Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-632/2026 19.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSI Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və X3 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi (vəkil) vəkil2, cavabdeh Cavabdeh və onun nümayəndəsi (vəkil) vəkil1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarın surətindən görünür ki, toplanmış **-*-*-*-***-**** nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı nisyə qaydada edilmiş qızıl-zinət əşyalarının alğı-satqısı nəticəsində yaranmış pul tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
2. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərarından görünür ki, Gəncə prokurorunun köməkçisi R X1 «24-3-2-2-415-0611» nömrəli material üzrə ##.##.2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd olunması» barədə qərarından İddiaçı vəkili X4 tərəfindən verilmiş şikayət təmin edilməmiş və qərar qanuni hesab edilmişdir.
3. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- **/**** nömrəli qərarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Ödəniş qəbzlərinin surətlərindən görünür ki, X2 bank hesabına ##.##.2024-cü il tarixdə 1.440 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 600 manat, ##.##.2024-cü il tarixdə 203 manat, ##.##.2024-cü il tarixdə 300 manat, ##.##.2024-cü il tarixdə 301 manat 50 qəpik, ##.##.2024-cü il tarixdə 35 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 60 manat, ##.##.2024-cü il tarixdə 200 manat, ##.##.2024-cü il tarixdə 10 manat, ##.##.2024-cü il tarixdə 500 manat, ##.##.2024-cü il tarixdə 400 manat, ##.##.2024-cü il tarixdə 150 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 30 manat, ##.##.2024-cü il tarixdə 700 manat, ##.##.2024-cü il tarixdə 150 manat, ##.##.2024-cü il tarixə 700 manat, ##.##.2024-cü il tarixdə 540 manat, ##.##.2024-cü il tarixdə 500 manat, ##.##.2024-cü il tarixdə 1.015 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 10 manat, ##.##.2024-cü il tarixdə 800 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 935 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 20 manat, ##.##.2024-cü il tarixdə 60 manat, ##.##.2024-cü il tarixdə 5 manat, ##.##.2024-cü il tarixdə 65 manat, ##.##.2024-cü il tarixdə 1.430 manat, ##.##.2024-cü il tarixdə 200 manat, ##.##.2024-cü il tarixdə 570 manat, ##.##.2024-cü il tarixdə 34 manat, ##.##.2024-cü il tarixdə 200 manat, ##.##.2024-cü il tarixdə 200 manat, ##.##.2024-cü il tarixdə 10 manat, ##.##.2024-cü il tarixdə 500 manat, ##.##.2024-cü il tarixdə 305 manat, ##.##.2024-cü il tarixdə 82 manat, ##.##.2024- cü il tarixdə 350 manat, ##.##.2024-cü il tarixdə 1.300 manat, ##.##.2024-cü il tarixdə 10 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 5 manat, ##.##.2024-cü il tarixdə 300 manat, ##.##.2024-cü il tarixdə 400 manat, ##.##.2024-cü il tarixdə 1.500 manat, ##.##.2024-cü il tarixdə 1.000 manat, ##.##.2024-cü il tarixdə 1.100 manat, ##.##.2024-cü il tarixdə 2.030 manat, ##.##.2024-cü il tarixdə 295 manat, cəmi 22.050 manat 50 qəpik məbləğində pul vəsaiti köçürülmüşdür.
5. Iddiaçı İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş audio qeydlərdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında «whatsapp» sosial şəbəkəsi vasitəsi ilə aparılan danışıqlarda Cavabdeh İddiaçı çətin vəziyyətdə olduğunu, özünə məxsus Gəncə şəhəri, Türklər qəsəbəsində yerləşən fərdi yaşayış evini satdıqdan sonra qalıq borcu qismində 46.000 manat məbləğində pul vəsaitini ödəyəcəyini bildirmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı İddiaçı Cavabdeh qarşı 46.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 228 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında qızıl-zinət əşyalarının alğı-satqısına dair müxtəlif vaxtlarda razılaşmalar olmuşdur. 2023-cü ilin mart ayından ##.##.2024-cü il tarixədək Cavabdeh ondan müxtəlif adda, çəkidə və qiymətdə qızılzinət əşyalarını almışdır. Təqribən qeyd olunan müddət ərzində onlar arasında cəmi 483 qram çəkidə 71.100 manat məbləğində qızıl-zinət əşyalarına dair razılaşmalar olmuşdur. Ilk vaxtlar Cavabdeh ondan aldığı qızıl əşyalarının dəyərini ödəmiş, bir müddət keçdikdən sonra sonuncu ondan daha yüksək çəkidə qızıl-zinət əşyalarını istəmişdir. Cavabdeh sonuncu dəfə ##.##.2024-cü il tarixdə 6.000 manat dəyərində qızıl-zinət əşyasını alğı-satqı əsasında almışdır. O, aldığı qızıl-zinət əşyalarının dəyərinin bir qismini ödəsə də 46.000 manat məbləğində qalan hissəni ödəməmişdir. ##.##.2024-cü il tarixinə Cavabdeh borcu 46.664 manat təşkil etmişdir. O, istər mobil telefon, istərsə də «whatsapp» sosial şəbəkə vasitəsi ilə dəfələrlə cavabdeh Cavabdeh ilə əlaqə saxlamış, Cavabdeh ona borcunu ödəyəcəyini bildirmişdir. Sonuncu dəfə aralarında mübahisə yaranmış, Cavabdeh ona borcu ödəməyəcəyini bildirmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi (hakim Camal Quliyev) ilə iddianın təmin edilməsi, Cavabdeh ödənilməmiş əsas borcun əvəzi qismində 46.000 (qırx altı min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 228 (iki yüz iyirmi səkkiz) manat, 46.228 (qırx altı min iki yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.4, 567 və 600.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 106.3, 107, 119 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh Cavabdeh nümayəndsəi (vəkil) vəkil1 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh arasında qızıl-zinət əşyalarının alqı satqısı olmuşdur və cavabdeh iddiaçı tərəfindən ona verilmiş qızılzinət əşyalarının pulunu artıqlaması ilə ödəmişdir. Lakin iddiaçı polisə, məhkəməyə müraciət etməmişdən öncə cavabdehə bildirmişdir ki, 4825 (dör min səkkiz yüz iyirmi beş) manat borcu qalmışdır. Cavabdeh ona hər hansı borcu olmasa da o 4825 (dör min səkkiz yüz iyirmi beş) manat borcunun olmasını ona bildirmişdir. Sadəcə səbirli olmasını, yaxın vaxtlarda ödəyəcəyini qeyd etmişdir. Lakin iddiaçı əvvəlcə polisə müraciət etmiş və cavabdehin ona guya ki, 27700 (iyirmi yeddi min yeddi yüz) manat borcu olmasını bildirmişdir. Daha sonra polisdə izahat verərək cavabdehin ona 39,014 (otuz doqquz min on dörd) manat borcu olmağını bildirmişdir. Bundan əlavə olaraq cavabdehə və yaxınlarına şər ataraq guya ki, ona hədə qorxu gəldiklərini və onun intihara cəhd etməsinə təhrik etdiklərini bildirmişdir. Beləliklə, Gəncə şəhər 1-ci Polis Şöbəsində araşdırma aparılmış, dələduzluq faktı öz əksini tapmamışdır, onun hədələnməsi ilə bağlı faktın araşdırılması üçün materiallar adiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Prokurorluğuna göndərilmişdir. Orada araşdırılma aparılmış və cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Sözügedən qərardan məhkəmə qaydasında şikayət verilmiş, həmin qərar qüvvədə qalmış, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilmiş ki, apellyasiya şikayəti təmin olunmamışdır. Bundan sonra iddiaçı məhkəmədə Cavabdeh qarşı mülki qaydada iddia qaldırmışdır. Edilən şikayətlərə və iddiaçının izahatlarına dəqiqliklə baxanda görünür ki, iddiaçı hər dəfə verdiyi izahatda ayrı-ayrı rəqəmlər deyir və iddiaçı özü bilmir ki, Cavabdeh ona borcu var, yay yox və ya varsa nə qədərdir. Çox təəssüflər olsun ki, birinci instansiya məhkəməsi bu halı tam, hərtərəfli, dəqiq araşdırmamış və iddiaçının iddiasını olduğu kimi təmin etmişdir. Hətta cavabdehin ödəniş qəbzlərini belə nəzərə almamışdır, sadəcə hesablamış, həmin hesablamanı belə yanlış hesablamışdır. Iddiaçının istədiyi məbləğdə qızıl-zinət əşyasını kim kimə verər. Bu absurddur. Əgər cavabdeh götürdüyü məbləği ödəmirdisə onda iddiaçı niyə ona o qədər nisyə qızıl-zinət əşyası verirdi. Hansı ki, iddiaçının polisdə, prokurorluqda verdiyi izahatlara nəzər salsaq görərik ki, zorla dolandığını dəfələrlə vurğulayır. Zorla dolanan insan bu qədər məbləğdə qızıl-zinət əşyasını hardan alaraq ona vermişdir. Cavabdeh bir dəfəyə və ya ödənişləri həyata keçirmədiyi halda pul almamışdır. Bu inandırıcıdırmı? Bu inandırıcı olmasa da, yalan olsa da birinci instansiya məhkəməsi buna inanmış, heç bir sübut olmadan iddiaçının iddiasını təmin etmişdir. O, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə razı deyil, hesab edir ki, sözügedən qətnamə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi işi tam, hərtərəfli araşdırmamış, cavabdehin ödəniş qəbzlərinə qiymət verməmişdir. Ancaq iddiaçının ifadəsi dinlənilmiş və onların sözü ilə iddianı tam təmin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək göstərmişdir ki, İddiaçı ilə onun arasında qızıl-zinət əşyalarının alqı-satqısı olmuşdur. O, iddiaçı tərəfindən ona verilmiş qızıl-zinət əşyalarının pulunu artıqlaması ilə ödəmişdir. Lakin iddiaçı polisə, məhkəməyə müraciət etməmişdən öncə ona bildirmişdir ki, 4825 manat borcu qalmışdır. Onun iddiaçıya hər hansı borcu olmasa da o 4825 manat borcunun olmasını bildirmişdir. Polisdə araşdırılma aparılmış və cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi bu halı tam, hərtərəfli, dəqiq araşdırmamış və iddiaçının iddiasını olduğu kimi təmin etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək göstərmişdir ki, İddiaçı ilə cavabdeh arasında qızıl-zinət əşyalarının alqı-satqısı olmuşdur və cavabdeh iddiaçı tərəfindən ona verilmiş qızıl-zinət əşyalarının pulunu artıqlaması ilə ödəmişdir. Lakin iddiaçı polisə, məhkəməyə müraciət etməmişdən öncə cavabdehə bildirmişdir ki, 4825 manat borcu qalmışdır. Cavabdeh ona hər hansı borcu olmasa da o 4825 manat borcunun olmasını bildirmişdir. Gəncə şəhər 1-ci Polis Şöbəsində araşdırma aparılmış, dələduzluq faktı öz əksini tapmamışdır, onun hədələnməsi ilə bağlı faktın araşdırılması üçün materiallar adiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Prokurorluğuna göndərilmişdir. Orada araşdırılma aparılmış və cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Sözügedən qərardan məhkəmə qaydasında şikayət verilmiş, həmin qərar qüvvədə qalmış, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilmiş ki, apellyasiya şikayəti təmin olunmamışdır. Bundan sonra iddiaçı məhkəmədə Cavabdeh qarşı mülki qaydada iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi işi tam araşdırmamış və iddiaçının iddiasını olduğu kimi təmin etmişdir. Hətta cavabdehin ödəniş qəbzləri nəzərə alınmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, onunla Cavabdeh arasında qızıl-zinət əşyalarının alğısatqısına dair müxtəlif vaxtlarda razılaşmalar olmuşdur. 2023-cü ilin mart ayından ##.##.2024cü il tarixədək Cavabdeh müxtəlif adda, çəkidə və qiymətdə qızıl-zinət əşyalarını satmışdır. Təxminən aralarında cəmi 483 qram çəkidə 71.100 manat məbləğində qızıl-zinət əşyalarına dair razılaşmalar olmuşdur. Ilk vaxtlar Cavabdeh ondan aldığı qızıl əşyalarının dəyərini ödəmiş, bir müddət keçdikdən sonra sonuncu ondan daha yüksək çəkidə qızıl-zinət əşyalarını istəmişdir. Cavabdeh sonuncu dəfə ##.##.2024-cü il tarixdə 6.000 manat dəyərində qızıl-zinət əşyasını alğı-satqı əsasında almışdır. O, aldığı qızıl-zinət əşyalarının dəyərinin bir qismini ödəsə də 46.000 manat məbləğində qalan hissəni ödəməmişdir. ##.##.2024-cü il tarixinə Cavabdeh borcu 46.664 manat təşkil etmişdir. O, istər mobil telefon, istərsə də «whatsapp» sosial şəbəkə vasitəsi ilə dəfələrlə cavabdeh Cavabdeh ilə əlaqə saxlamış, Cavabdeh ona borcunu ödəyəcəyini bildirmişdir. Sonuncu dəfə aralarında mübahisə yaranmış, Cavabdeh ona borcu ödəməyəcəyini bildirmişdir. Ona görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi (vəkil) vəkil2 apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Məhkəmə işin hallarını tam, hərətərəfli araşdıraraq obyektiv qərar qəbul etmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
21. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
33. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
36. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
38. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh arasında qızıl-zinət əşyalarının alğı-satqısına dair mütəmadi olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.
41. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.
42. Iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
43. Mülki Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
44. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır.
45. Mülki Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
46. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
48. Iş materiallarında olan audio qeydlərdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında «whatsapp» sosial şəbəkəsi vasitəsi ilə aparılan danışıqlarda Cavabdeh İddiaçı çətin vəziyyətdə olduğunu, özünə məxsus Gəncə şəhəri, Türklər qəsəbəsində yerləşən fərdi yaşayış evini satdıqdan sonra qalıq borcu qismində 46.000 manat məbləğində pul vəsaitini ödəyəcəyini bildirmişdir.
49. Məhkəmə iclasında səs yazıları dinlənilərkən cavabdehə borcu yox idisə hansı səbəbdən 46000 manatı qaytaracağını bildirdiyini soruşulduqda isə, o, digər banklara ümumi olan borcunu qeyd etmişdir. Əvvəllər isə cavabdeh bu suala başqa səbəbdən söylədiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh borcu sonradan etiraf etməsə də, onun etirazı səs yazısı ilə təkzib olunur.
50. Azərbaycan Respublikasının MPM-in 175.1-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.
51. Mülki Prosessual Məcəlləyə əsasən, şəxsi yazışmaların gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Səs yazısı və videoyazı materialının xüsusi əlamətləri və səsləndirmə vaxtı məhkəmə iclası protokolunda əks olunmaqla məhkəmə iclası zalında və ya bunun üçün xüsusi avadanlıq qurulmuş başqa otaqda səsləndirilə bilər. Bundan sonra məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyir. Səs yazıları və videoyazılar səslənərkən onlarda olan məlumatları aydınlaşdırmaq üçün mütəxəssis cəlb edilə bilər. Zəruri hallarda məhkəmə ekspertiza təyin edə bilər (10.10, 203.2 və 203.4).
52. Azərbaycan Respublikasının MPM-in 76, 80, 81, 88 və 95-ci maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların qanuniliyi (qanunvericilik baxımından sübut kimi qəbul olunmasının yolverilənliyi), aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. Əgər təqdim olunan sübut elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılara aiddirsə məhkəmə MPM-in 175-ci maddəsinə əsasən işə baxarkən həmin sübutu bilavasitə tədqiq etməyə borcludur və bu zaman, həmçinin MPM-in 95, 200 və 203-cü maddələrində müəyyən edilmiş qaydaları nəzərə almalıdır.
53. Sadalanan hüquq normaları və işin müəyyən olunmuş halları iddianın təmin edilməsini şərtləndirir. Belə ki, cavabdeh həm birinci instansiya məhkəməsinin iclasında, həm də apellyasiya instansiyası məhkəməsində iddianı etiraf etməsə belə kollegiya onun bu izahatını səmimi və inandırıcı qəbul etmir. Çünki, cavabdeh dəlillərində borcunun olmadığını bildirsə də, səs yazılarında 46000 manat borcunun olmasını bildirmişdir. Həmçinin cavabdehin birinci instansiya məhkəməsində təqdim etdiyi ödəniş qəbzlərində cəmi 22.050 manat 50 qəpik ödəniş etdiyi görünür ki, bununla bağlı da kollegiya qeyd edir ki, iddiaçı həmin hissədə borcun ödənilməsini onsuzda qəbul edir. Belə ki, iddiaçı cavabdehin ona cəmi 71000 manat borcu olduğunu, ödənişlərdən sonra 46000 manat borcu qalması ilə bağlı iddia vermişdir. Cavabdehin apellyasiya şikayətində olan məhkəmə ödəniş qəbzlərini nəzərə almaması barədə dəlili yuxarıda qeyd olunan əsaslarla təkzib olunur.
54. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
55. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin VII hissəsi) təsbit olunmuşdur.
56. Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, tərəflər arasında nisyə alqı-satqının olması işin mübahisə edilməyən halıdır. Bundan başqa, cavabdeh tərəf iddiaçıya olan borcunu tam qaytardığını qeyd etsə də, lakin, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də, Məhkəmə Kollegiyası cavabdeh tərəfin borcun qaytarılması barədə olan izahatına şübhə ilə yanaşır və inandırıcı hesab etmir.
57. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
58. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. Işə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanunhüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
59. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
61. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
64. Avropa Insan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” ## ###### 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
65. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə, iddiaçı İddiaçı iddia ərizəsində göstərmişdir ki, onunla Cavabdeh arasında qızılzinət əşyalarının alğı-satqısına dair 2023-cü ilin mart ayından ##.##.2024-cü il tarixədək razılaşmalar olmuşdur. O, Cavabdeh müxtəlif adda, çəkidə və qiymətdə qızıl-zinət əşyalarını satmışdır. Təxminən aralarında cəmi 483 qram çəkidə 71.100 manat məbləğində qızıl-zinət əşyalarına dair razılaşmalar olmuşdur. Ilk vaxtlar Cavabdeh iddiaçıdan aldığı qızıl əşyalarının dəyərini ödəmiş, bir müddət keçdikdən sonra sonuncu ondan daha yüksək çəkidə qızıl-zinət əşyalarını istəmişdir. Cavabdeh sonuncu dəfə ##.##.2024-cü il tarixdə 6.000 manat dəyərində qızıl-zinət əşyasını alğı-satqı əsasında almışdır. O, aldığı qızıl-zinət əşyalarının dəyərinin bir qismini ödəsə də 46.000 manat məbləğində qalan hissəni ödəməmişdir. ##.##.2024-cü il tarixinə Cavabdeh borcu 46.664 manat təşkil etmişdir. Işdə olan sübutlarla müəyyən olunur ki, istər mobil telefon, istərsə də «whatsapp» sosial şəbəkə vasitəsi ilə iddiaçı dəfələrlə cavabdeh Cavabdeh ilə əlaqə saxlamış, Cavabdeh ona 46.000 manat borcunu ödəyəcəyini bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmiş, Cavabdeh ödənilməmiş əsas borcun əvəzi qismində 46.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 228 manat, cəmi 46.228 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Belə ki, cavabdeh həm birinci instansiya məhkəməsinin iclasında, həm də apellyasiya instansiyası məhkəməsində iddianı etiraf etməsə belə kollegiya onun bu izahatını səmimi və inandırıcı hesab etmir. Çünki, araşdırma zamanı səs yazılarında cavabdeh iddiaçıya 46000 manat borcunun olmasını bildirmişdir. Cavabdeh həmin səs yazısının ona məxsus olduğunu qeyd etmişdir. Bundan başqa cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş ödəniş qəbzlərində cəmi 22.050 manat 50 qəpik məbləğ əsas borcdan çıxılmışdır. Bununla bağlı da kollegiya bir daha qeyd edir ki, iddiaçı həmin hissədə borcun ödənilməsini onsuzda qəbul etmişdir. Belə ki, iddiaçı cavabdehin ona cəmi 71000 manat borcu olduğunu, ödənişlərdən sonra 46000 manat borcu qalması ilə bağlı iddia vermişdir. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətində olan - məhkəmə ödəniş qəbzlərini nəzərə almaması barədə - dəlili də həqiqəti əks etdirmir. Çünki, yuxarıda qeyd olunduğu kimi birinci instansiya məhkəməsinə təqdim edilmiş ödəniş qəbzlərinə görə umumi borcdan 22.050,50 manat məbləğ əsas borcdan çıxılmışdır. Göründüyü kimi, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri özünü müdafiə xarakteri daşıyır və həqiqəti əks etdirmir. Bununlada baxılan iş üzrə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı qızılların nisyə alqı - satqısına görə 46000 manat borcu olması öz təsdiqini tapmışdır.
66. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
67. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
68. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.