Məhkəmə qərarları › İş №2(3-7)-646/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-646/2026

08.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-646/2026 08.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh və üçüncü şəxs X5 qarşı iş üzrə (Açar sözlər: reqress qaydasında pul tələbi) Hakimlər X4 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə X3 qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh və üçüncü şəxs X5 qarşı “reqress qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bərdə Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli 2(021)-3886/2016 məhkəmə əmrindən görünür ki, borclu ##.##.1980-ci il tarixdə anadan olmuş, Bərdə rayonu Məmmədli kəndində yaşayan Cavabdeh, ##.##.1976-cı il tarixdə anadan olmuş, Bərdə rayon Mollalı kəndində yaşayan X5 və ##.##.1994-cü il tarixdə anadan olmuş, Bərdə rayonu Mollalı kəndində yaşayan İddiaçı müştərək qaydada 2142 manat əsas kredit borcu, 688 manat faiz və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq xxxx QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə verilməsi əmr olunmuşdur.

2. Həmçinin həmin məhkəmə əmrindən görünür ki, Kreditor xxxx QSC BOKT ilə ##.##.2013-cü il tarixdə borclu Cavabdeh ilə kredit müqaviləsi bağlanmış və Cavabdeh illik 27 faiz ödəmək şərti ilə 24 ay müddətinə 4500 manat məbləğində kredit verilmişdir. Borclunun kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasını təmin edilmək məqsədi ilə kreditorla Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs və İddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, kreditor qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Hazırda borclunun kreditora ##.##.2016-cı il tarixə 2142 manat asas kredit borcu, 688 manat faiz, cəmi 2830 manat məbləğində borcu yaranmışdır.

3. Bərdə Rayon İcra Şöbəsi tərəfindən “xxxx” MMC-yə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubdan görünür ki, Bərdə Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli 2(021)- 3886/2016 məhkəmə əmri üzrə tələbin yəni - 2850 manat borc pul məbləğinin borclu İddiaçı əmək haqqının hər ay 50%-nə yönəldilərək tutulub tələbkar xxxx QSC-nin xeyrinə ödənilməsi xahiş olunmuşdur.

4. ##.##.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, xxxx MMC tərəfindən Ağayev Şamilin “xxxx” QSC BOKT-də olan AZ**ACJT******************** nömrəli hesabına 791.12 manat ödəniş edilmişdir.

5. ##.##.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, xxxx MMC tərəfindən Ağayev Şamilin “xxxx” QSC BOKT-də olan AZ**ACJT******************** nömrəli hesabına 257.86 manat ödəniş edilmişdir.

6. ##.##.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, xxxx MMC tərəfindən Ağayev Şamilin “xxxx” QSC BOKT-də olan AZ**ACJT******************** nömrəli hesabına 330.87 manat ödəniş edilmişdir.

7. ##.##.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, xxxx MMC tərəfindən Ağayev Şamilin “xxxx” QSC BOKT-də olan AZ**ACJT******************** nömrəli hesabına 249.85 manat ödəniş edilmişdir.

8. ##.##.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, xxxx MMC tərəfindən Ağayev Şamilin “xxxx” QSC BOKT-də olan AZ**ACJT******************** nömrəli hesabına 621.71 manat ödəniş edilmişdir.

9. ##.##.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, xxxx MMC tərəfindən Ağayev Şamilin “xxxx” QSC BOKT-də olan AZ**ACJT******************** nömrəli hesabına 428.72 manat ödəniş edilmişdir.

10. ##.##.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, xxxx MMC tərəfindən Ağayev Şamilin “xxxx” QSC BOKT-də olan AZ**ACJT******************** nömrəli hesabına 271.25 manat ödəniş edilmişdir.

11. ##.##.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, xxxx MMC tərəfindən Ağayev Şamilin “xxxx” QSC BOKT-də olan AZ**ACJT******************** nömrəli hesabına 98.13 manat ödəniş edilmişdir.

12. ##.##.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, xxxx MMC tərəfindən Ağayev Şamilin “xxxx” QSC BOKT-də olan AZ**ACJT******************** nömrəli hesabına 791.12 manat ödəniş edilmişdir. Cəmi 3840.63 manat ödənilmişdir.

13. xxxx QSC Bank Olmayan Kredit Təşkilatının Bərdə Rayon İcra Şöbəsinə ünvanladığı ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Bərdə Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli 2(021)-3886/2016 məhkəmə əmri üzrə borc borclu şəxslər tərəfindən tam ödənildiyindən icra işinə xitam verilməsini xahiş edilmişdir.

14. ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 52 manat dövlət rüsumu ödənilmişdir.

15. Qəbzlərdən görünür ki, xxxx MMC tərəfindən Ağayev Şamilin “xxxx” QSC BOKTdə olan AZ**ACJT******************** nömrəli hesabına ümumilikdə 3840.63 manat ödəniş edilmişdir.

16. Sənədlərin surətindən görünür ki, xxxx QSC BOKT-ın hesab nömrəsi AZ71ACJT90114170284010094401-dir

a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh və üçüncü şəxs X5 qarşı “reqress qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 3149,51 manat və dövlət rüsumu hesabına ödənilmiş 52 manat pulun alınaraq onun xeyrinə verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, “xxxx” QSC BOKT ilə onların Cavabdeh arasında ##.##.2013-cü il tarixli kredit müqaviləsi bağlanmış və onlara müqavilənin şərtlərinə görə illik 27% olmaqla 24 ay müddətinə 4500 manat kredit verilmişdir. Qeyd edilən müqavilənin təminatı olaraq onlarla- X5 və İddiaçı ilə “xxxx” QSC BOKT arasında zaminlik müqaviləsi bağlanmışdır. Ödənişlərdə gecikmələr olduğundan kreditor “xxxx” QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh, X5 və İddiaçı müştərək qaydada 2142 manat məbləğində əsas kredit borcu, 688 manat əsas məbləğə hesablanmış faiz borcun və 20 manat dövlət rüsumunun tutularaq xxxx QSC BOKTnin hesabına ödənilməsi barədə məhkəmə əmri qəbul edilməsini xahiş etmiş, Bərdə rayon Məhkəməsi *(***)-****/**** saylı ##.##.2016-cı il tarixli məhkəmə əmri qəbul edərək iddia tələbi bütünlüklə təmin edilmişdir. İcra sənədi Bərdə rayon İcra və probasiya şöbəsinə göndərilmiş, bir neçə illərdir ki, onun əmək haqqından tutulmalar aparılır. Beləliklə onun əmək haqqından cavabdeh Cavabdeh əvəzindən 2849.73 manat, işində ona problem yaranmaması üçün isə nəğd olaraq 399.78 manat, yəni cəmi 3149.51 manat “xxxx” QSC BOKT-nin hesabına pul ödənmiş, borc ödənişi başa çatdırılmışdır. Ancaq cavabdeh Cavabdeh onun pulunu ona qaytarmamış, hətta qaytarmaq fikri yoxdur.

3. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim F.F.Abdullayev) iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh 2399.51 (iki min üç yüz doxsan doqquz manat əlli bir qəpik) manat tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddia tələbi qalan hissədə təmin olunmaması qət edilmişdir.

4. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, ##.##.2013-cü il tarixdə xxxx QSC BOKT ilə Cavabdeh kredit müqaviləsi bağlanmış və Cavabdeh illik 27 faiz ödəmək şərti ilə 24 ay müddətina 4500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasını təmin edilmək məqsədi ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs və İddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirimədiyinə görə kredit verən məhkəməyə müraciət etmiş və Bərdə Rayon Məhkəməsinin ##.##.2016- cı il tarixli 2(021)-3886/2016 məhkəmə əmri ilə Cavabdeh, X5 İddiaçı müştərək qaydada 2142 manat əsas kredit borcu, 688 manat faiz və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq xxxx QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə verilməsi əmr olunmuşdur. Bərdə Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli 2(021)-3886/2016 icra sənədi üzrə tələb Bərdə Rayon İcra Şöbəsi tərəfindən xxxx MMCyə məktub ünvanlanaraq İddiaçı əmək haqqısına yönədilmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 4500 manat kreditdən 750 manat məbləğin ona çatdığını etiraf etmişdir. Cavabadeh həmin kredit məbləğindən 1500 manat pulun iddiaçıya çatdığını bildirsə də bunu sübut edəcək dəli məhkəməyə təqdim edə bilməmişdir.

6. Məhkəmə həmçinin qeyd etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və müqavilə üzrə yaranmış borcu cavabdehlər iddiaçıya ödəməlidir

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə, 125-ci maddəsinin VII hissəsinə, Mülki Məcəlləsinin 6.2, 385.1, 448.1, 448.2, 460.1, 470.1, 475.1-475.3, 509.1, 509.3-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 88, 107, 115, 119.1, 222.2 -ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh Quliyev Sevindik Həsənalı oğlu qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı X1 ilə bir kənddəndirlər. Kredit götürmək üçün “xxxx” QSC BOKT-a müraciət ediblər. “xxxx” QSC BOKT ##.##.2013cü il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə 4500 manat qrup kreditini (birgə borc alan) ona, İddiaçı və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs hər birinə 1500 manat olmaqla qrup rəhbəri olduğu üçün əsas kredit müqaviləsini və sığorta müqaviləsini onunla bağlamaqla kredit verilmişdir. Qeyd edilən ## ###### 2013-cü il tarixli *** saylı Birgə borclularla kredit müqaviləsinə əsasən götürülən krediti hər ay 81.57 azn olmaqla 24 ay müddətinə ödəməli idilər. Krediti götürdükləri ilk aylarda onunla bərabər digər iki borclu da, ödənişlərini qrafik üzrə ödədilər. Sonrakı aylar digər iki şəxs ödənişlərini etmədi. X1 qeyd edilən kredit borcunu qrafik üzrə cəmi 4 ay, digər borclu Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qeyd edilən kredit borcunu qrafik üzrə cəmi 3 ay ödəmişdir. O, şikayət ərizəsinə əlavə etdiyi “xxxx” QSCBOKT-un hesabdan çıxarışından da görundüyü kimi kredit öhdəliyini sonacan ödəmişdir. O, dəfələrlə digər iki borcluya kredit borclarını ödəmələrini, onların gecikmələrinə görə heç bir bank və ya kredit təşkilatından kredit götürə bilmədiyini bildirsə də, iddiaçı buna məhəl qoymadı. Bir müddət sonra təxminən krediti götürdükdən 5 ay sonra iddiaçı kənddən köçüb Bakı şəhərinə getdi. Təxminən ondan 2-3 ay sonra da, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs getdi. Beləliklə, o, kredit borcu üzrə öhdəliyi olan digər iki borclu ilə heç cürə əlaqə saxlaya bilmədi. Apellyasiya şikayətinə əlavə etdiyi hesabdan çıxarışda da, göründüyü kimi o, 1500 manat öz götürdüyü əsas kredit borcunu və ödəməli olduğu 457.66 manat faiz borcunu tamamilə ödəyib. Bərdə Rayon Məhkəməsində təşkilatdan aldığı hesabdan çıxarışı vermək istəsə də, hakim qəbul etmədi. Hakimin işə qərəzli yanaşması çıxarılan qətnamədə digər cavabdeh qismində çıxış etməli olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs üçüncü şəxs kimi qəbul edib tələb edilən borcla bağlı öhdəlik qoymamasından aydın şəkildə görünür. Hansı ki iddiaçının məhkəməyə təqdim etdiyi əmək haqqı hesabından çıxarışda tutulan borcun kimin kredit öhdəliyinə əsasən tutulduğu qeyd edilməmişdir. İddiaçı və üçüncü şəxs öz borclarını ödəmədiyi üçün iddiaçının əmək haqqından məhkəmə qərarı əsasında tutulmalar aparılmış və indi əsassız olaraq qeyd edilən tutulmaları məndən tələb edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş, iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti.

448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 475. Öhdəliyi icra etmiş zaminin hüquqları 475.1 Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. 475.2 Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Hazırkı işdə iddia qismən təmin edilmiş, apellyasiya şikayətində cavabdeh qətnaməni təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı tam hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Belə ki, işdən görünür ki, iddiaçı cavabdehin kredit təşkilatından götürdüyü borca zamin durmuş, sonradan həmin borc vaxtında ödənilmədiyinə görə məhkəmə əmri ilə icraya yönəlmişdir.

30. İşdən həmçinin görünür ki, iddiaçı zamin kimi cavabdehin götürdüyü kredit borcuna görə ödənişlər etmişdir. Hazırda iddiaçı cavabdehin kredit borcuna görə etdiyi ödənişləri reqress qaydasında geri tələb edir.

31. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan mülki qanunvericilik normalarının məzmunundan da aydın olur ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. (475.1) Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur (475.2).

32. Birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 2399.51 manat pul tutulmasını qət etmiş, iddiaçı isə bununla razılaşmışdır. 31 Cavabdeh tərəfin apelyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh şikayətində öz üzərinə düşən borcu ödədiyini, iddiaçının üzərinə düşən borcunu ödəmədiyini bildirsə də, iş materiallarından kredit borcunun cavabdeh tərəfindən götürüldüyü, ödənişlərin isə iddiaçı tərəfindən edildiyi görünür. 32 Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. 33 Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar