Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-601/2026 01.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1 və maraqlı şəxs Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Gəncə Ərazi İdarəsinə qarşı “cavabdehlər tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarına qarşı iş üzrə (Açar sözlər: ölçmə işlərinə maneənin qadağan edilməsi) Hakimlər X2 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı, Cavabdeh cavabdeh2 iştirakları ilə İddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1 və maraqlı şəxs Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Gəncə Ərazi İdarəsinə qarşı “cavabdehlər tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarına qarşı “torpaq sahəsində ölçmə işlərinin aparılmasına yaradılmış maneənin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh X1 tərəfindən verilən apelyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, 3-21-3-33/2- *****/**** nömrəli məktubda aparılan araşdırma zamanı, fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmadığından və mübahisə olduğu üçün ərizənin icrasının təmin edilməsinin mümkün olmaması göstərilmişdir.
2. “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2024-cü il qeydiyyat tarixli, daşınmaz əmlakın reyestr nömrəsi 508013003480-10301 olan çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 166.6 kvm ümumi sahəli fərdi yaşayış evinin ½ hissəsi Hüseynov Nizami İzzət oğlunun və 166.6 kvm ümumi sahəli fərdi yaşayış evinin ½ hissəsi və 0.06 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1 və maraqlı şəxs Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Gəncə Ərazi İdarəsinə qarşı “cavabdehlər tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarına qarşı “torpaq sahəsində ölçmə işlərinin aparılmasına yaradılmış maneənin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən ümumi birgə mülkiyyətində olan yaşayış evinə dair texniki pasport, evin yerləşdiyi və mülkiyyətində olan 0.06 ha və həmin torpaq sahəsinə bitişik ümumi istifadədə olan 0.04 ha həyətyanı torpaq sahəsi üzərində ölçmə işlərinin aparılması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi ölçmə işlərinə cavabdeh cavabdeh2 və cavabdeh1 tərəfindən yaradılan maneənin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında yaşadığı ünvan 1 ünvanında ümumi sahəsi 166.6 kv.m olan yaşayış evi ½ payla və həmin evin yerləşdiyi 0.06 ha torpaq sahəsi isə tam olaraq mülkiyyətindədir. Qeyd olunan 166.6 kv.m olan y Hüseynovdan ona miras qalıb. Mərhum ərindən miras olaraq qəbul etdiyi yaşayış evinə və torpaq sahəsinə çıxarış alsada həmin daşınmaz əmlaklara aid texniki pasport və plan-ölçü sənədləri almamışdır. Ona görə də ona aid daşınmaz əmlakların texniki vəziyyəti və planölçüsü ona məlum deyil, eyni zamandada cavabdehlər ona məxsus torpaq sahəsini zəbt edərək istifadə edirlər, həmçinin mülkiyyətində olan torpaq sahəsinə bitişik zəbtində 0.04 ha torpaq sahəsi var. Daşınmaz Əmlakın Kadastr və Reyestr Publik Hüquqi şəxsin * saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək mülkiyyətində olan yaşayış evinə texniki pasport, 0.06 ha torpaq sahəsinə plan-ölçü sənədi, eyni zamandada zəbtində olan 0.04 ha torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsini xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi İdarəsinin mütəxəssisləri ölçmə işlərinin aparılması üçün ümumi birgə mülkiyyətlərində olan yaşayış evinə və torpaq sahəsinə baxış keçirmək istəyərkən cavabdehlər tərəfindən maneçilik törədilərək ölçmə işlərinin aparılmasına imkan verilməmişdir. Ona görə də ölçmə işlərinin aparılmasından və çıxarışın verilməsindən imtina edilmişdir. Cavabdehlərin günahı üzündən o, mülkiyyətindən istifadə edə bilmir.
5. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim R.M.Mustafayev) iddia təmin edilmiş, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2024-cü il qeydiyyat tarixli, daşınmaz əmlakın reyestr nömrəsi 508013003480-10301 olan çıxarışla İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən evin və evin yerləşdiyi 0.06 ha torpaq sahəsinə bitişik ümumi istifadədə olan 0.04 ha torpaq sahəsi üzərində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Gəncə Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına maneə yaradılması cavabdehlər cavabdeh2 və cavabdeh1 qadağan edilməsi qət edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübutla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh izahatında ona görə maneəçilik törətdiyini bildirmişdir ki, iddiaçı 4 sotun hamısını istəyir, qanunla zəbt edilmiş torpağın 2 sotunu iddiaçı, 2 sotu isə cavabdehlər ölçü aparmalı olmasını, iddiaçının isə bugünki gün 4 sotun hamısını istəməsini torpağın 2 sotu üçün ölçü işlərinin aparılmasına razı olmasını, daşınmaz Əmlakın əməkdaşları gəlib ölçü apardıqda maneçilik törətmələrini bildirmişdir. Bununla da, iddiaçı mülkiyyətində olan torpaq sahəsinə bitişik istifadədə və sahiblikdə olan torpaq sahəsinin rəsmiləşdirilməsi ilə bağlı ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən maneçilik törədilməsi müəyyən edilmilşdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60cı maddələrinə,
7. Mülki Məcəllənin 6, 152.1, 152.5, 153.3, 157.8, 158.1.2, 158.2, 158.4, 164.1, 164.2, 165.1, 165.2, 166.3 -cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 2.1, 9.1, 9.3, 14.2, 77.1, 88, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, həmin torpaq sahəsi ilə bağlı hüququ mərhum babası İzzətə aid olması ilə bağlı daşınmaz əmlaka müraciət etmişdir. Cavabdeh istəyir ki, həmin 4 sot torpağı qanunsuz zəbt edilmiş torpaq kimi göstərib bələdiyyədən satın alsın. Lakin həmin torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədləri var. Belə ki, həmin torpaq sahəsi babasına məxsus olub və arxivdən də həmin sənədləri əldə etmişdir. Əslində həmin torpaq sahəsi 987 kvm olmuşdur. Sadəcə iddiaçı qanunsuz olaraq həmin torpaq sahəsinin 6 sotuna sənəd almışdır. Hazırda qalan 4 sotla bağlı daşınmaz əmlaka müraciət etmiş və bununla bağlı imtina veriləcəyi təqdirdə inzibati məhkəmədə iddia qaldıracaqdır. Hüquq sahibi iddiaçı olmadığı halda hansı hüquq əsasında ona qarşı bu iddianı qaldırıb sual olunur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.
14. . Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 238. Torpaq mülkiyyət hüququnun obyekti kimi 238.1 Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
15. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
Maddə 4. Torpaq sahəsi 4-cü maddənin 1-ci bəndinə görə torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Həmin maddənin 2-ci bəndinə görə torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. 65-ci maddəsinin 2-ci bəndinə görə torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı işdə mübahisələndirilən qətnamə ilə iddia təmin olundığından, cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam olaraq yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, iş materiallarından, tərəflərin izahatlarından müəyyən edilir ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2024-cü il qeydiyyat tarixli, daşınmaz əmlakın reyestr nömrəsi 508013003480-10301 olan çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 166.6 kvm ümumi sahəli fərdi yaşayış evinin ½ hissəsi Hüseynov Nizami İzzət oğlunun və 166.6 kvm ümumi sahəli fərdi yaşayış evinin ½ hissəsi və 0.06 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin çıxarış əsasında iddiaçı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən ümumi birgə mülkiyyətində olan yaşayış evinə dair texniki pasport, evin yerləşdiyi və mülkiyyətində olan 0.06 ha və həmin torpaq sahəsinə bitişik ümumi istifadədə olan 0.04 ha həyətyanı torpaq sahəsi üzərində ölçmə işlərinin aparılması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir.
21. İşin hallarından o da müəyyən edilir ki, müvafiq qurumun əməkdaşları iddiaçı tərəfin xahişi ilə torpaq sahəsində ölçmə işləri aparmaq istərkən cavabdeh tərəf buna mane olmuşdur.
22. Məhkəmə kollegiyası cavabdeh cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk olaraq qeyd edir ki, işdə olan sənədlərdən müəyyən edilir ki, mübahisəli əmlak iddiaçının paylı mülkiyyətindədir. İddiaçı müvafiq quruma ölçmə işlərinin aparılması üçün müraciət etməklə mülkiyyətçi kimi malik olduğu hüquqlardan istifadə etmiş və cavabdeh tərəfindən bu hüquqların realizə edilməsinə törədilən hər hansı maneə qanuni hesab edilə bilməz.
23. Cavabdeh tərəf şikayətini həmin torpaq sahəsi ilə bağlı hüququn mərhum babası İzzətə aid olması ilə əsaslandırılmışdır. Kollegiya tərəfindən cavabdehə izah edilmişdir ki, mübahisəli əmlakın kimə məxsus olması, sərhədlərin təyin edilməsi müvafiq qurum tərəfindən texniki ölçmə işlərinin aparılması vasitəsi ilə müəyyən olunur. Qanunvericiliyə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Bu o deməkdir ki, mübahisəli əmlak üzərində mülkiyyət hüququ ilə bağlı qeyri-müəyyənliyin aradan qaldırılması müvafiq ölçmə işlərinin aparılması ilə bilavasitə əlaqəlidir.
24. Həmçinin hazırkı tələb maneənin aradan qaldırılması ilə bağlıdır və tələb iddiaçının daşınmaz əmlaka olan hüquqlarına əsaslanır.
25. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və hazırki mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun məbləği cavabdeh cavabdeh2 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.