Məhkəmə qərarları › İş №2(3-7)-591/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-591/2026

06.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-591/2026 06.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı cavabeh cavabdeh1 prosessual müddətin bərpası barədə iş üzrə Açar sözlər: qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi Hakimlər X2 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə İddiaçı İddiaçı QSC-nin nümayəndəsi cavabdehlər cavabdeh4 və qeyrilərinə qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada iddiaçı İddiaçı QSC-nin xeyrinə cəmi 11295,51 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair iş üzrə qərardaddan verilmiş şikayətlə bağlı Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. İşin halları

1. İddiaçı İddiaçı QSC-nin nümayəndəsi cavabdehlər cavabdeh4 və qeyrilərinə qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada iddiaçı İddiaçı QSC-nin xeyrinə cəmi 11295,51 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Tovuz Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir.

3. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, ona aid hissədə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Eyni zamanda cavabdeh cavabdeh1 apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayəti müddətin bərpa edilməsini xahiş etmişdir.

5. Tovuz Rayon Məhkəməsinin 2(062)-4825/2016/2016 ##.##.2025-ci il tarixli qərardadı ilə cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpası barədə ərizəsi təmin təmin edilmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1655/2025 ##.##.2025-ci il tarixli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin *(***)-****/****/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ləğv edilmiş, cavabdeh cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün iş Tovuz Rayon Məhkəməsinə göndərilmişdir.

7. Tovuz Rayon Məhkəməsinin *(***)-****/****-*** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpasından imtina edilmiş, Tovuz Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

8. ##.##.2026-cı il tarixdə cavabdeh cavabdeh1 Tovuz Rayon Məhkəməsinin *(***)- ****/****-*** nömrəli ##.##.2025-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir.

9. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı (hakim S.A.Hacıyev) ilə, Tovuz Rayon Məhkəməsinin *(***)-****/****-*** nömrəli ##.##.2025-ci il tarixli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır.

Birinci instansiya məhkəməsində icraat

10. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsasındırmışdır ki, iş materiallarından görünür ki, Tovuz Rayon Məhkəməsinin *(***)-****/****-*** nömrəli ##.##.2025ci il tarixli qərardadı ##.##.2025-ci il tarixdə cavabdeh cavabdeh1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ində yerləşdirilmiş və ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılmışdır. Hazırda cavabdeh1 şikayət verilmə müddəti başa çatdıqdan sonra, yəni qərardadı rəsmi qaydada aldıqdan 2 ay 15 gün sonra şikayət vermişdir. Buna görə də Tovuz Rayon Məhkəməsinin *(***)-****/****-*** nömrəli ##.##.2025-ci il tarixli qərardadından cavabdeh1 şikayəti geri qaytarılmalıdır.

11. Qərardadın dəlilləri ilə razılaşmayan cavabdeh qərardaddan şikayətlə məhkəməyə müraciət etmiş və qərardadın ləğv edilməsini xahiş etmişdir.

12. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli ilə, şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Qərardaddan şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Qərardaddan şikayətinin dəlilləri

Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən icra işi tələb edilib araşdırılmamışdır. Çünki icra məmuru tərəfindən iş üzrə icraata başlama barədə qərar, tələbin könüllü icrası barədə bildiriş və digər sənədlər də cavabdehin qeydiyyat ünvanı üzrə göndərilir. Həmin sənədlərin cavabdehə təqdim olunub olunmaması, həmçinin cavabdehin icra sənədi üzrə icra şöbəsinə dəvət olunaraq izahatının alınıb-alınmaması barədə sənədlər icra şöbəsindən tələb edilib araşdırılmamışdır. Sonradan məhkəməyə müraciət edilərək qətnamənin təkrarən rəsmi qaydada alınması müddətin ötürülməmiş hesab edilməsinə əsas ola bilməz.

Qərardaddan şikayətə qarşı etirazın dəlilləri

13. Qərardaddan şikayətə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

16.M a d d ə 7 2 . Vətəndaşların vəzifələrinin əsası

İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. III. Qanunu bilməmək məsuliyyətdən azad etmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.

18. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

19. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir

20. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

21. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

22. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

23. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

24. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır.

25. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

26. Maddə 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir.

27. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

28. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

29. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

30. Maddə 227.4. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.

31. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

“C.İsmayılzadənin şikayətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2007-ci il tarixli Qərarı

32. “Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.”

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh ##.##.2025-ci il tarixli qərardaddan prosessual müddəti ötürməklə şikayət vermişdir. Məhkəmə barəsində şikayət verilən ##.##.2026-cı il tarixli qərardadda ona əsaslanmışdır ki, cavabdeh ##.##.2025-ci il tarixli qərardadı prosessual müddəti ötürməklə mübahisələndirmişdir. Kollegiya hesab edir ki, məhkəmə düzgün olaraq yuxarıda qeyd edilən nəticəyə gəlmişdir.

35. Belə ki, şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Qeyd olunmalıdır ki, qərardaddan şikayət onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə verilə bilər.

36. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikası MPMnin 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

37. Müəyyən edilir ki, ##.##.2025-ci il tarixindən cavabdehin elektron kabineti aktivdir.

38. Göründüyü kimi, hüquqi nəticə etibarı ilə cavabdeh tərəfindən qərardaddan şikayət vermə müddəti ötürülmüşdür.

39. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır.

40. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir.

41. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

42. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar