Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-662/2026 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı, cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızından və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı İddiaçı, cavabdeh Cavabdeh iştirakları ilə İddiaçı İddiaçı, cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Telefon danışıqlarına dair səsyazmaların yazıldığı DVD diskin tədqiqindən görünür ki, həqiqətən də cavabdehin iddiaçıya borcu olmuşdur.
2. ##.##.2025-ci il tarixli qəbzin surətindən görünür ki, iddiaçı Şəmkir Rayon Məhkəməsinin hesabına 160 manat vəsait ödəmişdir.
3. Foto şəkillərdən görünür ki, tərəflər arasında pul məbləği ilə bağlı razılaşma Rusiya Federasiyası Dağıstan Federasiyasında olmuşdur.
4. Şəmkir RPŞ-nin məhkəmə sorğusuna ünvanlanan cavab məktubundan görünür ki, Cavabdeh izahatında 16000 manat borcunun olduğunu, həmin borcun 500 manatını ödədiyini və atasına məxsus 220 manat olan pensiya kartını verdiyini bildirmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı, cavabdeh Cavabdeh qarşı “Pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ona olan 23.320 (iyirmi üç min üç yüz iyirmi) manat pulun, eləcə də ödədiyi 159 (yüz əlli doqquz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehi uzun illərdir tanıyır və iş yoldaşı olmuşlar. Cavabdeh Cavabdeh ona 2024-cü ilin mart ayında Dağıstan Respublikasında istilikxana qurmaq işinin olduğunu bildirdi və iş sahibindən onun və yanında işləyən adamların pulunu özü alıb verəcəyi barədə razılaşmış daha sonra özündən başqa 6 nəfərlə Dağıstana getmişlər. Danışdıqları işə görə cavabdeh iş sahibindən onların pullarını hissə-hissə alıb verdimişdir. Borcu qaldığı üçün ona özünə aid sosial müavinat üçün verilən plastik kartını vermişdir. O, 4 ay müddətində hər ay 220 (iki yüz iyirmi) manat həmin kartdan pul götürmüş sonra cavabdeh həmin kartı bağlatmışdır. Nəticədə cavabdehin ona 23.320 (iyirmi üç min üç yüz iyirmi) manat borcu qalmışdır. O, yanında apardığı adamların pullarını vermişdir. Cavabdeh Cavabdeh hal-hazıradək ona olan borcunu vermir. Müxtəlif bəhanələrlə boyun qaçırır. Belə ki, kredit götürüb verəcəyi və.s. bəhanələr. Təqdim etdiyi diskdə cavabdehin etirafı öz əksini tapır. Həmçinin ona məxsus olan kartın bağlanması barədə qəbzi də Məhkəməyə təqdim etmişdir.
3. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 ifadəsində bildirdi ki, o, cavabdehlə heç bir düşmənçilik və ədavəti yoxdur, iddiaçının həyat yoldaşıdır. Cavabdeh telefon zəngi edərək ona iş təklifi etmiş, və Niyaməddini Rusiya Federasiyası Dağıstan vilayətinə aparmışdır. İstilikxananın quraşdırılması ilə bağlı danışıqlardan məlumatı yoxdur. Cavabdehin yoldaşına 23000 manat borcu var. Yoldaşı cavabdehə 3 ay vaxt vermişdir, lakin cavabdeh borcunun ödəməmişdir.
4. Məhkəmə iclasında şahid qismində iştirak edən X10 ifadəsində bildirdi ki, cavabdehlə heç bir düşmənçilik və ədavəti yoxdur, iddiaçı onun kürəkəni, cavabdeh isə onun qonşusudur. O, həyat yoldaşı ilə birlikdə Rusiya Federasiyası Dağıstan vilayətində yaşayır. Dağıstanda aşpaz işləyir. Dağıstanda olan zaman həyat yoldaşı və Cahid qərara gəlmişlər ki, təzə istilikxananın tikilməsinə Niyaməddinə təklif etsinlər. Niyaməddin Dağıstanda istilikxana qurmaq işlərini görməli idi. Danışıqlar zamanı orada olmuşdur. İşlərin görülməsinə Radik adlı şəxs nəzarət etmişdir. Pul barəsində özləri razılaşmışlar və məbləğdən məlumatı yoxdur.
5. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 ifadəsində bildirdi ki, iddiaçı onun oğludur. Mübahisəli işlə bağlı bütün söhbətlər onun evində olmuşdur. Görüntülü telefon danışıqları zamanı cavabdeh Niyaməddini razılığa gətirmişdir. Niyaməddinin görəcəyi işlərə cavabdeh olduğunu və əmək haqqısını özü alıb verəcəyini bildirmişdir. İddiaçının Dağıstanda kimin işini görəcəyi ilə bağlı məlumatı yoxdur.
6. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 ifadəsində bildirdi ki, iddiaçının iş yoldaşıdır, ## #### 2024-cü ildən bəri onunla bir yerdə işləyir. Dağıstanda işləməklə bağlı ona təklifi Niyaməddin etmişdir. İstilikxananın tikintisi ilə bağlı məbləğin razılaşmasında olmuşdur. Razılaşma Niyaməddin və Oktay kimi tanıdığı Cahid arasında olmuşdur. X7bağında öz aralarında razılaşaraq, Radikin yanına getmişlər. Razılaşdıqları məbləğ 1milyon 100 min rubl təşkil edir. 3750 manatla bağlı razılaşmada olmuşdur. X8 ödəməli, Niyaməddinə də Cahid ödəməlidir, Cahid isə pulu Radikdən almalı idi. Lakin ödənişin Radik tərəfindən ödəniləcəyini bilməmişdir.
7. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X6 X1 ilə eyni məzmunda ifadə vermişdir.
8. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim S.M.Yusifli) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 3500 ( üç min beş yüz) manat və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 25 (iyirmi beş) manat pul vəsaiti alınıb iddiaçı İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun 134 (yüz otuz dörd) manat hissəsi iddiacıya aid edilməsi, iddia qalan hisssədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə işin halları üzrə belə nəticəyə gəlmişdir ki, hazırki mübahisəyə dair cavabdeh Cavabdeh iddiacı İddiaçı Dağıstan Respublikasında Radik adlı şəxs üçün istilikxana sisteminin quraşdırılmasını təklif etmiş İddiaçı isə həmin işlərin görülməsiylə razışmış və həmin işlərin Radik adlı şəxs üçün görüləcəyini bilmişdir.Hazırki mübahisəylə bağlı məhkəmə hesab edir ki,iddiacı İddiaçıla Radik adlı şəxs arasında podrat müqavilə münasibətləri olmuş cavabdeh Cavabdeh isə həmin müqavilənin bağlanması məqsədiylə vasitəçi qismində iştirak etmiş və Radik adlı şəxsin tapşırığı əsasında iddiacı İddiaçı podrat münasibətlərinə daxil olması təklif edilmişdir.
10. Məhkəmə, daha sonra qeyd etmişdir ki, Dağıstan Respublikasında Radik adlı şəxs üçün istilikxana sisteminin quraşdırılması barədə podrat münasibətləri iddiacı İddiaçılə cavabdeh Cavabdeh arasında deyl İddiaçılə Radik adlı şəxs arasında bağlanmışdır ki,belə olan halda İddiaçı Cavabdeh tələb hüququnun (ikinci element) mövcudluğu yəni 23.320 manatın 19.820 manata aid olan hissəsi hüquqi əsasını tapmır, belə olan halda müdafiə hüququnun da mövcudluğu aradan qalxmış olur.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı tərəfindən istilikxana sisteminin quraşdırılması işləri Radik adlı şəxsə məxsus yerdə görülüb və ödənişlər Radik adlı şəxs tərəfindən cavabdeh Cavabdeh vasitəsiylə iddiacı İddiaçı verilib, Cavabdeh isə yalnız tərəflərin podrat münasibətlərinə daxil olması məqsədiyəl əlaqələndirici (vasitəçi) rol oynayıb. Qeyd edilən hallara əsasən podratın sifarişçisi Radik adlı şəxsdir belə ki,İşstilikxana sisteminin quraşdırılması onun mənafeyi üçün görülüb,ödəniş faktiki olaraq onun vəsaiti hesabına aparılıb,cavabdeh Cavabdeh münasibətdə isə hər hansı varlanma və zənginləşmə baş verməyib yəni onun mənafeyi üçün hər hansı iş görülməyib.Belə olan halda podrat müqaviləsinin yerinə yetirilməsinə dair muzd ödəmək öhdəliyidə Radik adlı şəxsə məxsus olmuş olur.
12. Məhkəmə hesab etmişdir ki, cavabdeh Cavabdehlə Radik adlı şəxs arasında olan hüquq münasibəti isə tapşırıq müqaviləsinin elementlərinə xarakterikdir belə ki,Cavabdeh istilikxana sisteminin quraşdırılması ilə bağlı danışıqları Radik adlı şəxsin tapşırığı ilə həyata keçirmiş və görülən işin müqabilində ödənişlər hissə-hissə Radik adlı şəxs tərəfindən ödənilmişdir.
13. Məhkəmə iclasında tədqiq olunan səs yazısından məlum olunmuşdur ki, cavabdeh Cavabdehlə iddiaçı İddiaçı arasında olan telefon danışığı zamanı Cavabdeh ona 3500 manat borcunun olmasını etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki,tərəflər yalnız hazırki iş üzrə mülki hüquq münasibətlərinə daxil olduğundan (tərəflər arasında başqa mülki hüquqi münasibət olmadığından) Cavabdeh etiraf etdiyi 3.500 manat pul məbləği vasitəçi kimi öz üzərinə götürdüyü qalıq öhdəliyi göstərir. Burada artıq subyektiv hüququn birinci elementinin mövcudluğu yaranmış olur belə ki,həmin borcun cavabdeh Cavabdeh özünə aid olduğunu qəbul etmişdir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1, 753.1, 762.1, 762.2, 769, 777.1, 778.1, 778.2, 782.3-cü maddələrinə və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.3, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, 21940 (iyirmi bir min doqquz yüz qırx) manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehi uzun illərdir ki, qayınatasının vasitəsi ilə istilikxana qurdurmaq üçün ustaları təşkil edən şəxs (makler) kimi tanıyır. Cavabdeh Cavabdeh 2024-cü ilin mart ayında zəng edərək, Dağıstan Respublikasında istilikxana qurmaq işinin olduğunu, həmin işi iş sahibi ilə özü danışacağını, işi təhvil götürüb təhvil verəcəyini, gördüyü işin zəhmət haqqını da ödəyəciyini bildirdi. Onun özü həmin vaxt Dağıstan Respublikasında idi. Cavabdeh orada 1.5 ha ərazidə istilikxana quracaqlarını, həmin istilikxananın qurulub təhvil verilməsinə (istilikxananı qurmaq və üstünü örtmək) 3750000 (üç milyon yeddi yüz əlli min) Rusiya rublu zəhmət haqqı verəcəklərini bildirdi. O da razılaşdı. Aralarında olan razılaşmaya görə zəhmət haqqından əlavə orada yaşamaq və yemək də iş sahibi qarşılayacaqdı. Cavabdehlə razılıq əldə edildikdən sonra birlikdə işlədiyi başqa ustalarla da danışıb, Dağıstan Respublikasında iş olduğunu, görüləcək işi və zəhmət haqqını onlara deyib. Onlar da razılaşıb. Özündən başqa 6 nəfər usta ilə ## #### 2024-cü ildə Dağıstan Respublikasına gediblər və danışdığı kimi istilikxananı qurmağa başlayıblar. Cavabdeh də orada 2024-cü ilin mart ayında işə başladıqdan sonra 3 ay müddətində orada oldu. O işi görməyi təhvil verdi, sonra orda olduğu müddətdə işə nəzarət edir, lazım olduqca zəhmət haqqından ödəyirdi. Sonradan Cavabdeh qızının son zəng qonaqlığını təşkil etmək üçün Azərbaycan Respublikasına gəldi. Lakin, deportasiya olunduğuna görə sonradan qayıda bilmədi. Lakin Azərbaycan Respublikasında olsa da, o daim işlə bağlı telefonla danışır, ona gördükləri işlər barədə məlumat verir və lazım olduqca ona müraciət edir, o da iş sahibinə bizə verməli olduğu zəhmət haqqından ödənişlər etməyi tapşırırdı. 10 ay müddətində istilikxananı tam şəkildə qurub iş sahibi Radikə təhvil veriblər. İşi təhvil verəndə 5400000 (beş milyon dörd yüzmin) Rusiya rublu məbləğində zəhmət haqqı olduğu müəyyən edildi. 3750000 (üç milyon yeddi yüz əlli min) Rusiya rublu istilikxananı qurmaq və üstünü örtmək üçün; 1000000 (bir milyon) Rusiya rublu isə istilikxanada suvarılma işləri aparmaq üçün damcı sisteminin çəkilməsi, novun düzülməsi və daşın düzülməsi üçün; 250000 (iki yüz əlli min) Rusiya rublu istilikxananın rənglənməsi üçün; 200000 (iki yüz min) Rusiya rublu su qızdırıcı kransız sistemlərin kranlı sistemə çevirlməsi üçün; 150000 (bir yüz əlli min) Rusiya rublu su qızdırıcı sistemin yerinin dəyişdirilməsi üçün; 50000 (əlli min) Rusiya rublu istilikxananın qarşısında məhəccər qurulması üçün; İşi təhvil verdikdən sonra iş sahibi Radik və o Cavabdehlə vatsap sosial şəbəkəsi vasitəsilə video görüntü ilə danışıb. Danışıq zamanı onların gördüyü işlərdən ümumilikdə 1100000 (bir milyon yüz min) Rusiya rublu borcu qaldığı müəyyən edildi. Həmin vaxt Radik zəhmət haqqını tam olaraq Cavabdeh verdiyini, o isə zəhmət haqqının tam olaraq Cahid tərəfindən onlara ödənilmədiyini bildirdi. Cahid həmin vaxt ustalarla birlikdə Azərbaycan Respublikasına gəlməyi, qalan zəhmət haqqını kredit götürüb özü verəcəyini bildirdi. Onlar da razılaşmış və digər ustalarla birlikdə Azərbaycan Respublikasına qayıdıb. Burada da cavabdeh Cavabdehlə onun evində ailəsinin yanında görüşüb, söhbətləşib və o gördüyü işlərə görə borclu olduğu 1100000 (bir milyon yüz min) Rusiya rublunun Azərbaycan manatına olan məzənnəsi 23320 (iyirmi üç min üç yüz iyirmi) manat pulu tezliklə ödəyəciyini bildirdi. O hətta özünə aid sosial müavinət kartını verərək, hər ay borcunu oradan götürməyi dedi. O hər ay 220 manat olmaqla 4 ay müddətində ona məxsus bank kartından 880 manat pul götürmüş, həmçinin o özü 500 manat da pul verdi. Cavabdeh ümumilikdə olan borcundan 1380 manat ödəniş etmişdir. Lakin, cavabdeh sonradan kartının qabağını bağlatdırdı. Onunla dəfələrlə görüşə, telefon danışıqlarına, vatsap yazışmalarına baxmayaraq, cavabdeh verdiyi vədlərin heç birinə əməl etmədi və 10 ay müddətində ailədən, evdən uzaqda çəkdiyi əziyyətin haqqını qaytarmır. Məhkəmə araşdırması zamanı cavabdeh Cavabdeh yazılı etiraz verərək, guya ancaq Dağıstan Respublikasında iş olduğunu bildirdiyini, bütün danışıqların istilikxana sahibi Radiklə olduğunu, onun heç bir vəd etmədiyini, zəhmət haqqının tam olaraq Radik tərəfindən ödənildiyini göstərmiş olsa da, məhkəmə iclasında dindirilən zaman onunla bütün razılaşmaları, danışıqları etiraf etmiş, həqiqətən işi onun təşkil etdiyini və pulun tam ödənilmədiyini bildirmişdir. Lakin məhkəmə tərəfindən qətnamə çıxarılarkən sübutlar tam araşdırılmamış, təqdim etdiyi sübutlara tam qiymət verilmədən, yalnız məhkəməyə təqdim etdiyi səs yazılarından bir hissəsinə qulaq asaraq cavabdehin tapşırıq müqaviləsinə əsasən onun bir səs yazısında qeyd etdiyi 3500 manat borcunun qalması nəticəsinə gəlinmişdir. Halbuki, tərəfindən məhkəməyə təqdim edilmiş digər səs yazılarından birində cavabdeh borcu olduğunu, həmin borcdan Rusiyaya getdikdən sonra 50000, 100000, 20000 göndərəcəyini, digər səs yazısında isə Rusiyaya getdikdən sonra fevral ayının axırına kimi olan borcundan 400000-300000 olmaqla göndərəcəyini bildirmişdir. Lakin məhkəmə tərəfindən qeyd olunan səs yazılarına, həmçinin şahid ifadələrinə (hansı ki həmin şahidlər birlikdə Dağıstan Respublikasında işləmiş, Cavabdehlə danışıqlardan tam məlumatlı olmuşlar) qiymət verilmədən qərəzli olaraq yalnız bir səs yazısına istinad edilməklə, Cavabdeh bir səs yazısında qeyd etdiyi 3500 manat məbləğin vasitəçi kimi üzərinə götürdüyünə istinad etməklə iddia tələbini qismən təmin etmişdir. Həmçinin, cavabdeh Cavabdeh Şəmkir RPŞ-də verdiyi izahatında da, borcu olduğunu etiraf etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh 16000 manat olan borcdan 1380 manatını qaytarmışdır. İlk olaraq, 500 manatını vermiş, daha sonra isə borcdan qalan məbləği ödəməsi üçün cavabdeh təqaüd kartı vermiş, 4 ay müddətində təqaüd kartından hər ay üçün 220 manat pul almaqla 880 manat əldə etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh şikayətin təmin edilməməsini xahiş etdi. Həmçinin borcun ödənməsi üçün maddi vəziyyətinin yetərli olmadığını bildirdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə qismən təmin olunan iddia iddiaçı tərəfindən təmin edilməyən hissədə mübahisələndirildiyindən, qətnamənin əsaslığı həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir..
22. Məhkəmə kollegiyası ilk öncə tərəflər arasında mövcud olan mübahisənin hansı hüquq münasibətlərindən yaranması məsələsi ilə bağlı qeyd edir ki, işdən göründüyü kimi, tərəflər arasında işgüzar münasibətlər formalaşmış, hər bir tərəf öz üzərinə müəyyən öhdəlik götürmüş və bu münasibətlər uzun müddət davam etmişdir. Bu, işin mübahisəsiz halıdır. Bu münasibətlər zəminində cavabdehin iddiaçıya borclanması faktı da işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh tərəf də tələb edilən məbləğlə razılaşmasa da, ümumilikdə onun iddiaçıya borcunun olduğunu bildirmişdir. Tərəflər arasında işin mübahisəli halını mövcud borcun məbləği təşkil edir.
23. İş materiallarından müəyyən olunur ki, cavabdeh Cavabdeh iddiacı İddiaçı Dağıstan Respublikasında Radik adlı şəxs üçün istilikxana sisteminin quraşdırılmasını təklif etmiş İddiaçı isə həmin işlərin görülməsiylə razılaşmış və həmin işlərin Radik adlı şəxs üçün görüləcəyini bilmişdir.
24. Birinci instansiya məhkəməsi borc məbləği ilə bağlı işi tam, hərtərəfli və obyektiv araşdırmayaraq, doğru nəticəyə gəlməmişdir.
25. Nəzərə alınmalıdır ki, bu növ münasibətlərdə formalaşmış işgüzar adətlərə görə mütəmadi olaraq yazılı hesabatlar aparılır və cavabdeh tərəf borcunun olmadığını bildirsə də, bu halı təsdiq edəcək hər hansı bir yazılı sübutu məhkəməyə təqdim etməmişdir.
26. Bunun əksinə olaraq, məhkəmə sorğusu əsasında Şəmkir RPŞ-nin məhkəmə sorğusuna ünvanlanan cavab məktubundan görünür ki, Cavabdeh izahatında 16000 manat borcunun olduğunu, həmin borcun 500 manatını ödədiyini və atasına məxsus 220 manat olan təqaüd kartını verdiyini bildirmişdir.
27. Daha sonra məhkəmə iclasında cavabdeh sorğu əsasında əldə edilən etiraf izahatını inkar etməmiş, borcunun olduğunu və 1380 manatı qaytardığını bildirmişdir. Həmçinin iddiaçının izahatı ilə də bu hal öz təsdiqini tapır.
28. Kollegiya qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehin iddiaçıya 16000 manat borcu mövcuddur.
29. Eyni zamanda, tərəflərin izahatlarından o da müəyyən edilir ki, iddiaçı cavabdeh tərəfindən ona verilən kartdan 880 manat əldə etmiş, əlavə olaraq 500 manat da ödəniş edilmişdir.
30. Belə olan halda, kollegiya hesab edir ki, qeyd edilən məbləğlər ( 220x4=880+500=1380) 16000 manatdan çıxılmalı, qalan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsasdır. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmamışdır. Cavabdeh tərəfindən iddiaçının xeyrinə 14620 manat pul vəsaiti tutulmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə 14620 manat pul vəsaiti tutulsun. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 145.09 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.