Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-612/2026 22.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh İbrahimov Zaur İsfəndiyar oğluna qarşı iş üzrə (Açar sözlər: vurulmuş maddi zərərin ödənilməsi) Hakimlər X5 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi cavabdeh İbrahimov Zaur İsfəndiyar oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh İbrahimov Zaur İsfəndiyar oğluna qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ####### 2019cu il tarixli hökmündən görünür ki, İbrahimov Zaur İsfəndiyar oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.5, 178.2.3-cü maddələri ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən İbrahimov Zaur İsfəndiyar oğlunun məhkəməyədək icraat zamanı tutulduğu 3 gün müddət, həbsdə saxlanılmanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmış və iş üzrə zərərçəkmiş şəxslərə onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah olunmuşdur.
2. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ####### 2019cu il tarixli hökmünün “müəyyən etdi” hissəsindən görünür ki, İbrahimov Zaur İsfəndiyar oğlu təkrarən həmin vəzifədə işləyərkən Veyisov İsa Əkbər oğlu və qeyriləri ilə əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını vahid qəsdlə ələ keçirmək məqsədi ilə, 2009-cu ildə dəqiq tarixini xatırlamadığı vaxtda tanışı X2 Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının tarix və coğrafiya fakültəsinə qəbul etdirəcəyinə yalandan vəd verib, Gültəm Nəsirlinin atası İddiaçı 4000 manat pulu həmin tarixdə yaşadığı ünvan 1-də olan mənzilində alaraq, sonuncudan təhsil haqqı, dərslərdə, eləcə də imtahan və sessiyalarda iştirak etmədiyi halda, akademik ili uğurla başa çatdıracağını təmin etmək adı ilə 2009- 2013-cü illərdə Qazax rayonu, Gəncə şəhəri ərazisində müxtəlif yerlərdə cəmi 3500 manat olmaqla, ümumilikdə 7500 manat pulu vahid qəsdlə alıb, pul vəsaitini cinayətkar qrupun digər üzvləri olan Veyisov və qeyriləri ilə öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək qabaqcadan əlbir olduğu bir qrup şəxslə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək qulluq mövqeyindən istifadə edərək təkrarən dələduzluq etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı cavabdeh İbrahimov Zaur İsfəndiyar oğluna qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İbrahimov Zaur İsfəndiyar oğlundan ümumilikdə 12928,50 (on iki min doqquz yüz iyirmi səkkiz manat əlli qəpik) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin ## ####### 2019-cu il tarixli hökmü ilə İbrahimov Zaur İsfəndiyar oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2,178.2.3,178.2.4 və 32.5,313-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmlə ona dəymiş maddi ziyanla bağlı məhkəməyə mülki iddia ərizəsi təqdim etmədiyindən həmin dəymiş maddi ziyanla əlaqədar gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmənin hökmü ilə müəyyən olunmuşdur ki, İbrahimov Zaur İsfəndiyar oğlu özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı İddiaçı etibarından sui-istifadə edərək onun qızı Gültəm Nəsirlinin Azərbaycan Müəllimlər institutunun Qazax filialının tarix və coğrafiya fakültəsinə qəbul etdirəcəyinə yalandan vəd verib yaşadığı ünvan 1 ünvanında 4000 manat, bundan başqa təhsil haqqı və dərslərdə, eləcə də imtahan və sessiyalarda iştirak etmədiyi halda akademik ili uğurla başa çatdıracağını təmin etdirəcəyi adı ilə aldadaraq 3500 manat alaraq vahid niyyət ilə əhatə olunan qəsdlə 2009-2013-cü illərdə olan müddət ərzində Gəncə şəhərinin müxtəlif yerlərində ümumilikdə 7500 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs olan ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Gəncə Şəhər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ####### 2019-cu il tarixli hökmü ilə cavabdehin təqsiri sübuta yetirilərək barəsində ittiham hökmü çıxarılmışdır. Qeyd edir ki, məhkəmənin hökmündə cavabdehin 2009-2013- cü illərdə ondan aldığı 7500 manat hazırki vaxtdakı məbləğlə eyni deyildir. Belə ki, manat devalvasiyaya uğradığından və manatın məzənnəsi ABŞ dollarına münasibətdə xeyli aşağı düşdüyündən 7500 manatın 2009-2013-cü illərdə 5850 ABŞ dolları təşkil etməsi nəzərə alınmalıdır. Beləliklə, cavabdehin qanuna zidd hərəkəti nəticəsində mənə dəymiş zərər 9945 manat (5850 ABŞ dolları x 1.7 manat=9945 manat) həmçinin də Milli Bankın uçot dərəcəsi 5% olmaqla illik 497.25 manat təşkil edir. Bu isə o deməkdir milli bankın uçot dərəcəsi 2983,50 manat (6 il x 497.25 manat =2983.50 manat) olmaqla cəmi 12928.50 manat (9945.0+2983,50 = 12928.50) manat cavabdehdən alınaraq ona ödənilməlidir.
5. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Z.Ş.İmanov) iddiaçı İddiaçı cavabdeh İbrahimov Zaur İsfəndiyar oğluna qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddiası, iddia müddətinin keçməsinə görə rədd edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehdən 2009-2013-cü illərdə vermiş olduğu ümumilikdə 7500 manat pulu tələb edir. Həmin tələbin hüquqi əsasını delikt təşkil etməklə yanaşı cavabdehin iddiaçının etibarından həmin illərdə sui-istifadə etməklə dələduzluq etməsi işin mübahisəsiz halıdır. Lakin iddiaçı hüququnun pozulduğunu bildiyi 2013-cü ildən etibarən iddiaçıya qarşı 10 il ərzində iddia qaldırmalı olduğu halda həmin müddəti ötürmüş, cavabdeh isə məhkəmə iclasında iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Belə olan halda iddia tələbi iddia müddətinin ötməsi əsasına görə rədd edilməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3, 373.1, 377.1, 1091.1, 1091.2, 1096.1,1096.2-ci maddələrinə, İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ## ###### 2001-ci il tarixli Qərarına, Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının ##.##.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ##.##.2007-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddələrinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.4, 142.1, 142.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə olunmuş sübutlardan onun bu iş üzrə təqdim etdiyi sənədlərdən də görünür ki, onların mülki münasibətləri 2009-2013-cü illədə yaransa da, ona qarşı cavabdehin dələduzluq etməsi faktı 2018-ci ildə müəyyən edilmişdi. Yəni məhkəmə dəlduzluq faktının müəyyən olunduğu vaxta deyil, münasibətlərin yarandığı vaxta istinad etmişdir. Qanunvericiliyin tələblərinə əsasən iddia müddəti şəxsin bildiyi və bilməli olduğu vaxtdır.
10. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf izahat verərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Cinayət Məcəlləsi 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.
15. Korrupsiyaya qarşı mübarizə haqqında Qanun 12.1.Vəzifəli şəxslər tərəfindən qanunsuz əldə edilmiş əmlak və qanunsuz əldə edilmiş imtiyazlar və ya güzəştlərin dəyəri könüllü olaraq dövlət nəfinə ödənilir. Vəzifəli şəxslər qanunsuz əldə edilmiş əmlakı könüllü olaraq qaytarmaqdan və ya onun dəyərini, habelə qanunsuz əldə edilmiş imtiyaz və ya güzəştlərin dəyərini könüllü olaraq ödəməkdən imtina etdikdə, qanunsuz əldə edilmiş əmlak və ya onun dəyəri, qanunsuz əldə edilmiş güzəşt və ya imtiyazların dəyəri müvafiq orqanların (qurumların) iddiası əsasında məhkəmə tərəfindən dövlətin nəfinə ödənilir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə iddia rədd edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iddia tələbi təmin edilməməlidir.
21. Kollegiya işin hallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edilmiş, məhkəmə bu ərizəyə hüquqi qiymət verərək, iddia müddətinin ötməsi əsası ilə iddia tələbini rədd etmişdir.
22. Kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, iddia müddəti yalnız əsaslı tələblərə münasibətdə tətbiq edilə bilər. Lakin hazırkı işdə tələb əsaslı olmamışdır. Belə ki, iddiaçı tərəfindən tələb edilən pul vəsaiti vaxtı ilə qanunsuz hərəkətin edilməsi müqabilində verilmişdir. Belə olan halda, müvafiq qanunvericiliyə əsasən, xüsusi müsadirə cinayət-hüquqi tədbiri olaraq şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır.
23. Əlavə olaraq kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli, * №-li Qərarının 36-cı bəndində göstərilir ki, rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir.
24. Hazırkı işdə də, iddiaçının cavabdehə qarşı pul tələbi heç bir qanuni əsasa söykənmir, başqa sözlə həmin pul məbləğinin cavabdehin iddiaçı qarşısında qanun, müqavilə və ya deliktdən əmələ gələn öhdəliyindən irəli gəlmir.
25. Məhkəmə kollegiyasının mövqeyinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmamışdır. Belə ki, iddia tələbi əsassız olmuş, məhkəmə isə əsassız tələbi müddətin iddia müddətinin keçməsi səbəbi ilə rədd etmişdir.
26. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilən apellyasiya şikayəti qismən təmin olunsun. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı İddiaçı cavabdeh İbrahimov Zaur İsfəndiyar oğluna qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.