Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-707/2026 25.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı İddiaçı, onun vəkili vəkil1, cavabdeh cavabdeh2, onun nümayəndəsi (vəkil) vəkil2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 İbrahim qızına qarşı yaşayış sahəsindən istifadə hüququnun bərpa edilərək evə köçürülməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 İbrahim qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı ##.##.2016-cı ildə anadan olmuş X3 ilə birlikdə anası cavabdeh1 İbrahim qızının adına qeyd olunmuş ünvan 1 ünvanda yerləşən mənzildən yaşayış sahəsindən istifadə hüquqları bərpa edilməklə, qızı X3 ilə birlikdə evə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş və iş apellyasiya baxışına təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmış, iddiaçı İddiaçı həmin qərardaddan şikayət vermiş, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Lakin kollegiya tərəfindən həmin şikayət araşdırılmadan apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərardadla mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərardadı ləğv edilməli, iddiaçı İddiaçı Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından verdiyi şikayət mümkün hesab edilməklə yazılı icraat qaydasında baxılmağa təyin edilməlidir. İşdə iştirak edən şəxslər Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı qərardadından verilmiş şikayətə baxılmasına etiraz etmədilər. Kollegiya hesab edir ki, şikayət Azərbaycan Respublikası MPM-nin 357-366-cı maddələrinin tələblərinə uyğun verilmişdir. İşə yazılı icraat qaydasında baxılması üçün prossesual əsaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364, 366, 397 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərardadı ləğv edilsin. İddiaçı İddiaçı Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından verdiyi şikayət mümkün hesab edilsin və yazılı icraat qaydasında baxılmağa təyin edilsin. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-707/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-707/2026
25.06.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver