Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-678/2026 06.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçı İddiaçı İnqilab oğlunun və onun nümayəndəsi (vəkil) vəkil2 iştirakı ilə, İddiaçı İddiaçı İnqilab oğlunun cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı İnqilab oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Gəncə Univermaq” qızıl-zinət əşyalarının qiymətləndirilməsi mütəxəssisi tərəfindən verilmiş rəydən görünür ki, bir ədəd 750 əyarlı, çəkisi 8,6 qram olan qızıl qolbağının dəyəri 1420 manat; bir ədəd 583 əyarlı, ümumi çəkisi 22,84 qram olan sırğa dəsti və üzüyün dəyəri 2900 manat; bir ədəd 583 əyarlı, ümumi çəkisi 24,2 qram olan boyunbağının dəyəri 3140 manat; bir ədəd 585/750 əyarlı, çəkisi 25,25 qram olan (brilyant qaşlarla) kolyenin dəyəri 4090 manat; bir ədəd 750 əyarlı, ümumi çəkisi 18,53 qram olan komplekt sırğa-üzüyün dəyəri 3060 manat; bir ədəd 585 əyarlı, ümumi çəkisi 4,35 qram olan dəst sırğanın dəyəri 550 manat; bir ədəd 585 əyarlı, ümumi çəkisi 3,9 qram (qaşsız 3,7 qram) olan brilyant qaşlı üzüyün dəyəri 470 manat; bir ədəd 583 əyarlı, ümumi çəkisi 17,61 qram olan brilyant qaşlı boyunbağının dəyəri 2240 manat; bir ədəd 583 əyarlı, ümumi çəkisi 16,83 qram olan komplektin dəyəri 2140 manat; bir ədəd 583 əyarlı, ümumi çəkisi 11,75 qram olan üzüyün dəyəri 1270 manat; bir ədəd 585 əyarlı, ümumi çəkisi 4,4 qram olan boyunbağının dəyəri 560 manat; iki ədəd 585 əyarlı, ümumi çəkisi 7,4 qram olan qolbağının dəyəri 940 manat; bir ədəd 585 əyarlı, ümumi çəkisi 9,1 qram olan sırğanın dəyəri 1150 manat; bir ədəd 585 əyarlı, çəkisi 4,4 qram olan üzüyün dəyəri 560 manat; bir ədəd 750 əyarlı, çəkisi 6,67 qram olan üzüyün dəyəri 1100 manat; bir ədəd 400 əyarlı, ümumi çəkisi 7,95 qram olan klonun dəyəri 800 manat; bir ədəd 750 əyarlı, ümumi çəkisi 6,38 qram olan üzüyün dəyəri 1050 manat müəyyən edilmiş, məhsulların üzərində brilyant qaşlar olduğu üçün əlavə olaraq brilyant qaşlara 1000 manat hesablanmışdır.
2. İddiaçı İnqilab oğlu ilə Cavabdeh MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli, M-*****/** nömrəli kredit müqaviləsi və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, borcalan L-02903/18, L03256/19, L-02924/18, K-01351/20 və K*****/** nömrəli aktlar üzrə qızıl-zinət əşyalarını girov qoymaqla 18 ay müddətinə, ##.##.2024-cü il tarixədək qaytarmaq şərtilə 5579 manat məbləğində kredit götürmüş, ödəniş cədvəlində əsas məbləğ 5579 manat, faiz məbləği isə 1720 manat göstərilməklə yekun ödəniləcək məbləğ 7299 manat təşkil etmişdir.
3. İddiaçı İnqilab oğlu ilə Cavabdeh MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli, M-*****/** nömrəli kredit müqaviləsi və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, borcalan L-02903/18, L-03256/19, L-03159/19, L-02924/18, K- 01351/20 və K-*****/** nömrəli aktlar üzrə qızıl-zinət əşyalarını girov qoymaqla 18 ay müddətinə, ##.##.2024-cü il tarixədək qaytarmaq şərtilə 7020 manat məbləğində kredit götürmüş, ödəniş cədvəlində əsas məbləğ 7020 manat, faiz məbləği isə 2167 manat göstərilməklə yekun ödəniləcək məbləğ 9187 manat təşkil etmişdir.
4. İddiaçı İnqilab oğlu ilə Cavabdeh MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli, M-*****/** nömrəli kredit müqaviləsi və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, borcalan L-02903/18, L-03256/19, L-03159/19, L-02924/18, K01351/20 və K-*****/** nömrəli aktlar üzrə qızıl-zinət əşyalarını girov qoymaqla 12 ay müddətinə, ##.##.2024-cü il tarixədək qaytarmaq şərtilə 1040 manat məbləğində kredit götürmüş, ödəniş cədvəlində əsas məbləğ 1040 manat, faiz məbləği isə 212 manat göstərilməklə yekun ödəniləcək məbləğ 1252 manat təşkil etmişdir.
5. Gəncə Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, iddiaçı İddiaçı İnqilab oğlunun cavabdeh Cavabdeh MMC-yə qarşı kredit müqaviləsinin və girov müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia qismən təmin edilmiş, Cavabdeh MMC ilə İddiaçı İnqilab oğlu arasında bağlanmış ##.##.2023cü il tarixli, M-*****/** nömrəli kredit müqaviləsinin “faizlər hər ay öz vaxtında ödənilməlidir” hissəsinin etibarsız hesab edilməsi qət edilmişdir.
6. ##.##.2018-ci il tarixli, L-****/** nömrəli aktın surətindən görünür ki, İddiaçı İnqilab oğlu özünə məxsus dəyəri 780 manat olan 1 ədəd 585/750 əyarlı, çəkisi 25,25 qram boyunbağı kale və dəyəri 605 manat olan 1 ədəd 583 əyarlı, çəkisi 24,2 qram boyunbağını “xxxx” MMCyə girov qoymuşdur.
7. ##.##.2018-ci il tarixli, L-****/** nömrəli aktın surətindən görünür ki, İddiaçı İnqilab oğlu özünə məxsus dəyəri 440 manat olan 1 ədəd 583 əyarlı, çəkisi 17,61 qram boyunbağı və dəyəri 415 manat olan 1 ədəd 583 əyarlı, çəkisi 16,63 qram komplekti “xxxx” MMC-yə girov qoymuşdur.
8. ##.##.2019-cu il tarixli, L-****/** nömrəli aktın surətindən görünür ki, İddiaçı İnqilab oğlu özünə məxsus dəyəri 593 manat olan 1 ədəd 750 əyarlı, çəkisi 18,53 qram komplekt, dəyəri 121 manat olan 1 ədəd 585 əyarlı, çəkisi 4,35 qram sırğanı və dəyəri 93 manat olan 1 ədəd 585 əyarlı, çəkisi 3,9 qram üzüyü “xxxx” MMC-yə girov qoymuşdur.
9. ##.##.2019-cu il tarixli, L-****/** nömrəli aktın surətindən görünür ki, İddiaçı İnqilab oğlu özünə məxsus dəyəri 250 manat olan 1 ədəd 583 əyarlı, çəkisi 11,75 qram üzüyü “xxxx” MMC-yə girov qoymuşdur.
10. ##.##.2020-ci il tarixli, K-****/** nömrəli aktın surətindən görünür ki, İddiaçı İnqilab oğlu özünə məxsus dəyəri 276 manat olan 1 ədəd 750 əyarlı, çəkisi 8,6 qram qolbağını “xxxx” MMC-yə girov qoymuşdur.
11. ##.##.2020-ci il tarixli, K-****/** nömrəli aktın surətindən görünür ki, İddiaçı İnqilab oğlu özünə məxsus dəyəri 500 manat olan 1 ədəd 583 əyarlı, çəkisi 22,84 qram komplekti “xxxx” MMC-yə girov qoymuşdur.
12. ##.##.2020-ci il tarixli, K-****/** nömrəli aktın surətindən görünür ki, İddiaçı İnqilab oğlu özünə məxsus dəyəri 110 manat olan 1 ədəd 585 əyarlı, çəkisi 4,4 qram boyunbağını (sınıq), dəyəri 185 manat olan 2 ədəd 585 əyarlı, çəkisi 7,4 qram qolbağıları, dəyəri 228 manat olan 1 ədəd 585 əyarlı, çəkisi 9,1 qram sırğanı, dəyəri 110 manat olan 1 ədəd 585 əyarlı, çəkisi 4,4 qram üzüyü, dəyəri 215 manat olan 1 ədəd 750 əyarlı, çəkisi 6,67 qram üzüyü, dəyəri 136 manat olan 2 ədəd 400 əyarlı, çəkisi 7,95 qram klonları “xxxx” MMC-yə girov qoymuşdur.
13. ##.##.2021-ci il tarixli, K-****/** nömrəli aktın surətindən görünür ki, İddiaçı İnqilab oğlu özünə məxsus dəyəri 205 manat olan 1 ədəd 750 əyarlı, çəkisi 6,38 qram üzüyü “xxxx” MMC-yə girov qoymuşdur.
14. İddiaçı İnqilab oğlu tərəfindən ##.##.2023, ##.##.2023 və ##.##.2023-cü il tarixlərdə xxxx” MMC-yə verdiyi ərizələrdən görünür ki, veriləcək kreditlərin qaytarılmaması təqdirdə girov qoyduğu qızıl əşyalarını onun iştirakı olmadan və məhkəmə orqanlarına müraciət etmədən 60 gün ödəməsə, satılmasına razı olduğunu bildirmişdir.
15. Cavabdeh MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, İddiaçı İnqilab oğlunun ##.##.2025-ci il tarixinə Cavabdeh MMC-yə ##.##.2023-cü il tarixli, M*****/** saylı kredit müqaviləsinə əsasən 5224 manat əsas, 3987,64 manat faiz, cəmi 9211,64 manat, ##.##.2023-cü il tarixli, M-*****/** saylı kredit müqaviləsinə əsasən 7000 manat əsas, 5508,8 manat faiz, cəmi 12508,8 manat və ##.##.2023-cü il tarixli, M*****/** saylı kredit müqaviləsinə əsasən 504 manat əsas borcu qalmışdır.
16. Cavabdeh MMC tərəfindən verilmiş, ##.##.2025-ci il tarixdə satılmış qızıl-zinət əşyaları barədə məlumat vərəqəsindən görünür ki, cəmi 20 sayda qızıl-zinət əşyaları 20546,46 manata satılmışdır.
17. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş ** saylı Ərazi Vergilər Baş İdarəsinin ##.##.2026-cı il tarixli, *-**-*-**/*-*****/**** saylı məktubunda qeyd edilmişdir ki, “elektron uçot məlumat bazasına əsasən sorğunuzda adı qeyd edilən vergi ödəyicisi Cavabdeh (VÖEN **********) tərəfindən vergi orqanına təqdim edilmiş sənədlərə və elektron uçot-məlumat bazasına əsasən Cəmiyyətin fəaliyyət növünün “lombardların fəaliyyəti” (fəaliyyət növünün kodu 6492201) olması bəyan edilmişdir. Elektron uçot məlumat bazasına əsasən Cavabdeh məxsus vergi uçotunda olan təsərrüfat subyekti müəyyən edilməmişdir. Sorğunuzda qeyd edilən lombard fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazə sənədlərinin (lisenziya və s.) olub-olmaması barədə məlumatın verilməsi vergi orqanının səlahiyyətlərinə aid olmadığından həmin məlumatların təqdim edilməsi üçün aidiyyatı üzrə İqtisadiyyat Nazirliyinə müraciət edilməsi bildirilir.”
18. İddiaçı İddiaçı İnqilab oğlu tərəfindən məhkəmə kollegiyasına M-*****/** saylı, M- 02694/23 sayl və M-*****/** saylı kredit müqavilələri üzrə ödəniş cədvəlləri təqdim edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
19. İddiaçı İddiaçı İnqilab oğlu cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC-dən kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün girov qoyulmuş qızıl-zinət əşyalarının satışından mənimsənilmiş 19801 manat pulun, ödənilmiş 150 manat dövlət rüsumunun və vəkil xidməti üçün ödənilmiş 700 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh MMC ilə kredit müqavilələri bağlayaraq, qızıl girov qoymaqla ##.##.2023-cü il tarixli, M-*****/** nömrəli müqavilə üzrə 5579 manat, ##.##.2023-cü il tarixli, M-*****/** nömrəli müqavilə üzrə 7020 manat və ##.##.2023-cü il tarixli, M-*****/** nömrəli müqavilə üzrə 1040 manat məbləğində kredit götürmüşdür. Kreditlərdən edilmiş ödənişlərdən qalan ümumi borcu 8639 manat təşkil etmişdir. Bu borcunu ödəyə bilmədiyi üçün cavabdeh verdiyi şifahi məlumata əsasən bütün girov qızıllarını lom şəklində 2025-ci ilin avqust-sentyabr aylarında satmışdır. Qızılların hamısının lom şəklində satılmasına ehtiyac olmasa da, cavabdeh bütün qızılları lom şəklində satmaqla onun maraqlarına ciddi ziyan vurmuşdur. Belə ki, qızıllar lom şəklində satışa daha aşağı qiymətə satılsa da, zərgərlik əşyası kimi satıldıqda daha artıq qiymətə satıla bilərdi. Onun tərəfindən girov qoyulmuş qızıl əşyalarının qiymətləri aşağıda göstərilən qaydada olmuşdur. 1. Bir ədəd qızıl qolbağı- 750 əyyar, 8,6 qram- 1.420 manat; 2. Bir ədəd sırğa dəsti və üzük- 583 əyyar, 22,84 qram- 2.900 manat; 3. Bir ədəd boyunbağı- 583 yyar, 24,2 qram- 3.140 manat; 4. Bir ədəd kolye- 585/750 əyyar, 25,25 qram (brilliant qaşlarla)- 4.090 manat;
5. Bir komplekt sırğa üzük- 750 əyyar, 18,53 qram- 3.060 manat; 6. Bir dəst sırğa- 585 yyar, 4,35 qram- 550 manat; 7. Bir ədəd üzük brilliant qaşlı- 585 əyyar, 3,9 qram (qaşsız 3,7 qram)- 470 manat; 8. Bir ədəd boyunbağı brilliant qaşlarla- 583 əyyar, 17,61 qram- 2.240 manat; 9. Bir ədəd komplekt 583 əyyar, 16,83 qram- 2.140 manat; 10. Bir ədəd üzük- 583 yyar, 11,75 qram (qaşsız 10 qram)- 1.270 manat; 11. Bir ədəd boyunbağı- 585 əyyar, 4.4 qram- 560 manat; 12. İki ədəd qolbağı- 585 əyyar, cəmi 7,4 qram- 940 manat; 13. Bir ədəd sırğa- 585 əyyar, 9,1 qram1150 manat; 14. Bir ədəd üzük- 585 yyar, 4,4 qram- 560 manat; 15. Bir ədəd üzük- 750 yyar, 6,67 qram- 1.100 manat; 16. Bir ədəd klon- 400 yyar, 7,95 qram- 800 manat;
17. Bir ədəd üzük- 750 əyyar, 6,38 qram-1050 manat. Ümumilikdə qızıl əşyalarının dəyəri 27.440 manat təşkil edir ki, əlavə də brilliant qaşlara görə də cəmi 1.000 manat olmaqla 28.440 manat məbləğində qızıl əşyaları onun tərəfindən girov qoyulmuşdur. Kredit müqavilələri 2023-cü ildə bağlanarkən qızılın qiymətləri satışa çıxarıldığı 2025-ci ilin avqust və sentyabr aylarındakı qiymətlərlə müqayisədə daha aşağı olmuşdur. Belə olan halda girov qoyulmuş daha az qızıl əşyalarının satılması nəticəsində ödənilməmiş qalan borcun bağlanması mümkün idi. Onun sonucu dəfə ödənişindən sonra cavabdehə olan kredit borcu 8639 manat təşkil etmişdir. Bu məbləğin ödənilməsi məqsədilə girov qoyulmuş cəmi 28440 manat məbləğində qızıl-zinət əşyaları satılaraq cavabdeh tərəfindən 19801 manat pul mənimsənilmişdir. Ancaq cavabdeh öz mülki hüquqlarından sui-istifadə edərək onun əmlakını mənimsəməklə əsassız varlanmışdır.
21. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddiaçı İddiaçı İnqilab oğlunun cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi və iş üzrə ödənilmiş 151 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
22. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qızıl-zinət əşyalarının satıldığı ##.##.2025-ci il tarixədək iddiaçının 22224,44 manat ödənilməmiş borcu qalmış, qızıl-zinət əşyaları 20546,46 manat məbləğində dəyərləndirilərək satılmışdır.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279, 302, 390 və 739-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
24. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı İnqilab oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədən narazıdır və hesab edir ki, qətnamə əsassızdır. Belə ki, məhkəmə qətnamədə qeyd edir ki, məhkəmə iddaçının göstərdiyi dəlillərə hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. Bundan sonra məhkəmə mülki işdə olan materialları və maddi hüquq normalarını aidiyyəti oldu-olmadı sadalamış və iddia tələbinin əsassız olması əsası ilə təmin edilməməsi barədə qərar çıxarmışdır. Məhkəmədə iddiaçı bildirdi ki, cavabdehə girov qoyduğu qızıl əşyalarının satılması ilə əlaqədar yaranan mübahisə zamanı ona bəlli olmuşdur ki, iddiaçı “xxxx” MMC lisenziyası olmadan fəaliyyət göstərib. Bu səbəbdən də lizenziyası olmadan, qanunsuz olaraq lombard fəaliyyəti ilə məşğul olduğundan cavabdehin faiz hesablamaq, cərimə tətbiq etmək kimi hüquqları yaranmamış və bu fəaliyyətlə məşğul olması tam olaraq qanunsuzdur. Ona görə də, iddiaçı hesab edir ki, cavabdeh yalnız ona borc verdiyi pul məbləği həddində tələblə çıxış edə bilər və eləcə də girov əmlakı əsas borcun ödənilməsi hissəsində təmin edilə bilərdi. Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş, ##.##.2025-ci il tarixdə satılmış qızıl-zinət əşyaları barədə məlumat vərəqəsindən görünür ki, cəmi 20 sayda qızıl-zinət əşyaları 20546,46 manata satılmışdır. Ancaq məhkəmə tərəfindən cavabdehin bu məlumatının məqsədli şəkildə öz xeyrinə uyğun verilmiş olmasına diqqət çəkməmiş, məlumata tənqidi yanaşmamışdır. Daha sonra məhkəmə qətnamədə qeyd edir ki, məhkəmə iddiaçının göstərdiyi dəlillərə qiymət verərək qeyd edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. Bununla bağlı qeyd etmişdir ki, o, kredit müqavilələri bağlayarkan hesab edirdiki, cavabdeh qanuni şəkildə lombard fəaliyyəti ilə məşğul olur. Əks halda aidiyyəti dövlət qurumları lombardın qanusuz fəaliyyət göstərməsinə yol verməzlər. Bu səbəbdən də cavabdehin lombard fəaliyyəti göstərməsi üçün lisenziyası olub-olmamasını dəqiqləşdirməmişdir. Ancaq sonradan ona bəlli olmuşdur ki, cavabdeh xüsusi icazəsi, lisenziyası olmadan fəaliyyət göstərir. Belə ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, cavabdeh Cavabdeh MMC-yə qarşı kredit müqaviləsinin və girov müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia qismən təmin edilmiş, Cavabdeh MMC ilə İddiaçı İnqilab oğlu arasında bağlanmış ##.##.2023-cü il tarixli, M-*****/** nömrəli kredit müqaviləsinin “faizlər hər ay öz vaxtında ödənilməlidir” hissəsinin etibarsız hesab edilməsi qət edilmişdir. Ancaq qətnamə çıxararkan məhkəmə tərəfindən işin halları tam araşdırılaraq düzgün hüquqi qiymət verilməsi təmin edilməmişdir. Cavabdehin qanunsuz fəaliyyət göstrdiyi halda kredit faizləri hesablamaq, cərimə, dəbbə pulları tutmaq hüququ olmaması nəzərə alınmamışdır. Bundan başqa, girov qoyulmuş zinət əşyalarının satılması və eləcə də borcla bağlı cavabdeh tərəfindən öz maraqlarının müdafiəsi üçün verimiş “sənədlərin” mötəbərliliyi məhkəmə tərəfindən düz qiymətləndirilməmişdir. Misal olaraq qızılzinət əşyalarının hansı qiymətə satılması haqda təqdim edilmiş sənəd cavabdehdən başqa heç kim tərəfindən təsdiqlənmədiyi, satışda alıcının göstərilməməsi, alıcıya satılmış pulların fiksə edilməməsi, cavabdehin bank hesabına mədaxil edilməməsi həmin sənədlərin mötəbərliliyini şübhə altına salır.
26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ümumilikdə iddiaçıya cavabdeh tərəf 13.639 manat pul vermişdir. Həmin məbləğdən 5000 manatı ödənilmiş, qalan hissənin ödənilməsinə etiraz etmirlər. 193 qram qızıl olmuşdur. İddiaçı artıq hesablanmış faizdən narazıdır. Cavabdeh onun qızıllarını əsassız satmışdır, qızılların pulunun verilməsini istəyirlər. 1040 manat hissəsində məhkəmədə mübahisələndirilmiş və məhkəmə etibarsız hesab etmişdir. Cavabdehin lisenziyası yoxdur. 5000 manat ödəniş etmişdir. 8639 manat borcu qalmışdır, onun ilə razılaşırlar. Cavabdeh Cavabdeh MMC qızılları “lom” qiymətinə satmışdır.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı İnqilab oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, eyni məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəf ona bildirmişdir ki, qızıllarını satmışlar. Ümumilikdə qızılların qiyməti 27.000 manat idi. Əgər cavabdeh tərəfin lisenziyası varsa, iddiaçı faizə razı olardı.
29. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh Cavabdeh MMCnin nümayəndəsi (vəkil) vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı tərəfin bildirdiyi qızıllar satılmışdır. Qızılların alqı-satqısına dair aktdan başqa heç nə yoxdur. Çünki müxtəlif insanlara şifahi alqı-satqı əsasında satılmışdır. Müqaviləyə əsasən qızıllar satılmışdır. İddiaçı ilə qızılların satılması qaydasına dair aralarında müqavilə olmamışdır. Maliyyə arayışını təqdim etmişlər və iş materiallarında olmalıdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
30. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
31. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
32. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.
33. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.
34. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.
35. Maddə 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.
36. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
37. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
38. Maddə 269.10. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir.
39. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
40. Maddə 270.2. Bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq edilir.
41. Maddə 279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.
42. Maddə 280.1. Girov müqaviləsi yazılı formada bağlanmalıdır.
43. Maddə 280.2. Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər.
44. Maddə 280.3. Bu Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır.
45. Maddə 280.4. Bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır.
46. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
47. Maddə 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.
48. Maddə 297-ci maddəsinə görə, girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər.
49. Maddə 386.1 Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
50. Maddə 399.4 Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
51. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
52. Maddə 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
53. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
54. Maddə 448.1 Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
55. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
56. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
57. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
58. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
59. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanunu: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
60. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
62. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
63. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
64. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
65. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
66. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
67. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
68. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
69. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
70. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.
71. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı İnqilab oğlu cavabdeh Cavabdeh MMC ilə kredit müqavilələri bağlayaraq, qızıl girov qoymaqla 1) ##.##.2023-cü il tarixli, M-*****/** nömrəli müqavilə üzrə 5579 manat, 2) ##.##.2023-cü il tarixli, M-*****/** nömrəli müqavilə üzrə 7020 manat, 3) ##.##.2023-cü il tarixli, M-*****/** nömrəli müqavilə üzrə 1040 manat məbləğində kredit götürmüşdür.
72. Birinci müqavilə üzrə müəyyən edilmişdir ki, İddiaçı İnqilab oğlu ilə Cavabdeh MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli, M-*****/** nömrəli kredit müqaviləsi və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, borcalan L-02903/18, L03256/19, L- 02924/18, K-01351/20 və K*****/** nömrəli aktlar üzrə qızıl-zinət əşyalarını girov qoymaqla 18 ay müddətinə, ##.##.2024-cü il tarixədək qaytarmaq şərtilə 5579 manat məbləğində kredit götürmüş, ödəniş cədvəlində əsas məbləğ 5579 manat, faiz məbləği isə 1720 manat göstərilməklə yekun ödəniləcək məbləğ 7299 manat təşkil etmişdir. Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, iddiaçının ##.##.2025-ci il tarixinə Cavabdeh MMC-yə qeyd olunan kredit müqaviləsinə əsasən 5224 manat əsas, 3987,64 manat faiz, cəmi 9211,64 manat borcu qalmışdır. Müəyyən edilmişdir ki, həmin müqavilə üzrə iddiaçı cəmi 2.166 manat ödəniş etmişdir.
73. İkinci müqavilə üzrə müəyyən edilmişdir ki, İddiaçı İnqilab oğlu ilə Cavabdeh MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli, M-*****/** nömrəli kredit müqaviləsi və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, borcalan L-02903/18, L-03256/19, L- 03159/19, L-02924/18, K-01351/20 və K-*****/** nömrəli aktlar üzrə qızıl-zinət əşyalarını girov qoymaqla 18 ay müddətinə, ##.##.2024-cü il tarixədək qaytarmaq şərtilə 7020 manat məbləğində kredit götürmüş, ödəniş cədvəlində əsas məbləğ 7020 manat, faiz məbləği isə 2167 manat göstərilməklə yekun ödəniləcək məbləğ 9187 manat təşkil etmişdir. Cavabdeh MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, iddiaçının ##.##.2025-ci il tarixinə Cavabdeh MMC-yə ##.##.2023-cü il tarixli, M-*****/** saylı kredit müqaviləsinə əsasən 7000 manat əsas, 5508,8 manat faiz, cəmi 12508,8 manat borcu qalmışdır. Müəyyən edilmişdir ki, həmin müqavilə üzrə iddiaçı cəmi 2298 manat ödəniş etmişdir.
74. Üçüncü müqavilə üzrə müəyyən edilmişdir ki, İddiaçı İnqilab oğlu ilə Cavabdeh MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli, M-*****/** nömrəli kredit müqaviləsi və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, borcalan L-02903/18, L-03256/19, L- 03159/19, L-02924/18, K01351/20 və K-*****/** nömrəli aktlar üzrə qızıl-zinət əşyalarını girov qoymaqla 12 ay müddətinə, ##.##.2024-cü il tarixədək qaytarmaq şərtilə 1040 manat məbləğində kredit götürmüş, ödəniş cədvəlində əsas məbləğ 1040 manat, faiz məbləği isə 212 manat göstərilməklə yekun ödəniləcək məbləğ 1252 manat təşkil etmişdir. Cavabdeh MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, iddiaçının ##.##.2025-ci il tarixinə Cavabdeh MMC-yə ##.##.2023-cü il tarixli, M*****/** saylı kredit müqaviləsinə əsasən 504 manat əsas borcu qalmışdır. Müəyyən edilmişdir ki, həmin müqavilə üzrə iddiaçı cəmi 536 manat ödəniş etmişdir.
75. Hər üç müqavilə üzrə öhdəliyin təminatı kimi girov qoyulmuş qızıl-zinət əşyaları aşağıdakılar olmuşdur:
1. Bir ədəd qızıl qolbağı- 750 əyyar, 8,6 qram- 1.420 manat;
2. Bir ədəd sırğa dəsti və üzük- 583 əyyar, 22,84 qram- 2.900 manat;
3. Bir ədəd boyunbağı- 583 yyar, 24,2 qram- 3.140 manat;
4. Bir ədəd kolye- 585/750 əyyar, 25,25 qram (brilliant qaşlarla)- 4.090 manat;
5. Bir komplekt sırğa üzük- 750 əyyar, 18,53 qram- 3.060 manat;
6. Bir dəst sırğa- 585 yyar, 4,35 qram- 550 manat;
7. Bir ədəd üzük brilliant qaşlı- 585 əyyar, 3,9 qram (qaşsız 3,7 qram)- 470 manat;
8. Bir ədəd boyunbağı brilliant qaşlarla- 583 əyyar, 17,61 qram- 2.240 manat;
9. Bir ədəd komplekt583 yyar, 16,83 qram- 2.140 manat;
10. Bir ədəd üzük- 583 yyar, 11,75 qram (qaşsız 10 qram)- 1.270 manat;
11. Bir ədəd boyunbağı- 585 əyyar, 4.4 qram- 560 manat;
12. İki ədəd qolbağı- 585 əyyar, cəmi 7,4 qram- 940 manat;
13. Bir ədəd sırğa- 585 əyyar, 9,1 qram1150 manat;
14. Bir ədəd üzük- 585 yyar, 4,4 qram- 560 manat;
15. Bir ədəd üzük- 750 yyar, 6,67 qram- 1.100 manat;
16. Bir ədəd klon- 400 yyar, 7,95 qram- 800 manat;
17. Bir ədəd üzük- 750 əyyar, 6,38 qram-1050 manat.
76. Qeyd olunan qızıl-zinət əşyalarının dəyəri iş materiallarının 8-ci vərəqində olan “Gəncə Univermaq” qızıl-zinət əşyalarının qiymətləndirilməsi üzrə mütəxəssis Elmar Kərimli tərəfindən verilmiş arayış ilə müəyyən edilmişdir.
77. Həmin əşyaların girov olması iş materiallarının 9-16-cı vərəqələrində olan aktlarla rəsmiləşdirilmişdir. İddiaçı ilə cavabdeh arasında qanunvericilik ilə müəyyən edilmiş qaydada girov müqaviləsi bağlanmamışdır. Həmin müqavilə iş materiallarına əlavə edilməməklə, həmin müqavilənin mövcud olub-olmaması ilə bağlı iddiaçı tərəf olmadığını bildirmiş, cavabdeh tərəfə isə vaxt verilməsinə baxmayaraq o, tərəflər arasında olan rəsmi girov müqaviləsini məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.
78. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 280-ci maddəsinə görə, girov müqaviləsi yazılı formada bağlanmalıdır. Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər. Bu Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır. Bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır.
79. Göründüyü kimi, tərəflər arasında qanunvericilik ilə müəyyən edilmiş qaydada girov müqaviləsi olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 270-ci maddəsinə görə, Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq edilir.
80. Belə ki, girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Mülki Məcəllənin 295-ci maddəsində təsbit edilmişdir. Həmin maddəyə görə, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.
81. Mülki Məcəllənin 297-ci maddəsinə görə, girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər.
82. Bu məqamda məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan hər üç kredit müqaviləsi üzrə iddiaçı İddiaçı İnqilab oğlunun “veriləcək kreditin qaytarılmaması təqdirdə girov qoyduğu qızıl əşyalarının onun iştirakı olmadan və məhkəmə orqanlarına müraciət edilmədən 60 gün ödəməsəm satılmasına razıyam” məzmundakı razılaşması notariat qaydasında təsdiqlənməmişdir.
83. Cavabdeh MMC tərəfindən verilmiş, ##.##.2025-ci il tarixdə satılmış qızıl-zinət əşyaları barədə məlumat vərəqəsindən görünür ki, qızıl-zinət əşyaları 20.546,46 manata satılmışdır.
84. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi (vəkil) vəkil1 məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı tərəfin bildirdiyi qızıllar satılmışdır. Qızılların alqı-satqısına dair aktdan başqa heç nə yoxdur. Çünki müxtəlif insanlara şifahi alqı-satqı əsasında satılmışdır. Müqaviləyə əsasən qızıllar satılmışdır. İddiaçı ilə qızılların satılması qaydasına dair aralarında müqavilə olmamışdır. Cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi (vəkil) vəkil1 birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında göstərmişdir ki, qızıllar 2025-ci ilin avqustsentyabr aylarında lom qiymətinə satılmışdır. Hətta bəzi qızılların üzərində ağ ləkələr olduğuna görə dəyərindən də aşağı qiymətə təklif olunmuşdur. Qızılın dəyəri son dövrlərdə qalxmış, həmin vaxt heç borcun ödənilməsinə kifayət etməmişdir. Qızılın satılması ilə bağlı rəsmi sənəd yoxdur, adi qaydada zərgərlərə təklif olunmuşdur.
85. Halbuki, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanunununda daşınar əmlakın yüklülüyü – bu Qanunun 4-cü maddəsində göstərilən əsaslarla öhdəliyin icrasının təmin edilməsi üçün qanun və ya əqd əsasında daşınar əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılması kimi nəzərdə tutulmuşdur. Həmin qanunun 12.2-ci maddəsinə görə, xüsusi yüklülükdə yüklülük predmetinə tutma yönəldilməsi bu Qanunun 13- 19-cu maddələri ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin qanunun 15.1-ci maddəsi, yüklülük sahibi yüklülüyün təmin etdiyi öhdəliyin pozulmasından əvvəl və ya sonra yüklülük verənlə yazılı formada bağlanmış razılaşma əsasında yüklülük predmetini sahibliyinə götürə bilər. Belə razılaşma yüklülük müqaviləsində də müəyyən edilə bilər. Həmin qanunun 15.2-ci maddəsi, borclu yüklülüklə təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yüklülük sahibi öz sahibliyində olan yüklülük predmetini bu Qanunla müəyyən olunmuş qaydada sata bilər.
86. Yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər.
87. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanunu 17.1-ci maddəsinə görə, yüklülük sahibi bu Qanunun 17.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi yüklülük predmetinin satılmasındən ən azı 7 (yeddi) iş günü əvvəl yüklülük verənə və borcluya, bildirişin surətini isə reyestrdə qeydə alınmış və ona məlum olan digər yüklülük sahiblərinə verilməsini təsdiq etmə üsulu ilə göndərməlidir. 17.2. Yüklülük predmetinin satılması haqında bildirişdə aşağıdakı məlumatlar göstərilməlidir: 17.2.1. yüklülük predmetinin təsviri; 17.2.2. icra olunmalı öhdəliyin məbləği; 17.2.3. satışın üsulu; 17.2.4. satışın həyata keçirildiyi yer, tarix və vaxt; 17.2.5. bildirişin tarixi, bildirişi imzalayan şəxsin adı və imzası. 17.3. Yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətə (oxşar əşyanın oxşar şəkildə alınması zamanı qoyulan qiymət) satmalıdır. 17.4. Yüklülük verən və ya borclu bu Qanunun 17.1-ci maddəsində müəyyən edilən bildirişi aldıqdan 7 (yeddi) iş günü ərzində yüklülük predmetini satın almaqda üstünlük hüququna malikdir. 17.5. Yüklülük predmetinin daha baha qiymətə satılması mümkünlüyü həmin satışın ağlabatan qiymətə həyata keçirilməməsini təsdiq etmir. 17.6. Yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətdən aşağı qiymətə satdıqda, o, yüklülük verən, hər hansı başqa yüklülük sahibi və yüklülük predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
88. Göründüyü kimi, hazırki iş üzrə yüklülük predmeti olan qızıl-zinət əşyalarının satılması zamanı qanunvericilik qaydalarına əməl edilməmiş, hüquq normalarının tələbləri pozulmuşdur.
89. Buna baxmayaraq, iddiaçı tərəfindən təqdim edilmiş qızıl-zinət əşyalarının orta bazar qiymətləri barədə “Gəncə Univermaq” qızıl-zinət əşyalarının qiymətləndirilməsi üzrə mütəxəssis Elmar Kərimli tərəfindən verilmiş arayış ilə müəyyən edilmişdir ki, qızıl-zinət əşyalarının hazırki dəyəri cəmi 28.440 manat (brliyant qaşlara görə əlavə 1000 manat nəzərə alınmaqla) müəyyən edilmişdir. İddiaçı İddiaçı İnqilab oğlu həmin məbləğdən cavabdehə qalan onun iddia etdiyi 8639 manat borcun çıxılmaqla, iddia tələbinin 19.801 manat miqdarında təmin edilməsini xahiş etmişdir.
90. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Birinci müqavilə üzrə (İddiaçı İnqilab oğlu ilə Cavabdeh MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli, M-*****/** nömrəli kredit müqaviləsi) əsas məbləğ 5579 manatdan borclu tərəfindən 2166 manat ödəniş edilmiş, nəticədə 3413 manat borc qalmışdır.
91. İkinci müqavilə üzrə (İddiaçı İnqilab oğlu ilə Cavabdeh MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli, M-*****/** nömrəli kredit müqaviləsi) əsas məbləğ 7020 manatdan borclu tərəfindən 2298 manat ödəniş edilmiş, nəticədə 4722 manat borc qalmışdır.
92. Üçüncü müqavilə üzrə (İddiaçı İnqilab oğlu ilə Cavabdeh MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli, M-*****/** nömrəli kredit müqaviləsi) əsas məbləğ 1040 manatdan borclu tərəfindən 536 manat ödəniş edilmiş, nəticədə 504 manat borc qalmışdır. Bu müqavilə üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, iddiaçı İddiaçı İnqilab oğlunun cavabdeh Cavabdeh MMC-yə qarşı kredit müqaviləsinin və girov müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia qismən təmin edilmiş, Cavabdeh MMC ilə İddiaçı İnqilab oğlu arasında bağlanmış ##.##.2023cü il tarixli, M-*****/** nömrəli kredit müqaviləsinin “faizlər hər ay öz vaxtında ödənilməlidir” hissəsinin etibarsız hesab edilməsi qət edilmişdir.
93. İddiaçı İddiaçı ödədiyi ödənişlər üzrə məhz iş materiallarının 80-ci vərəqində olan cavabdeh Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş Maliyyə arayışı əsas götürülmüşdür.
94. Əsas borc və borcdan ödənilmiş məbləğin miqdarı barədə iddiaçının dəlilləri təsdiqini tapır. Həmçinin, qızıl-zinət əşyalarının cavabdeh tərəfindən 20.546,46 manata satılması sübuta yetirilir.
95. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh MMC iddiaçının hesabına 11.907,46 manat (20.546,46-8639=11.907,46) əsassız varlanmışdır və həmin məbləği iddiaçıya geri qaytarmalıdır. Belə ki, qanunvericilik hüquqdan sui-istifadəyə yol vermir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
96. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçı İddiaçı faiz məbləğinin hesablanması ilə bağlı qeyd edir ki, məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş ** saylı Ərazi Vergilər Baş İdarəsinin ##.##.2026-cı il tarixli, *-**-*-**/*-*****/**** saylı məktubunda qeyd edilmişdir ki, “elektron uçot məlumat bazasına əsasən sorğunuzda adı qeyd edilən vergi ödəyicisi Cavabdeh (VÖEN **********) tərəfindən vergi orqanına təqdim edilmiş sənədlərə və elektron uçot-məlumat bazasına əsasən Cəmiyyətin fəaliyyət növünün “lombardların fəaliyyəti” (fəaliyyət növünün kodu 6492201) olması bəyan edilmişdir. Elektron uçot məlumat bazasına əsasən Cavabdeh məxsus vergi uçotunda olan təsərrüfat subyekti müəyyən edilməmişdir. Sorğunuzda qeyd edilən lombard fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazə sənədlərinin (lisenziya və s.) olub-olmaması barədə məlumatın verilməsi vergi orqanının səlahiyyətlərinə aid olmadığından həmin məlumatların təqdim edilməsi üçün aidiyyatı üzrə İqtisadiyyat Nazirliyinə müraciət edilməsi bildirilir.”
97. İş materialları ilə Cavabdeh vergi ödəyicisi olması təsdiqini tapsada, lombard fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazə sənədlərinin (lisenziya və s.) olması sübuta yetirilməmişdir. Həmin sənədlərin təqdim edilməsi üçün cavabdeh tərəfə vaxt verilsə də və müvafiq sorğu məktubu ünvanlansa da heç bir sənəd təqdim edilməmişdir.
98. Halbuki, Azərbaycan Respublikasının qanunvericiliyinə (“Banklar haqqında” Qanuna və Mülki Məcəlləyə) əsasən, peşəkar qaydada əhaliyə və ya hüquqi şəxslərə borc vəsaitləri verərək faiz almaqla məşğul olmaq (kredit vermək fəaliyyəti) müstəsna olaraq lisenziyalaşdırılan maliyyə institutlarına məxsusdur. Faiz almaqla kreditləşmə fəaliyyətini həyata bilən subyektlər; Banklar, Bank Olmayan Kredit Təşkilatları (BOKT), Kredit İttifaqları. Lisenziyasız şəxslər (fiziki şəxslər və ya qeyri-maliyyə hüquqi şəxsləri) peşəkar əsasda, mütəmadi olaraq faizlə kredit vermək məşğuliyyəti ilə məşğul ola bilməzlər.
99. Lombardlar faiz almaqla qanuni şəkildə kredit verə bilərlər. Lakin lombardların bu fəaliyyəti həyata keçirməsi üçün müəyyən hüquqi tələblər və şərtlər mövcuddur.
100. Azərbaycan qanunvericiliyinə və Mərkəzi Bankın tələblərinə əsasən, lombard fəaliyyəti ilə yalnız aşağıdakı şərtlərə cavab verən hüquqi şəxslər məşğul ola bilər: -Fiziki şəxslər (fərdi sahibkarlar) birbaşa lombard fəaliyyəti ilə məşğul ola bilməzlər. Lombard yaratmaq üçün məhdud məsuliyyətli cəmiyyət (MMC) və ya digər qanuni təşkilatihüquqi formalarda hüquqi şəxs təsis edilməlidir. -Azərbaycanda lombardlar maliyyə xidmətləri bazarının subyektləri hesab olunur və onların fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən tənzimlənir və nəzarətdə saxlanılır. Lombard kimi fəaliyyət göstərmək üçün Mərkəzi Bankın müəyyən etdiyi qaydada reyestrə daxil olmaq (və ya lisenziya/icazə almaq) tələb olunur.
101. Qeyri-qanuni (reyestrdən keçmədən, qeydiyyatsız) lombard fəaliyyəti ilə məşğul olmaq qadağandır və qanunvericiliyə uyğun olaraq məsuliyyət yaradır.
102. Məhkəmə kollegiyası qeyd edir ki, lisenziya (və ya müvafiq dövlət qeydiyyatı/icazəsi) olmadan faizlə pul vermək, kredit və ya lombard fəaliyyəti ilə məşğul olmaq qəti şəkildə qanunaziddir və qanunvericiliklə qadağan edilir. Lisenziyası olmayan şəxsin başqasına faizlə borc verməsi zamanı bağlanan qeyri-qanuni müqavilələr hüquqi qüvvəyə malik deyil. Məhkəmə müstəvisində sələmçiliklə və ya qanunsuz faizlərlə bağlı mübahisələr yaranarsa, qanunvericiliyə görə qeyri-qanuni tələb olunan faizlər tanınmır.
103. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
104. Qanunvericilik tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
105. Məhkəmə kollegiyası iddia tələbinin ödənilmiş dövlət rüsumu və vəkil xidməti üçün xərc hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasında məhkəmə xərcləri məhkəməyə müraciət edərkən və ya məhkəmə baxışı zamanı yaranan ödənişlərdir. Məhkəmə xərcləri iki əsas hissədən ibarətdir; Dövlət rüsumu və işə baxılması ilə əlaqədar məsrəflər. Dövlət rüsumu - iddia ərizəsi, şikayət və ya digər sənədlərlə məhkəməyə müraciət edərkən qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilən məcburi rüsumdur. Dövlət rüsumunun məbləği iddianın xarakterindən asılı olaraq dəyişir. İşə baxılması ilə əlaqədar məsrəflərə isə məhkəmə baxışının həyata keçirilməsi ilə bağlı çəkilən faktiki xərclər daxildir.
106. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 119.5-ci maddəsinə görə, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
107. Həmçinin, Həmin Məcəllənin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi, tərəflərin hüquqi yardım üçün vəkillərə ödədiyi vəsait qanunvericiliklə müəyyən edilmiş hədlər daxilində uduzan tərəfdən tutula bilər.
108. İş materialları ilə müəyyən olunur ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən 150 manat məbləğində dövlət rüsumu (********** saylı, ##.##.2025-ci il tarixli qəbz) tərəflərindən ödənilmişdir. İş materiallarının 6-cı vərəqində olan qəbzdən görünür ki, iddiaçı tərəfindən vəkil vəkil2 hesabına 700 manat məbləğində pul köçürülmüşdür.
109. Kollegiya hesab edir ki, iddiaçı İddiaçı iddia tələbində 19.801 manat pul tələb etdiyi üçün 150 manat dövlət rüsumu ödəsə də, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq tutulduğundan cavabdehdən 125,72 (bir yüz iyirmi beş manat yetmiş iki qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. (“Dövlət rüsumu haqqında” qanun 8.1.3-ci maddəsi iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi dövlət rüsumu kimi ödənilir.) İddiaçı İddiaçı İnqilab oğlu vəkil vəkil2 göstərdiyi hüquqi yardımdan həm birinci instansiya məhkəməsində iştirak etməsi ilə, həm apellyasiya şikayətinin tərtibi zamanı, həm də apellyasiya icraatı zamanı istifadə etmişdir. Ona görə də, kollegiya vəkilə ödənilmiş 700 manat xidmət haqqını ağlabatan hesab edir.
110. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi qismən təmin edilməlidir.
111. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı İnqilab oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh MMC-dən 11.907,46 manat (on bir min doqquz yüz yeddi manat qırx altı qəpik) pul, ödənilmiş dövlət rüsumun 125,72 (bir yüz iyirmi beş manat yetmiş iki qəpik) hissəsi və vəkilin göstərdiyi yardıma görə 700 (yeddi yüz) manat pul alınaraq, iddiaçı İddiaçı İnqilab oğluna verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.