Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-622/2026 09.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X4 (sədrlik edən və məruzəçi), X5 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi İmumi Səma Həmid qızının və cavabdeh İmumi Tural Natiq oğlunun etibarnamə üzrə nümayəndəsi, vəkil nümayəndə1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh İmumi Tural Natiq oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh İmumi Tural Natiq oğlu və onun nümayəndəsi, vəkil nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. * saylı Gəncə regional ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən ##.##.2024cü il tarixdə verilmiş arayışdan görünür ki, İmumi Tural Natiq oğlu ilə X2 arasında nikah ##.##.2022-ci il tarixdə bağlanmışdır. Bu barədə akt qeydləri kitabında 4022 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada İmumi soyadı verilmişdir.
2. X3 ilə İmumi Tural Natiq oğlu arasında ##.##.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, X3 İmumi Tural Natiq oğluna ##.##.2022-ci il tarixədək qaytarmaq şərti ilə faizsiz 3500 (üç min beş yüz) manat məbləğində borc pul vermişdir.
3. Hesabdan çıxarışdan görünür ki, ##.##.2022-ci ildə 401 manat, ##.##.2022-ci ildə 450 manat, ##.##.2022-ci ildə 400 manat, ##.##.2022-ci ildə 2219 manat olmaqla, ümimilikdə cəmi 3470 manat məbləğində pul İmumi Səma Həmid qızı tərəfindən İmumi Tural Natiq oğlunun hesabına göndərilmişdir.
4. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun bacısı, İmumi Səma Həmid qızı isə onun bacısı qızıdır. İddia olunan 1000 manat məbləğində pulu o, bacısı qızı Səmanın xahişi ilə ona bir həftə müddətinə qaytarmaq şərtilə vermişdir. Daha sonra həmin borcu bacısı ona qaytarmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat
5. İddiaçı İddiaçı cavabdeh İmumi Tural Natiq oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İmumi Tural Natiq oğlundan 4500 manat borcun və 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, qızı İmumi Səma Həmid qızı cavabdeh İmumi Tural Natiq oğlu ilə ##.##.2022-ci ildə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahlarından ##.##.2023-cü il tarixdə İmumi Məryəm Tural qızı adlı bir uşaq anadan olmuşdur. Cavabdeh İmumi Tural Natiq oğlu ilə qızı Səma evləndikləri gündən cavabdeh İmumi Tural Natiq oğlunun borcu bitmir, qazandığı pulları hara, kimə xərcləyir məlum deyil. Hətta qızı Səmanın qızıl-zinət əşyalarını evdən götürüb faizə (sələmə) qoyub qarşılığında pul götürmüşdür. Bundan başqa, cavabdeh İmumi Tural Natiq oğlu qızı Səmanı döyərək işgəncə verib hədə - qorxu gəlmişdir. Cavabdeh İmumi Tural Natiq oğlu ondan borca 4500 manat pul istəmişdir. O da həmin pul məbləğini qızı Səmaya vermişdir ki, ərinin kart hesabına pul göndərsin. Qızı İmumi Səma Həmid qızı ##.##.2022-ci ildə 401 manat, ##.##.2022-ci ildə 450 manat, ##.##.2022-ci ildə 400 manat, ##.##.2022-ci ildə 2219 manat, ##.##.2022-ci ildə 25 manat məbləğində və 1000 manat məbləğində pul yollamışdır. Həmin vaxtda cavabdeh İmumi Tural Natiq oğlu ona və qızına bildirmişdir ki, X3 pul borcludur, kredit müqaviləsi var və həmin şəxs onu məhkəməyə verəcəkdir. Və, bundan başqa şəxslərə də borcu var. Cavabdeh İmumi Tural Natiq oğlu ona bildirmişdir ki, 10 gün müddətində 4500 manat məbləğində pulu qaytaracaq, lakin bu günə kimi hələ də borcunu qaytarmır. Hal-hazıra kimi cavabdeh İmumi Tural Natiq oğlunun kart hesabına yollamış olduğu 3500 manat və 1000 manat məbləğində pul olmaqla, ümumilikdə 4500 manat məbləğində pulu geri qaytarmağını tələb etsə də, bu günə kimi pulu geri verməkdən imtina edir. Bu səbəbdən hazırda pul tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət etməli olmuşdur.
7. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Ədil Məmmədov) iddia qismən təmin edilərək, cavabdeh İmumi Tural Natiq oğlundan 3470 (üç min dörd yüz yetmiş) manat pulun alınaraq iddiaçı İddiaçı verilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun ödənilmiş tələblərə mütənasib olan hissəsinin əvəzi kimi 50 (əlli) manat məbləğində pulun cavabdeh İmumi Tural Natiq oğlundan alınaraq, iddiaçı İddiaçı verilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iddiaçının təqdim etdiyi sübutları, yəni onun adından çıxış edən nümayəndəsinin izahatını, həmçinin 3470 manat məbləğində pulun iddiaçı tərəfindən cavabdehə verildiyini təsdiq edən cavabdehin nümayəndəsinin izahatını məcmu halında qiymətləndirib, belə qənaətə gəlir ki, cavabdehin 2022-ci ilin noyabr ayı ərzində iddiaçıdan ümumilikdə 3470 manat məbləğində pul alması və aldığı həmin məbləğdə pulu iddiaçıya qaytarmaması işin halları kimi təsdiq olunur. Məhkəmə qeyd edir ki, iddiaçı 3470 manatdan əlavə daha 1000 manat məbləğində pulun borc kimi cavabdehə verildiyini də iddia etmişdir. Cavabdehin nümayəndəsi həmin hissədə iddiaya etiraz edərək, həmin məbləğdə pulun cavabdehə verilmədiyini bildirmişdir. Həmin məbləğdə pulun borc kimi verildiyinin sübutu kimi məhkəmədə iddiaçının vəsatəti əsasında dindirilmiş şahid Şahid Nurədin qızı verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun bacısı, İmumi Səma Həmid qızı isə onun bacısı qızıdır. İddia olunan 1000 manat məbləğində pulu o, bacısı qızı Səmanın xahişi ilə borc kimi vermişdir. Həmin məbləğdə pul cavabdehə bir həftə müddətinə qaytarmaq şərtilə verilmişdir. Daha sonra həmin borcu bacısı ona qaytarmışdır. məhkəmədə ifadə verərkən, şahid Şahid Nurədin qızı bacısı olan iddiaçının xeyrinə qətnamə çıxarılmasında maraqlı olduğunu aşkar şəkildə biruzə verdiyindən, məhkəmə bu qənaətdədir ki, onun ifadəsi iddianın 1000 manat tələbi hissəsində işin bütün hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbuledilən deyildir. Beləliklə, işin araşdırılması nəticəsində işin halları kimi müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə 2022-ci ilin noyabr ayında müxtəlif tarixlərdə ümumilikdə cəmi 3470 manat məbləğində pul verilmişdir. Həmin məbləğlərin heç biri 3000 manatdan yuxarı məbləğ olmamışdır. Cavabdehin nümayəndəsi həmin məbləğdə pulun borc kimi verilmədiyini iddia etsə də, məhkəmə onun bu dəlilini əsassız sayır. Belə ki, cavabdehin nümayəndəsi işin bu halı ilə bağlı öz izahatından başqa əlaqəli heç bir subut növünü məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehə 2022-ci ilin noyabr ayında vermiş olduğu cəmi 3470 manat məbləğində pul məhz borc kimi verilmişdir. Cavabdeh İmumi Tural Natiq oğlunun hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir.
9. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 385.1, 442-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
10. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin dəlilləri
11. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh İmumi Tural Natiq oğlu və onun nümayəndəsi vəkil nümayəndə1 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı tarixli *(***)-****/**** saylı qətnaməsinin tam ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Tural İmumi iddiaçı İddiaçı heç bir borc almamışdır. İddiaçı İddiaçı Tural İmuminin qaynanası olmuş, Tural ilə Nailənin qızı Səma ailə qurduqları gündən bəri aralarında mübahisə olmuşdur. Tural elə toy günü Səmanı geri qaytarmaq istəmişdir. Bunun da, səbəbi Səmanın bakirə olmaması olmuşdur. Olanları görən Səma Turalla evli olduğu vaxtlarda, hələ toylarının təzə olduğu vaxtda Turalın evdə qoyduğu pulları, cibində olan pulları götürüb öz adına olan kartdan Turalın adına göndərmişdir. Bunu eləməkdə məqsədi Turalı özünə borclu kimi göstərmək olmuşdur. Tural Səma ilə evlənəndə administrator işləmiş, aylıq əmək haqqısı 2500 manatdan çox olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Səma ifadəsində demişdir ki, guya Tural demişdir ki, anangil təzə toy edib, toydan yığılmış pullar var onlardan həmin pulu al. O da, anasında toydan yığılmış pulu almış, Turala vermişdir. O “əgər toydan yığılmış pulu almışdınsa, niyə pulu hissə-hissə verirdin” Səmaya məhkəmə iclasında sual vermiş, Səma isə cavab verə bilməmişdir. O, məhkəmədə də, eyni şikayətində qeyd etdiyi kimi ifadə versə də, məhkəmə onun ifadəsini təhrif etmiş formada yazmış, demədiyi sözləri öz mülahizəsi ilə qətnaməyə qeyd etmişdir. Səma Turala qarşı üç iddia qaldırmış, üçü də pulla bağlı olmuşdur. Turala qarşı aliment tələbinə dair iddia qaldırmış, məhkəmə iclasında da Tural üçün həmin alimenti ödəməyin heçnə olduğunu, gəlirinin yüksək olduğunu qeyd etmişdir. Maraqlı sual yaranır necə olur özünə sərf edəndə Turalın qazancı yaxşı, sərf etməyəndə borclu olur? Bütün bunları o, birinci instansiya məhkəməsin də, qeyd etmiş, lakin məhkəmə yenə də, qeyd etdiyi kimi onun dediklərini təhrif edərək yazmışdır. Məhkəmədə cavabdehin nümayəndəsi və vəkili olaraq izahatında iddiaya tam şəkildə etiraz etmişdir. İddiaçı İddiaçı hüquqlarını müdafiə etdiyi Tural İmuminin heç bir borca pul almadığını qeyd etmişdir. Lakin, hakim öz qətnaməsində onun izahatını təhrif edərək qeyd etmişdir ki, guya o, demişdir ki, “Ailə qurulan zaman iddiaçı İddiaçı Səmanın ailəsinin dağılmaması naminə həmin pullar cavabdehə verilib.” O, qətnamə elektron məhkəmə sisteminə yükləndikdən sonra ərizə ilə məhkəməyə müraciət edib məhkəmənin audio və video görüntüsü ilə və məhkəmə iclas protokolu ilə tanış olmağa şərait yaradılmasını xahiş etsə də, məhkəmə onun məhkəmənin audio və video görüntüsü və məhkəmə iclasının protokolu ilə tanış etməyə şərait yaratmamışdır. Məqsədi protokola qeyd vermək idi. Çünki, o, məhkəmə iclas zalında izahatında qeyd etmişdir ki, Tural ilə iddiaçı İddiaçı qızı Səma ailəli olarkən Səma özünə məxsus kartdan Turala məxsus karta müxtəlif tarixlərdə və vaxtlarda pullar göndərmişdir. Onlar həmin vaxt birgə yaşamışlar. İddiaçı Nailədən Turala məxsus karta heç bir pul göndərilməmişdir. Mülki iş materiallarında iddiaçı cavabdeh Turala borc kimi pul verməsinə dair heç bir sənəd, sübut mövcud deyildir
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh İmumi Tural Natiq oğlunun etibarnamə üzrə nümayəndəsi vəkil nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mülki iş materiallarından da, görünüdüyü kimi tərəflər arasında heç bir şifahi və yazılı müqavilə olmamışdır. Həmçinin bununla bağlı iddiaçı tərəfindən təqdim edilən əsaslı sübutlarda yoxdur. Birinci instansiya məhkəməsində ifadəsində də, qeyd etdiyi kimi Səma və Tural evli olduğu müddətdə normal olaraq Səma İmuminin kartından Tural İmuminin kartına müxtəlif vaxtlarda pul vəsaitləri göndərilmişdir. Həmin pullar isə Turalın öz pulu olmuşdur. Birinci instansiya məhkəməsi isə Səma İmumi tərəfindən Tural İmuminin kartına pulun köçürülməsinə istinad edərək iddianı təmin etmişdir. Həmçinin onun ifadəsi təhrif olunaraq onun Səma və Tural evli olduqları müddətdə onlara iddiaçı tərəfindən maddi yardım göstərilməsini bildirdiyi qeyd edilmişdir. Bununla bağlı birinci instansiya məhkəməsinə müraciət etsə də, protokolla tanış olmağı mümkün olmamışdır. Qeyd olunan yazışmalarda cavabdehin iddiaçıya borcu olması ilə bağlı hər hansı təsdiqedici bir cavab yoxdur. Həmin yazışmalar qızıl-zinət tələbi ilə bağlıdır. Həmin tələblə bağlıda iş artıq yekunlaşmışdır. Belə ki, qızıl-zinət tələbində dəyər təxminən 4600 manat hesablanmışdır. O, yazışmalarla tanışdır. Evli olduqları zaman Tural Səmanın qızıllarını lombarda qoymuşdur. Nikah pozulduqdan sonra isə Səma qızılları tələb etmiş və bununla bağlı qiyabi qətnamə çıxmışdır. Həmin yazışmalarda qiyabi qətnamənin mediasiya prosesi zamanı Turalın Səma ilə yazışmalarına aiddir. Tural ilə Səma araında evlənməmişdən əvvəl yaxşı münasibət olmayıb. Belə ki, Tural neçə dəfə nişanı qaytarmaq istəyib. Lakin, Səma intihar edəcəyini bildirərək evlənmələrinə razı olub. Lakin, pis münasibət evləndikdən sonra da davam edib. Hətta Səma xanım özü də, Turalın onu döydüyünü, kobud rəftar etdiyini etiraf etmişdir. Səma bundan sonra Turalın ondan ayrılacağını hiss edərək öz kartından ona pullar göndərərək belə bir vəziyyət yaradıb. Hətta bu yaxınlara qədər Səma Tural ilə barışmaq istəmişdir. Pulun Turalın kartına köçürüldüyünü qəbul edirlər belə ki, ər-arvad olduqları üçündə pul köçürmələri ola bilərdi. Borcun olmasını qəbul etmirlər.
14. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi İmumi Səma Həmid qızı apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Belə ki, cavabdeh onun anasından pul almışdır. Məhkəmə kollegiyasını suallarına cavab olaraq bildirmişdir ki, pulu onun kartına göndərdilər, o isə Turala göndərmişdir. Tural tərəfdən gələn qonaqlar Turalın dəfələrlə toyu olmasını bildirərək toya pul yazılmamışdır. Turalında kiməsə borcu vardı. Ona notarial ərizə göstərək borcunun ödənişin noyabr ayının 6-sında olduğunu bildirmişdir. Onların toyu ## ####### 2022-ci ildə olmuşdur. Tural ona sələm götürdüyünü və həbs oluna biləcəyini bildirmişdir. Həmçinin Turalın borcları olduğu üçün banklardan kredit götürə bilməmişdir, eləcə də öz qohumlarından borc pul istəmiş, lakin kimsə verməmişdir. Daha sonra onun anasından borc pul istəyərək qaytaracağını bildirmişdir. Anasıgil isə Turalın kartını bilmədikləri üçün ona göndərmişlər. O isə, pulu Turala göndərmişdir. Yəni ailə qurduqları üçün Turalın kartı valideynlərində yox idi. Yazışmalarda da, cavabdeh qeyd edir ki, “məndən 4500 manatı istəyirsən?”. Cavabdeh ona yazır ki, “məndən pulu tələb edirsən?” O isə “almısan, verlməlisən.” bildirmişdir. Pulun köçürülmə vaxtı ilə Turalın borc ödənişin tarixi də, eyni vaxtdır. Həmçinin cavabdehin borcları çoxdur, hətta aliment məbləğini belə ödəmir. Nikahları pozulmamışdan əvvəl də, pulu tələb etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi(## ###### 2023-cü il tarixədək olan redaksiyada):
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər.
17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
20. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.”
23. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
24. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
25. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
31. 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
32. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
33. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
34. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
35. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
36. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.
41. Məhkəmə araşdırması müəyyən edilmişdir ki, iddiaçı İddiaçı qızı Səma İmumi ilə cavabdeh Tural İmumi 2022-ci il ## ####### tarixdə evlənmişlər. İddiaçı isə toy mərasimindən sonra cavabdehin ondan 4500 manat pul istədiyini və hissə-hissə olmaqla ona qızı vasitəsilə 01.##.##.2022-ci ildə 401 manat, ##.##.2022-ci ildə 450 manat, ##.##.2022-ci ildə 400 manat, ##.##.2022-ci ildə 2219 manat, ##.##.2022-ci ildə 25 manat və 100 manat məbləğində pul verdiyini iddia edərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
42. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçının təqdim etdiyi sübutları, yəni onun adından çıxış edən nümayəndəsinin izahatını, həmçinin 3470 manat məbləğində pulun iddiaçı tərəfindən cavabdehə verildiyini təsdiq edən cavabdehin nümayəndəsinin izahatını məcmu halında qiymətləndirib, belə qənaətə gəlir ki, cavabdehin 2022-ci ilin noyabr ayı ərzində iddiaçıdan ümumilikdə 3470 manat məbləğində pul alması və aldığı həmin məbləğdə pulu iddiaçıya qaytarmaması işin halları kimi təsdiq olunur.
43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil nümayəndə1 izahat verib bildirmişdir ki, İmumi Tural ilə İmumi Səma nikah münasibətlərində olmuş və ailədaxili bir-birinə pul köçürmələrinin mümkün ola biləcəyini qeyd etmişdir. Lakin, cavabdehin iddiaçıya borcunun olmasını qəbul etməmişdir.
44. Bundan əlavə, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, İmumi Səma Həmid qızının adına olan kart hesabından ##.##.2022-ci ildə 401 manat, ##.##.2022-ci ildə 450 manat, ##.##.2022-ci ildə 400 manat, ##.##.2022-ci ildə 2219 manat olmaqla, ümimilikdə cəmi 3470 manat məbləğində pul İmumi Tural Natiq oğlunun hesabına göndərilmişdir. İddiaçı İddiaçı cavabdeh Tural İmumiyə borc verməsi, eləcə də onun hesabına hər hansı pul köçürməsi etməsi iş materialları ilə öz təsdiqini tapmır.
45. Belə ki, cavabdeh Tural İmuminin hesabına köçürülən pul məbləğləri birgə nikah dövründə olduqları vaxtı Səma İmumiyə məxsus kartdan cavabdehə məxsus karta köçürülmüşdür ki, həmin vaxtı onlar nikahda olmuşdur. Bu halı hər iki tərəf etiraf edir. Göründüyü kimi, köçürülən məbləğ iddiaçının deyil, həmin vaxt cavabdehlə nikah münasibətlərində olmuş Səma İmuminin kart hesabdından köçürülmüş və iddiaçı həmin pulun qızının kartına cavabdehə borc vermək üçün göndərdiyini təsdiqləyəcək sübutlar təqdim edə bilməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
46. Məhkəmə kollegiyası iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş yazışmalara münasibətdə isə qeyd edir ki, həmin yazışmalarda hazırki iş üçün əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilmir.
47. Belə ki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPMin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir.
48. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
49. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərar).
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qeyd edilir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
51. İddiaçı iddia ərizəsində cavabdehə 4500 manat borc pul verməsini iddia etsə də, həmin halı təsdiqləyəcək sübutları təqdim edə bilməmişdir.
52. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
53. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarınıqətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
54. MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
55. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, MPM-in 88, 217, 218, 372.1-ci maddələrinin tələblərinə riayət edilməmişdir.
56. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməyərək iddianı təmin etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia tələbin təmin edilməməlidir.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh İmumi Tural Natiq oğlu və onun nümayəndəsi vəkil nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh İmumi Tural Natiq oğlundan 4500 manat borcun və 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.