Məhkəmə qərarları › İş №2(3-7)-611/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-611/2026

08.05.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-611/2026 08.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası geri qaytarılmışdır. Hazırda iddiaçı İddiaçı şikayət verərək şikayətin təmin olunması, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadının ləğv olunaraq mülki işin icraata qəbul edilərək iş mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh qarşı alimentin artırılması tələbinə dair Şəmkir rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə iddiaçı BayramovaTəbəssüm Xaliq qızının cavabdeh Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmışdır. Əsas olaraq isə forma və məzmuna riayət olunmadığı qeyd olunmuşdur. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2 (*-***)-***/**** saylı qərardadı ilə razılaşmır, hesab edir ki, qərardad ləğv olunmalı və işə mahiyyəi üzrə baxılmalıdır. Belə ki, ##.##.2024-cü il tarixdə Gəncə * saylı Mediasiya təşkilatının təsdiq etdiyi barışıq sazişinə əsasən Nail adlı uşağı saxlanılması üçün müəyyən edilmiş aliment miqdarı ##.##.2024-cü il tarixdən başlayaraq 180 (bir yüz səksən) manat müəyyən edilmişdir. Cavabdeh barışıq sazişini könüllü icra etmədiyi üçün barışıq sazişinin təsdiq edilməsi üçün Şəmkir rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Şəmkir rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 2 (***)-****/**** saylı qətnaməsi ilə Gəncə * saylı Mediasiya təşkilatının ##.##.2024-cü il tarixli barışıq sazişi təsdiq edilmişdir. Bundan sonra Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin indeksasiya olunması barədə Şəmkir Rayon Məhkəməsinə ərizə ilə müraciət etsədə ərizə geri qaytarılmışdır. İş materiallarında göründüyü kimi, Şəmkir rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin indeksasiyası olunması barədə məhkəməyə ərizə ilə müraciət etmiş, lakin Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə tələbkar İddiaçı borclu Cavabdeh qarşı alimentin indeksasiyası barədə ərizəsi geri qaytarılmışdır. Hesab edir ki, onun iddia tələbi tam əsaslıdır. O, hazırda cavabdehin gəlirlərinin yüksək olması ilə bağlı yəni cavabdehin gəlirlərində dəyişikliklər olduğu üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də hazırki şikayətlə məhkəməyə müraciət etmişdir Odur ki, qərardad ləğv edilməli və işin icraatı təzələnərək mülki işin icraatı davam etdirilməlidir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikаyət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı tam, onunla bağlı Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. İşə baxan məhkəmə belə qənaətə gəlmişdir ki, iş materiallarına əlavə edilən ##.##.2024cü il tarixli barışıq sazişindən görünür ki, ##.##.2013 -cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılıb tərbiyyə edilməsi üçün hər ay bir uşaq üçün 180 manat sabit pul məbləğində alimenti ikinci tərəf Cavabdeh ##.##.2024-cü il tarixdən başlayaraq birinci tərəf İddiaçı ödəməsinə dair könüllü razılıq olmuşdur, yəni tərəflər arasında aliment münasibətlərinə dair qüvvədə olan barışıq sazişinin mövcud olmasına baxmayaraq aliment tələbi ilə məhkəməyə müraciət edilmişdir. Halbuki, iddiaçı alimentin indeksasiyası xarakterli ərizəsini icra icraatı qaydasında təqdim etməli idi. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələbi isə cavabdeh Cavabdeh tutulan alimentin məbləğinin dəyişdirilərək, ##.##.2013-cü ildə doğulmuş Nail adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 500 manat sabit pul məbləğinə artırılmasından ibarətdir. Tərəflər arasında qanuni qüvvəsini almış qətnamə və ya saziş olsa belə, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında alimentlə bağlı barışıq sazişi Gəncə * saylı Mediasiya təşkilatının ##.##.2024-cü il tarixdə bağlanmışdır. Şəmkir rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 2 (***)-****/**** saylı qətnaməsi ilə Gəncə * saylı Mediasiya təşkilatının ##.##.2024-cü il tarixli barışıq sazişi təsdiq edilmişdir. Alimentin miqdarının təyin olunmasının üzrindən bir ilə yaxın vaxt keçmişdir. Bu müddət ərzində tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olması mümkündür. Ona görə də, hazırki iş üzrə iddiaçının alimentin miqdarının artırılması ilə bağlı tələb hüququ olması istisna edilmir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında göründüyü kimi, Şəmkir rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin indeksasiyası olunması barədə məhkəməyə ərizə ilə müraciət etmiş, lakin Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə tələbkar İddiaçı borclu Cavabdeh qarşı alimentin indeksasiyası barədə ərizəsi geri qaytarılmışdır. Hazırki iddia tələbi üzrə isə iddiaçı cavabdehin gəlirlərinin yüksək olması ilə bağlı, yəni cavabdehin gəlirlərində dəyişikliklər olduğu üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini göstərmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## #### 2016-cı il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, onun yuxarıda qeyd olunan əsaslarla iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtinası əsassız olmuşdur. 398.0.2-ci maddəsinə əsasən, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPMin 4.1, 398.0.2 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı tam, onunla bağlı Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün iş Şəmkir Rayon Məhkəməsinə qaytarılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar