Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-701/2026 25.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9964 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadına əsasən iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Bu əsaslara görə iddiaçının iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur. Məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdehə qarşı irəli sürdüyü pul tələbinə dair iddiası əvvəlki məhkəmə instansiyalarında araşdırılmamış və mübahisə predmeti olmayan tələblə bağlıdır. Buna görə hesab edir ki, iddia ərizəsi icraata qəbul edildikdən sonra bu məsələlərə aydınlıq gətirmək olardı. Lakin, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur. Əgər məhkəmə iddia ərizəsinin icraata qəbul edib, məhkəmə araşdırması aparacağı halda aydın olacaqdır ki, cavabdehlə aralarında olan ilkin iddia ilə hazırki iddianın əlaqəliliyi yoxdur. Yəni, hazırki iddia tərəflər arasında eyni predmetlə bağlı iddia növü deyildir. Məhz, bu səbəbdən də hesab edir ki, məhkəmənin sözügedən qərardadı ləğv edilməli və iddia ərizəsi icraata qəbul edilməlidir. Iddia ərizəsinə əlavə etdiyi qəbzlərdən görünür ki, ona məxsus olan əmək haqqı kartının cavabdehdə olması öz təsdiqini tapmışdır. Lakin işə baxılması zamanı məhkəmələr bu halı araşdırmamış və ona şifahi tövsiyə edilmişdir ki, bu barədə iddia qaldırmaq hüququ vardır. Buna görə də məhkəmə işin faktiki hallarını aydınlaşdırmamışdır. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı Cavabdeh cavabdehlər İddiaçı və X3 qarşı pul tələbi təmin edilmiş və cavabdehlərdən 20000 manat pulun iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmiş, həmin qətnamədən cavabdehlər İddiaçı və X3 apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehlər kassasiya şikayəti vermiş Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərarı ilə kassasiya şikayətin təmin edilməmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, iş materiallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən görünür ki, cavabdehlərin apellyasiya şikayətinin dəlili ondan olmuşdur ki, iddiaçıdan aldıqları borcdan hər ay 700 manat olmaqla, yeddi dəfə 4900 (700x7 ay) manat geri qaytarmışlar. Bu borcların 1500 manat hissəsi 300 manat olmaqla iddiaçının özünə qaytarmış, sonradan götürülmüş 2000 manat hissəsi isə cavabdeh İddiaçı məxsus olan kart vasitəsilə iddiaçının (Cavabdeh) özü bankomat vasitəsilə götürmüşdür. Bu qeyd olunan faktları əks etdirən bank çıxarışları və hadisəni təsdiq edən şahidlərini məhkəməyə təqdim etmişlər. Lakin bu sübutlar və şahid ifadələri məhkəmə tərəfindən nəzərə alınmamışdır. Apellyasiya məhkəməsi həmin dəllilə bağlı qeyd etmişdir ki, aldıqları borcu geri qaytarılmasının sübut edilməsi vəzifəsi iddiaçının yox, cavabdehlərin üzərinə düşdüyünə, cavabdehlər isə məhkəməyə həmin xüsusatı təsdiq edən mötəbər sübut təqdim etmədiyinə görə məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini də inandırıcı saymır. Kollegiya şikayətin həmin dəlilini həm də, ona görə inandırıcı saymır ki, borc məbləği qaytarıldığı halda borc sənədi cavabdehlərdə olmalı olduğu halda, məhkəməyə həmin sənəd iddiaçı tərəfindən təqdim edilmişdir, həm də həmin sənəddə borcun və ya borcun bir hissəsinin qaytarıldığını təsdiq edən qeyd aparılmamışdır. Apellyasiya Məhkəməsi apellyasiya şikayətinin iddiaçıdan asılı vəziyyətdə olduqlarından onun dikdə etdiyi formada qəbz yazmalarına dair növbəti dəlili ilə bağlı qeyd etmişdir ki, cavabdehlərin həmin dəlili inandırıcı kimi qəbul edilsə belə, cavabdehlər borcu və ya onun bir hissəsini qaytardığı halda borc sənədində müvafiq qeydin aparılmasını tələb etməli idi. Borc verən qeydi aparmaqdan imtina etdiyi halda, borclu pulu qaytarmaqdan imtina etməli idi. Lakin iş materialları araşdırıldıqda həmin xüsusat müəyyən olunmur. Həmin qətnamədən cavabdehlər kassasiya şikayəti vermiş Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərarı ilə kassasiya şikayətin təmin edilməmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qəraradad mövcud olduğu üçün iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır və qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi 9964 manat pulun alınaraq ona verilməsi ilə bağlıdır və iddiaçı ərizədə qeyd edir ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə iddiaçı Cavabdeh cavabdehlər İddiaçı və X3 qarşı pul tələbi təmin edilmiş və cavabdehlərdən 20000 manat pulun iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Həmin məhkmələrdə araşdırma zamanı onun əmək haqqı kartının Cavabdeh olması təsdiqini tapmışdır. Cavabdeh ona məxsus əmək haqqı kartından bir neçə dəfə olmaqla vəsait çıxarmışdır. Lakin cavabdeh həmin vəsaitləri ona olan borcundan ödəmə kimi nəzərə almamışdır. Iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən görünür ki, iddiaçı hazırkı iş üzrə iddia tələbində tələb etdiyi pulu iddiaçıya olan borcunun əvəzi kimi ödədiyini Gəncə Şəhər Məhkəməsinin icraatında olmuş *(***)-****/**** saylı mülki iş üzrə işə baxılarkən bildirmiş, iddiaçının həmin dəlili araşdırılmış və hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.2.-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbində iddiaçı və cavabdehin yeri dəyişilsə də, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğu üçün və iddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etmədiyindən birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul etməkdən imtina etməkdə haqlı olmuşdur. Ona görə də, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 369, 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-701/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-701/2026
25.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver