Məhkəmə qərarları › İş №2(3-7)-660/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-660/2026

18.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-660/2026 18.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X5 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Şəmkir Rayon Polis Şöbəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı müraciətinə baxılmış, məsələnin həlli onların səlahiyyətinə aid olmadığı üçün İddiaçı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

2. Qeydlərin surətindən və CD diskdən görünür ki, İddiaçı Cavabdeh borc pul vermişdir, lakin verilən pulların məbləği və vaxtı dəqiq göstərilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdeh Cavabdeh 1700 (bir min yeddi yüz) manat və ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumunun alınaraq ona verilməsini dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o rayon ərazisində olan istilikxanalarda işləmək üçün fəhlə tapıb aparır. Cavabdeh Cavabdeh istilikxanaya fəhlə kimi tapıb aparanda tanımışdır. Cavabdeh Cavabdeh bir neçə dəfə işə gedib gəldikdən sonra ona müraciət edib borc pul verməyini xahiş etmişdir. Həmin pulları evinin təmiri, kredit borcunun və digər xərclərin verilməsi üçün ondan almışdır. O da cavabdehin onun yanında işlədiyi üçün həmçinin dindar xanım olmağı ilə əlaqədar olaraq cavabdehə inanıb ona 2025-ci ilin iyul və avqust aylarında ayrı-ayrı tarixlərdə ümumilkdə 1700 manat borc pul vermişdir. Cavabeh Cavabdeh borc pul verərkən sonuncuya onda olan dəftərə öz xəttdi ilə aldığı pulları qeyd etdirməklə vermişdir. Lakin cavabdeh ondan pul aldıqan sonra onun yanından işdən çıxmışdır. Bundan sonra cavabdehdən ona verdiyi pulları geri qaytarmasını tələb etdikdə cavabdeh pulları verməyəcəyini bildirmiş və ona hədə qorxu gəlmişdir. Cavabdehin onu aldatması ilə bağlı Şəmkir RPŞ-nə müraciət etsə də şöbədən müraciətinin mülki xarakter olmasını bildirərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Cavabdeh ona olan borcunu könüllü vermədiyi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Budan başqa cavabdehə verdiyi pulu təsdiq edəcək şahidləri (X6 -AA4665291, X14 - AA4989310, İsmayılov Sənan İsmayıl oğlu - AA0091218, X2 - AZE 15304273) və cavabdehin onda olan dəftərə öz xətti ilə aldığı pulları təsdiq edən dəftəri var.

5. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin alınaraq, iddiaçı İddiaçı verilməsi, cavabdeh Cavabdeh 37 (otuz yeddi) manat dövlət rüsumu tutularaq, iddiaçı İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin iddiaçıdan 700 (yeddi yüz) manat məbləğində borc pul alması, lakin həmin pulu tam şəkildə qaytarmaması sübuta yetirildiyindən iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası həmin hissədə qismən əsaslı hesab edilərək qismən təmin edilməli və cavabdeh Cavabdeh 400 (dörd yüz) manat məbləğində pul alınaraq iddiaçı İddiaçı ödənilməlidir.

7. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-1093-cü, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14, 52, 77, 106 və 217-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

8. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə mahiyyəti üzrə yenidən baxılaraq və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları ondan ibarədir ki, cavabdehlə iş yoldaşı kimi yaxın olmuş və bir neçə ildir ki, normal münasibəti olmuşdur. 2025ci ildə iyul və avqust aylarında hissə-hissə olmaqla cavabdehə 1700 (min yeddi yüz) manat borc pul vermişdir. Cavabdeh həmin pulları aldıqca öz imzası ilə imzalayıb. O, cavabdehdən pulunu istədikdə aldığı pulu “dandı” vermədi. O, cavabdehə qarşı “1700 manat pul” tələbi barədə iddia ərizəsi ilə Məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsi iddianı qismən (400 manat) təmin etməklə, ədalətsiz qərar qəbul etmişdir. O, həmin qətnamə ilə razı deyil və ləğv edilməsini istəyir. Belə ki, məhkəmə iclasında o, tərəfdən 22 şahiddən cəmi 5 şahid dindirilmişdir. Şahidlərin ifadələrində göstərilən məbləğlər 1700 manat hesablansa da, məhkəmə qətnaməsində şahid ifadələrində göstərilən rəqəmlər dəyişdirilmişdir, az yazılmışdır. Ona görə də, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilib iddianın təmin edilməsini istəyir. Hesab edir ki, iş materiallarında olan sübutlar düzgün qiymətləndiriliməyib. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, qarpız meyvəsi satışı ilə məşğul olur, həm də Şəmkir rayonunda parniklərə işçi təmin etməklə məşğul olur. Hər işçidən 5 manat pul alır. Hər işçiyə borc kimi pullar verirdi. Cavabdehə hissə-hissə 1700 manat pul vermişdir. Cavabdeh ona 315 manat pul qaytarmışdır. Yazıları cavabdeh öz xətti ilə yazmışdır.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, parnikdə işləyirdi. Hal-hazırda işləmir. İddiaçını sürücü kimi tanımışdır. İddiaçıdan ##.##.2025-ci ildən cəmi 700 manat pul almışdır. 100, 200 və 400 manat hissə-hissə pul almışdır. Borcunu da hissə-hissə ödəmiş cəmi 385 manat borcu qalmışdır. Yazılar ona məxsus deyildir. İddiaçı ona başqa təkliflər etmişdir. Yerdə qalan borcunu hissə-hissə ödəməyə razıdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

14. Maddə 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

16. Maddə 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

18. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

19. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

20. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

21. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

24. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

25. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

26. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

27. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.

33. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı Şəmkir rayon ərazisində olan istilikxanalarda işləmək üçün fəhlə “tapıb aparmaq” ilə məşğul olur. Cavabdeh Cavabdeh istilikxanaya fəhlə kimi tapıb aparanda tanımışdır. Cavabdeh ona müraciət edib borc pul verməyini xahiş etmişdir. Həmin pulları evinin təmiri, kredit borcunun və digər xərclərin verilməsi üçün ondan almışdır. O da cavabdehin onun yanında işlədiyi üçün borca pul vermişdir. Cavabdeh Cavabdeh borcunun bir qismini qaytarsa da, hazırda iddiaçıya borclu qalmışdır.

34. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir, bu isə məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh 700 manat pul verməsi təsdiq olunur. Belə ki, cavabdeh məhkəmə iclasında iddiaçıdan 700 manat borc aldığını, iddiaçı isə cavabdehə müxtəlif vaxtlarda 700 manat borc verdiyini və daha sonra isə 1000 manat borc verdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı cavabdeh Cavabdeh ona 315 manat pul qaytarmasını etiraf və qəbul etmişdir. Cavabdeh Cavabdeh isə öz növbəsində iddiaçıya yerdə qalan 385 manat borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan hallar tərəflərin qarşılıqlı izahatları və iş materialları ilə təsdiqini tapır. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Cavabdeh iddiaçının hesabına əsasız varlanmışdır.

36. Bundan başqa, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, iddiaçının cavabdehə 250 manat borc pul verdiyini görmüşdür. Şahid İsmayılov Sənan İsmayıl oğlu ifadəsində göstərmişdir ki, iddiaçı onun yanında cavabdehə 400 manat borc pul vermişdir. X4 ifadəsində göstərmişdir ki, iddiaçının cavabdehə müxtəlif vaxtlarda 200 manat və 100 manat borc pul verdiyini görmüşdür. X9 İsə qızı ifadəsində göstərmişdir ki, iddiaçının cavabdehə verdiyi borcun məbləği barədə məlumatı olmamışdır. Digər şahidlərdə oxşar məzmunlu ifadələr vermişlər.

37. Göründüyü kimi, iddiaçı İddiaçı cavabdehə daha sonra 1000 manat borc verdiyini bildirsə də, bununla bağlı heç bir mötəbər sübutunu məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsi iddiaçının, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin, qanunvericilik tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 77.1, 88, 217.4-cü maddələri).

38. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə mahiyyəti üzrə yenidən baxılaraq və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Odur ki, apellyasiya instansiya məhkəməsi obyektiv həqiqətin müəyyən edilməsi üçün işə tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxmışdır.

39. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi qismən ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh 385 (üç yüz səksən beş) manat məbləğində pul vəsaiti alınaraq, iddiaçı İddiaçı verilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar