Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-676/2026 08.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı ASC-nin cavabdehlər Novruzova İradə Əhməd qızına və Tabıyeva Xanumzər Şahvələd qızına qarşı iş üzrə (Açar sözlər: apellyasiyanın qeyri-mümkünlüyü barədə) Hakimlər X1 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə İddiaçı İddiaçı ASC-nin cavabdehlər Novruzova İradə Əhməd qızına və Tabıyeva Xanumzər Şahvələd qızına qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli, 2(043)- ****/**** saylı qətnaməsindən cavabdeh Tabıyeva Xanumzər Şahvələd qızı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. İş üzrə məhkəmə icraatı
1. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli, 2(043)- ****/**** saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Novruzova İradə Əhməd qızından və Tabıyeva Xanumzər Şahvələd qızından müştərək qaydada ## #### 2013cü il tarixli M/B-*** №-li kredit müqaviləsi üzrə 1542,0 (bir min beş yüz qırx iki) manat əsas borc, 1288,0 (bir min iki yüz səksən səkkiz) manat faiz borcu, 20,0 (iyirmi) manat cərimə borcu, cəmi 2850,0 (iki min səkkiz yüz əlli) manat kredit borcunun və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi qət edilmişdir.
2. Cavabdeh Tabıyeva Xanumzər Şahvələd qızı ##.##.2026-cı il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apelyasiya şikayəti verərək, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsinə, iddia müddətinin tətbiq olunmasına, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin rədd edilməsinə, zaminlik müqaviləsinə xitam verilməsinə, icra hərəkətlərinin dayandırılmasına və cavabdeh Tabıyeva Xanumzər Şahvələd qızının pensiya kartından icra yolu ilə qanunsuz tutulmuş pul vəsaitlərinin geri qaytarılmasına dair yeni qətnamə qəbul edilməsini, eyni zamanda prosessual müddətin bərpasına dair ərizə verərək, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
3. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin olunmuş, İddiaçı ASC-nin cavabdehlər Novruzova İradə Əhməd qızına və Tabıyeva Xanumzər Şahvələd qızına qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilmə müddəti cavabdeh Tabıyeva Xanumzər Şahvələd qızına münasibətdə bərpa edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Tabıyeva Xanumzər Şahvələd qızının verdiyi apellyasiya şikayəti baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s). Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Maddə 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
5. İş materiallarından müəyyən olunur ki, cavabdeh Tabıyeva X2 şəhəri Kəpəz Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən şikayət və buraxılmış müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət edərək, prosessual müddətin bərpa edilməsini və Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini xahiş etsə də, məhkəmə yalnız həmin ərizəyə baxaraq buraxılmış prosessual müddəti bərpa etmiş, mülki-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq müddəti bərpa etdikdən sonra qərardaddan verilmiş şikayətə münasibət bildirmədən şikayətin iş materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etmişdir.
6. Halbuki, Mülki Prosessual Məcəlləsnin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərir.
7. Göründüyü kimi, prosessual müddəti bərpa etdikdən sonra birinci instansiya məhkəməsi həmin qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi, yaxud da şikayətin təmin edilməməsi və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etməli idi.
8. Lakin birinci instansiya məhkəməsi qərardaddan verilən şikayətə özü münasibət bildirmədən birbaşa baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir.
9. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, hazırkı iş üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilməli və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş Göygöl Rayon Məhkəməsinə göndərilməlidir.
10. Göstərilənlərə əsasən və MPM-in sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Cavabdeh Tabıyeva Xanumzər Şahvələd qızı tərəfindən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.