və bəyan etdikləri halları dəqiqləşdirmədən müqavilənin bağlanmasına razılıq vermişdir. Məhkəmə öz qətnaməsində onu qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir ki, müqavilədə göstərilməsə də, torpaq sahəsininin əvəzi olaraq cavabdeh cavabdeh4 iddiaçıdan 75000 manat pul almışdır. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş videgörüntülərdə bu halı cavabdeh4 özü də təsdiq etmişdir. Məhkəmə iclası zamanı ona verilmiş suallara cavab olaraq cavabdeh4 bildirmişdir, həmin görüntülərdə digər torpağın alqı-satqısı ilə bağlı söhbət aparılır, lakin o, məhkəməyə göstərdiyi halların təsdiq edilməsi üçün heç bir mötəbər sübüt təqdim edə bilməmiş, iddiaçı ilə bağladığı hər hansı bir digər müqavilə təqdim edə bilməmişdir. Cavabdeh bu xüsusat üzrə göstərdiklərinin təsdiq edilməsi üçün heç bir əsaslı və ağlabatan arqument gətirə bilməmişdir. Əlavə olaraq bildirik ki, cavabdeh cavabdeh4 iş materiallarında mövcud olan video görüntü ilə bağlı verdiyi izahatlar bir-biri ilə ziddiyyət təşkil etmiş, müxtəlif mərhələlərdə fərqli və qarşılıqlı olaraq istisna edən mövqelər sərgilənmişdir. Belə ki, cavabdeh əvvəlcə görüntünün köhnə tarixdə çəkildiyini bildirmiş, halbuki video görüntünün çəkilmə tarixi və digər texniki göstəricilərini təsdiq edən sübutlar iş materiallarına təqdim edilmişdir. Bununla yanaşı, cavabdeh həmin iddiasını təsdiq edən hər hansı vəsatət və ya sübut məhkəməyə təqdim etməmişdir. Daha sonra cavabdeh görüntüdə qeyd olunan məbləğin həqiqətə uyğun olmadığını, yalnız 10.000 manat məbləğində pul aldığını bildirmiş, sonrakı izahatlarında isə görüntüdə olan şəxsin ümumiyyətlə özü olmadığını iddia etmişdir. Bununla bağlı da cavabdeh araşdırma aparılması üçün hər hansı vəsatət və ya sübut məhkəməyə təqdim etməmişdir. Hətta bununla kifayətlənməyərək, sonrakı mövqeyində həmin görüntünün tərəflər arasında başqa torpaq sahəsinin alğı-satqısı ilə bağlı münasibətlərə aid olduğunu göstərmişdir. Lakin bu faktı təsdiq edən hər hansı bir sübut da cavabdeh məhkəməyə təqdim etməmişdir. Cavabdehin eyni sübutla bağlı ardıcıl olaraq bir-birini təkzib edən və ziddiyyətli izahatlar verməsi onun təqdim etdiyi məlumatların etibarlılığına ciddi şübhələr yaradır. Verilən suallara cavabları və sərgilədiyi mövqe göstərir ki, cavabdeh işin faktiki hallarını təhrif etməyə çalışmış, məhkəməni yanıldaraq iş üzrə həqiqi halların müəyyən edilməsinə mane olmaq niyyəti nümayiş etdirmişdir. Tərəflər arasında yaxın qohumluq və ailə münasibətlərinin mövcud olması, habelə iddiaçının cavabdehə qarşı formalaşmış etimad münasibəti nəzərə alındıqda, iddiaçının cavabdehin verdiyi vədlərə və bəyanatlara inanması, onun sözünə güvənərək hərəkət etməsi həyatın adi axarına, məntiqə və işin faktiki hallarına tam uyğun hesab edilməlidir. Bu cür etimad münasibətlərinin mövcud olduğu hallarda şəxslərin qarşılıqlı münasibətlərini formal sənədləşdirmədən qurması və bir-birinin bəyanatlarına etibar etməsi təbii və ağlabatan davranış kimi qiymətləndirilməlidir. Bundan əlavə işin faktiki halları tərəflərin hər ikisi ilə yaxın qohumluq münasibətlərində olan və məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 ifadələri ilə də öz təsdiqini tapmışdır. Şahid ifadəsində mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı tərəflər arasında mövcud olmuş münasibətlər barədə məlumatlı olduğunu bildirmişdir. Göstərmişdir ki, iddiaçı Iddiaçı ona zəng edib sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və yanacaqdoldurma stansiyasi inşa etmək üçün torpaq sahəsi axtardığını bildirmişdir. O, da cavabdeh3 torpaq sahəsi satdığını bildirmişdir. Iddiaçıda həmin torpaq sahəsini cavabdeh3 almışdır. Bununla yanaşı, şahid onu da göstərmişdir ki, cavabdeh tərəfin həmin torpaq sahəsini xeyli müddət əvvəl daha yüksək məbləğ müqabilində üçüncü şəxsə (başqa sahibkara böyük mağaza tikmək üçün) satmaq barədə razılığa gəldiyindən xəbərdar olmuşdur. Lakin şahid həmin razılaşmanın sonradan hansı səbəbdən baş tutmaması və ya pozulması barədə məlumata malik olmadığını qeyd etmişdir (məhkəmə iclas protokolu və məhkəmə iclaslarının audio-video qeydləri nəzərdən keçirildikdə bu faktların da şahid tərəfindən bildirilməsi öz təsdiqini tapacaqdır). Şahidin tərəflərlə eyni dərəcədə yaxın qohumluq münasibətlərində olması və işin hallarına dair verdiyi ifadələrin ardıcıl, məntiqi və ziddiyyətsiz xarakter daşıması onun ifadələrinin sübut kimi mötəbərliyini daha da artırır. Şahid ifadələri, iş üzrə toplanmış digər sübutlar və tərəflər arasında baş vermiş danışığın əks olunduğu video görüntü birlikdə qiymətləndirildikdə belə nəticəyə gəlmək mümkündür ki, cavabdeh tərəfin sözügedən torpaq sahəsini daha əvvəl tamamilə kənar şəxs olan və fərdi sahibkarlıqla məşğul olan üçüncü şəxsə satmaq niyyəti olmuşdur. Həmin şəxsin torpaq sahəsinin hüquqi vəziyyətini, təyinatını və istifadəsi ilə bağlı əhəmiyyət kəsb edən halları araşdırdıqdan sonra onu əldə etməkdən imtina etməsi, torpaq sahəsinin cavabdehin təqdim etdiyi xüsusiyyətlərə uyğun olmaması ehtimalını gücləndirən hal kimi nəzərə alınmalıdır. Sonrakı mərhələdə cavabdeh tərəfindən həmin torpaq sahəsinin iddiaçıya, hətta əvvəl nəzərdə tutulan satış qiymətindən daha aşağı məbləğə təklif edilməsi də təsadüfi hesab edilə bilməz. Belə ki, tərəflər arasında mövcud olmuş yaxın qohumluq, doğma qardaşlıq və qarşılıqlı etimad münasibətləri cavabdehə əsas verirdi ki, iddiaçı onun verdiyi məlumatların düzgünlüyünə inanacaq və əlavə araşdırma aparmadan əqdi bağlayacaqdır. Cavabdeh tərəf aralarında olan etimada əsasən iddiaçı tərəfin digər üçüncü şəxs kimi torpağın istifadə təyinatı ilə bağlı hər hansı araşdırma aparmayacağına tam əmin idi. Qarşı tərəf iddiaçıya əslində bildiyi və ya bilməsə belə billməli olduğu məsələ barədə yanlış məlumat verərək iddiaçıdan fayda götürmüş, müqavilə və müqavilədən kənar iddiaçıdan aldığı pulla əsasız olaraq varlanmış, iddiaçını böyük zərərə uğratmış, üzərinə öhdəlik olaraq qoyulmuş müqavilə predmeti barədə verilməli və müəyyən edilməli olan məlumatı iddiaçıya verməmiş, başqa məzmunlu məlumatlarla ona predmetin istifadə təyinatını doğru deməmişdir. Nəinki tərəfimizin yazılı və şifahi izahatları, həmçinin iş materialları ilə müəyyən olunur ki, cavabdeh satıcı qismində özgəninkiləşdirdiyi əmlak barədə alıcı üçün mühüm əhəmiyyət kəsb edən halları bilmiş, lakin həmin məlumatları iddiaçıya tam və dürüst şəkildə açıqlamamışdır. Cavabdehə məlum olmuşdur ki, torpaq sahəsinin faktiki hüquqi vəziyyəti və istifadə təyinatı iddiaçının məqsədinə uyğun deyildir. Çünki iddiaçının həmin təyinat üzrə kifayət qədər torpaq sahələri mövcud olmuş, onun marağı yalnız istədiyi təyinat və istifadə imkanlarına malik torpaq sahəsinin əldə edilməsinə yönəlmişdir

c) Məhkəmə icraatı iştirakçılarının izahatları 2.

3. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh4 apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, o torpağın sənədlərinin şəkillərini whatsapp tətbiqi vasitəsilə alqı-satqıdan bir neçə gün əvvəl əmisinə göndərmiş, əmisi də topağı araşdırandan sonra almaq istədiyini bildirmişdir. Əmisi torpağı nə məqsədlə almaq istədiyini onlarla müzakirə etməmişdi.

4. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi vəkil3 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək müvəkkilinin cavabdeh təəflə qohumluq əlaqələri olmasına güvəndiyini, buna görə də, qardaşının torpaqla bağlı onu əmin etməsinə aldandığını, əlavə araşdırma aparmadığını bildirdi və apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

5. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

6. B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2019-cu il tarixli Qərarı: Aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. Iradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olubolmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

10. Hazırkı işdə iddia qismən təmin edildiyindən, apellyasiya şikayətinin məzmununa əsasən qətnamə iş üzrə cavabdeh cavabdeh4 tərəfindən tam mübahisələndirildiyindən, mübahisələndirilən iddia tələbi bölünməz olduğundan, qətnamənin əsaslığı tam hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası iddiaçıları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir.

12. Belə ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamış, tərəflər arasında olan münasibətlərə düzgün hüquqi qiymət verilməmiş, bunun nəticəsi olaraq maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu isə mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsasdır.

13. Işdən müəyyən olunur ki, Vaqif və cavabdeh3lar qardaşdırlar, cavabdeh4 isə cavabdeh3 oğludur. Iddiaçı ona əsaslanır ki qardaşı Rasim özünə məxsus olan torpağı ona satarkən torpağın təyinatı haqqında ona yalan məlumat vermiş, həmin torpaqda yanacaqdoldurma məntəqəsi tikilə biləcəyinə onu inandırmışdır. O isə yaxın qohumluq əlaqələrinə etibar edərək qardaşının sözlərinə inanmışdır. Cavabdehin şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı torpağı almaqda məqsədini onlara deməmiş, bundan əlavə torpağın təyinatı sənədin üzərində yazılmışdı, iddiaçıya həmin sənədlər əvvəlcədən verilmiş, onun da torpağın təyinatının onun məqsədlərinə uyğunluğunu yoxlamaq imkanı olmuşdur.

14. Birinci instansiya məhkəməsi sözügedən müqavilənin etibarsız hesab edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Iddiaçı torpağın təyinatı barədə satıcı tərəfindən obyektiv və həqiqi məlumat verilsəydi həmin müqavilə iddiaçı tərəfindən bağlanılmazdı. Belə ki, cavabdehlər torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğunu bilmişlər, dərk etmişlər ki, kənd təsərrüfatı təyinatlı torpaq üzərində iddiaçının niyyətli olduğu kimi heç bir kommersiya məqsədli (kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş tikili istisna olmaqla) tikili inşa edilə və fəaliyyət göstərə bilməz, lakin torpağın alqı-satqısı üzrə müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı onlar bu barədə vicdanlılıq vəzifəsinə zidd olaraq alıcıya yalnış məlumat verərək, onu inandırmışlar ki, satılacaq torpaq üzərində kommersiya obyekti inşa etdirməyi mümkün olacaq, çünki onlara aydın olmuşdur ki əksini, yəni iddiaçıya real vəziyyəti çatdıracaqları halda, iddiaçı sözügedən müqaviləni bağlamaqdan imtina edəcək və onlar əldə edə biləcəkləri külli miqdarda gəlirdən məhrum olacaqdırlar. Iddiaçı isə cavabhdehlərlə dərin etimad münasibətində olduğundan cavabdehlərin ona göstərdikləri və bəyan etdikləri halları dəqiqləşdirmədən müqavilənin bağlanmasına razılıq vermişdir.

15. Məhkəmə kollegiyası bu əsaslandırma ilə razılaşmayaraq hesab edir ki, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli müqavilənin aldadılmaqla bağlanılması səbəbindən etibarsız hesab edilməsi üçün əsaslar yoxdur.

16. Belə ki, Mülki Məcəllənin yuxarıda istinad olunan 339.2-ci maddəsinin tələbinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

17. Qeyd edilməlidir ki, aldatma təsiri altında bağlanmış əqdlər şəxsin daxili iradəsinin düzgün formalaşmadığı əqdlər kateqoriyasına daxildir. Aldatma həm əqdin özünə və onun elementlərinə dair təsəvvürün təhrif edilməsinə, həm də əqddən kənar hallara, əqdin motivinə və məqsədinə yönələ bilər. Yuxarıda istinad edilən maddi hüquq normalarına əsasən aldatma formalarına görə hərəkətlə (məsələn əşyanın keyfiyyəti, məqsədi və digər mühüm göstəriciləri barədə yalan məlumat vermə) və hərəkətsizliklə (əşyanın keyfiyyəti və digər mühüm göstəriciləri barədə susmaq və ya qismən məlumat vermək) həyata keçirilə bilər.

18. Hazırkı işdə iddiaçının əsaslandırması ondan ibarətdir ki, Rasim ona torpağın təyinatı barədə yalan məlumat vermiş, yəni həmin yerdə yanacaqdoldurma məntəqəsinin tikilməsinə heç bir maneənin olmadığını bildirmişdir. O isə qardaşının sözlərinə inanmış, həqiqəti yalnız alqı-satqıdan sonra daşınmaz əmlakın reyestrini aparan orqanın əməkdaşlarından öyrənmişdir.

19. Qeyd edilməlidir ki, sözügedən torpaq sahəsi ##.##.2006-cı ildən cavabdeh cavabdeh3 məxsus olmuş, ondan əvvəl isə X1 adlı şəxsə məxsus olmuşdur. Hər iki şəxsin adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərdə həmin torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmişdir.

20. Işin hallarından, işə iddiaçı tərəfindən əlavə edilən, Iddiaçıla cavabdeh4 danışığının əks olunduğu videoyazıdan da müəyyən edilir ki, Iddiaçı torpağa dair sənədlərlə alqı-satqıdan əvvəl tanış olmaq imkanı olmuş, həmin sənədlər ona təqdim edilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh3 həmin torpaq sahəsinin təyinatının kənd təsərrüfatı olmasını bildirsə də, torpaq sahəsinin istifadə növünün sahibkarlıq məqsədi olduğunu mənə bildirdi. Eyni zamanda, CD diskdə olan videoyazıda söhbət zamanı cavabdeh4 Iddiaçı torpağın təyinatı ilə bağlı iradlarına cavab olaraq bildirir ki, atası ondan torpağın sənədlərini əminə göndərməmisən? soruşub, o isə sənədləri əmisinə göndərdiyini, əmisinin araşdırıb ona məlumat verəcəyini dediyini bildirmiş, Ruslanın əmisi Iddiaçı isə cavabı ilə bu faktı təsdiqləyir.

21. Qeyd edilən hallar onu deməyə əsas verir ki, torpağın hüquqmüəyyənedici və texniki sənədləri iddiaçıya alqı-satqıdan daha əvvəl verilmiş, bununla bağlı cavabdeh tərəf hərəkət və ya hərəkətsizlikdə ifadə olunan və iddiaçı tərəfi aldatmağa yönəlmiş vicdansız davranış nümayiş etdirəmişlər.

22. Iddia tələbinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, kənd təsərüfatı sahəsində çalışan Iddiaçı aydın olmaya bilməzdi ki, təyinatı kənd təsərüfatı qeyd edilmiş torpaq sahəsində yanacaqdoldurma məntəqəsi tikmək olmaz.

23. Kollegiya qeyd edir ki, aldatma təsiri altında bağlanmış əqd o halda etibarsız sayıla bilər ki, zərərçəkmiş şəxsin aldadıldığı hallar onun əqdi bağlamaq qərarı ilə səbəbli əlaqədə olsun. O da qeyd edilməlidir ki, müqavilə tərəfinin əqdin predmetini öyrənmək üçün zəruri olan bütün hərəkətləri etməməsi əqdin aldatma təsiri altında bağlandığının tanınması üçün əsas ola bilməz.

24. Hazırkı işdə də iddiaçının əqdin predmetini öyrənmək üçün kifayət qədər imkanı olmuş, torpağın təyinatı isə onun sənədlərində açıq-aşkar yazılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən müqavilədə bu tip əqdlər üçün zəruri olan subyekt tərkibinə dair şərtlərə əməl edilmişdir. Əqdin məzmununa və tərəflərin iradə sərbəstliyi, iradə ifadəsinin bildirilməsi şərtlərinə də əməl edilmişdir. Belə ki, əqdin məzmunu mülki qanunuvericiliyin tələblərinə uyğun tərtib edilmiş, onda hər hansı qeyrimüəyyənlik

25. və tərəflərin iradə ifadələrinə əks hesab edilə biləcək hallar müəyyən edilmir. Eyni zamanda, müqavilə tərəflərinin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətlərinin əslində fərqli olmasına dəlalət edən hər hansı bir hal da müəyyən edilmir. Əqdin forması isə qanunvericiliyin analoji müqavilələrin bağlanması üçün müəyyən etdiyi zəruri şərtlərə uyğundur.

26. Iddia tələbinin müqavilənin etibarsızlığı ilə bağlı əsas hissəsi təmin edilmədiyinə görə tələbin davamı olan pul tələbinə dair hissə də əsassızdır.

27. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən belə qənaətə gəlir ki, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilməklə iddiaçı Iddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, Şəmkir Rayonu * saylı Notariat Kontoruna və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir Ərazi Idarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestr qeydinin ləğv edilməsi və pul tələbinə" dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıdan tutularaq cavabdeh cavabdeh4 verilsin. Iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar