Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-651/2026 07.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınun hakimləri-X5 (sədrlik edən məruzəçi), Muradov Rəhman Şaban oğlu və X6 ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı İddiaçı İzzət oğlunun və cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı İzzət oğlunun cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bərdə Rayon Polis Şöbəsinin cinayət işini başlanmasının rədd olunması haqqında ##.##.2025-ci il tarixli qərarından görünür ki, ##.##.2025-ci il tarixdə Bərdə rayonu, Qarabağ qəsəbəsində yaşayan X7 2024-cü ilin iyun ayından, 2025-ci ilin yanvar ayının 22-dək olan müddət ərzində dayısı oğlu Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mobil danışıq kartlarının alqı-satqısı ilə məşğul olub qazancından pul verəcəklərinə vəd edərək müxtəlif vaxtlarda ondan ümumilikdə 31000 manat pul alıb verdikləri vədə əməl etməyərək etibarından sui istifadə və aldatma yolu ilə 31000 manat pulunu ələ keçirirək ona qarşı dələduzluq etdiyini bildirmişdir.
2. Bundan başqa ##.##.2025-ci il tarixdə Bərdə rayonu, Qarabağ qəsəbəsində yaşayan İddiaçı İzzət oğlu 2024-cü ilin iyun ayından, 2025-ci ilin yanvar ayının 22-dək olan müddət ərzində həyat yoldaşının dayısı oğlu Cavabdeh mobil danışıq kartlarının alqı-satqısı ilə məşğul olub qazancından pul verəcəyinə vəd edərək müxtəlif vaxtlarda ondan ümumilikdə 11000 manat pul alıb verdiyi vədə əməl etməyərək etibarından sui istifadə və aldatma yolu ilə 11000 manat pulunu ələ keçirirək ona qarşı dələduzluq etdiyini bildirmişdir. -Həmin müraciət Bərdə rayon polis şöbəsinin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında 689 və 690-cı sırada qeydiyyata alınaraq araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki, 2020-ci ilin əvvəlindən başlayaraq, ## ###### 2025-ci il tarixə kimi o, tanışı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə birlikdə «Azərcell», «Bakcell» və «Nar» mobil operatorların danışıq kartlarının alqı-satqısı ilə məlğul olan zaman bibisioğlu Məhəmməd Hüseynovdan va İddiaçı sələmə yəni, faizə olaraq 1-2-5-10-15 gün müddətinə 5000 manat, 10000 manat, 11000 manat, 15000 manat, 20000 manat və 30000 manat pullar götürüb geri qaytarmışdır. Belə ki, onlar Məhəmməd və Əjdərdən götürümüş olduqları hər 1000 manat pula görə 1 günü 7-8 manat faizə olaraq pul ödəmişdir. Məhəmməd və Əjdər onlara verilən pulların özlərinə və qohumlarına məxsus olduğunu demişlər. Eləcə də Məhəmməd onu qohumları yəni, xalası Məryəm, Məryəmin qızı Mehriban və oğlu Rövşən ilə tanış etdiyi üçün o, həmin şəxslərdən faizə olaraq pullar alıb geri qaytarmışdır. ## ###### 2025-ci il tarixədək o, Elxan ilə birlikdə Məhəmməd və Əjdərdən faizə götürmüş olduğu pulları qaytarıb vermişdir. Lakin o, tək olaraq Əjdərə ## ###### 2025-ci il tarixədək təxminən 800 manat faiz olaraq borcu qalmışdır. ## ###### 2025-ci il tarixdə isə Elxan danışıq kartlarını götürmüş olduğu yerlə sıfırlaşmaq istədiyi üçün 24000 manat pul lazım olduğunu, tanışı Faiqə isə 1000 manat pulu Məhəmmədə və Əjdərə zəng edib istəməyini bildirmişdir. Buna görə də o, ## ###### 2025-ci il tarixdə Əjdərə zəng edib nə qədər pulu varsa verməyini bildirən zaman Əjdər 10.000 manat pulunun olduğunu, 2.940 manat kartında olduğunu, əldə isə 7.060 manat pulunu olduğunu bildirmişdir. O, da Faiq adlı tanışını göndərəcəyini, 7060 manat pulu Faiqə verməsini və 2940 manat pulu isə atacağı kart hesab nömrəsinə göndərməyini bildirmişdir. Həmin vaxt Əjdər onunla razılaşdıqdan təxminən 2-3 dəqiqə sonra o, həyat yoldaşı X3 məxsus hesab nömrəsini xatırlamadığı «Birbank» kart hesab nömrəsini Əjdərin həyat yoldaşı Səbinənin mobil telefonun «WhatsApp» sosial şəbəkəsinə göndərdikdən sonra Əjdər kart hesab nömrəsinə 2940 manat pulu göndərmişdir. Faiq isə təxminən 10 dəqiqədən sonra gedib Əjdərin yaşadığı ünvandan 7060 manat pulu götürüb onun yanına gəldikdən sonra birlikdə Elxanın yanına gedib 7060 manat pulu Elxana vermişdir. Həmçinin o, da kart hesab nömrəsindən 2940 manat pulu çıxardıb Elxana vermişdir. Ümumilikdə o, Elxana 10000 manat pulu vermişdir. Həmçinin o, həmin gün yəni, ## ###### 2025-ci il tarixdə Məhəmmədə zəng edib 15000 manat pulu faizə olaraq istəmiş, Məhəmməd də onunla razılaşdıqdan sonra həmin gün Məhəmməd 15000 manat pulu Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən «İrşad» telekomun yaxınlığında olan Elxana məxsus «Ətriyyat» mağazaya gəlib Elxana vermişdir. O, da həmin mağaza gələn zaman Məhəmmədi Elxanın yanında görmüş və 15000 manat pulu Elxana verməyi barədə məlumatı olmuşdur. Eləcə də, həmin gün yəni, ## ###### 2025-ci il tarixdə Elxan Məhəmməddən faizə olaraq pul istədiyi üçün Məhəmməd həmin gün Elxana pulu gətirib vermişdir. X4 nə qədər pul verməsini görməmişdir. ## ###### 2025-ci il tarixdə Elxan ona Məhəmməd və Əjdərdən gedib faizə olaraq pul alıb gətirməyini bildirdiyi üçün o, Əjdərdən ümumilikdə 10000 manat, Məhəmməddən isə ümumilikdə 15000 manat pulu zəng edib istədiyi üçün Əjdər 10000 manat, Məhəmməd isə 15000 manat pulu vermişdir. Belə ki, Elxan Məhəmməd və Əjdər ilə öz aralarında əvvəlcədən razılığa gəldikləri üçün Elxanın ona dediyinə görə Məhəmməd və Əjdərə zəng edib pul istəmişdir. Onun Məhəmmədə və Əjdərə hər hansı bir məbləğdə borcu yoxdur. Lakin onun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 34000 manat pul borcu vardır. Elxana borcunun olmasına səbəb o, Məhəmməd və Elxandan faizə olaraq pul götürdüyü üçün Elxandan borca pul alıb Məhəmmədə və Elxana vermişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, ## ###### 2025-ci il tarixdə Elxan ona Məhəmməd və Əjdərdən gedib faizə olaraq pul alıb gətirməyini bildirdiyi üçün o, Əjdərdən ümumilikdə 10000 manat, Məhəmməddən isə ümumilikdə 15000 manat pulu zəng edib istədiyi üçün Əjdər 10000 manat, Məhəmməd isə 15000 manat pulu vermişdir. Belə ki, Elxan, Məhəmməd və Əjdər ilə öz aralarında əvvəlcədən razılığa gəldikləri üçün Elxanın ona dediyinə görə Məhəmməd və Əjdərə zəng edib pul istəmişdir. Onun Məhəmmədə və Əjdərə hər hansı bir məbləğdə borcu yoxdur. ## ###### 2025-ci il tarixdə Elxan ona Məhəmməd və Əjdərdən gedib faizə olaraq pul alıb gətirməyini bidirdiyi üçün o, Əjdərə zəng edib pul istədiyi üçün Əjdər onunla razılaşdığına görə o, Faiqi Əjdərin yaşadığı ünvana göndərdikdən sonra 7060 manat pulu Əjdər Faiqə vermişdir, 2940 manat pulu isə həyat yoldaşı Gülnarın xatırlamadığı bank kart hesab nömrəsinə göndərmişdir. Məhəmməd və Əjdər faizə olaraq pul vermələri barədə mobil telefonunda səs yazıları var, bundan başqa tanışları Faiqə və Şakirə pul etiyac olduğu üçün Məhəmməd və Əjdərdən faizə olaraq pul götürmüşdülər. Məhəmməd və Əjdər faizə olaraq pul verən şəxslərdir.
3. Araşdırma zamanı izahatı alınmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 izahatında bildirmişdir ki, Cavabdeh də ona borcu olduğu üçün həmin gün yəni, ## ###### 2025-ci il tarixdə Cavabdeh ona borcu olduğu üçün Məhəmmədin yeznəsi Əjdərdən faizə olaraq yəni, sələmə 10000 manat pul alıb gətirib ona vermişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı İzzət oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 11000 (on bir min) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı İddiaçı İzzət oğlu iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh. Cavabdeh Qənimət oğluna 2024-cü və 2025-ci ilin yanvar ayında müxtəlif vaxtlarda hissəhissə olmaqla ümumilikdə 11000 min manat borc pul vermişdir. Cavabdeh borcunu bu ilin mart ayında qaytaracağına söz vermişdir. Cavabdeh buna baxmayaraq ondan borc götürdüyü pulu ödəmir. O, dəfələrlə borcunu ödəməyi təklif etməyinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr edərək borcunu ödəməkdən imtina edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir.
7. Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Fərman Abdullayev) iddiaçı İddiaçı İzzət oğlunun cavabdeh Cavabdeh qarşı “pul” tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh 10000 (on min) manatın alınaraq iddiaçı İddiaçı İzzət oğluna verilməsi, iş üzrə ödənilməmiş 120 manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdeh Cavabdeh polis şöbəsində araşdırma zamanı verdiyi ifadəsində və məhkəmə iclasında iddiaçı İddiaçı İzzət oğlunun ona 2940 manat pulu kart vasitəsi ilə, 7060 manatı isə Faiq adlı şəxsdən göndərdiyini etiraf etmişdir. Lakin ifadəsində həmin pulları Elxana vermək üçün aldığını bildirsə də məhkəməyə bunu sübut edə biləcək dəlil təqdim edə bilməmişdir. Eyni zamanda polis şöbəsində araşdırma zamanı izahatı alınmış Elxan adlı şəxs izahatında göstərmişdir ki, cavabdeh Cavabdeh ona borcu olmuşdur, sonuncu ona olan borcunu ödəmək üçün iddiaçıdan borc pul almışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı İzzət oğluna 10000 manat məbləğində borcu vardır. Lakin cavabdeh aldığı borcu bu günə kimi geri qaytarmamışdır.
9. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 385.2, 386.1, 390, 425.1, 442, 739.1 və 740.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
10. Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, məhkəmədə ifadəsində, hətta polisdəki izahatında da qeyd etmişdir ki, iddiaçının ondan tələb etdiyi borc əsassızdır və buna dair sübutu yoxdur. Məhkəmə özü də mənim ifadəsinə yer verərəkən göstərir ki, iddiaçının iddiası qərəzli mülahizələrdən başqa heç bir şey ifadə etmir. “cavabdeh Cavabdeh iddia tələbini qəbul etmədiyini qeyd edərək bildirmişdir ki, iddiaçı 2940 manat pulu həyat yoldaşının kart hesabına göndərib. O da pulu çıxarıb Elxana vermişdir. Faiq iddiaçıdan 7060 manatı alıb, sonra onunla birlikdə Elxanın yanına getmişdirlər. Həmin pulu Faiq Elxana verib. Xəyyam və Altay adlı dostları iddiaçıdan faizə pul almaq istəmişdirlər. Ondan xahiş etmişdirlər ki, iddiaçıya desin. Onun xahişindən sonra iddiaçı onlara faizə pul vermişdir. Lakin onlar iddiaçıya pulu qaytarmamışdırlar. Onların borcunu iddiaçıya özü ödəmişdir. Həmin pullar Elxanın pulları olub” Polisdə alınmış izahatın məhkəmə qətnaməsində əks olunan hissəsi: “## ###### 2025-ci il tarixdə Elxan ona Məhəmməd və Əjdərdən gedib faizə olaraq pul alıb gətirməyini bildirdiyi üçün o , Əjdərdən ümumilikdə 10000 manat, Məhəmməddən isə ümumilikdə 15000 manat pulu zəng edib istədiyi üçün Əjdər 10000 manat, Məhəmməd isə 15000 manat pulu vermişdir. Belə ki, Elxan Məhəmməd və Əjdər ilə öz aralarında əvvəlcədən razılığa gəldikləri üçün Elxanın ona dediyinə görə Məhəmməd və Əjdərə zəng edib pul istəmişdir. Onun Məhəmmədə və Əjdərə hər hansı bir məbləğdə borcu yoxdur. Lakin, onun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 34000 manat pul borcu vardır. Elxana borcunun olmasına səbəb o, Məhəmməd və Elxandan faizə olaraq pul götürdüyü üçün Elxandan borca pul alıb Məhəmmədə və Elxana vermişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, ## ###### 2025-ci il tarixdə Elxan ona Məhəmməd və ki, cavabdeh. Cavabdeh 2024-cü və 2025-ci ilin yanvar ayında müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 11000 min manat borc pul vermişdir. Cavabdeh borcunu bu ilin mart ayında qaytaracağına söz vermişdir. Cavabdeh buna baxmayaraq ondan borc götürdüyü pulu ödəmir. O, dəfələrlə borcunu ödəməyi təklif etməyinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr edərək borcunu ödəməkdən imtina edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ## ###### 2025-ci il tarixdə Elxan ona Məhəmməd və Əjdərdən gedib faizə olaraq pul alıb gətirməyini bildirdiyi üçün o , Əjdərdən ümumilikdə 10000 manat, Məhəmməddən isə ümumilikdə 15000 manat pulu zəng edib istədiyi üçün Əjdər 10000 manat, Məhəmməd isə 15000 manat pulu vermişdir. Belə ki, Elxan, Məhəmməd və Əjdər ilə öz aralarında əvvəlcədən razılığa gəldikləri üçün Elxanın ona dediyinə görə Məhəmməd və Əjdərə zəng edib pul istəmişdir. Onun Məhəmmədə və Əjdərə hər hansı bir məbləğdə borcu yoxdur”. iddiaçının sələmə pul verməsi ilə bağlı Bərdə rayon prokurorluğunun təqdimatı ilə Bərdə rayon məhkəməsi iddiaçı barəsində qərarı vardır. Lakin, təssüf ki, o həmin qərarları əldə edə bilmir. Birinci instansiya məhkəməsi isə təssüf ki, əsası olmadan şifahi razılaşmaya dair hissədə iddiaçının xeyrinə hərəkət etmişdir. Lakin, məhkəmə nədənsə heç bir sübutu olmadığı halda iddiaçının tələbini real ağlabatan qəbul etdi, amma onun iş üzrə faktiki mahiyyət təşkil edən ifadəsini inandırcı qəbul etmədi, hansı ki, bunun üçün heç bir əsas yox idi ki, onun ifadələrinə şübhə ilə yanaşılsın. Bundan başqa, hakim onunla yanaşı ididaçı tərəfindən cavabdeh kimi göstərilmiş onun mühasibi işləmiş Şükür Qurbanovun ifadəsinə istinad edərkən də zidiyyətli qiymətləndirmə aparmışdır. Məhkəmənin təhrif edilmiş və ziddiyyətli ifadələrə yer verməklə, iddiaçının xeyrinə qətnamə qəbul etməsi aydın görünür ki, heç bir mötəbər sübutlar əsasında deyil, sadəcə iddiaçının maraq və mənafeyinin məhkəmə tərəfindən bir mənalı şəkildə tərəfkeşlik nümayiş etdirliməklə müdafiəsi əsasında qəbul edilmişdir. Onunla iddiaçı arasında heç bir müqavilə olmamışdır. Məhkəmənin istinad etdiyi MM-nin 740.2-ci maddəsi 3000 manatdan yuxarı olan borca dair razılaşmanı yazılı bağlamağı imperativ qaydada müəyyən etmişdir. Pul vəsaitinin cavabdehə köçürülməsi faktı özlüyündə borc müqaviləsinin bağlanmasını, pulun cavabdehin ehtiyacları üçün alınmasını ehtiva etmir.
12. Apellyasiya icraatı zamanı cavabdeh Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq ərizəni onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsi tərəfindən iddiaçı Əksərov Əjdər İzzət oğlunun ona qarşı qaldırdığı pul tələbi barədə iddia ərizəsi üzrə işə baxılmış və onun iştirakı olmadan, tamamilə birtərəfli, ədalətsiz və qanunsuz bir qətnamə çıxarılmışdır. Bildirmək istəyir ki, o, iddiaçı Əksərov Əjdər İzzət oğlundan heç bir zaman nə borc pul almış, nə də ondan pul istəmişdir. Onların arasında pul və ya hər hansı maddi öhdəlik barədə heç bir yazılı müqavilə və ya şifahi razılaşma mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Məcləsinin müvafiq bəndlərinə əsasən, fiziki şəxslər arasında müəyyən olunmuş məbləğdən yuxarı borc öhdəlikləri mütləq şəkildə yazılı formada bağlanmalıdır. İddiaçının ona qarşı irəli sürdüyü tələb heç bir hüquqi sənədə (müqaviləyə, iltizama və ya qəbzlə) əsaslanmır. Ortada heç bir hüquqi əsas olmadığı halda, məhkəmənin sələmçiliklə və qanunsuz sahibkarlıqla məşğul olan bir şəxsin şər və böhtan xarakterli iddialarını təmin etməsi qanunun aliliyi prinsiplərinə tamamilə ziddir. Real vəziyyətdə, iddiaçı Əjdər və onun qaynı Məhəmməd pulun digər bir şəxsə (Elxana) verilməsi barədə öz aralarında razılaşıblar. İddiaçı pulu birbaşa ona deyil, onun bank kartı vasitəsilə (köçürmə yolu ilə) məcburən ötürücü qismində istifadə edərək Elxana göndərmişdir (Cəmi 2940 manat). Onun buradakı rolu sadəcə texniki vasitəçilik olmuşdur, pulun real sahibi və borclusu o deyildir. Bu razılaşmanın onunla heç bir əlaqəsinin olmaması 5 nəfər şahidin yanında baş vermişdir. Həmçinin, daha sonra iddiaçı Əjdər, qaynı Məhəmməd və digər şahidlərin (ümumi 8 nəfər) iştirakı ilə baş tutan söhbət zamanı onun pulla bağlı heç bir cavabdehliyinin olmadığı açıq-aydın sübuta yetirilmişdir. Həmin vaxt iddiaçı pulu ondan deyil, məhz real borclu olan Elxandan tələb etmişdir. Bu faktları tam sübut edən səs yazıları və audio-disklər məhkəməyə təqdim edilmişdir. Lakin, birinci instansiya məhkəməsi bu mötəbər sübutları araşdırmaqdan imtina etmişdir. İddiaçı Əjdər ve onun qaynı Məhəmmədin qanunsuz sahibkarlıq fəaliyyəti (faizlə pul vermə – sələmçilik) ilə məşğul olması faktı Bərdə Rayon Prokurorluğu tərəfindən araşdırılmış, cinayət tərkibli bu əməllərə görə məhkəmə tərəfindən onlara qarşı müvafiq cəza (cərimə) qərarı verilmişdir. Onların qanunsuz yollarla, heç bir müqavilə olmadan insanları borclandırmaq prinsipləri hüquq-mühafizə orqanları tərəfindən artıq təsdiqlənmiş bir faktdır. ## ###### 2025-ci il tarixində məhkəmə iclasının keçirildiyi gün, o, X2 müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ona verdiyi hüquqlardan istifadə edərək, məhkəməyə gələ bilməyəcəyi barədə rəsmi qaydada teleqram vuraraq məhkəməni məlumatlandırmışdır. Təcili yardımın qəbzini (çekini) və teleqramın surətini məhkəməyə təqdim edir. Buna baxmayaraq, məhkəmə onun üzrlü səbəbdən iclasda iştirak edə bilməməyini nəzərə almamış, müdafiə hüququnu kobud şəkildə pozaraq, qiyabi və birtərəfli qaydada qərar çıxarmışdır. Bu, onun ədalətli məhkəmə araşdırması hüququmun birbaşa tapdalanmasıdır. O, hazırda ailədə az əməkhaqqı ilə işləyən yeganə şəxsdir. Maddi durumu hədsiz dərəcədə ağırdır və yarımçıq tikili, qəza vəziyyətində olan bir evdə yaşayır. Himayəsində iki azyaşlı övladı var. Onlardan biri 1-ci qrup əlildir. Övladı ölümün pəncəsindən qayıdıb o, ay yarım ərzində 3 dəfə komaya düşmüş və 4 dəfə ağır beyin əməliyyatı keçirmişdir. Bu əməliyyatların xərclərini ödəməyə imkanı olmadığı üçün qohumların, qonşuların və xeyirxah insanların köməkliyinə sığınmışdır. Hətta iddiaçı Əjdər və Məhəmməd də onun bu acınacaqlı, çarəsiz vəziyyətini bilərək ona vaxtilə maddi köməklik ediblər. İddiaçı onun övladının canı ilə əlləşdiyini və heç bir maddi imkanının olmadığını bildiyi halda, ona faizlə pul verməyəcəyini özü də çox yaxşı dərk edir. Bu gün ailəsinin çörək pulunu, xəstə övladının müalicə və dərman xərclərini qarşılaya bilmədiyi bir vaxtda, ona qarşı atılan bu şər-böhtan və çıxarılan ədalətsiz qərar onu və ailəni tamamilə çıxılmaz vəziyyətə salıb. Onun bu saxta, qanunsuz və qeyri-insani tələb üzrə kəsilən məbləği ödəməyə heç bir maddi imkanı yoxdur və ola da bilməz.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı Əksərov Əjdər İzzət oğlundan heç bir zaman nə borc pul almış, nə də ondan pul istəmişdir. Onların arasında pul və ya hər hansı maddi öhdəlik barədə heç bir yazılı müqavilə və ya şifahi razılaşma mövcud olmamışdır. İddiaçı Əjdər və onun qaynı Məhəmməd pulun Elxanana verilməsi barədə öz aralarında razılaşıblar. İddiaçı pulu birbaşa ona deyil, onun bank kartı vasitəsilə Elxana göndərmişdir. Elan olunan ifadə on aid deyil. Onlar Elxan adlı şəxsdən pul istəmiş, ala bilməyəndə isə ondan tələb etmişlər. İddiaçının onun maddi vəziyyətindən məlumatı vardır. Ona görə də, ona heç vaxt ona pul verməz. İddiaçı 7-8 ildir ki, faizə pul verməklə məşğul olur. Prokurorluqda isə hazırda bu barədə araşdırma aparılır. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, səs yazısında Əjdər, Məhəmməd və digərlərinin səs yazıları vardır.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı İzzət oğlu apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ## ###### 2025 il tarixdə cavabdeh ona zəng edərək şirkətlə haqqhesab apardığını və ona pul lazım olduğunu bildirmişdir. Cavabdehlə qohumluq əlaqəsi olduğu üçün ona kömək istəmiş və buna görə də Faiq vasitəsilə cavabdehə 7060 manat pul göndərmiş, qalan pulu isə cavabdehin həyat yoldaşının kartına göndərmişdir. Qarşı tərəf özü sələmə pul verməklə məşğuldur. Pulu ondan cavabdeh Farizin özü istəmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır.
18. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
19. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
20. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
21. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
22. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
Apellyasiya baxışının hədləri
28. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Hazırkı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh polis şöbəsində araşdırma zamanı verdiyi ifadəsində və məhkəmə iclasında iddiaçı İddiaçı İzzət oğlunun ona 2940 manat pulu kart vasitəsi ilə, 7060 manatı isə Faiq adlı şəxsdən göndərdiyini etiraf etmişdir. Lakin ifadəsində həmin pulları Elxana vermək üçün aldığını bildirsə də məhkəməyə bunu sübut edə biləcək dəlil təqdim edə bilməmişdir. Eyni zamanda polis şöbəsində araşdırma zamanı izahatı alınmış Elxan adlı şəxs izahatında göstərmişdir ki, cavabdeh Cavabdeh ona borcu olmuşdur, sonuncu ona olan borcunu ödəmək üçün iddiaçıdan borc pul almışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı İzzət oğluna 10000 manat məbləğində borcu vardır. Lakin cavabdeh aldığı borcu bu günə kimi geri qaytarmamışdır.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşaraq əlavə olaraq qeyd edir ki, iş materiallarında olan Bərdə Rayon Polis Şöbəsinin cinayət işini başlanmasının rədd olunması haqqında ##.##.2025-ci il tarixli qərarından görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki, ## ###### 2025-ci il tarixdə isə Elxan danışıq kartlarını götürmüş olduğu yerlə sıfırlaşmaq istədiyi üçün 24000 manat pul lazım olduğunu, tanışı Faiqə isə 1000 manat pulu Məhəmmədə və Əjdərə zəng edib istəməyini bildirmişdir. Buna görə də o, ## ###### 2025-ci il tarixdə Əjdərə zəng edib nə qədər pulu varsa verməyini bildirən zaman Əjdər 10.000 manat pulunun olduğunu, 2.940 manat kartında olduğunu, əldə isə 7.060 manat pulunu olduğunu bildirmişdir. O, da Faiq adlı tanışını göndərəcəyini, 7060 manat pulu Faiqə verməsini və 2940 manat pulu isə atacağı kart hesab nömrəsinə göndərməyini bildirmişdir. Həmin vaxt Əjdər onunla razılaşdıqdan təxminən 2-3 dəqiqə sonra o, həyat yoldaşı X3 məxsus hesab nömrəsini xatırlamadığı «Birbank» kart hesab nömrəsini Əjdərin həyat yoldaşı Səbinənin mobil telefonun «WhatsApp» sosial şəbəkəsinə göndərdikdən sonra Əjdər kart hesab nömrəsinə 2940 manat pulu göndərmişdir. Faiq isə təxminən 10 dəqiqədən sonra gedib Əjdərin yaşadığı ünvandan 7060 manat pulu götürüb onun yanına gəldikdən sonra birlikdə Elxanın yanına gedib 7060 manat pulu Elxana vermişdir. Həmçinin o, da kart hesab nömrəsindən 2940 manat pulu çıxardıb Elxana vermişdir. Ümumilikdə o, Elxana 10000 manat pulu vermişdir.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin MM-nin 740.2-ci maddəsi 3000 manatdan yuxarı olan borca dair razılaşmanı yazılı bağlanılması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2026-cı il tarixli Qərarında qeyd edilmişdir ki, fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır.
36. Kollegiya apellyasiya şikayətinin iddiaçının pulu birbaşa ona deyil, onun bank kartı vasitəsilə (köçürmə yolu ilə) məcburən ötürücü qismində istifadə edərək Elxana göndərməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPMin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir.
37. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 izahatında bildirmişdir ki, Cavabdeh də ona borcu olduğu üçün həmin gün yəni, ## ###### 2025-ci il tarixdə Cavabdeh Məhəmmədin yeznəsi Əjdərdən faizə olaraq yəni, sələmə 10000 manat pul alıb gətirib ona vermişdir. Yəni iş materialları ilə müəyyən olunur ki, pulu cavabdeh iddiaçıdan alıb Elxana vermiş olsa belə, həmin pulu cavabdeh iddiaçıdan borc alıb Elxana olan borcunu qaytarmışdır.
38. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərar).
39. Həmçinin iş materiallarına əlavə edilmiş səs yazısı olan CD diskdə olan səs yazısı tədqiq edilmiş və diskdə olan 1-ci audio yazıdan görünür ki, iki şəxs pul barədə söhbət edir, digər şəxs Fariz adlı şəxsə xitabən bildirir ki, “müəllimin” Əjdərə zəng edərək əvvəlcə pulun üstününü veriləcəyini, sonra isə qalan hissəinin hissə-hissə ödəniləcəyinin dediyini bildirir. 2-ci səs yazısında isə Cavabdeh iddiaçıdan pul istəyir, iddiaçı kartında 2940 manat olduğunu, “birkart” göndərsə karta vura biləcəyini bildirir, Fariz isə M10 vasitəsilə göndərməsini təkid edir, lakin iddiaçı yalnız “birkart”a göndərə biləcəyini bildirir. Fariz Faiq gələndə kartında yer olmasa “uşaqların” kartını göndərəcəyini bildirir.
40. Hazırki işdə isə iddiaçı tərəfindən Cavabdeh 10000 manat pulun verilməsi iş materiallarında olan Bərdə Rayon Polis Şöbəsinin cinayət işini başlanmasının rədd olunması haqqında ##.##.2025-ci il tarixli qərarı ilə, həmçinin iş materiallarına əlavə edilmiş səs yazısıları ilə öz təsdiqini tapmışdır.
41. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
42. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddianın təmin etməklə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınun MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.