Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-702/2026 08.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin tutulması) Hakimlər X8 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə X4 qızının katibliyi ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması və uşağa baxan anaya aliment tutulması tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Qazax rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər ## #### 2022-ci il tarixdə Qazax rayonu qeydiyyat şöbəsində *** nömrəli akt qeydi ilə nikahlarını rəsmiləşdirmişlər.
2. Qazax rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahdan ##.##.2023-cü il təvəllüdlü X1 və ##.##.2025-ci il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur.
3. X5 * saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş, mediasiya prosesini davam etdirilə bilməməsi barədə ##.##.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı İddiaçı ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdeh Cavabdeh oğlu mediasiya prosesində iştirak etməmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması və uşağa baxan anaya aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olan ##.##.2023-cü il təvəllüdlü X1 və ##.##.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi bir uşağın saxlanması üçün 300 manat olmaqla, ümumilikdə 600 manat miqdarında onun xeyrinə aliment tutulması və cavabdeh Cavabdeh birgə nikahdan dünyaya gələn ##.##.2023-cü il təvəllüdlü X1 və ##.##.2025-ci il təvəllüdlü X2 3 yaşı tamam olanadək onun xeyrinə ümumilikdə 200 manat miqdarında aliment tutulması və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərcin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ilə ##.##.2022-ci il tarixdə Qazax rayon Qeydiyyat şöbəsində 256 nömrə ilə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Cavadehlə faktiki nikahdan ##.##.2023-cü il təvəllüdlü X1 və ##.##.2025-ci il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri əvvəllər yaxşı olmasına baxmayaraq ona məlum olmayan səbəblərdən artıq onların xasiyyətləri uyğunlaşmadığından ayrılmaq istəyir. Hazırda övladları onun himayəsində olmaqla heç bir yerdən qazanc əldə edə bilmir. Odur ki, Cavabdeh ilə birgə nikahdan ##.##.2023-cü il təvəllüdlü X1 və ##.##.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi bir uşağın saxlanması üçün 300 manat olmaqla, ümumilikdə 600 manat miqdarında onun xeyrinə aliment tutulması və cavabdeh Cavabdeh birgə nikahdan dünyaya gələn ##.##.2023-cü il təvəllüdlü X1 və ##.##.2025-ci il təvəllüdlü X2 3 yaşı tamam olanadək onun xeyrinə ümumilikdə 200 manat miqdarında aliment tutulması və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərcin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsi ilə (hakim H.M.Mürsəlova) iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdən başlayaraq ##.##.2023- cü il təvəllüdlü X1 və ##.##.2025-ci il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatana kimi iddiaçı X3 xeyrinə sonrakı artımları nəzərə alınmaqla, hər ay hər bir uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində olmaqla, ümumilikdə iki uşaq üçün 0,86 misli həddində sabit pul məbləğində aliment tutulması,Cavabdeh ##.##.2023-cü il təvəllüdlü X1 və ##.##.2025-ci il təvəllüdlü X2 3 yaşı tamam olanadək 30 manat məbləğində olmaqla ümumilikdə 60 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh 68 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. İşdə olan sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında uşağın saxlanılması ilə bağlı saziş olmaması və iddiaçı uşağın maddi təminatlarını ödəməyə çətinlik çəkdiyindən və cavabdeh uşaqların saxlanılması üçün maddi yardım göstərmədiyindən cavabdehdən hər ay hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə cavabdehdən tutulacaq alimentin miqdarına gəldikdə, tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları, uşağın əvvəlki təminatının səviyyəsini, onların hüquq və mənafelərini, tərəflərin fikirlərini və aliment miqdarı ilə bağlı razılıqlarını nəzərə alaraq hesab etmişdir ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə ##.##.2023-cü il təvəllüdlü X1 və ##.##.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək 0,43 misli həddində olmaqla, ümumilikdə 0,86 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
6. Məhkəmə cavabdeh Cavabdeh birgə nikahdan dünyaya gələn ##.##.2023-cü il təvəllüdlü X1 və ##.##.2025-ci il təvəllüdlü X2 3 yaşı tamam olanadək onun xeyrinə ümumilikdə 200 manat miqdarında aliment tutulması hissəsində aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir.
7. Məhkəmə, cavabdehdən əlavə olaraq uşağın 3 yaşı tamam olanadək hər ay sabit pul məbləğində vəsaitin ödənilməsi ilə bağlı iddiaçının tələbini, birgə nikahdan olan uşaqların üstün maraqlarını, tərəflərin maddi imkanını, uşaqların saxlanılması hər iki tərəfin valideynlik vəzifəsi olmasını nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh İddiaçı xeyrinə ##.##.2023-cü il təvəllüdlü X1 və ##.##.2025-ci il təvəllüdlü X2 3 yaşına kimi saxlanılması üçün hər ay əlavə olaraq 30 manat tutulmalıdır. Belə ki, iddiaçı tərəfindən uşağın 3 yaşı tamam olanadək hər ay 200 manat sabit pul məbləğində vəsaitin tutulması üçün cavabdehin zəruri vəsaitə malik olmasını təsdiq edən sübutlar təqdim edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin III və IV hissələrinə, Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4, 78.1, 78.2, 85.1.1, 100.2-ci maddələrinə, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli, ** saylı Qərarının 8.4-1-ci bəndinə, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamına, “Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanunu”nun 9.1.2-ci maddəsinə, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 112.3, 234.2.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
10. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Cavabdeh ##.##.2026-cı il tarixdən başlayaraq ## ### 2023-cü il təvəllüdlü X1 və ## ###### 2025-ci il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatana kimi iddiaçı İddiaçı x e y r i n ə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutulmalı idi. Məhkəmə bir uşağın 3 yaşına çatanadək saxlanması üçün iddiaçıya 100 manat olmaqla 200 manat təyin etməli idi. Belə ki, ana uşaqlar azyaşlı olduğu üçün işləmək imkanı yoxdur. Bu səbəbdən də ata uşaqların 3 yaşı olanadək anaya maddi dəstək verməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17, hissə II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 84.1. ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Maddə 84.2.2. bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.
15. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli Qərarı: - Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. - Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. - Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
16. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
17. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli, ** nömrəli Qərarı: Bənd 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Bənd 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə apellyasiya şikayətinin məzmununa əsasən qətnamə iddiaçı tərəfindən alimentin tutulması hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir.
22. Kollegiya ilkin olaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
23. Məhkəmə kollegiyası onu da qeyd edir ki, aliment ödəyən valideynin az qazanca malik olması və ya digər əlavə xərclərə məruz qalması onu uşaqlarını saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
24. İşə baxan birinci instansiya məhkəməsi cavabdehdən hər uşağın saxlanılmasına görə əmək haqqının 0.43 misli həddində aliment tutulması qənaətinə gəlmişdir.
25. Məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan uşaqların mənafelərini əsas tutaraq və işin hallarını nəzərə alaraq hesab edir ki, qətnamə yetkinlik yaşına çatmayanlar üçün tutulan alimentin miqdarı hissəsində dəyişdirilməli, ##.##.2026-cı il tarixdən başlayaraq, ##.##.2023-cü il təvəllüdlü X1 və ##.##.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. İddiaçı apellyasiya şikayətində yetkinlik yaşına çatmayanların 3 yaşları olanadək tutulan məbləğin də çoxaldılmalı olmasını bildirsə də, lakin bununla bağlı tələbini tutarlı dəlillər təqdim etməmişdir. Halbuki, tələbi bu hissədə sübut etmək, yəni cavabdehin maddi vəziyyəti barədə sübut təqdim etmək iddiaçının üzərinə düşür.
27. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
28. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə alimentin tutulmasının vaxtı hissəsində dəyişdirilməli, alimentin tutulması uşaqların cavabdehə verildiyi tarixdən hesablanmalı və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilsin. ##.##.2026-cı il tarixdən başlayaraq, ##.##.2023-cü il təvəllüdlü X1 və ##.##.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində müəyyən edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.